Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

22:31 / 15.09.2019

Əli Həsənov

Tarix elmləri doktoru, professor

 

101 il öncə bu gün- sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxtına çevirilməsində misilsiz tarixi rol oynadı. O dövrdə milli müstəqilliyimiz yenicə elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə- öz başına qan və inanc qardaşları ilə çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərc-mərcliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorağını alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibəti ilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkilləri Çəmbərəkənd qəbiristanlığına gedərək türk əsgərinin heykəlinin qoyulması üçün özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin bərpasından sonra Azərbaycan və Türkiyə hökumətlərinin razılaşmasına əsasən həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə qoyuldu, bir il sonra isə Azərbaycan prezidenti Heydər Əliyevin və Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qardaşlıq duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.
Bəli, 1918-ci ilin sentyabr ayının 15-də Bakının azad edilməsi ilə kulminasiya nöqtəsinə çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin torpaqlarını müdafiə etmək, nə də yeni ərazilər zəbt etmək olmuşdu. Bu, sözün əsl mənasında qardaşın qardaşa haraya gəlməsi, heç bir maddi və siyasi mənfəət güdmədən onu zamanın qəddar sərvət ovçularının, uşaqlara, qadınlara, qocalara rəhmi gəlməyən amansız qatillərin caynağından xilas etmək məramı idi. Buna rəğmən, hərəkatın uğurla başa çatacağı və davamlı olacağı halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi ki, 20 əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam fərqli şəkil alacaqdı.
Qafqaz İslam Ordusu Birinci Dünya Müharibəsinin sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində bircə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı- Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzləşdiyi təcavüzləri dəf etmək!
Nuru paşanın başçılıq etdiyi ordu mayın 16- da Naxçıvana, 25- də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və islam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox sayda dərin problemlər vardı. İlk növbədə ölkənin ərazi bütövlüyünün təmin olunması labüd idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zehniyyətinə xidmət edən inqilabçı dəstələrin hökmranlığına son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya Müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amarə zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı.

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
19.01.2020

Elçin Əhmədov: 20 Yanvar Azərbaycan tarixinə müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi kimi yazıldı

19.01.2020

Baş Prokurorluq sayt təsisçisi və baş direktoruna xəbərdarlıq edib

18.01.2020

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

18.01.2020

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

10.01.2020

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı

10.01.2020

Valverde istefaya göndərilir? – “Barselona” rəhbərliyindən açıqlama

10.01.2020

Vaşinqtonda ABŞ bayrağını tərs tutaraq küçələrə çıxdılar - SƏBƏB

10.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

10.01.2020

İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

10.01.2020

Qızıl fond - Elza İbrahimova

10.01.2020

Daxili İşlər nazirindən yeni TƏYİNAT

10.01.2020

Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

10.01.2020

"Azeri Light" nefti ucuzlaşıb

10.01.2020

İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

10.01.2020

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

10.01.2020

ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

10.01.2020

Deputatlığa namizədlər üçün SON gün

10.01.2020

Azərbaycan əsilli - Gəncəli Türkiyə alimi Abdülbaki Gölpinarlı - (12.01.1900-25.10.1982)

10.01.2020

Atəşkəs rejimi 22 dəfə pozulub

10.01.2020

ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski

10.01.2020

DİM doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

10.01.2020

Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.01.2020

Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

10.01.2020

Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

10.01.2020

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

10.01.2020

Dünya bazarlarında neft ucuzlaşıb

10.01.2020

"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

10.01.2020

 Ramiz Hüseynov işdən qovuldu - VİDEO

10.01.2020

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.2020

"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

10.01.2020

İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

10.01.2020

Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb

10.01.2020

Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

10.01.2020

İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

09.01.2020

Rəşadət Babayev işdən çıxarılıb

09.01.2020

Leyla Abdullayeva: Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin

09.01.2020

AMEA-da yeni kadr təyinatları: Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib

09.01.2020

Baş prokuror: Tovuzdakı azyaşlının öldürülməsi dövlət başçısının xüsusi nəzarətindədir

09.01.2020

Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən...