İlham Əliyevin çıxışı Ermənistanı qarışdırdı

15:19 / 08.10.2019

Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib”,

Strategiya.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün facebook səhifəsində yazıb. Əli Həsənov qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib:

“Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, atəşkəs rejiminə rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı”.

Prezidentin köməkçisi bildirib ki, Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağlıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndələrinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində, Ermənistanın işğalçılıq siyasətinin etirafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsassız eyforiya idi:

“Şovinizm, aqressiya və işğalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyasət yürüdən Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının uçurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqində olduğundan məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməyə çalışırdı. Təsadüfi deyildi ki, Paşinyan, əslində, Dağlıq Qarabağda terrorçu-separatçı dəstələrdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ildə döyüşdə öldürülmüş Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun kəlməsini şüara çevirməklə rəsmi İrəvanın işğalçılıq, terror və aqressiv millətçilik siyasəti yürütdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasətçiləri belə, cürət etmirdilər: onlar anlayırdılar ki, belə düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan daqnışıqlardan imtina etmək, işğalçılığın etirafıdır. Ona görə də "Valday" Klubu təki mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənən "Qarabağ Azərbaycandır və nida işarəsi!" yerində və məqamında edilmiş çıxış idi”.

Prezidentin köməkçisi onu da vurğulayıb ki, Paşinyan Dağlıq Qarabağda hərbi xunta rejimi təmsilçiləri önündə ya erməni lobbisi təmsiçiləri çıxışında sərt ritorika seçmiş və bununla da Ermənistanın işğalçılıq siyasətini, əslində, ifşa etmişdisə, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi. Yanaşma, zehniyyət, diplomatik məharət fərqi, konstruktivlik və destruktivlik arasında fərq bundadır:

“Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu. Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır. İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya tamamən məğlub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları, onların baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta “xalqdan gəlmə başa nazir” imicini, ilk zamanlar ona bəslənən etimad limitini alt-üst edib. Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalançı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi”.

Əli Həsənov qeyd edib ki, Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürəkli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun dərin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər:

“Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düçar olduğu məğlubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addımım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" Klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqe ilə bağlı məsləhətləşmələr aparıb. İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düçar olan, yürütdüyü işğalçılıq siyasəti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünki onun özü hal-hazırda Ermənistanın ən böyük problemlərindən biridir”.


Etiket:

Strategiya.az

Xəbərlər
19.10.2019

Radikal müxalifətin ikinci oktyabr iflası

19.10.2019

Azərbaycan xalqı onları artıq lazım olduqları yerə atıb, onlar arxivlərdədirlər

19.10.2019

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub

19.10.2019

BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb

19.10.2019

UEFA “Real”ı bağışladı, kapitanı yox

19.10.2019

Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır

19.10.2019

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

19.10.2019

Neftin qiyməti ucuzlaşır

19.10.2019

Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi

19.10.2019

Tbilisidə partlayış: yaralılar var

19.10.2019

Azərbaycanın axtardığı şəxs sərhəddə tutuldu

19.10.2019

Messidən vacib müqavilə açıqlaması

19.10.2019

DSX: Axtarışda olan şəxslər və narkotik alverçiləri saxlanılıb

19.10.2019

AQTA: Məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

19.10.2019

Tramp 50 il sonra açıq kosmosla əlaqə quran ilk ABŞ prezidenti oldu

19.10.2019

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə

19.10.2019

Lavrov və MDB ölkələrinin səfirləri beynəlxalq problemləri müzakirə etdilər

19.10.2019

Yerə nəhəng asteroid yaxınlaşır

19.10.2019

İstirahət günləri üçün hava proqnozu

19.10.2019

VÖEN-i onlayn qaydada bağlamaq mümkündür?

19.10.2019

"Molla Nəsrəddin" jurnalına istinadən deyilən söz

19.10.2019

Rusiya və Kosovo eyni qrupda olmayacaq - UEFA açıqladı

19.10.2019

Azərbaycan Respublikasında seçki keçiriləcək bələdiyyələrin siyahısı

19.10.2019

Bəstəkarlar İttifaqı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb

19.10.2019

Bakıda 15 yaşlı məktəbli qız itkin düşdü

19.10.2019

Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

18.10.2019

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

18.10.2019

Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək

18.10.2019

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib

18.10.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.10.2019

ARDNF Milandakı ofis binasını satıb

18.10.2019

Dövlət müstəqilliyimiz - Əbədi, dönməz və sarsılmaz olacaq

18.10.2019

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

18.10.2019

UEFA "Ayaks"ı cəzalandırdı

18.10.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

18.10.2019

BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər

18.10.2019

Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ

18.10.2019

Şarm verilişi yenidən qayıdır - VİDEO

18.10.2019

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18.10.2019

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

18.10.2019

Türkiyə ordusunun əsgəri şəhid olub

18.10.2019

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı

18.10.2019

32 nəfər saxlanıldı

18.10.2019

NATO-nun İdarə rəisi: "FHN-nin beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq" 

18.10.2019

Sabaha olan hava proqnozu

18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı