Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq

10:55 / 20.09.2019

Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiq edib.

Məşğul şəxslər barədə reyestrin formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir.

Məşğul şəxslərə dair məlumatlar reyestrə aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

- muzdla işləyənlər barədə - Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) məlumatları əsasında;

- Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə - Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:

- reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1  ay müddətində;

- reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 ay müddətində;

- Ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, “Dövlət sirri haqqında”,

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunların tələbləri nəzərə alınmaqla;

- ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

-  Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1  ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydada göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.

Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.

Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 iş günü müddətində nazirlik tərəfindən verilməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
21.10.2019

BMT-dən Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı - BƏYANAT

21.10.2019

İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb

21.10.2019

Türkiyə XİN başçısı: “Suriya münaqişəsinin ancaq siyasi yolla həllinə inanırıq”

21.10.2019

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

21.10.2019

Azərbaycan nefti bahalaşıb

21.10.2019

Nainqqolandan raket kimi qol - Video

21.10.2019

Azərbaycanın 2020-ci il üzrə büdcə zərfi Milli Məclisə daxil olub

21.10.2019

Zakir Həsənov Çində bir sıra görüşlər keçirib

21.10.2019

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

21.10.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon

21.10.2019

Silahlı ermənilər atəşkəsi 22 dəfə pozub

21.10.2019

Türkiyənin Suriya ilə sərhəd bölgələrindəki məktəblər daha beş gün tətilə buraxılıb

21.10.2019

Neft ucuzlaşır

21.10.2019

Oktyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.10.2019

“Qalatasaray”da ciddi itki: “Real” ilə oynamayacaq

21.10.2019

Müdafiə nazirinin soyadını səhv yazan Tramp tvitini silməli olub

21.10.2019

Türk dünyası məktəblilərinin  tarixi mətbu orqanlardan biri- "Maarif" dərgisi

21.10.2019

ABŞ Suriyadakı aviabazasını bombalayıb

21.10.2019

Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır

21.10.2019

Pantomima Teatrı noyabr repertuarını açıqlayıb

21.10.2019

Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub

21.10.2019

Xocavənddə 2 ədəd top mərmisi tapılıb

21.10.2019

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” minimal hesabla qalib olub

21.10.2019

MESAJ

21.10.2019

Çaylarda suyun səviyyəsi dəyişdi

21.10.2019

Şahmat üzrə “FIDE Grand Swiss 2019”un 10-cu turunun oyunları başa çatıb

20.10.2019

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

20.10.2019

Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb

20.10.2019

“Qvardiola məşqçi kimi fenomendir, insan kimi isə...” – İbrahimoviç

20.10.2019

ABŞ Suriyadan çıxardığı hərbçiləri bu ölkəyə göndərəcək

20.10.2019

Klinton ağlını itirib – Donald Tramp

20.10.2019

Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ

20.10.2019

Milyarderlərdən yaxa qurtarmaq təklifi Zukerberqin xoşuna gəlmədi

20.10.2019

"Barselona"dan böyükhesablı qələbə, "Real" uduzdu

20.10.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

20.10.2019

Türkiyə və ABŞ razılığa gəldilər – Təhlükəsiz zona yaradılır

20.10.2019

Mərziyyə Məhərrəmova Avropa birinciliyindəki çıxışlarımıza start verdi

20.10.2019

Conson “Brexit”lə bağlı qərar verdi: Aİ-yə imzasız məktub yolladı

20.10.2019

Uşaq qidaları məhsullarının 95 faizinin tərkibində toksik metallar mövcuddur

20.10.2019

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi bəlli oldu

20.10.2019

“FIDE Grand Swiss 2019”: Şahmatçımız Nicat Abbasov 9-cu turu qələbə ilə başa vurub

20.10.2019

BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb

20.10.2019

Şirvanda 2 qadın itkin düşüb

20.10.2019

Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

19.10.2019

Radikal müxalifətin ikinci oktyabr iflası

19.10.2019

Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər

19.10.2019

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub

19.10.2019

BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb

19.10.2019

UEFA “Real”ı bağışladı, kapitanı yox

19.10.2019

Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır