BŞİH: Qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər

11:15 / 06.08.2019

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) şəhərin mərkəzində yerləşən qəzalı binadan sakinlərin çıxmaqdan imtina etməsi məsələsinə aydınlıq gətirib.

BŞİH-nin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər.

“Söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bina hələ 1989-cu ildə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə qəzalı hesab edilərək sökülməli idi. Həmin il sakinlərin oradan köçürülməsinə başlanılaraq binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından buradakı boşalmış mənzillər Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar öz döğma yurdlarını tərk etmiş məcburi köçkünlər tətəfindən zəbt edilmişdir. O zaman ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı sakinlərin köçürülməsi və binanın sökülməsi işləri təxirə salınmışdır.

Keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşmış, bina yaşayış üçün tam yararsız vəziyyətə düşmüş və burada hər an uçma təhlükəsi yaranmışdır. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır”.

İ.Kərimov vurğulayıb ki, hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub:

“Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanmış və praktiki olaraq buna nail olunmuşdur. 43 ailədən 25-si dövlər tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçmüşlər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina etmiş, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kompaniya təşkil etməyə cəhdlər də etmişlər.

Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşmüşdür. Görüş elə qəzalı binada keçirilmışdir.

Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışmışdır. Həmçinin bu zaman bildirilmişdir ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.

 
Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina etmiş və maddi yardımlarını alıb binanı tərk etmişlər.

Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk etmişdir. Hazirda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu aillərdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köşkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilmişdir. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunmuşdur. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etbikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.

Daha 7 ailə isə sahəsi 12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilmişdir. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər.

Paytaxt Bakı şəhərində sakinlərin evlərindən köçürülməsi problemləri yeni deyildir. Dövlət obyektləri və ya yeni bina tikintisi zamanı əksər hallarda sakinlərin böyük hissəsi onlara təklif edilən kompensasiyalarla razılaşırlar. Yalnız bir neçə ailə olur ki, dövlər qurumlarından və ya tikinti şirkətlərindən özləri üçün daha çox, maksimum miqdarda vəsait əldə etmək üçün evlərini tərk etməkdən imtina edirlər. Onlar müxtəlif instansiylara şikayətlər göndərir, hüquqlarının pozulmasını bildirərək bəzi KİV-lərə müraciətlər edirlər.

Yasamal rayonu M.A.Əliyev küçəsi 150 ünvanındakı binadakı vəziyyəti adi problemlər sirasina aid etmək olardı. Çox hallarda sakinlər inadkarlıq edir, sonradan isə vəziyyəti dərk edərək qəzalı binanı tərk edirlər. Buradakı vəziyyətin digərlərindən fərqi isə kəskin qəzalı olan binadan vətəndaşların təcili olaraq təxliyə olunmasının vacibliyidir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləmiş, onların şikayət və istəklərinə qulaq asmışlar. Lakin bir vaxt səbr kasası daşa bilər. Əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmir, buna bilərəkdən yol verirlərsə, bu zaman qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər. Binanın hər an uça biləcəyini yaddan çıxarmaq olmaz. Bu zaman vətəndaşların həyatının təhlükəsizliyindən vacib heç bir şey ola bilməz”.


Etiket:

Strategiya.az

Xəbərlər
22.10.2019

Putin: “Rusiya və Türkiyənin Suriya ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”

22.10.2019

Gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

22.10.2019

Dünyanın ən qədim mirvarisi tapılıb

22.10.2019

ABŞ-ın hərbi gəmisi Batumi limanına daxil olub

22.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

22.10.2019

ÇL-in oyunları bu kanallarda - siyahı

22.10.2019

Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı YENİLİK - Milli Məclis təsdiq etdi

22.10.2019

Tramvay və trolleybuslar Bakı küçələrinə qayıda bilər: Gələn il açıqlanacaq – VİDEO

22.10.2019

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışda!

22.10.2019

Daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

22.10.2019

Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

22.10.2019

AFFA “Xəzər Lənkəran” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

22.10.2019

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

22.10.2019

Bakıda Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq

22.10.2019

Ərdoğan: “Makron Suriyada atəşkəsin uzadılmasını bizimlə yox, terrorçularla müzakirə edir”

22.10.2019

Milli Məclisin növbəti plenar iclası keçirilir

22.10.2019

Bakıda avtobus piyadanı vuraraq öldürüb

22.10.2019

Bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

22.10.2019

Falkao "Real"a qarşı oynamayacaq

22.10.2019

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır

22.10.2019

Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib

22.10.2019

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

22.10.2019

Abşeron yarımadasında hansı növ ağaclar əkilə bilər?

22.10.2019

ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…

22.10.2019

Şahzadə Harri qardaşı ilə münasibətlərini şərh etdi: “Yollarımız ayrıldı”

22.10.2019

İmtahanlarda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 518 namizəd qeydiyyatdan keçib

22.10.2019

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22.10.2019

ABŞ-da Türkiyəyə qarşı müharibəni mümkün hesab edirlər

22.10.2019

Baş prokuror Siyəzəndə vətəndaşları qəbul edəcək

22.10.2019

"Qızıl top"a bütün namizədlər açıqlandı - siyahı

22.10.2019

Facebook monoloqu və yaxud Nə xəbər var, dostlar?

22.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

22.10.2019

Cinayətkar aləmin iyerarxiyası: “Leş”, “Beluqa”, “Bala”, “Volk” – VİDEO

22.10.2019

Oktyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.10.2019

Atəşkəs yenidən pozuldu - 20 dəfə

22.10.2019

Prezident İlham Əliyev: Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz

22.10.2019

Suriyalılar ABŞ hərbçilərini daş və yumurta atəşi ilə yola salıblar - VİDEO

22.10.2019

Zelenski “Kvartal 95”in prodüserini yüksək vəzifəyə təyin etdi

22.10.2019

"Qalatasaray" "Real"a, "Yuventus" "Lokomotiv" qarşı 

22.10.2019

Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

22.10.2019

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

21.10.2019

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

21.10.2019

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

21.10.2019

Masazır su anbarında faciə

21.10.2019

9 ayda narkotikə görə 2618 nəfər həbs edildi: 199 fəhlə, 69 qadın

21.10.2019

AFFA danışılmış oyunlara görə iki oyunçunu futboldan kənarlaşdırdı

21.10.2019

Prezident İlham Əliyev Qüdrət Qurbanovu ordenlə təltif edib

21.10.2019

XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına cavab verib

21.10.2019

Estrada ifaçılarına “Xalq artisti” fəxri adı verilib (SİYAHI)

21.10.2019

Avtomobili narkotik təsiri altında sürən və oğurluqla məşğul olan şəxslər saxlanılıb