Nəsimi - 7 böyük ozandan biri

10:18 / 10.09.2019

"Heydər Əliyev və İlham Əliyev Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmırlar"

50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 - 1417) 600 illik yubileyi keçirilmiş, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artmışdı. Ana dilimizdə yaratmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca ozanların, muğam ustalarının dilindən düşməyərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verən qüdrətli sufi şairin əlyazmalarının tədqiqi həmin vaxtdan etibarən genişlənmiş, əsərləri kütləvi tirajla çap edilmişdi. Təsadüfi deyil ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yeri olan film də məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətdə olduğu zamanda- İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ildə çəkilmiş, baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanmışdı.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində yazıb.

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncama əsasən işıq üzü görən, oxuculara təqdim və ölkə kitabxanalarına hədiyyə edilən nəşrlər arasında, heç şübhəsiz, Nəsiminin əsərləri də yer almışdı:

"Hər kəsə o da yaxşı məlumdur ki, dövlət başçımız Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq içərisində olduğumuz 2019-cu ili “Nəsimi ili” elan edib. Prezidentin bu sərəncamından irəli gələrək il ərzində xalqımızın ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş şair haqqında çox sayda elmi və mədəni tədbir keçirilib, araşdırmalar aparılıb, o cümlədən kütləvi informasiya vasitələrində sanballı məqalələr dərc olunub. Tədbirlər davam edir".

Əli Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək:

"Bu barədə yayılan açıqlamadan xəbərdarsınız ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və könüllü gənclər qoşulacaqlar".

 
Prezident köməkçisinin fikrincə, “Nəsimi ili”nə gözəl töhfələrdən birini də “Youtube” kanalındakı hesabına yerləşdirdiyi son bəstəsi ilə soydaşımız, Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusif verdi. Onun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası sosial şəbəkələrdə qısa zamanda populyarlaşdı və böyük rəğbətlə qarşılandı:

"Müntəzəm olaraq Azərbaycana gələn, ötən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalında iştirak etmiş Sami kimi məşhur, açıq konsertlərinə yüz minlərlə tamaşaçı toplanan bir sənətçinin klassik poeziyamızın pərəstişkarı olması, mənəvi dünyamızın incilərini yeni və peşəkar formada bütün dünyaya yayması, əlbəttə, təqdirə layiqdir. Onun xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı. Odur ki, türk dünyasının 7 böyük ozanından biri sayılan Nəsiminin “Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevirilməsinə əmək sərf etmiş hər kəsə təşəkkür edir, böyük məmnuniyyətlə videosunu sizlərlə- öz Facebook dostlarımla paylaşıram. Paylaşıram həm də ona görə ki, Heydər Əliyevin və İlham Əliyevin Nəsimi kimi tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi cəmiyyətimizin və bütün dünyanın nəzərində ucaltmaqla standart məkan qəliblərinə sığmadıqları barədə qənaətimi bir daha sizlərlə bölüşüm".


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2019

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

22.09.2019

Şahin Atamov  debütünü qələbə ilə başa vurub

22.09.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

22.09.2019

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb

22.09.2019

Şəmkirdə bir nəfər su hovuzuna düşərək ölüb

22.09.2019

"Barmaqlarımızı sındıranlar"

22.09.2019

Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”

22.09.2019

Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər

22.09.2019

Ronaldodan sərt açıqlama

22.09.2019

Yaponiyanın Baş Naziri Nyu-Yorkda ABŞ və İran prezidentləri ilə görüşəcək

22.09.2019

Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq

22.09.2019

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq - VİDEO

22.09.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

22.09.2019

KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

22.09.2019

İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək

22.09.2019

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

22.09.2019

Rusiya Tokio Olimpiadasından kənarlaşdırıla bilər

22.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

22.09.2019

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

22.09.2019

ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi

21.09.2019

Hərbi qulluqçumuz həlak olub

21.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.09.2019

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

21.09.2019

Bakıda küləyin sürəti saniyədə 20 metrə çatıb

21.09.2019

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

21.09.2019

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

21.09.2019

İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir

21.09.2019

DSX və DİN-dən birgə əməliyyat

21.09.2019

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21.09.2019

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

21.09.2019

Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx hazırlanıb - VİDEO

21.09.2019

Dünya bazarlarında neft ucuzlaşıb

21.09.2019

Hər kəsin yaşamadığı ömür-polis ömrü... (FOTOLAR)

21.09.2019

Fuad Qəhrəmanlı  istefa verdi

21.09.2019

13 cinayətin üstü “isti izlər”lə açılıb

21.09.2019

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

21.09.2019

Atəşkəs 23 dəfə pozulub

21.09.2019

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21.09.2019

Özbəkistanda parlament seçkiləri keçirilir

21.09.2019

Dollar 3 gün bu qiymətə olacaq

21.09.2019

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib

21.09.2019

“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

21.09.2019

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb

21.09.2019

Güclü küləklə əlaqədar  XƏBƏRDARLIQ!

21.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

21.09.2019

Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar

21.09.2019

Donald Tramp Vladimir Zelenski ilə BMT Baş Assambleyası çərçivəsində görüşəcək

21.09.2019

“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

21.09.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib

21.09.2019

Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib