Rusiya Ermənistanı iqtisadi müstəvidə "əzməyə" başladı

12:51 / 29.09.2019


Elman Nəsirov: “Rusiya şirkətləri Ermənistanda fəaliyyətlərini dayandırmağa başlaması kimi iqtisadi hadisənin arxasında siyasi motivlər dayanır”Erməni mediası yazır ki, rus şirkətləri Ermənistanda fəaliyyətlərinə son qoymağa hazırlaşır. Məsələn, "Rusiya Dəmir Yolları"  belə bir addım atmağa hazırlaşır. Digərləri də hazırlıq görür.

Qeyd edək ki, Rusiya şirkətləri Ermənistanın onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatında əsas rol oynayır. Belə ki, işğalçi ölkənin iqtisadiyyatının mühüm hissəsi məhz rus şirkətlərinin əlindədir. Amma indi göründüyü kimi, bu şirkətlər də «ölü iqtisadiyyata» malik Ermənistanı tərk etməyə başlayıblar. Buna səbəb nədir və belə vəziyyət Ermənistan üçün nə vəd edir?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya şirkətlərinin Ermənistanda fəaliyyətlərini dayandırmağa başlaması kimi iqtisadi hadisənin arxasında siyasi motivlər dayanır: “Həqiqətən də son zamanlar erməni və Rusiya mətbuatında belə yazılar daha intensiv xarakter almağa başlayıb ki, şimal ölkəsi şirkətləri Ermənistanı tərk etməyə başlayır. Bir sıra erməni mətbuatı bu olayı hətta həyəcan təbili kimi təqdim edir. Səbəblərinə gəldikdə isə iqtisadi hadisədə siyasi motivlərin dayandığını önə çəkirlər.

Faktiki olaraq, Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir. Onda sual yaranır ki, niyə Rusiya öz əlində olan erməni iqtisadiyyatından, buradakı iqtisadi maraqlarından vaz keçmək istəyir. Bunu da artıq Ermənsitana Rusiyanın bir təzyiq elementi kimi qiymətləndirirlər”.

Millət vəkili qeyd etdi ki, Moskva ilə İrəvan arasında yaşanan mürəkkəb vəziyyətin əsasında Putinlə Paşinyan arasında olan ziddiyətli münasibətlər də dayanır: “Belə vəziyyətin Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyana arasında olan olduqca mürəkkəb münasibətlərdən qaynaqlandığını bildirirlər. Hələ bu günə qədər Putin Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib. Lakin Ermənistanın ikinci prezidenti Robert Köçəryanı dəfələrlə ad günü münasibətilə təbrik edib. Eyni zamanda, Putin onu bu yaxınlarda 65 illiyi münasibətilə təbrik edərək, onu “Dostluq” ordeni ilə təltif edib. Bu hadisəyə isə Paşinyana yaxın mətbuat kəskin reaksiya verdi.

Oktyabrın 1-də Avrasiya İqtisadi  Birliyinin İrəvanda keçirilən toplantısında Putin də iştirak etməlidir. Səfəri fonunda istisna deyil ki, Putin həbsxanada olan Köçəryanı da ziyarət etsin. Bu fonda Paşinyana yaxın mətbu orqanlar yazır ki, Putin belə bir addım atsa, onda onun arxasınca həbsxananın qapıları da bağlanacaq. Bu, açıq şəkildə Rusiya üçün bir çağırışdır. Həmin olaya Rusiyada kəskin reaksiya verilib. Rusiya mətbuatında Ermənistan hakimiyyəti əleyhinə müəyyən yazıların getdiyinin şahidiyik.

Paşinyanın ikibaşlı siyasəti, eyni anda iki stulda əyləşmək istəyi, Rusiyanı müttəfiq saysa da, digər tərəfdən komandasını qərbyönümlü siyasətçilərdən təşkil etməsi, “Sorosun uşaqları” deyilən ad altında ABŞ-a yaxın siyasətçiləri yüksək vəzifələrə gətirməsi belə qənaətə gəlməyə əsas verir ki, İrəvanın Moskvanın müttəfiqi olması fikrində qeyri-səmimidir. Əlsində, Paşinyan daha çox Qərbə meyllənir. Bütün bu reallqılar heç şübhəsiz, Rusiyanın Ermənistana məlum münasibətinin yaranmasını şərtləndirməyə bilməzdi. Təkcə dəmir yolu şirkəti oranı tərk etmir, son məlumata görə, Rusiya Ermənsitana satdığı qazın qiymətini də qaldırmağı düşünür.

Qarşıdan qış mövsümü yaxınlaşır, belədə payız-qış mövsümündə Ermənistanın sosial-iqtisadi durumu daha da ağırlaşacaq. Bu, azmış kimi Rusiyanın müəyyən iqtisadi təzyiq rıçaqlarını da işə salması, qazın qiymətini qaldırması, bu kimi hallar birbaşa olaraq Ermənistan iqtisadiyyatına çox ağır zərbə vuracaq».

Həmsöhbətimizin fikrincə, yaranmış bu vəziyyət Paşinyan üçün böyük baş ağrısına səbəb olacaq: “Ermənistanda inqilab eyforiyası artıq bitib. Paşinyanın partiyası olan “Mənim Addımım” Partiyası belə bir çox hallarda parlamentdə antipaşinyan bəyanatları ilə çıxış edir. Paşinyanı küçədən hakimiyyətə gətirən adamlar bundan peşman olduqlarını deməkdən də çəkinmirlər. Bütün bu reallıqlar onu deməyə əsas verir ki, qarşıda Ermənistanı çox mürəkkəb bir dövr gözləyir.  

Bəlkə də, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması məsələsi günün aktual mövzusuna çevrilir. Artıq heç kim üçün şübhə doğurmur ki, Moskva Ermənistana qarşı yeni-yeni təzyiq rıçaqlarını işə salacaq. Belədə qarşıdakı dövrdə Rusiya-Ermənistan münasibətlərində daha ciddi qarşıdurmaların şahidi ola bilərik”.

Rüfət NADİROĞLU


Etiket:

Strategiya.az

Xəbərlər
28.03.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir

28.03.2020

Prezident İlham Əliyevin çıxışı - TAM MƏTN

28.03.2020

Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah

28.03.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28.03.2020

"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28.03.2020

Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

28.03.2020

Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

28.03.2020

İran koronavirusla mübarizəyə 23,8 milyard dollar ayıracaq

27.03.2020

Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

27.03.2020

Dünyanın yeni kabusu - KORONAVİRUS

27.03.2020

“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)

27.03.2020

Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi

27.03.2020

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

27.03.2020

BNA-dan xəbərdarlıq: Qaydalara əməl olunmasa müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər

27.03.2020

Məşhurlar xalqa çağırış etdi - Evdə qalaraq həm özünüzü, həm də insanları təhlükədən qoruyun

27.03.2020

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi

27.03.2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

26.03.2020

Doğum haqqında təkrar şəhadətnamələrlə bağlı yeni QƏRAR

26.03.2020

Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı iclas keçirdi, icra hakimiyyətlərinə ciddi göstəriş verildi

26.03.2020

Azərbaycanda 29 koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

26.03.2020

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı

26.03.2020

"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur

25.03.2020

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib - QƏRAR

25.03.2020

Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı

25.03.2020

Azərbaycanda 6 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib - Operativ Qərargah

25.03.2020

“Azərişıq”: Ünvanı məlum olmayan elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır

25.03.2020

Kaspi Təhsil Şirkəti Covid 19 ilə mübarizə kampaniyasına qoşuldu

25.03.2020

Elman Nəsirov: Cənab Əliyevin islahatları vətəndaş rifahının sosial inqilabıdır

25.03.2020

Teledərslərin sabahkı cədvəli açıqlanıb

25.03.2020

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

25.03.2020

Neft Daşlarında çalışanlar barədə qərar verildi

25.03.2020

Naxçıvanda kafe və restoranların iş rejimi qısaldılıb, iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb

25.03.2020

Koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

25.03.2020

Azərbaycan Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlı görüləcək tədbirləri açıqlayıb

24.03.2020

Professor Əli Həsənov: "Bəşəri bəlaya qalib gələ bilərik"

24.03.2020

Sona Vəliyevadan #Evdeqal çağırışına DƏSTƏK

24.03.2020

Azərbaycanda yas mərasimləri ilə bağlı yeni QADAĞA

24.03.2020

Prezident İlham Əliyevin müsahibəsi

24.03.2020

Qaradağın icra başçısı cəzalandırıldı

24.03.2020

Mənzil daxilindəki su sayğaclarının oxunması müvəqqəti dayandırılır

24.03.2020

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

24.03.2020

Bakı metrosundan istifadə edənlərin sayı azalıb

24.03.2020

Azərbaycanda şəhər və rayondaxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək

23.03.2020

Baş infeksionist: Koronavirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur

23.03.2020

Azərbaycanda hərbi qulluqçuların ehtiyata buraxılmasında hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb

23.03.2020

Rusiyada koronavirusa daha 71 yoluxma halı aşkarlanıb

23.03.2020

Ötən sutka ərzində Çində 39 nəfər koronavirusa yoluxub

23.03.2020

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

22.03.2020

Azərbaycanda 12 yeni koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah