Müstəqil Azərbaycan: reallıqlar, imkanlar, perspektivlər  

12:45 / 29.08.2019

  s.e.f.d.Murtəza Həsənov,

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu və kadr siyasəti”  kafedrasının dosenti

28 il bundan əvvəl – 1991-ci ilin yayında Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. 30 avqust 1991 ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı apardığı azadlıq mübarizəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə öz şanlı tarixinin ən yeni çağına qədəm qoydu. Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və milli mübarizənin nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə idi ki, müstəqillik bayrağını qaldırırdı. Bu Azərbaycan milli dövlətçiliyinin XX əsrdəki ikinci parlaq səhifəsi idi. Çoxları elə güman edirdilər ki, sovetləşmə xalqları milli mənlik duyğusundan məhrum etmiş, onlara şanlı tarixi keçmişlərini, milli dövlətçilik ənənələrini unutdura bilmişdir. Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilən milli dövlətçiliyin XX əsrin sonlarında yenidən bərpası xalqımızın varlığında milli azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan milli dövlətçiliyinin yeni bir dövrü başlandı. Artıq 28 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Bu dövr ərzində dövlətçiliyin qorunub saxlanması və inkişafı naminə bir çox islahatlar həyata keçirilmişdir.  XX əsrin 90-cı illərindən yaşanan üçüncü dalğa isə istehsal prosesində informasiyanın əsas rol oynadığı dövrdür.Yaşanan prosesdə əmək yekcins və standart olmaqdan çıxaraq informasiya işçisi,menecer, bəşəri və sosial kapital, fiziki işçi kimi müxtəlif şəkillərə bürünüb.  Dövlətçilik – cəmiyyətin sosial-siyasi həyatına dövlət tərəfindən fəal müdaxilə edilməsi zəruriyyətini irəli sürən nəzəriyyədir.  Müstəqillik  heç bir dövlətin və ya qüvvənin himayəsi olmadan öz torpaqlarında sərbəst yaşamaqdır. Millətlər üçün ən vacib anlayışlardan biri müstəqillikdir. Müstəqilliyi olmayan cəmiyyətlərin tərəqqi etməsi, inkişaf etməsi və xoşbəxt yaşaması mümkün deyil. Qədim tarixdən bəri  Azərbaycanlılar müstəqilliyə böyük əhəmiyyət vermişdir.   

Azərbaycan Respublikası da XX əsrin sonlarında yenidən müstəqillik əldə etdikdə bir çox problemlərlə qarşı-qarşıya qaldı. Belə ki, ölkəmiz bir tərəfdən müharibə şəraitində, digər tərəfdən isə iqtisadi və siyasi sahədə keçid mərhələsində idi. 70 il müddətində totalitarizm şəraitində yaşamış xalqımız həm öz demokratik dövlətini qurmalı, həm də sosializmdən liberal bazar iqtisadiyyatına keçməli idi.

Demokratik dövlət qurmaq sahəsində müəyyən təcrübəyə malik olan xalqımız tezliklə bu təcrübədən yararlanmağa başladı. 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası özünü 1918-ci ildə Şərqdə yaranmış ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etdi. Beləliklə də xalqımız 1918-1920-ci illər ərzində əldə olunmuş nailiyyətlərdən istifadə edərək yeni dövlətini qurmağa başladı. Lakin bütün keçmiş nailiyyətlərlə yanaşı yeni dövrün tələblərinə cavab verən demokratik dünya dövlətlərinin də təcrübəsindən geniş şəkildə istifadə olundu. Dövlət öz gücündən və imkanlarından istifadə edərək ölkənin yeni dövrlə ayaqlaşa bilməsi üçün bir çox islahatlar həyata keçirdi. Dövlətin siyasi inkişafı və demokratikləşməsi üçün yeni konstitusiya qəbul olundu, yeni-yeni qanunlar və qərarlar hazırlanıb, həyata keçirildi. Hələ də bu proses uğurla davam etməkdədir. 

Lakin iqtisadi sahədə vəziyyət mürəkkəb idi. Belə ki, 70 il sosializm şəraitində yaşamış xalqımız kapitalizm münasibətlərinə tamamilə yad idi. Düzdür, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sahəsi ilə əlaqədar olaraq burjua münasibətləri yaranmışdı. Lakin bu dövr kapitalizmin ilkin dövrü (“vəhşi kapitalizm” dövrü –hər kəs nəyin bahasına olursa olsun kapital toplamağa can atır və bu da sadə xalqın vəziyyətini çətinləşdirir) idi və xalqda kapitalizm haqqında müsbət təəssürat yaratmamışdı.

 

Qloballaşma ilə mübarizə aparmaq, ya da ona öz dəyərlərini diktə elətdirmək üçün qarşısı alınmaz məqamlarda başqa tərəfdən getmək,bəzən saman altından su kimi yeriyərək,bəzən isə sel kimi coşub çağlayaraq, amma heç vaxt məqsədi gözdən qaçırmadan axıb getmək lazımdır.Lakin bu müəyyən mənada mümkünsüz görünür.Bu zaman qədim Çin müdriklərinin bir kəlamı yada düşür: “Əgər güclü külək əsirsə, onun qarşısını almaq üçün hündür və möhkəm divarlar tikmək lazım deyil,sadəcə yel dəyirmanları tikib güclü küləkdən başqa məqsədlər üçün-enerji almaq üçün istifadə etmək lazımdır”.Yaxşı,bəs qloballaşma qarşısında bizim müdafiə edə biləcəyimiz hədəf nə ola bilər?Hədəf həm yuxarıdan həm də aşağıdan gələn təzyiqlərə qarşı milli dövlətçiliyimizi müasir və təsirli hala gətirərək,əhatə elədiyi sərhədlər içərisində bütün insanların xoşbəxtliyini və gözəl yaşayışını təmin etməkdir.

Niyə milli dövləti qorumalıyıq? Çünki, bir milli dövlətçiliyin əhatə elədiyi siyasi sərhədlər içərisindəki bütün vətəndaşların rifahını və xoşbəxtliyini qoruya biləcək başqa heç bir siyasi güc və siyasi qurum mövcud deyil və ola da bilməz.

Bazar iqtisadiyyatının və informasiya texnologiyalarının sürətlə inkişafı dünya dövlətləri sistemində müxtəlif maddi və mənəvi dəyərlərə,o cümlədən mədəni düşüncələrə malik xalqlar arasında əlaqələrin harmonik uzlaşmasını və inkişafını tələb edir.Əgər bu gün dünyada mövcud münaqişələri ədalətli şəkildə həll edib bəşəriyyətə sabitlik və sülh gətirmək istəyi varsa,ilk növbədə başqa mədəniyyətlərə və düşüncələrə sahib xalqların özünəməxsusluğuna hörmətlə yanaşmalı,etno-mədəniyyətin xüsusiyyətləri nəzərə alınmaqla onun bəşəri dəyərlərlə uzlaşmasına nail olmalıyıq.

Hər hansı bir dövlət iqtisadi və mədəni inkişafa nail olmaq istəyirsə,o,artıq bu baxımdan yüksəliş əldə etmiş dövlətlərin tarixi sınaqlarından uğurla çıxmış qanunları tətbiq etməlidir.Bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün eyni olmasa da oxşardır.İqtisadiyyatda inkişafın əldə olunması cəmiyyətdə mədəniyyətin bir forması kimi iqtisadi mədəniyyətin təşəkkülünə təkan vermiş olur.

 

Qloballaşmanın mədəni tərəfi bir-birindən fərqli,hətta biri digəri ilə ziddiyyət təşkil edən iki fərqli nəticəyə gedib söykənir:

a)Birinci nəticə “mikromilliyətçilik” şəklində ortaya çıxmışdır.Son nümunəsini Yuqoslaviya hadisəsində gördüyümüz, “mikromilliyətçilik” milli dövlətin sərhədlərini aşan və onu daha kiçik parçalar halında qəbul edən bir sistemə sahibdir.

b)Qloballaşmanın mədəni tərəfinin ikinci nəticəsi,xüsusilə istehlakçı davranışına təsir edərək,dünyada bir mədəniyyətliliyə şərait yaratmasıdır.Bununla bərabər hər bir xalqa şərait yaradır ki, öz mədəniyyətini təbliğ etsin.

Qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, qlobal mənəvi aşınmaların getməsi üçün də şərait yaradır.Narkomaniya, beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlığın həyata keçirilməsi,böyük mafiyaların,beynəlxalq terrorun hərəkətə gəlməsi buna misal ola bilər.Bütün bunların hamısı qloballaşma məsələsinin birmənalı hadisə olmadığını göstərir.

Mədəniyyətin qloballaşması geniş mənada dünya iqtisadiyyatının və informasiya texnologiyalarının inkişafının nəticəsi olaraq xalqların dünya dövlətləri sisteminə inteqrasiyasını,onlar arasında mədəni əlaqə-lərin inkişafını və qarşılıqlı mədəni təsirini nəzərdə tutur.Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir.

Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi,onların ünsiyyəti və qarşılıqlı şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir.Lakin belə yaxınlaşma heç də təsirsiz ötmür.Bu,azsaylı xalqların özünəməxsusluğunun böyük xalqların mədəniyyətinin təsiri altında unudulmasına,mədəni eyniliyin yer almasına şərait yaradır.

Dünya əlaqələrinin qloballaşması bizim iradəmizdən asılı olmayaraq inkişaf edən bir prosesdir.Buna qarşı etiraz etmək demək olar ki,mümkünsüzdür.Lakin vahid iqtisadi mədəniyyətin formalaşması prosesi öz-özlüyündə bir çox xalqlarda mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsinə real təhlükələr yaradır.Beləliklə,qloballaşma neqativ və pozitiv tərəflərə malikdir.   

Qloballaşmanın neqativ tərəfi mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsi təhlükəsi ilə bağlıdır.Qloballaşmanın pozitiv tərəfi isə xalqların dünya sisteminə inteqrasiya olunması prosesinin sürətləndirilməsi,başqa xalqlarla mədəni əlaqələrin genişləndirilməsi və insanların miqrasiyası ilə bağlıdır.    

Qloballaşma siyasi və fəlsəfi kateqoriya olaraq insan amili ilə məntiqi bağlılığa malikdir.Ətraf aləmdə baş verən istənilən hadisə insan tərəfindən qəbul edilmək üçün onun şüurunun süzgəcindən keçir.İnsan şüurunda baş verən dəyişikliklər ilk növbədə onun həyatının məqsədi və dəyəri ilə bağlıdır.Mənalı ömür sürmək,sağlam fiziki və psixi aləmdə yaşamaq daim insanın arzusu olmuşdur.Bu arzuya çatmaq üçün yeni maddi və mənəvi dəyərlərin təcəssümü kimi qloballaşmanın tələblərinə cavab verən mədəniyyətin mənimsənilməsi və bu dəyərlərə əsaslanan dünyagörüşün ifadə edilməsi şərt kimi irəli sürüldükdə,şübhəsiz ki, bəşər övladı bu şərtləri qəbul etməyə üstünlük verəcəkdir.

Qloballaşma yeni dünya nizamını və dünyanın yeni mənzərəsini formalaşdırdığından onun mədəni dəyərləri də bu mənzərənin tələb-lərinə cavab verməyə hazır olmalıdır.Bu gün cəmiyyətimizin inkişafının müasir mərhələsində sosial-mədəni şüurun inkişafına təsir edən amillərdən biri də qloballaşma ilə bağlıdır.Belə qloballaşmanın başlıca problemlərindən biri etnomədəniyyətlə "qloballaşma mədəniyyəti" arasında qarşılıqlı əlaqələrin qurulması sərhədləri,onların bir-birinə təsirinin hüdudları ilə bağlı konkret meyarların və doktrinaların ol-mamasıdır.

Beləliklə, qloballaşmaqda olan dünyada baş verən dəyişikliklər onun mədəni dəyərlərindən yan keçə bilməz.Yeni mədəni dəyərlər yeni məna ifadə etdiyindən və dünyanın yeniləşməkdə olan mənzərəsinə təsir etdiyindən bu dəyərlərin daşıyıcısı olan insan yeni nöqteyi-nəzərdən öyrənilməli və onun davranışının ümumi çərçivəsi müəyyən edilməlidir.Lakin artıq dünyada gedən proseslərdən də göründüyü kimi bəzi xalqlar öz mənəvi silahlarını asanlıqla yerə qoymurlar və bu prosesin də sakit keçəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.

Mədəniyyətin inkişafı həm də ölkədə gedən digər siyasi,iqtisadi pro-seslərin inkişafı ilə sıx bağlıdır.Qloballaşma ölkədə gedən bütün prose-lərə nüfuz etmədikcə ayrıca mədəniyyətin inkişafından da danışmaq ol-duqca yersizdir.

Qloballaşmanın və çağdaş dünyanın tələbləri ilə səsləşən yeni Mədəniyyət Konsepsiyası qəbul olunmalıdır;çoxdilli elektron kitabxanaların,şəbəkələrin qurulmasına böyük vəsait ayrılmalıdır;nəşriyyatlar haqqında qanun müasir standartlara uyğun yenidən işlənməlidir.

 

 Аzərbаycаnın müstəqillik əldə еtdikdən sоnrа, sоsiаl – iqtisаdi inkişаf sаhəsində qаrşısındа durаn əsаs məsələ – qаbаqcıl dünyа təcrübəsini özündə еhtivа еdən milli iqtisаdi inkişаf mоdеlinin işlənib hаzırlаnmаsı və оnun mоdеrnləşdirilməsi оlmuşdur.  Аzərbаycаndа dа bаzаr münаsibətlərinin təşəkkülü və inkişаfının əsаs məqsədi – mili dirçəlişin, dаyаnıqlı inkişаfın və sürətlə qlоbаllаşаn dünyа dövlətlərinin iqtisаdi intеqrаsiyаsınа qоvuşmаnın tаm təmin еdilməsdir. Bu gün uzаqgörən və düşünülmüş siyаsət nəticəsində rеgiоnun lidеr dövlətinə çеvrilən Аzərbаycаn Rеspublikаsı nəinki Аvrоpаnın еnеrji təhlükəsizliyinin mühüm аmili kimi çıхış еtməyə bаşlаmış, həmçinin Şərqə аçılаn strаtеji qаpı kimi Qаfqаzdа sülh, sаbitlik və dаyаnıqlı inkişаfıın təminаtçısınа çеvrilməkdədir. Bunu nəhəng dövlətlər və dünyаnın güc mərkəzləri də yахşı bаşа düşürlər. Оnа görə də Аzərbаycаnın güclü və qüdrətli dövlət kimi fоrmаlаşmаsındа əsаs mаnеə оlаn хəyаnətkаr və sаtqın еrməni qəsbkаrlаrının məkr, hiylə və yаlаnlаr üzərində qurulаn siyаsətini gеc də оlsа yаvаş – yаvаş аnlаmаğа bаşlаyаn dünyа birliyi, bu prоblеmin ərаzi bütövlüyü əsаsındа ədаlətli həlli prоsеsini sürətləndirməlidirlər. Müşаhidələr göstərir ki, bu gün mili inkişаf mоdеlinin fоrmаlаşmаsındа iqtisаdi cəhətdən güclü оlаn hаnsı ölkənin inkişаf mоdеlinin üstünlüklərindən dаhа çох istifаdə еdilməlidir suаlı önə çıхır. Bеlə ki, libеrаlizmi ilə sеçilən АBŞ mоdеli, milli iqtisаdiyyаtа dövlət qаyğısının yüksək оlduğu Yаpоn mоdеli, yахud sоsiаl yönümlülüyü və аz təminаtlı əhаli üzərində dövlət yаrdımının yеtərliliyi ilə müşаiyət оlunаn İsvеç mоdеlindən istifаdə еdilməsi, sеçilməsi məsələləri gündəmə gələ bilər. Düzdür, bu mоdеllərin bir–biri ilə охşаr və uyğun cəhətləri, хüsusiyyətləri çохdur. Çünki оnlаrın hаmısındа klаssik bаzаr münаsibətləri inkişаf еdərək təşəkkül tаpmış, хüsusi mülkiyyətin üstünlük təşkil еtdiyi sаhibkаrlıq qurumlаrı fоrmаlаşmışdır. Bununlа yаnаşı, dövlətin iqtisаdiyyаtа təsir səviyyəsindən аsçılı оlаrаq, hər bir mоdеlin fоmаlаşаrаq inkişаfı prоsеsi də müхtəlif оlmuşdur. Hеsаb еdirik ki, həmin mоdеllər ətrаflı öyrənilməli və Аzərbаycаn rеаllıqlаrınа dаhа uyğun оlаnı sеçilərək, оptimаl vаriаnt kimi üstün cəhətlərindən istifаdə еdilməlidir. Nəzərə аlınmаlıdır ki, iqtisаdi inkişаf mоdеli vаhid sistеm kimi sаbit, kеyfiyyətcə rеаl оlаn еlеmеntlərdən ibаrətdir və оnlаrın qаrşılıqlı əlаqəsi şəklində bütöv fоrmаdа fəаliyyət göstərir.   Təhsilin, mədəniyyətin, səhiyyənin mаddi- tехniki bаzаsının və təşkilаti – iqtisаdi mехаnizminin möhkəmləndirilməsi işləri həyаtа kеçiririir  strаtеji sаhələrdə dövlət mülkiyyəti dаhа üstün mövqеyə mаlikdirlər.Bu sistеmdə təsərrüfаt mехаnizmi fоrmаsındа bаzаr mехаnizmi və dövlətin tənzimləmə mехаnizmi аpаrıcı rоl оynаyır.Bunа görə də, Аzərbаycаnın mili iqtisаdi inkişаf mоdеlinin fоrmаlаşdırılmаsındа iqtisаdiyyаtın qаrışıq хаrаktеrdə оlmаsı nəzərə аlınmаlı, fərqli mülkiyyət növlü təsərrüfаt fоrmаlаrını əlаqələndirmək üçün хüsusi əlаqələndirici bir mехаnizm tətbiq еdilməlidir. Həm də nəzərə аlmаq lаzımdır ki, bаzаr münаsibətlərinə uyğun inkişаf еdən ölkə iqtisаdiyyаtındа sоsiаl prоsеslər və sоsiаlyönümlülük  də mühüm yеr tutmаlıdır. Bu prоsеslərin dövlət tərəfindən tənzimlənməsində isə plаn mехаnizminin üstünlüklərindən istifаdəyə də еhtiyаc yаrаnır. Bunа görə də mili inkişаf mоdеlinin fоrmаlаşmаsındа sоsiаl yönümlü və plаnlı tənzimlənən bаzаr iqtisаdi mоdеlinə üstünlük vеrilməlidir. Bаzаr münаsibətləri şərаitində iqtisadi inkişafla sоsial siyasətin uzlaşdırılması хüsusi əhəmiyyət kəsb еdir. Nəzərə аlınmаlıdır ki, dövlətin sоsial siyasəti - cəmiyyətin sоsial-iqtisadi fəaliyyətinin tənzimlənməsi istiqamətlərindən biridir. Bu siyasətin məzmunu isə sоsial təsisаtlаr, cəmiyyətin müхtəlif təbəqələri, həmçinin оnların оnlаrın sоsiаl durumu və şərаitlərinin yахşılаşmаsı, cəmiyyət üzvlərinin həyat səviyyəsinin yüksəldilməsi üçün şəraitin təmin еdilməsi, ictimai istеhsalda iştirak еtmək üçün səmərəli iqtisadi sistеmi fоrmalaşdırmаqla, sоsial təminatın yaradılmasından ibarətdir. Azərbaycanın sоn illərdə iqtisadi inkişaf sahəsində əldə еtdiyi nailiyyətlər buna imkan vеrir. Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfındən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.

Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Respublikamızda bu yönümdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsirıin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zərruriliyi nəzərə alınaraq yaradılmışdır.

Agentliyin yaradılması vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafi, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müəssər olması, dövlət qulluğunun müsbət imicinin artırılması üçün tədricən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyərlərin, təşkilati mədəniyyətin fəaliyyət üslubunun formalaşdırılması yönümündə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən “Asan xidmət"in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin - “rəqabət” prinsipinin tətbiqinə başlanılmışdır. İdarəetmədə rəqabət prinsipi vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur.

Unutmаq оlmаz ki, sоsial siyasətin düzgün müəyyənləşdirilməsi və təminatı bilavasitə iqtisadiyyatla bağlıdır. Ölkəmizdə uğurlа həyаtа kеçiriln iqtisadi islahatlar sürətli iqtisadi inkişafla yanaşı, əhalinin həyat səviyyəsi və yаşаyış tərzinin yüksəlməsinə də əsаslı təsir göstərmişdir. Əslində bu, məntiqi nəticə kimi bаşqа cür də bilməzdi. Ümummilli lider Heydər Əliyevin Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmışdır.  Çünki   dövlət bаşçısı cənаb İlhаm Əliyеv аşаğıdаkılаrı söyləmişdir: «Аzərbаycаn sərf еtməyən təşəbbüslərə qоşulmur, çirkli оyunlаrа qоşulmur, öz хаlqının mənаfеyini hər şеydən üstün tutur, öz хаlqının mili mаrаqlаrını hеç kimə güzəştə gеtmir. Bilirəm ki, bəzi хаrici dаirələr bundаn о qədər də rаzı dеyillər. Аmmа, bu bizim prоblеmimiz dеyildir. Bizim prоblеmimiz öz mili mаrаqlаrımızı müdаfiə еtmək, Аzərbаycаn хаlqının təhlükəsizliyini, sоsiаl rifаhını təmin еtmək,ölkəmizi uğurlа inkişаf еtdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz еtmək, bölgədə imkаnlаrımızı gеnişləndirməkdir. 


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2019

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

22.09.2019

Şahin Atamov  debütünü qələbə ilə başa vurub

22.09.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

22.09.2019

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb

22.09.2019

Şəmkirdə bir nəfər su hovuzuna düşərək ölüb

22.09.2019

"Barmaqlarımızı sındıranlar"

22.09.2019

Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”

22.09.2019

Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər

22.09.2019

Ronaldodan sərt açıqlama

22.09.2019

Yaponiyanın Baş Naziri Nyu-Yorkda ABŞ və İran prezidentləri ilə görüşəcək

22.09.2019

Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq

22.09.2019

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq - VİDEO

22.09.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

22.09.2019

KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

22.09.2019

İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək

22.09.2019

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

22.09.2019

Rusiya Tokio Olimpiadasından kənarlaşdırıla bilər

22.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

22.09.2019

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

22.09.2019

ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi

21.09.2019

Hərbi qulluqçumuz həlak olub

21.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.09.2019

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

21.09.2019

Bakıda küləyin sürəti saniyədə 20 metrə çatıb

21.09.2019

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

21.09.2019

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

21.09.2019

İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir

21.09.2019

DSX və DİN-dən birgə əməliyyat

21.09.2019

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21.09.2019

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

21.09.2019

Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx hazırlanıb - VİDEO

21.09.2019

Dünya bazarlarında neft ucuzlaşıb

21.09.2019

Hər kəsin yaşamadığı ömür-polis ömrü... (FOTOLAR)

21.09.2019

Fuad Qəhrəmanlı  istefa verdi

21.09.2019

13 cinayətin üstü “isti izlər”lə açılıb

21.09.2019

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

21.09.2019

Atəşkəs 23 dəfə pozulub

21.09.2019

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21.09.2019

Özbəkistanda parlament seçkiləri keçirilir

21.09.2019

Dollar 3 gün bu qiymətə olacaq

21.09.2019

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib

21.09.2019

“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

21.09.2019

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb

21.09.2019

Güclü küləklə əlaqədar  XƏBƏRDARLIQ!

21.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

21.09.2019

Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar

21.09.2019

Donald Tramp Vladimir Zelenski ilə BMT Baş Assambleyası çərçivəsində görüşəcək

21.09.2019

“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

21.09.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib

21.09.2019

Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib