YOLUMUZ HAYANADIR və yaxud TQDK-dan DİM-ə gedən yolların xatirələri

09:24 / 30.09.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Dövlət İmtahan Mərkəzinin sələfi olan TQDK-nın tarixi 1992-ci ildən başlanır. 

Mən bu münasibətlə xüsusi yaddaş tədbirlərinin keçirələcəyini gözləyirdim. TQDK təhsil tariximizdə öz maraqlı işləri ilə tarixdə qalacaq qurumlardan biri idi.Gələcək nəsillər mütləq onu tarixini, keçdiyi maraqlı yolları bilməlidir. Mən bu qurumun ilk əməkdaşlarından biriyəm. Təsadüfi deyil ki,bu qurumdakı fəaliyyətim hörmətli Məleykə xanım Abbaszadənin imzası ilə verilmiş Fəxri Fərmanda öz əksini tapmışdır. Mən bu qurumda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ilk seminar rəhbəri olmuş,bacarığına və elmi -metodiki səviyyəsinə görə tanınan müəllimlərlə birgə geniş və hərtərəfli elmi-metodiki tədbirlərin hazırlanmasında iştirak etmişəm. Məndən sonra bu iş Bakı Dövlət Universitetinin dosenti İsmayıl Əhmədova tapşırıldı. Ismayıl Əhmədov Azərbaycanda testologiya elminin formalaşmasında əhəmiyyətli işlər görmüşdür.İsmayıl Əhmədovun ölümündən sonra Azərbaycan dili və ədəbiyyatı fənni üzrə seminara Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru fililogoiya elmləri doktoru,akademik Muxtar İmanov rəhbərlik etmişdir.Son illərdə Azərbaycan dili seminarı ilə Ədəbiyyat seminarı ayrı-ayrılıqda fəaliyyət göstərir.İndi Azərbaycn dili seminarına Bakı Dövlət Universitetinin professoru,filologiya elmləri doktoru Tofiq Hacıyev(Müzəffəroğlu) rəhbərlik edir. TQDK-da əsasən ictimai əsaslarla işləyən seminar rəhbərləri və ekspertlər öz əsas iş yerlərində elmi və elmi -pedaqoji fəaliyyətlərini də uğurla davam etdirirlər.Onlardan bir neşəsi Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.Bir neçə ekspertimiz -Möhsün Nağısoylu,Muxtar İmanov Azərbaycan Milli Elmlər Akademiyasının üzvü seçilmiş və müvafiq elmi-tədqiqat institutlarının direktoru vəzifəsinə təyin olunmuşlar.Bir neçə ekspertimiz uğurla doktorluq dissertasiyası müdafiə etmişdir. Bu gün TQDK-nın xələfi olan DİM-də - Dövlət İmtahan Mərkəzində gənc müəllimlər və elmi işçilər daha fəal görünürlər. Onların bu qurumda- respublikamızın elmi-metodik mərkəzi rolunu təmsil edən bu qurumda orta məktəb dərsliklərinin yazılması yönündə gördükləri elmi-metodiki işləri diqqəti cəlb edir. Hörmətli redaktor, bu gün ali məktəblərə qəbul imtahanlarının keçirilməsində yeni üsullardan,kurikulum materiallarına uyğun proqram nateriallarından səmərəli istifadə yolu ilə geniş yaradıcılıq işlərində yeniliklə varislik məsələləri də unudulmur.Hər bir işin uğurlu olması üçün yeni yolların axtarışı gündəlik işin və proqrqm materiallarının reallaşmasında başlıca istiqamətlərdən biri kimi burada diqqət mərkəzindədir. Qeydlərimin sonunda TQDK -nın iş prinsipinə dəstək olan bir yazımı tarixində qalmaq üçün retro yazı kimi oxuculara ünvanlayıram.

Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?

Respublikamızın orta məktəblərində buraxılış imtahanlarının aparılması orta məktəblərin, lisey və gimnaziyaların özlərinə tapşırılmalıdır. Bu,pedaqoji kollektivin nüfuzuna ciddi təsir edə bilən amillərdən biridir.İl boyu əla qiymətlərlə oxuyanlar buraxılış imtahanlarından qeydsiz,şərtsiz azad olunmalıdırlar.

Ali təhsil müəssisələrinə qəbul imtahanları barədə də hərtərəfli fikirləşmək lazımdır.

 

Dünyanın bir sıra ölkələrində ali məktəblərə qəbul imtahansız aparılır.Başqa sözlə, ali məktəb orta məktəbə inanır,qəbulu onun buraxılış imtahanlarının nəticələri əsasında aparır.

 

Əvvəllər Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülürdü; orta mətəbi qızıl və ya gümüş medalla qurtaranlar kiçik müsahibə aparmaqla tələbə adına layiq görülürdülər.

 

Keçən əsrin 60-cı illərində bu qaydada müəyyən dəyişiklik edildi; orta məktəbi qızıl və ya gümüş medalla qurtaranlar qəbul imtahanlarının birincisindən əla qiymət aldıqları təqdirdə, onlar digər imtahanlarından azad edilirdilər. İlk qəbul imtahanından əla qiymət almayanlar isə sonrakı imtahanlarda da iştirak edir,qəbul ümumi qaydalar əsasında aparılırdı.

İndi orta mətəb şagirdlərinin qızıl bə ya gümüş medalı yalnız prestij üçündür. Başqa sözlə, medalın var, çox yaxşı,imtahan ver, sübut et ki,dilin də var, dilçəyin də...

Ali məktəblərə qəbul hələ ki, test imtahanları ilə aparılır. Yəqin ki,yaxın gələcəkdə orta məktəbin son sinfindən birbaşa ali məktəbə keçid imkanları yaranacaqdır.

Hələ ki test imtahanları qüvvədədir,qəbul imtahanları üçün yararlı hesab etdiyim "BUNKER MÜƏLLİMİNİN VƏZİFƏLƏRİ" layihəsi şərti adı ilə öz fikirlərimi oxucularla, o cümlədən qəbul imtahanı təşkilatçıları ilə bölüşmək istəyirəm.

 

Yeri gəlmişkən,"bunker müəllimi" söz birləşməsinə öz fikrimi bildirmək istəyirəm.

 

TQDK-da belə bir vəzifə yoxdur.TQDK-nın xətti ilə qəbul imtahanlarına çağırılanların bəziləri özlərini cəmiyyətə belə tanıtmaq istəyirlər.Guya onlar test bankından istənilən testi seçmək iqtidarındadırlar,qəbulla ilgili hər bir nəsnə onlardan asılıdır.

Bu,yanlış fikirdir, bunkerin deyilməsi yasaq olmayan qanunları var.

TQDK elmi gücünə,metodiki hazırlığına,cəmiyyətdə qazandığı nüfuza görə (başqa meyarlar da ola bilər) hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir.Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək təklif olunur (məsələn,13,27,94 və sair). İmtahan rəbəri məhz bu nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir. İmtahan testləri də məhz bu variantlardan seçilir. Deməli , bunkerdəə dəvət olunmuş müəllimin vəzifəsi əsasən bundan ibarət olur.

Mən TQDK-nın formalaşmasında az-çox zəhməti olan mütəxəssislərdənəm.1994-cü ildən TQDK ilə əməkdaşlıq edirəm.1994-1995-ci illərdə TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının rəhbəri olmuşam. Dəfələrlə bunkerə dəvət olunsam da,heç vaxt özümü bunker müəllimi kimi tanıtmazdan qaçmışam. İmtahandan sonra "Spaes" televiziya kanalı ilə yayımlanan verlişə də getməyi lazım bilməmişəm.

TQDK-nın tarixi 1992-ci ildən başlasa da,burada fənn seminarları 1994-cü ildə yaradılmışdır.

1994-cü ildə TQDK-da yaradılan fənn komissiyalarının dördünə o vaxtlar direktor müavini işlədiyim Araz Ekologiya Liseyini 4 əməkdaşı rəhbərlik edirdi.Başqa sözlə,Ekologiya Liseyi bir növ TQDK-nın baza müəssisəsinə çevrilmişdi. Müəllimlərimizdən kimya elmləri namizədi Elxan Əmirbəyov - TQDK-nın fizika,biologiya elmləri namizədi Tariyel Heybətov-biologiya, kimya elmləri namizədi Vəli Əliyev-kimya fənni üzrə seminara rəhbərlik edirdi. TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının ilk rəhbəri isə mən idim. Seminarlarda test testologiyalarının geniş imkanlarından səmərəli istifadə edərək,qəbul imtahanları üçün lazım bilinən bütün fənlər üzrə mükəmməl test bankının yaranmasının tarixi o vaxtlardan başlayır. Tarixin yaddaşı üçün bu gün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə hazırlanan test bankının formalaşmasında semihar iştirakçılarının adını çəkmək istəyirəm:Bilal Həsənli,Soltan Əliyev,İsmayıl Əhmədov, İsmayıl Məmmədov, Bayram Əhmədov, Sara Zeyniyeva, Səlminaz Hüseynova və başqaları...

Məndən sonra TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarına bir neçə il BDU-nun dosenti İsmayıl Əhmədov rəhbərlik etmişdir. İsmayıl Əhmədovun vəfatından sonra bu iş AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanova tapşırılmışdır.

Hal-hazırda Azərbaycan dili və ədəbiyyatı məsələlərinə TQDK-nın ayrı- ayrılıqda fəaliyyət göstərən iki seminarında baxılır.Azərbaycan dili seminarına BDU-nun professoru, filologiya elmləri doktoru Tofiq Müzəffər oğlu Hacıyev rəhbırlik edir.

 

Bu gün TQDK böyük və yüksək səlahiyyətli elmi-metodiki quruma çevrilmişdir. TQDK-nın qəbul imtahanı testləri test texnologiyasına uyğun olaraq,Təhsil Nazirliyinin xətti ilə tərtib və təsdiq olunan proqramlar əsasında hazırlanır.Qəbul imtahanlarına aid testlər TQDK-nın bunkerində əvvəlcədən müəyyənləşdirilmiş mövzular üzrə seçilir.

 

Mövzulara aid testlər,yazının əvvəlində dediyim kimi, şərti rəqəmlər əsasında cəmlənmiş test bloklarından seçilir. Burada tam məxfilik və şəffaflıq var. Bunkerə dəvət olunmuş müəllimlərin bu testləri,demək olar ki, birinci dəfə görürlər. Bunkerə dəvət olunmuş eksper müəllimlər bəzi testlərin test bankına qəbulunda iştirak etdikləri üçün onların 1-2 testlə məlumatlı olma ehtimalları var. Bundan başqa, yeni test tapşırıqları ilə yanaşı, hər qəbul imtahanında əvvəlki illərin qəbul imtahanlarında istifadə olunması faktı da diqqətdən yayınmamalıdır.Mənə elə gəlir ki, əvvəlki illərin testlərindən tədricən imtina olunmalıdır.

 

TQDK-nın xətti ilə bütün fənlər üzrə test topluları çap edilərək,abituriyent və müəllimlərə çatdırılmışdır.Bu testlərdən V-X sinif şagirdləri də mötəbər mənbə kimi istifadə edirlər. Məncə, TQDK-nın testlərindən mötəbər və elmi-metodiki mənbə kimi hər bir təhsil ocağında dərslərdə olunmalıdır. Qəbul imtahanlarında bu testlərdən istifadə etmək abituriyentlərinqəbul imtahanlarına hazırlaşmaları üçün geniş imkanlar yaradır. Yaxşı olar ki, qəbul imtahanı testləri TQDK-nın test bunkerdə hazırlansın. Başqa sözlə,imtahanda hazır testlərdən istifadə olunmasın. Səhv etmirəmsə, 1992-ci ildə TQDK- da ali məktəblərə qəbul imtahanlarında bu üsuldan istifadə olunmuşdur. 1995-ci ildə isə bunkerdə bəzi testlərə müdaxilə olundığu üçün TQDK bir neçə testi abituriyentlərin xeyrinə ləğv etmişdi. 

Testlərin bunkerdə yazılması sahəsində Respublika Təhsil Nazirliyinin vaxtilə yaxşı bir təcrübəsi var idi.

1995-cı ildə eksternat imtahanları üçün maraqlı bir layihə həyata keçirildi; müxtəlif fənlər üzrə 10-15 müəllimi səhərin alaqaranlığında o vaxtkı təhsil naziri Lidiya Xudat qızı Rəsulovanın kabinetinə dəvət etmişdilər.

Nazir eksternat imtahanları haqqında qısa məlumat verib, məsələnin mahiyyətini və ilk layihə kimi əhəmiyyyətini vurğulayandan sonra ümumi nəzarəti nazirliyin əməkdaşlarından birinə tapşırıb, nazirliyi tərk etdi.

Hökumət evinin 9-cu mərtəbəsində yerləşən nazirliyin nazir kabineti yerüstü bunkerə -qapalı mühitə çevrildi,ətraf aləmlə bütün rabitə əlaqələri kəsildi.Biz bir neçə saat ərzində proqram əsasında test sualları hazırladıq. Eksternatlar -sonrakı sinifdə oxumamaq şərti ilə bir sinifdən- 9-cu sinifdən 11-ci sinfə keçmək istəyənər nazirin kabinetində hazırlanan testlər əsasında elə həmin gün şəhərdəki orta məktəblərin birində ( bəlkə də bir neçəsində) 8 fəndən imtahan verdilər. İmtahanda respublikanın 160 nəfərdən çox IX sinif şagirdi öz bilik və bacarıqlarını göstərməli idi.

İmtahan günü yaradılan eksternat bunkerində nazirin kreslosunda oturan mətbuat katıbi Bayram Hüseynovun ciddi nəzarəti altında hazırlanan test sualları elmiliyinə,proqrama uyğunluğuna, metodiki baxımdan düzgünlüyünə görə mübahisə doğurmadı. (Eksternat bunkerinə işləmək üçün dəvət olunan bir neçə müəllimin adını tarixdə qalmaq üçün sadalamaq istəyirəm-Araz Ekologiya Liseyinin müəllimləri - biologiya müəllimi,biologiya elmləri namizədi Fərhad Ağayev, kimya müəllimi, kimya elmləri namizədi Vəli Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov ...).

Testlər bir neçə saat ərzində hazırlandı, imtahan keçiriləcək məktəblərə(bəlkə də cəmi bir məktəbə) göndərildi.

Bizi nazirin bunkerindən imtahan qurtarandan sonra azad etdilər.

Maraqlıdır ki, aşkarlıq şəraitində keçən eksternat imtahanından heç kəs 8 fənnə aid testlərin hamısına lazım olan balı toplaya bilmədi. Cəmi iki şagird 6 fənnə aid test suallarından keçid üçün lazım olan balı toplaya bilmişdi.Onlardan biri 82 nömrəli məktəbin təlimi Azərbaycan dilində olan şöbəsinin şagirdi Səbuhi Əhmədov, digəri isə Ekologiya liseyinin rus bölməsinin Bağırov soyadlı şagirdi idi. (İndi onların hər ikisi respublikada yaxşı mütəxəssis kimi tanınır). Onlar eksternat imtahanlarında hamıdan cox bal toplasalar da, növbəti dərs ilində - 10-cu sinfində ancaq 6 fənnin məşğələlərində iştirak etməkdən azad olundular. Deməli,layihə özünü doğrultmadı,tələsənlər təndirə düşməsələr də, sinif yoldaşları ilə bir ildə ali məktəbə daxil olmaq məcburiyyətinə qaldılar. (Mən qaliblərin hər ikisinin adını və soyadını imtahandan sonra təsadüfən öyrəndim. Eksternatların ikisi də TQDK ilə əməkdaşlıq edən elmlər namizədlərinin övladları idi. Bu şagirdlərə növbəti dərs ilində - XI sinifdə ancaq kəsildikləri fənlərə aid məşğələlərə getməyə icazə verildi).Deməli,eksperiment özünü doğrultmasa da,bunkerdə test yazmağın yüksək əhəmiyyət kəsb etməsi yadda qaldı.

Maraqlıdır ki,o vaxt məşhur aşıqlardan biri nə qədər cəhd etsə də, qızının məktəbi tez qurtmasına yol tapa bilmədi.

1995-ci ildən sonra "9-cu sinifdən birbaşa 11-ci sinfə" layihəsi üzrə eksternat imtahanları keçirilmədi.

Mənə elə gəlir ki, yaxşı niyyətli bu layihəyə yenidən yaşıl işıq yandırılmalıdır. Axı vunderkindləri də başa düşmək lazımdır. Belə ki, möcüzə-uşaqlara ömürlərinin bir ilini maraqslız işlərə sərf etmək çox cansıxıcı və darıxdırıcı olur.

Sözün canı.Ali məktəblərə qəbul imtahanı testlərinin də imtahandan bir gün əvvəl bunkerdə yazılması daha məqsədəuyğundur.Bu işi görmək üçün TQDK-nın elmi-metodiki seminarlarında öz peşə ustalıqları ilə fərqlənən, eləcə də bölgələrdə test texnologiyasından xəbərdar olan yüzlərlə müəllim var.Bu,qəbul imtahanlarında şəffaflığın ən yaxşı nümunəsi ola bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

02.06.2020

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

01.06.2020

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq

01.06.2020

SALAM, SERGEY YESENİN! (II hissə)

01.06.2020

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

01.06.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01.06.2020

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib 

01.06.2020

Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub

01.06.2020

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

31.05.2020

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

31.05.2020

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

30.05.2020

Gənc riyaziyyatçılara çağırış - BDU-da Elmi Konfrans olacaq

30.05.2020

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı, 3 nəfər öldü

30.05.2020

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

30.05.2020

 SALAM, SERGEY YESENİN!

30.05.2020

Azərbaycan neftinin qiyməti 37 dolları ötüb

30.05.2020

Neftin qiyməti bahalaşır

30.05.2020

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

29.05.2020

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

29.05.2020

Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur

29.05.2020

İyunun 15-dək uzadıldı