Bir sıra komissiyaların tərkibində dəyişiklik edilib

19:12 / 02.09.2019

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2016-cı il 19 fevral tarixli 1792 nömrəli və “2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 772, № 8, maddə 1521; 2018, № 2, maddə 175) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”.

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297) ilə təyin edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”.

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750; 2018, № 1, maddə 99) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının daxili işlər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti”.

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312; 2018, № 6, maddə 1297) 1-ci hissəsində “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilir.

“2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1526; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 1065) 1-ci hissəsində “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilir.


Etiket:

Strategiya.az

Xəbərlər
28.02.2020

Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi

28.02.2020

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

28.02.2020

"Sumqayıt hadisələrinin törədilməsində məqsəd dünyada anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi"

28.02.2020

Türkiyə İdlibdə 33 şəhid verdi

28.02.2020

Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər

27.02.2020

Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

27.02.2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

27.02.2020

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

27.02.2020

Səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu

27.02.2020

Strasburq: Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

26.02.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir (FOTO)

26.02.2020

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər"

26.02.2020

Prezident İlham Əliyev: "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq"

26.02.2020

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür

25.02.2020

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25.02.2020

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

25.02.2020

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

25.02.2020

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

25.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

25.02.2020

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

24.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

24.02.2020

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı