İnqilab Kərimov İŞİD-ı Azərbaycana, baş kəsməyə çağırır

10:01 / 01.09.2019

Əli Kərimlinin əmisi oğlu, Fransada siyasi sığınacaq almış İnqilab Kərimov ekstremist bəyanatları ilə yadda qalan birisidir. Parlaq zəkası ilə seçilir. Aşağıdakı status məhz həmin parlaq zəkanın fraqmentlərindən biridir...:

"İŞİD heç də hər adamin başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adini dindar qoyub, cindarliqla məşğul olanların başını kəsir....İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən İŞİD..."

Terrorçuların baş kəsməsini alqışlayan siyasi mühacir sonda da İŞİD-ın Azərbaycana xəyali gəlişindən məmnunluq duyduğunu ifadə edir. Təbii ki, mən də bir status yazaraq bu əndrabadi  çağrışa etiraz etdim. Bir elə o qalmışdı ki, başkəsənlər vətənimizdə at oynatsın. Maraqlı olan odur ki, "Facebook"da hörgütlənmiş  AXCP tərəfdarları hətta bu boyda biabırçılığı müdafiə etmək üçün səs-səsə verdilər. Birinci arqumentləri o oldu ki, 2003-cü ildə "Yeni Müsavat" qəzetində "Yaşasın bin Laden" başlığı ilə yazı gedib. İkinci arqumentsə belədir ki, Əli Kərimli əmisi oğluna görə məsuliyyət daşımır.
Birinci arqumentlə bağlı araşdırma apardım. O vaxt "Yeni Müsavat" qəzetinə rəhbərlik etmiş Qabil Abbasoğlu ilə danışdım. Bəlli oldu ki, 2003-cü ilin 17 oktyabrında "Yeni Müsavat" və "Azadlıq" qəzeti birləşərək müştərək qəzet çıxarıblar. Həcmi 24 səhifə olub. Tirajı 30 min.  (Bəli, bu qəzetlərin belə bal-yağ vaxtları da olub) Və məhz həmin qəzetdə "Yaşasınmı Bin Laden" başlıqlı yazı gedib. Göründüyü kimi, başlıq cəbhəçilərin iddia etdiyindən bir qədər fərqlidir. Ən önəmlisi isə odur ki, həmin yazı ortaq qəzetə "Azadlıq" qəzetinin yazarı tərəfindən təqdim olunub. Həmin jurnalist sonradan "Bizim Yol" qəzetində çalışdı, bir ara da rüşvət alma ittihamı ilə həbs olundu. Söhbət tanınmış yazar Müşfiq Hüseynovdan gedir. O, köhnə yurdçulardan biridir. Xatırladaq ki, M.Hüseynov 2008-ci il yanvarın 21-də rüşvət alma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin il aprelin 4-də Apelyasiya Məhkəməsi onun həbs müddətini 5 ilə qədər azaldıb. M.Hüseynov və ailəsi Prezident yanında Əfv Komissiyasına bağışlanaraq azadlığa buraxılmaq xahişi ilə müraciət etmişdi...  

O da maraqlıdır ki, bu arqumentdən "Yeni Müsavat"a və onun o vaxt həbsdə olan baş redaktoru Rauf Arifoğluna qarşı istifadə ediblər. Düşünün ki, o vaxt ABŞ-ın Azərbaycandakı səfiri olmuş cənab Harniş R.Arifoğlunu məhz həmin yazıya görə müdafiə etməkdən imtina edib. Sonra hüquq müdafiəçiləri həmin yazını cənab səfirə təqdim ediblər. Məlum olub ki, bu yazının nə "Yeni Müsavat"a, nə də ki, onun həbsdə olan baş redaktoruna dəxli yoxdur. Yazı "Azadlıq" qəzetinin və onun köşə yazarının yazısıdır. 
Göründüyü kimi, bu hadisənin üstündən illər keçsə də, cəbhəçilər saxtakarlıqdan əl çəkmirlər və bu məqamdan utanıb-çəkinmədən yararlanırlar. Halbuki sözügedən yazının müəllifi bəllidir.

İndi isə "əmioğlu" məsələsinə aydınlıq gətirək.  Təbii ki, Əli Kərimli heç bir qohumuna görə nə hüquqi, nə də ki, mənəvi məsuliyyət daşımır. Ancaq bir məqam da var ki, bu əmioğlu rəsmən Cəbhəçidir. Ən azı, AXCP adından Fransaya sığınıb. Dünyaya ən mütərəqqi ideyalar ixrac etmiş və cağdaş dünyaya yeni bir şəkil vermiş Fransada oturub İŞİD-i Azərbaycana dəvət etmək nə deməkdir? Başqa bir məqam. Düşünün ki, prezident İlham Əliyevin çoxsaylı əmisi oğlanlarından biri belə bəyanat versəydi nə olardı? Əli Kərimli və  Milli Şuranın sədri Cəmil Həsənli bundan hər fürsətdə istifadə etməzdimi? Əminliklə deyə bilərəm ki, edərdilər. 

 
Aradan bir müddət keçəcək. Buna bənzər ittihamlar yurdçular tərəfindən yenidən gündəmə gətiriləcək. Və yenə biz arxiv materiallarını eşələyib, onlara cavab verməli olacağıq. Bu dünya belədir, rəqibin ki, abırlı olmadı, heç zad, günün qalmaqalda keçəcək. Ancaq biz belə şeylərə öyrəncəliyik. Yurdçulara qarşı illərin sınağından çıxmış immunitetimiz var...


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2019

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

22.09.2019

Şahin Atamov  debütünü qələbə ilə başa vurub

22.09.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

22.09.2019

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb

22.09.2019

Şəmkirdə bir nəfər su hovuzuna düşərək ölüb

22.09.2019

"Barmaqlarımızı sındıranlar"

22.09.2019

Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”

22.09.2019

Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər

22.09.2019

Ronaldodan sərt açıqlama

22.09.2019

Yaponiyanın Baş Naziri Nyu-Yorkda ABŞ və İran prezidentləri ilə görüşəcək

22.09.2019

Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq

22.09.2019

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq - VİDEO

22.09.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

22.09.2019

KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

22.09.2019

İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək

22.09.2019

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

22.09.2019

Rusiya Tokio Olimpiadasından kənarlaşdırıla bilər

22.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

22.09.2019

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

22.09.2019

ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi

21.09.2019

Hərbi qulluqçumuz həlak olub

21.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.09.2019

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

21.09.2019

Bakıda küləyin sürəti saniyədə 20 metrə çatıb

21.09.2019

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

21.09.2019

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

21.09.2019

İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir

21.09.2019

DSX və DİN-dən birgə əməliyyat

21.09.2019

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21.09.2019

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

21.09.2019

Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx hazırlanıb - VİDEO

21.09.2019

Dünya bazarlarında neft ucuzlaşıb

21.09.2019

Hər kəsin yaşamadığı ömür-polis ömrü... (FOTOLAR)

21.09.2019

Fuad Qəhrəmanlı  istefa verdi

21.09.2019

13 cinayətin üstü “isti izlər”lə açılıb

21.09.2019

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

21.09.2019

Atəşkəs 23 dəfə pozulub

21.09.2019

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21.09.2019

Özbəkistanda parlament seçkiləri keçirilir

21.09.2019

Dollar 3 gün bu qiymətə olacaq

21.09.2019

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib

21.09.2019

“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

21.09.2019

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb

21.09.2019

Güclü küləklə əlaqədar  XƏBƏRDARLIQ!

21.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

21.09.2019

Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar

21.09.2019

Donald Tramp Vladimir Zelenski ilə BMT Baş Assambleyası çərçivəsində görüşəcək

21.09.2019

“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

21.09.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib

21.09.2019

Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib