Bakı şəhərinin Baş planının hazırlanması işi plan-qrafikə uyğun davam etdirilməkdədir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlarası İşçi Qrupun növbəti iclası keçirilib.
Komitədən bildirilib ki, bir çox nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti dövlət qurumlarının həm rəhbərlik, həm də ekspert səviyyəsində təmsil olunduğu İşçi Qrupun iclası çərçivəsində ötən müddət ərzində görülmüş işlər təqdim olunub, beynəlxalq və yerli ekspertlər tərəfindən şəhər planlaması üzrə təklif edilən ilkin baxışlar müzakirə edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov İşçi Qrupda təmsil olunan qurumların ötən müddət ərzində səmərəli əməkdaşlığını yüksək qiymətləndirərək Baş plana daxil ediləcək strateji layihələr üzrə irəli sürülmüş təkliflər barədə məlumat verib. Sədr müavini aidiyyəti dövlət qurumlarının təşəbbüsü və iştirakı ilə işlənilən strateji layihələrin Bakının müəyyən olunmuş inkişaf prioritetlərinə əsaslandığını bildirib və iclas iştirakçılarını seçilmiş layihələrin fəal müzakirəsinə dəvət edib. Eyni zamanda, məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılıb və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib.
Daha sonra Bakının baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları - “Çoxmərkəzli şəhər nüvəsinin formalaşdırılması və ərazilərdən səmərəli istifadə”, “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə “Müasir şəhər iqtisadiyyatı - gələcək iqtisadi inkişafı şərtləndirəcək hərəkətverici amillər” kimi mövzuları əhatə edib.
Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri və komitənin məsləhətçisi olan “BCG” şirkətinin nümayəndələri tərəfindən idarə olunan sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub.
Qeyd edək ki, İşçi Qrupun ilk iclası cari ilin iyununda baş tutub və fəaliyyəti Prezident İlham Əliyevin göstərişi əsasında komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM