Maraqlı tarixçə: Dünyanın ən nəhəng oteli niyə 16 ildir ki, boşdur? - VİDEO

17:00 / 05.09.2019

1987-ci ildə Şimali Koreyanın paytaxtında piramida şəklində super hündürlüyə malik olan (304 metr) və 3 min otaqlı otelinin təməli qoyuldu. Binada panoramlı mənzərənin göründüyü 5 fırlanan restoran da nəzərdə tutulmuşdu. "The Ryugyong Hotel” adlanan bu nəhəng mehmanxana binasının (Koreya dilində "Söyüdlü paytaxt”) tikintisinin iki ildən sonra istifadəyə verilməsi planlaşdırılırdı. Lakin tikintisi başa çatan otel binası bu günədək boş olaraq qalır.

1992-ci ildə "The Ryugyong Hotel” plana uyğun hündürlüyə çatdırılıb və növbəti 16 ildə boş qalıb. O, paytaxtın mərkəzində tənha və nəhəng raket formalı abidəni xatırladır. Ətrafındakı bütün göydələnlərin cırtdan kimi göründüyü bu binaya xalq arasında "Tale oteli” adı verilib. Onun Pxenyana faydası isə gecə vaxtı rəngli işıqlandırmanın şüşə-metal konstruksiyalı binaya verdiyi gözəllikdir. Otelin tikintisi bir neçə uzun fasilələr ilə davam etdirilib və insanlar arasında onun haçansa istifadəyə veriləcəyi barədə söz-söhbət yaranıb. Bina bu günədək dünyanın boş qalan ən nəhəng otelidir.

"Soyuq müharibə”nin yadigarı

"The Ryugyong Hotel” "Soyuq müharibə” dövründə ABŞ-ın dəstəklədiyi Cənubi Koreya ilə SSRİ-nin himayə etdiyi Şimali Koreya arasında rəqabətin məhsuludur. Onun təməlinin qoyulmasından bir il əvvəl Cənubi Koreya firması Sinqapurda dünyanın ən hündür "Westin Stamford” otelinin tikintisini başa çatdırıb. Bu ölkənin paytaxtı Seul da 1988-ci il Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində bir neçə göydələni istifadəyə verib.

Bu uğurlara cavab vermək istəyən Pxenyan isə 1989-cu ildə Olimpiya Oyunlarının sosialist versiyası olan Dünya Gənclər və Tələbələr Festivalını keçirmək ideyasını irəli sürüb. Bu məqsədlə həmin ilədək nəhəng otelin tikilməsi nəzərdə tutulub, lakin onun inşaat işlərini yarışların başlanmasınadək başa çatdırmaq və Cənubi Koreyadan irəli keçmək mümkün olmayıb. Festivalın keçirilməsinə və otelin tikintisinə milyardlarla dollar xərcləyən hökumət bu çərçivədə yeni stadion tikib, Pxenyan aeroportunu modernləşdirib və yollar salıb. Lakin Şimali Koreyaya böyük məbləğdə maliyyə yardımı göstərən Sovet İttifaqının süqutu ərəfəsində Pxenyan da çətin vəziyyətə düşüb. Dərin iqtisadi böhran səbəbindən 1992-ci ildə "The Ryugyong Hotel”in tikintisində tamamlama işləri tamamilə dayandırılıb.

Təbliğat ruporuna çevrilən nəhəng binalar

Sinqapurun məşhur arxitektoru Kelvin Çua Pxenyan urbanizminin xüsusiyyətlərini tədqiq edib. Onun sözlərinə görə, Şimali Koreyanın paytaxtında olan əzəmətli binaların əksəriyyəti ölkə rəhbərlərinin təbliği üçün tikilib. "Bu binalarda texnologiyanın son nailiyyətləri olan inşaat materiallarından istifadə olunmayıb, amma onlar konkret məqsədlər üçün tikilib. Bu yolla siz ecazkar bina tikə bilməzsiniz, Şimali Koreyanın paytaxtında yalnız konusvarı zirvəsi olan binalara üstünlük verilir. Düşünürəm ki, bu memarlıq üslubu Koreya müharibəsinin nəticələri ilə bağlıdır”, - deyə o qeyd edib. Arxitektorun sözlərinə görə, əzəmətli "The Ryugyong Hotel” binası da nəhəng raketi xatırladır və bu cür layihələr kommunist ölkələrinin çoxuna xas olub. O əlavə edib ki, otel binası əslində dağ formasında tikilməli idi, çünki yüksək zirvəsi olan dağ bu ölkənin rəmzidir. Lakin son nəticədə konusvarı və piramidaya bənzər bina alındı.

Otel binasının ikinci "həyatı”

2012-ci ildə Almaniyanın lüks otellər qrupu "Kempinski” gözlənilmədən bəyan edib ki, "The Ryugyong Hotel”i rekonstruksiya edərək bir il sonra istifadəyə vermək istəyir. Lakin bir neçə ay sonra alman şirkəti Şimali Koreyada bazara girməyin imkansız olması səbəbindən planından vaz keçib. Digər tərəfdən, bəzi dairələr otel binasının tikintisində keyfiyyətsiz inşaat materiallarından istifadə olunması barədə şayiələr də yayıblar. Bu şayiələr Pxenyanda 23 mərtəbəli yaşayış binasının çökməsindən sonra daha da inanılır hala gəlib.

Amma 2018-ci ildə "The Ryugyong Hotel” ikinci həyatını yaşamaq şansı ilə üzləşib. Onun fasadında quraşdırılan rəngli işıq sistemi Pxenyanın mərkəzinə xüsusi gözəllik verib. Binanın zirvəsində isə Şimali Koreyanın dövlət bayrağının təsviri var.

İndi bütün paytaxt əhalisi və Uzaq Şərqin arxitektorlarını bir sual maraqlandırır: "The Ryugyong Hotel”i haçansa istifadəyə vermək mümkün olacaqmı? İnşaat ekspertləri hesab edirlər ki, bu, çox çətindir, amma mümkündür.

"The Ryugyong Hotel” Koreya yarımadasında yeganə nəhəng otel binası deyil: 2017-ci ildə istifadəyə verilmiş Seuldakı "The Lotte World Tower” otelinin hündürlüyü 240 metrdir.


Etiket:

Strategiya.az

Xəbərlər
07.07.2020

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü

07.07.2020

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

07.07.2020

Bir sıra icazələr yenidən aktivləşdirildi

07.07.2020

Prezident İlham Əliyevin müsahibəsi - TAM MƏTN

07.07.2020

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07.07.2020

İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri

06.07.2020

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik

06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

06.07.2020

Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi

06.07.2020

BDU-da virtual elmi seminar keçirilib

06.07.2020

DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı

06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

06.07.2020

Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%-nə Azərbaycanda rast gəlinir

06.07.2020

Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

06.07.2020

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

06.07.2020

Ukraynada koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

06.07.2020

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

06.07.2020

Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub

06.07.2020

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

05.07.2020

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

05.07.2020

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

05.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

05.07.2020

Xəstəlikdən bir neçə ay sonra idmanla məşğul ola bilmirlər

05.07.2020

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

05.07.2020

Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı

04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

04.07.2020

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib

04.07.2020

Azərbaycan neftinin bir barreli 43,85 dollara satılır

04.07.2020

Prezident tanınmış yazıçıya ev bağışladı

04.07.2020

Bu ölkə koronavirusun ikinci dalğasına başladı

04.07.2020

Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

03.07.2020

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

03.07.2020

“ASAN xidmət” mərkəzlərində bu günlərdə iş olmayacaq

03.07.2020

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

03.07.2020

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03.07.2020

Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03.07.2020

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

03.07.2020

İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

03.07.2020

AzTV-nin baş redaktoru Etibar Babayev koronavirusdan dünyasını dəyişib

03.07.2020

Şəxslərin  yaşayış yerini və olduğu yeri tərk etmələri qaydaları

02.07.2020

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

02.07.2020

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

02.07.2020

Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

02.07.2020

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

02.07.2020

PREZİDENT İLHAM ƏLİYEV PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ BEYNƏLXALQ SƏYLƏRİ BİRLƏŞDİRİR

02.07.2020

Professor Əli Həsənov: "Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr dövlətimizin milli maraqlarının qorunmasında, müdafiəsində mühüm xidmətlər göstərib" 

02.07.2020

2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu 

02.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)