Məktəblinin qida çantası necə hazırlanmalıdır? – VİDEO

15:30 / 11.09.2019

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tədris prosesi, dərs yükü ilə yanaşı məktəblilərin qidası da önəmli məsələlərdən biridir.

ARB TV xəbər verir ki, qida çantaları daha çox 6-10 yaş qurupunda olan məktəblilər üçün hazırlanır, bu dövrü yaşayan uşaqlar inkişaf və böyümə çağında olduğundan bol vitaminli qidalarla bəslənməlidir.

Şagird: “Anam mənə məktəbdə yeməyə kökə, peraşki, qoğal qoyur. Atam bəzən sosiska çörək alır”.

Valideyn: “Uşağa hərdən aladik edirəm. Buterbrod edirəm”.

Şagird: “Hərdən evdə kolbasa olanda, çörəyin arasına kalbasa-çörək qoyur, su qoyur”.

Valideyn: “Bulka alıram, sonra pirojnalar, kekslər hazırlayıb qoyuram”.

Apardığımız sorğudan da bəllidir ki, valideynlər övladlarınının qida rasionunu təyin edərkən həm hazır, həm də evdə hazırlanan qidalara üstünlük verirlər. Ev üsulu qidalar daha çox asan hazırlana bilən, dərsarası yeyilməsi mümkün yeməklər olur. Lakin mütəxəssislər deyir ki, bunlarla yanaşı məktəblinin gündəlik qida rasionuna meyvə-tərəvəz qrupundan olan qidalar, ət və süd məhsulları da daxil edilməlidir.

Cavidan Quliyev – AQTİ-nin Aparıcı Mütəxəssisi: “Əsas nəzərə almaq lazımdır ki, gündəlik qida rasionumuzda ehtiyac duyduğumuz qida kamponentləri; zülallar, karbohidratlar, yağlar, vitaminlər, mineral duzlardır ki, məktəbli çantasında qoyulan qidalar bu kamponentləri əhatə etsin. Ev şəraitində bişirilən qidaların məktəbli çantasında olması tövsiyyə olunandır. Çünki, valideyinlər özləri də əmin olurlar ki, belə qidalar nə qədər qida dəyərinə malikdir və nə qədər keyfiyyətlidir”.

Məktəblinin qida rasionuna mütləq daxil edilməli olanlardan biri də sudur. Lakin bu, qazlı, yaxud müxtəlif rəngləndirici maddələr qatılmış şirələr deyil, mineral sular və ya təbii meyvə şirələri olmalıdır. Sözügedən yaş aralığında uşaqların gündəlik su norması isə 1-1,5 litrdir.

Qidaların qablaşdırılması və lazımi çantanın seçilməsi də vacib məqamlardandı. Bir neçə ildir satışa məktəbli ləvazimatı kimi müxtəlif materialları olan qablar çıxarılıb. Əvvəllər bu tip qablar məişətdə qidaların saxlanması üçün istifadə olunsa da indi məktəbli çantasına rahat yerləşən və yeməklərin daşınmasına yardımçı olan bir vasitəyə çevrilib. Qiymətləri isə müxtəlifdir.

Həsən Həsənov – Satıcı: “Kalçuk 5 manatdır, bunlar mikrovalnovkaya gedəndir, keyfiyyəti başqadır. Baha olanlar 10 manatdan 15 manatadək dəyişir. Su qabları, şüşə də var, dəmir də. Daha çox uşaqlar dəmir götürürlər ki, salıb sındırmasınlar. Dəmirlər 10 manat, 14 manat, 18 manata. Şüşələr 6 manatdır”.

Bəli, dövr dəyişdikcə, müasir vasitələr də hazırlanaraq, insanların istifadəsinə verilir. Dəyişməyən bir şey var - sağlamlıq, həmişə ən çox diqqət edilməli olan məsələlərdəndir. Böyümə çağında olan məktəblilərin sağlam qidalanması isə valideynlərin əlindədir.


Etiket:

Strategiya.az

Xəbərlər
05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST