Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

12:08 / 17.08.2019

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində muxtar respublikada əhalinin siyahıyaalınması üzrə görülmüş hazırlıq işləri və qarşıda duran vəzifələr barədə iclas keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri Azər Zeynalov çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılan uğurlar əhalinin rifah halının, o cümlədən demoqrafik göstəricilərin yaxşılaşmasına mühüm təsir göstərməkdədir. Əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə həyata keçirilən siyahıyaalma dövlətin milli statistikasının əsasını təşkil etməklə ən vacib məlumat mənbələrindən biri sayılır. Respublikada əhalinin növbəti dəfə siyahıyaalınması Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək keçiriləcək. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaq.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınması üzrə hazırlıq işlərinin görülməsi, həyata keçirilməsi, bu sahədə müvafiq nazirlik, komitə, idarə və təşkilatların, şəhər və rayon icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Müvafiq sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının iş planı təsdiq edilib. İş planında yerinə yetiriləcək işlər müəyyənləşdirilib, şəhər və rayon icra hakimiyyətlərində əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb, icraya məsul orqanlara konkret tapşırıqlar verilib, müvafiq tədbirlər həyata keçirilib. Təqvim üzrə digər işlər hazırda davam etdirilir. Muxtar respublikada bu günədək siyahıyaalmanın mütəşəkkil təşkili üçün 42 adda müxtəlif materiallar, sorğu vərəqələri, sayıcı çantaları alınıb, şəhər və rayonlar üzrə ümumi bölgüsü aparılıb. Müəyyənləşdirilmiş say həcmində dəftərxana və digər yardımçı ləvazimatların alınması isə yaxın zamanda həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikasında bu mühüm dövlət tədbirinin vaxtında, operativ və yüksək keyfiyyətlə həyata keçirilməsi qarşıda duran ən önəmli vəzifələrdən biridir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək deyib ki, mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub. Muxtar respublikanın şəhər və rayonlarında siyahıyaalma ilə əlaqədar hazırlıq işlərinin və nəzərdə tutulmuş digər tədbirlərin vaxtında yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması və onun mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə şəhər və rayon icra hakimiyyəti başçıları müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb. Bununla yanaşı, Dövlət Statistika Komitəsi tərəfindən əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsini, yekunlarının işlənilməsini təmin etmək məqsədilə siyahıyaalma qrupu formalaşdırılıb. İş planına əsasən təqvim üzrə nəzərdə tutulan tədbirlər həyata keçirilib, o cümlədən muxtar respublikanın şəhər və rayonlarının yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilib, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanıb. Təşkilati plana əsasən şəhər, qəsəbə və kənd yerləri üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılıb. Mövcud qanunvericiliyə uyğun olaraq muxtar respublika üzrə 9 şəhər, 24 kənd siyahıyaalma məntəqəsi, 91 şəhər, 218 kənd təlimatçı məntəqəsi, 455 şəhər, 1088 kənd sayıcı məntəqəsi yaradılıb. Ötən dövrdə aidiyyəti strukturlarla birlikdə komissiyanın iş planında nəzərdə tutulmuş tədbirlərin təqvim üzrə həyata keçirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Sonra şəhər və rayon icra hakimiyyətlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri Azər Zeynalov iş planına uyğun olaraq bundan sonra da qarşıda duran vəzifələri diqqətə çatdırıb. Qeyd olunub ki, 2019-cu il sentyabrın 1-dək Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayon (şəhər) üzrə siyahıyaalma məntəqələrinin işinə cəlb ediləcək şəxslərin seçilməsini və müvafiq siyahıların yerli icra hakimiyyəti ilə razılaşdırılaraq təsdiq olunmasını təmin etməli, siyahıyaalma məntəqələrinin işinə cəlb ediləcək şəxslərlə mülki-hüquqi müqavilələr bağlamalıdır. Həmçinin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əhalinin siyahıyaalınmasına cəlb edilmiş işçilərin təlimatlandırılması üçün təlimlər keçirməli, şəhər və rayon icra hakimiyyətləri əhalinin siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi və siyahıyaalma materiallarının qəbul edilib saxlanması üçün siyahıyaalma məntəqələrini telefon və digər zəruri avadanlıqla təchiz olunmuş binalarla təmin etməlidirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzetinin redaksiyası əhalini məlumatlandırmaq məqsədilə siyahıyaalmanın hazırlıq işlərinin gedişi, əhəmiyyəti və məqsədi barədə materiallar verməlidirlər. Bundan əlavə, siyahıyaalmaya çağırış üzrə təbliğat materialları Naxçıvan şəhərində, rayon və kənd mərkəzlərində əvvəlcədən müəyyənləşdirilmiş elan guşələrində yerləşdirilərək əhali məlumatlandırılmalıdır.

Azər Zeynalov qeyd edib ki, 2019-cu ilin 1-10 oktyabr tarixlərində muxtar respublika üzrə əhalinin ümumi siyahıyaalınması həyata keçirildikdən sonra cari ilin sonunadək siyahıyaalmanın ilkin yekunları hesablanmalı və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə təhvil verilməlidir. İş planına uyğun olaraq növbəti ilin sonunadək siyahıyaalma materialları elektron məlumat sisteminə daxil edilməli və müxtəlif göstəricilər üzrə yekun nəticə hazırlanmalıdır.

Sonra iclas iştirakçıları əhalinin siyahıyaalınması ilə bağlı istifadə olunacaq ləvazimatlara baxıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub

14.02.2020

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

14.02.2020

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

13.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

13.02.2020

NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13.02.2020

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

13.02.2020

Azərbaycan Prezidenti: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir

12.02.2020

Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

12.02.2020

Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

12.02.2020

Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

12.02.2020

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər

11.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11.02.2020

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi - RƏSMİ

11.02.2020

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

11.02.2020

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

11.02.2020

Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

11.02.2020

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

11.02.2020

Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

10.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.02.2020

Azərbaycanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI

09.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər