Ermənistanın özünüküləşdirdiyi torpaqlarımız-FOTOLAR

09:29 / 10.10.2019

Erməni qəsbkarlığını və yalnlarını ifşa edən www.realmap.az onlayn xəritə pоrtalı ictimaiyyətə tədim olundu.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanmış www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib.Təqdimat mərasimində Millət vəkilləri,ziyalılar,ictimai-siyasi xadimlər,media nümayəndələri,bölgələrdən gələn qonaqlar və tələbələr iştirak ediblər.

Kanal32.az xəbər verir ki,Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənovanın rəhbərliyi ilə təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir.Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı tarixi,coğrafi və demoqrafik dəlillərlə sübut olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan layihə rəhbəri professor,əməkdar jurnalist Şəlalə Həsənova bildirib ki,portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib.Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilib.

Professor,əməkdar jurnalist Şəlalə Həsənova qeyd edib ki,ərsəyə bu tarixi-elmi mənbənin əks olunduğu portal aparılan uzun araşdırmaların nəticəsində ərsəyə gəlib.1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və  Ermənistanda soydaşlarımıza qarşı törədilmiş  soyqırımın  təzahürü kimi önə çəkilib. Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer alıb. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir  sənədlər yerləşdirilib, kəndlərin adları əlifba üzrə sıralanıb və hər kənddə Azərbaycan əhalisinin soyqırımını və deprtasiyasını təsdiq edən statistik məlumat verilib.

O da vurğulanıb ki,www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

Daha sonra Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev,Xalq yazıçısı Anar,Bakı Slavyan Universitetinin rektoru,professor Nurlana Əliyeva və başqaları çıxış edərək,təqdim olunan layihənin olduqca mühüm əhəmiyyətindən danışıblar.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib ki,onlayn rejimdə olacaq bu platforma gənclərimizin, vətəndaşlarımızın məlumatlandırılması, eyni zamanda beynəlxalq miqyasda təbliği baxımından çox önəmlidir.Düşünürəm ki, XXI əsrdə informasiya müharibəsində hər zaman hücuma hazır olmaq lazımdır. Ona görə də dünya ictimaiyyətini məlumatlandırmalıyıq.

Xalq yazıçısı Anar “Azərbaycan Ermənistanı” layihəsinin təqdimatında deyib:”İllər boyu etdiyim bir təklif var. Mütləq “Şəhidlər Müzeyi” açılmalıdır. Həmin müzeydə bizim bütün faciələrimiz əks olunmalıdır.Müxtəlif vaxtlarda millətimizin başına gətirilən hadisələr orada yer almalıdır. Ölkəmizə gələn turistlərin proqramına da “Şəhidlər Müzey”inə ziyarət mütləq salınmalıdır”.O həmçinin,Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənovanın təqdim olnan portalının ərsəyə gəlməsindəki tarixi xidmətlərindən bəhs edib.

 

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
09.12.2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi

09.12.2019

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

09.12.2019

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

09.12.2019

FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb

09.12.2019

Azərbaycan-Rusiya arasında Niyyət Protokolu imzalanıb

09.12.2019

Baş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

09.12.2019

Əlişir Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM

09.12.2019

AMEA 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

09.12.2019

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM

09.12.2019

Yağ adı altında yediyimiz kimyəvi qatqılar: Yağ bazarında necə aldadılırıq? – VİDEO 

09.12.2019

“Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir?

09.12.2019

İran hərbi donanması yeni pilotsuz uçuş aparatı ilə təchiz olunub

09.12.2019

Bethovenin yarımçıq qalan simfoniyası... – 198 il sonra

09.12.2019

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

09.12.2019

Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir

09.12.2019

“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”

09.12.2019

AMEA-nın Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

09.12.2019

Prezident İlham Əliyev: Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub

09.12.2019

Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edəcək

09.12.2019

Rusiyaya şok qadağa: Olimpiya və dünya çempionatında iştirak edə bilməyəcək

09.12.2019

FTB açıqladı: terror aktı ola bilər

09.12.2019

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi beş ştatda koyotların məhv edilməsi üçün “sianid bombası”ndan istifadə olunması təklifini bəyənib

09.12.2019

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlandı

09.12.2019

Koiçiro Matsuura: Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi beynəlxalq əhəmiyyətli hadisədir

09.12.2019

“Goldman Sachs”: 2020-ci ildə neftin orta topdansatış qiyməti yüksələcək

09.12.2019

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı

09.12.2019

Payız imtahan sessiyasının təşkili barədə ƏMR

09.12.2019

Yağıntılı hava şəraiti sabah da davam edəcək

09.12.2019

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09.12.2019

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

09.12.2019

Bəzi ərazilərdə elektrik kəsiləcək

09.12.2019

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

09.12.2019

NATO Baş katibi: Rusiya düşmənimiz deyil

09.12.2019

Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

09.12.2019

Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq

09.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.12.2019

HEYDƏR ƏLIYEV ideyaları əbədiyaşardır

09.12.2019

Faktiki hava şəraiti açıqlandı - İntensiv yağış olan ƏRAZİLƏR

09.12.2019

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

09.12.2019

Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

09.12.2019

İran ABŞ hərbi bazasını raket atəşinə tutub

09.12.2019

Bolqarıstanlı qapıçı Azərbaycanda oynaya bilər

09.12.2019

“WhatsApp” yeni funksiyasını işə saldı

09.12.2019

Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

09.12.2019

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq... - VİDEO

09.12.2019

Ağ Adada yerləşən vulkan püskürüb

09.12.2019

Cəhbədə atəşkəs rejimini pozuldu - 22 dəfə

09.12.2019

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı

09.12.2019

Dekabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri

09.12.2019

Neft yenidən ucuzlaşıb