Şamaxı Məclis Məktəbinin Qori Müəllimlər Seminariyasında təhsil almış məzunlarından biri Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863,Şamaxı-1923,Bakı) xatirələrdə

09:15 / 25.09.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Avqustun 29-da "Kommunist" qəzetinin 100 yaşı tamam oldu. Siyasi yönünə baxmayaraq, bu mətbu orqan və onun davamı olan nəşrlər ölkənin ictimai fikir tarixini, daim nəzarətdə saxlanılan milli düşüncə tərzimizi öyrənmək baxımından diqqəti cəlb etmişdir. "Kommunist" qəzeti yazılı ədəbi dilimizin formalaşmasında həmişə aparıcı rol oynamışdır. Azərbaycan ziyalıları üçün bu qəzet düzgün leksik və orfoqrafik qaydalarının  istinad yeri olmuşdur.

Qəzetdə elmin bütün sahələrinə, o cümlədən pedaqoji irsimizə ciddi yanaşmalar müşahidə olunur.

Yubileyi ərəfəsndə qəzetdəki yazıları bir daha nəzərdən keçirdim.Vaxtiə üzünü köçürdüyüm bir yazını xatırladım.Axtarıb arxivımdən onu tapdım.Bu.,nekroloq janrında yazılmış,bu gün də pedaqoji irsimizin öyrənilməsində gərəkli olan qəmli bir xatirədir.

Bu yazı "Kommunist"in  16 mart 1923-cü il tarixli 21-ci nömrəsinin  5-ci səhifəsində dərc olunmuşdur. "Mahmud əmiyi xatırlarkən"adlı  nekroloqda    görkəmli pedaqoq , Zaqafqaziya Müəllimlər Seminariyasının 1883-cü il məzunu Şamaxılı Mahmud bəy Mahmudbəyovun  ölüm xəbərindən danışılır.Müəllifi indiyədək adını eşitmədiyim ixtisasca müəllim  olan Seyid BaharAxundzadədir. O vaxtlar qəzet Ruhulla  Axundzadənin redaktorluğu ilə 5 500 nüsxə tirajla çap olunmuşdur.

Yazı üslubuna,tarixi leksik normalarına  toxunmadan həmin xatirəni sizlərlə bölüşürəm.

Mahmud əmiyi xatırlarkən

Srağagün (14 mart 1923-cü il-N.N.) tam mənasilə ilə kəndi varlığını məktəb yolunda sərf edən qocaman müəllim Mahmudbəyovu qeyb etdik.

Qoca müəllim Mahmudbəyov 1883-cü ildən başlayaraq, Azərbaycanın müxtəlif və uzaq guşələrində  müəllimlik edərək,  nəhayət, Bakıda 3-cü şəhər məktəbini kəndi idarəsi altında  aparmışdır.

1919-cu sənələrdə Bakı Dairəsi Xalq Məktəbləri inspektoru təyin edilərək,Bakı dairəsi kənd məktəblərini  tərtib və nizama salmışdır.Həmin sənə birinci dəfə olaraq,  hökumət tərəfindən Bakıda açılmış pedaqoji  kursların kəndi idarəsi altında aparırdı.Həmişə müəllimlərə müsahibə təriqilə çocukları əlifba təlimi dairəsində təcrübə qazanmış məlumatlarını göstərirdi. 

1920-ci sənə qəza maarif  müfəttişliyinə  təyin olunub Abşeron yarımcəzirəsi kəndlərini piyada  bir surətdə dolaşraq,kəndliləri toplamaqla onlara məktəb ətrafında çalışmağa tövsiyə və təqdis (müqəddəs sayma-N.N.) edərdi.

Şu əqidə və xoşxəlqliyi  sayəsində kəndçilər ol dərəceyi-rəğbətələ Mahmud əmiyi  dinləyirdilər. 

Mahmud əmiyi Bakı dairəsində  maarifpərvər kəndçilər  və müəllimlər həpsi  tanıyırlar.Bu gün Mahmud əminin aradan getməsi Bakı maarifçilərinə  təsir etdigi kibi, Bakı dairəsinə   (də)  az təsir etməyir.Azərbaycanın uzaq və qaranlıq bucaqların  maarif ziyası saçan qoca  rəhbərimiz Mahmudbəyovun vəfatı ümum Azərbaycan kəndli kütləsi üçün  bir matəmdir.Bu zatı heç bir zaman unutmayıb, onun xüsusunda ümum Azərbaycan düşünməlidir.Zira xalq və kəndçi şairi Sabir  zəmanənin təhənnünləri (şiddətlə arzulamaları-N.N.) atında çaxotkalanıb, məhv olduğu kibi, atamız Mahmudbəyov da  çaxotkalanmış bir xəlq kəndçi müəllimi idi.

Bunu unutmayalım!

Müəllim: Seyid Bahar Axundzadə ".

***

P.S.Bunu da unutmayaq ki, M.Mahmudbəyov məllimliklə yanaçı, jurnalistlik fəaliyyəti ilə də ciddi məşğul olmuşdur.O, Azərbaycan uşaq mətbuatının görkəmli nümayələrindəndir. "Dəbistan"dan sonra M.Mahmudbəyovun redaktorluğu ilə  nəşrə başlayan  aylıq siyasi-ictimai,ədəbi pedaqoji uşaq jurnalı "Rəhbər " 1906-1907--ci illərdə Bakıda onun rəhbərliyi ilə işıq üzü görmüşdür.Hər nömrəsi 12 səhifə olan "Rəhbər"in cəmi 5 nömrəsi çıxmışdır:

 1906- N 1 (24.09.1906) - N 4 (23.12.1906 ;

1907 -N 5  (17.01).

M.Mahmudbəyov Azərbaycan məktəbliləri üçün bir sıra dərsliklərin də müəlifidir.Bu dərsliklər uzun müddət şagirdlərin elmi biliklərə yiyələnməsində, əxlaqi tərbiyəsində əhəmiyyətli  rol oynamışdır.


Etiket:

Strategiya.az

Xəbərlər
05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST