Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına QEYDİYYAT elan edilib

11:38 / 25.09.2019

Qeydiyyat 17 oktyabr saat 18:00-dək aparılacaqdır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, mərkəz tərəfindən 27 oktyabr 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahanda iştirak etmək üçün qeydiyyat 17 oktyabr saat 18:00-dək aparılacaqdır. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcəkdir.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

 
Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur.


Etiket:

Strategiya.az

Xəbərlər
02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

02.06.2020

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

01.06.2020

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq

01.06.2020

SALAM, SERGEY YESENİN! (II hissə)

01.06.2020

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

01.06.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01.06.2020

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib 

01.06.2020

Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub

01.06.2020

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

31.05.2020

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

31.05.2020

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

30.05.2020

Gənc riyaziyyatçılara çağırış - BDU-da Elmi Konfrans olacaq

30.05.2020

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

30.05.2020

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

30.05.2020

 SALAM, SERGEY YESENİN!

30.05.2020

Azərbaycan neftinin qiyməti 37 dolları ötüb

30.05.2020

Neftin qiyməti bahalaşır

30.05.2020

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

29.05.2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29.05.2020

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

29.05.2020

İyunun 15-dək uzadıldı

29.05.2020

Müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması vacibdir

29.05.2020

Cavanşir Feyziyev öz seçiciləri ilə görüşüb - Fotolar

29.05.2020

“Millət dininə, dilinə sahib çıxmalıdır...Torpağımızı, millətimizi sevməliyik”

29.05.2020

Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi

29.05.2020

“Azeri Light”ın bir barreli 35,84 dollara satılır

29.05.2020

Dünyada COVID-19-dan sağalanların sayı 2,5 milyonu ötüb

28.05.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik

28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 125 nəfər sağaldı, 2 nəfər vəfat etdi

28.05.2020

AİHM erməni “zinvor”un həyatına 15 min funt qiymət qoyub

28.05.2020

Rusiya portalı Paşinyanın babasına görə özünə bəraət qazandırmaq üçün göstərdiyi uğursuz cəhdlərdən yazır

28.05.2020

Sona Vəliyevanın miniatür şeirlər kitabı çap olunub

28.05.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər

28.05.2020

“Azeri Light”ın bir barreli 35,13 dollara satılır

28.05.2020

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28.05.2020

Birjalarda neftin qiyməti

28.05.2020

Azərbaycan Respublika Gününü qeyd edir

28.05.2020

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

28.05.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!

27.05.2020

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq