Hazırda mal-qoyun ətinin kiloqramı 10-12 manat, toyuğun kiloqramı 4-5 manatdır. Bazarlarda və bəzi marketlərdə isə 2-3 manata sosiska satılır. Bu səbəbdən də, ucuz qiymətə satılan sosiskaların nədən hazırlanması sual yaradır.
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Sakin: “İçi nədir bilinmir. Allah bilir mənşəyi nədir o ətin. 2 manata sosiska olar? Yaxşısı budur normal qiymət olsun, amma keyfiyyəti də olsun”.
Sakin: “Görünür xərc az çəkirlər və az qiymət qoyurlar. Xərc az çəkilirsə, deməli keyfiyyətli ət deyil”.
Əksəriyyət hesab edir ki, rayonlardan ölmüş, xəstə heyvanlar paytaxta gətirilərək kolbasa və sosiska istehsal edən müəssisələrə verilir. Nəticədə bu gün bəzi marketlərdə ucuz qiymətə kolbasa və sosiskalar satılır.
Yusif Abbasov – Texnoloq: “3-2 manata hazırlanan kolbasa və sosiskanın mənbəyi məlum deyil. Yəni, hansı ətdən vurulub, necə vurulub, ət haradan alınıb, harada kəsilib və s. Tərkibindəki ətin qiyməti daha aşağı olmalıdır ki, bu 3 manata satsın”.
Bəzi kolbasa və sosiskalara maya dəyərinin ucuz olması üçün müxtəlif kimyəvi maddələrin vurulması barədə iddialar da var. Həmin kimyəvi maddələr məhsulların ömrünü artırır.
İsa Əliyev – Qida mühəndisi: “Demək olar ki, içində çox az bir miqdar ətdən istifadə edirlər. Hətta o ətin özünün keyfiyyəti belə şübhə altındadır, sual altındadır və çox ucuz qiymətə məhsul ortaya çıxır”.
Əkbər Əliyev – AQTA-nin Bakı Regional bölməsinin rəisi: “Elə olur ki, üzərinə yazırlar ki, qoyun quyruğu, amma faktiki məhsulun içində qoyun quyruğu yoxdur. Ümumiyətlə qoyun əti yoxdur, mal əti yoxdur. Yalnız toyuq ətindən istifadə olunur”.
Marketlərdə ucuz qiymətə satılan həmin o sosiskaların istehsal edildiyi müəssisələrdən birinin qarşısındayıq. Çəkiliş etmək və istehsal prosesi ilə yaxından maraqlanmaq istəyirik. Görək necə olur ki, həmin sosiskalar belə ucuz qiymətə satılır.
Müəsssisənin texnoloqu Samir İsayev deyir ki, ölkə bazarında təklif olunan sosiskaların əksəriyyəti toyuq ətindən hazırlanır. Ucuzluğun əsas faktoru da budur.
Samir İsayev – Texnoloq: “Toyuq ətinin hazırda bazardan sümükdən ayrılmış vəziyyətdə 3 manat civarənda tapmaq olur. hətta çəkilmiş hissələrini 1.80-2 manat civarında marketlərdə də görə bilərsiniz farş halında çəkiliş satılır”.
İstehsalçı şirkət sosiskaların marketlərdə ucuz olmasını həm də endirimlə əlaqələndirir. Əvvəldən müəyyən edilmiş plana uyğun olaraq, məhsulun qiyməti maya dəyərindən də aşağı salınır. Bu da müəssisələrin reklam siyasəti ilə bağldır.
Samir İsayev – Texnoloq: “Marketlərlə işbirliyimiz nəticəsində belə qərara gəlinir ki, ucuz qiymətə satılsın. Müştəriləri toplamaq üçün, müştəriləri cəlb etmək üçün marketlərin də bizdən istəkləri olur və onlar da öz növbəsində onu çox baha satmayacaqlarına söz verirlər”.
İstənilən halda, mütəxəssislər istehlakçıları müxtəlif qida məhsulları alarkən, diqqətli olmağa, uzun qiymətə aldanmamağa çağırır.
Əkbər Əliyev – AQTA-nin Bakı Regional bölməsinin rəisi: “Xüsusilə məhsulların markalanmasına diqqət yetirməlidilər. Əgər həmin məhsulların üzərində onun istehsalçısı, tərkibi haqqında dəqiq məlumat yoxdursa, şübhələnirlərsə bu cür məhsulları alınmamalıdılar”.
Əgər vətəndaşların məhsulların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat vermələri tövsiyyə olunur.
Strategiya.az
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
2021-ci il Ermənistan üçün dərin sosial-iqtisadi problemlərlə başlayıb
2021-ci il Azərbaycanda sosial-iqtisadi inkişaf ili olacaqdır
Türkiyə əsl qiymətini aldı və NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər (FOTO)
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər - VİDEO
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
Azərbaycanda 1159 nəfər COVID-19-dan sağalıb, 380 nəfər yoluxub, 14 nəfər vəfat edib
Dəymiş ziyanın məbləği məlum oldu - - RƏSMİ AÇIQLAMA
Qobustanda vulkan püskürüb
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
Azərbaycanın xarici işlər naziri Pakistan Prezidenti ilə görüşüb
Vüqar Səfərli həbs edilib
Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilərək götürülüb
Fransa Güləş Federasiyası Azərbaycan Güləş Federasiyasından üzr istəyib
Polis əməliyyat keçirib, tutulanlar var
Şuşada hərbçilərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Səfərbərlikdən tərxis olunan şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyada növbəti müraciətlərə baxılıb
Azərbaycan neftinin bir barreli 56,57 dollara satılır
Bu proseslərdən sonra koronavirus idarə ediləcək səviyyədə olacaq - Baş infeksionist
Tərtərdə yol çəkən traktor minaya düşüb, sürücü yaralanıb
Şah Mahmud Qureşi Azırbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb
Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin İslamabad bəyannaməsi qəbul edilib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in əsassız ittihamlarını rədd edib
Azərbaycanda 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub, 16 nəfər vəfat edib
Prezident İlham Əliyev: Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan xalqının irsini məhv etmək istəyirdi
Tərxis edilmiş şəxslərlə bağlı komissiya iki gündə 532 müraciətə baxıb
Şamaxı rayonunda zəlzələ olub
Keçən il dövlət büdcəsinin gəlirlәri 24,6 milyard manat, xərclәri isə 26,4 milyard manat olub
“Azeri Light” neftinin bir barreli 56,82 dollara satılır
Azərbaycanda əhalinin sayı açıqlanıb
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə 20 milyon manat müddətli əlavə ödənilib
Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi
Media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycanda koronavirus infeksiyasından 1276 nəfər sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb
ICESCO-nun Baş direktoru: Bizim bu yerlərdə gördüyümüz mənzərə əsl faciədir
İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb
Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər
ICESCO nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri başlayıb
FAO: son otuz ildə 420 milyon hektar meşə sahəsi itirilib
Neft qiymətləri bahalaşıb
“Azərenerji” Suqovuşandakı kiçik su elektrik stansiyalarının təmirinə başlayıb
Şagirdlərin qış tətili olacaqmı? - Nazirlikdən açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
Azərbaycan Prezidenti: 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı
Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir