Bal yarmarkasında satışa çıxarılacaq məhsulun üzərində ştrix-kod olacaq 

21:46 / 11.09.2019

Sentyabrın 28 –dən oktyabrın 18-dək arıçılıq məhsullarının 20-ci Respublika sərgi-satış yarmarkası keçiriləcək. Nərimanov rayonunun Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

Bu barədə sentyabrın 11-də arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr edilən mətbuat konfransında "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

L.Məmmədova bildirib ki, qeydiyyat müddəti sentyabrın 6-dan 11-dək olacaq. Sentyabrın 12-də isə qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Satış yarmarkasında iştirakın təsdiqlənməsi üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla, maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Onun sözlərinə görə, bal nümunələrinin qəbulu sentyabrın 13-24-də "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

L.Məmmədova bildirib ki, yarmarkada bu il ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər: "Vətəndaşlardan yarmarkada üzərində ştrix-kod olmayan qablaşmada satılan məhsulları almamağı və belə bir halla rastlaşdıqları təqdirdə məsul şəxslərə yerindəcə məlumat verilmələrini xahiş edirik". 

Bal yarmarkasında tətbiq edilən daha bir yenilik isə ondan ibarətdir ki, yarmarkaya gəlmək imkanı olmayan paytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər. Sifariş olunan məhsulların metronun "Nəriman Nərimanov” və "Gənclik” stansiyaları yaxınlığındakı ünvanlara çatdırılması ödənişsiz, digər ərazilərə çatdırılması isə 5 manat xidmət haqqı müqabilində həyata keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev qeyd edib ki, bal və bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət və təhlükəsizliyinin yoxlanılması üçün Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən nümunələr götürüləcək və institutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək. Analizin nəticələri keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar "Aqrar Tədarük və Təchizat” ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq.

Q.Əbdüləliyev nəzərə çatdırıb ki, yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinə təqdim ediləcək. 

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə vurğulayıb ki, yarmarka təşkilatçıları yalnız yoxlanışdan keçən və yarmarka ərazisində satışı həyata keçirilən balların keyfiyyətinə və təhlükəsizliyinə görə cavabdehlik daşıyır. 


Etiket:

Strategiya.az

Xəbərlər
22.09.2019

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

22.09.2019

Şahin Atamov  debütünü qələbə ilə başa vurub

22.09.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti

22.09.2019

Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb

22.09.2019

Şəmkirdə bir nəfər su hovuzuna düşərək ölüb

22.09.2019

"Barmaqlarımızı sındıranlar"

22.09.2019

Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”

22.09.2019

Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər

22.09.2019

Ronaldodan sərt açıqlama

22.09.2019

Yaponiyanın Baş Naziri Nyu-Yorkda ABŞ və İran prezidentləri ilə görüşəcək

22.09.2019

Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq

22.09.2019

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunacaq - VİDEO

22.09.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

22.09.2019

KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

22.09.2019

İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək

22.09.2019

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

22.09.2019

Rusiya Tokio Olimpiadasından kənarlaşdırıla bilər

22.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

22.09.2019

Assanjın həbsxanada saxlanma şəraiti sərtləşdirildi

22.09.2019

ABŞ rəsmiləri İran XİN rəhbərinə Nyu-Yorkda gəzməyə icazə vermədi

21.09.2019

Hərbi qulluqçumuz həlak olub

21.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.09.2019

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

21.09.2019

Bakıda küləyin sürəti saniyədə 20 metrə çatıb

21.09.2019

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə XƏBƏRDARLIQ

21.09.2019

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

21.09.2019

İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir

21.09.2019

DSX və DİN-dən birgə əməliyyat

21.09.2019

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21.09.2019

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

21.09.2019

Üzeyir Hacıbəylinin həyatı haqqında videoçarx hazırlanıb - VİDEO

21.09.2019

Dünya bazarlarında neft ucuzlaşıb

21.09.2019

Hər kəsin yaşamadığı ömür-polis ömrü... (FOTOLAR)

21.09.2019

Fuad Qəhrəmanlı  istefa verdi

21.09.2019

13 cinayətin üstü “isti izlər”lə açılıb

21.09.2019

Bu gün Azərbaycanın qrup komandası Bakıda bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə qatılır

21.09.2019

Atəşkəs 23 dəfə pozulub

21.09.2019

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21.09.2019

Özbəkistanda parlament seçkiləri keçirilir

21.09.2019

Dollar 3 gün bu qiymətə olacaq

21.09.2019

İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib

21.09.2019

“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”

21.09.2019

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb

21.09.2019

Güclü küləklə əlaqədar  XƏBƏRDARLIQ!

21.09.2019

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

21.09.2019

Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar

21.09.2019

Donald Tramp Vladimir Zelenski ilə BMT Baş Assambleyası çərçivəsində görüşəcək

21.09.2019

“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

21.09.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu məhv edilib

21.09.2019

Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib