GÖYƏRÇİN CİLDLİ KƏRKƏS

09:51 / 14.10.2019

prof. Ramazan SİRACOĞLU

Özünü ictimaiyyətə demokrat kimi tanıdaraq Ermənistanda iqtidara gəlmiş N. Paşinyan MDB  başçıları şurasının  Aşqabadda keçirilən sonuncu iclasında insanlığa, ilk növbədə isə türklərə qənim kəsilmiş Njde ləqəbli cani ( Njde- sözü ermənicədə  “sərgərdan, sərsəri, səfil” anlamındadır ) haqqında heyranlıqla danışaraq onu repressiya qurbanı kimi tanıtmağa çalışmışdır. Bəzi üzdəniraq, sözdə liberallarımız bizim milli qəhrəmanlarımızı görməzdən gələrək onların haqqında sayqısız danışdıqları bir zamanda ermənilər bütün ömrü boyu türklərin qanını axıtmış, yaşayış məskənlərini viranə qoymuş, maddi- mədəniyyət nümunələrini talan etmiş, türk əsillilərin var-dövlətinə, tarixi ərazilərinə sahib çıxmış, erməniləri hər gün türklərə qarşı mübarizəyə səsləmiş   kərkəs xislətli Njdeni göyərçin kimi barış rəmzi olaraq təqdim etməyə başlayıblar.   Bu yazıda Njde haqqında həqiqətlərin bəzilərini açıqlamağa ehtiyac duyduq.

Sənədlərə görə, 1886-cı ildə Naxçıvanda doğulmuş, 1894-1902-ci illərdə orda oxumuş, əsl adı Arakel olan Arutyunyan ( sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familyasını Ter Arutyunyan şəklində dəyişdirmişdir )  Njde Qaregin Yeqişeviç  əli silah tutandan bəri saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub. Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülmüşdür. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə 1909-cu ildə  universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə  Sibirə sürgün ediləcəyi qorxusundan Njde havadarlarının köməyi ilə  gizli şəkildə Bolqarıstana qaçmışdır. ( Sonralar isə  o özü bu hadisəni   siyasi fəaliyyəti ilə əlaqələndirmişdir.)   Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşmuşdur. I Dünya müharibəsi başlayanda çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq geri qayıtmış,  silahlı dəstə yaradaraq  Anadolu və Azərbaycan türklərinə  xüsusi amansızlıqla divan tutmağa başlamışdır. 1918-121-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilmişdir. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdir: “В 1919-1920гг. под руководством Нжде, который командовал вооружёнными силами дашнакской армии в Кафанском районе, были уничтожены десятки азербаджанских сёл Кафанского и близлежащих районов и истреблены тысячи мирных жителей этих сёл— 1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun  silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış  və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir.” (Bax: Протокол допроса свидетеля Хойлунца Арсена Арутюновича от 16-го сентября 1947г.) 1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş şahid Xoylunts bildirmişdir ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atmışdır. Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil ( ? ), türk olduqlarını söyləmişdir: “свидетели Хойлунц и Джанунц имеют в виду расстрелянных и сброшенных татевской скалы около 200 турок из отряда Завал паши, которых использовала советская власть против нас.  Хочу отметить, что отряд Завал паши был мною разгромлен.”- Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılmışlar və güllələnmişlər haqqında  bəhs edərkən  Sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir.” ( Bax: Протокол допроса обвиняемого Тер-Арутюняна Гарегина Егишевича от 19-го сентября 1947г.) 

Njde ömrü boyu türklüyə qarşı vuruşmuş, Fransada, Amerikada, Rusiyada, Türkiyədə,  İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və  Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət almış, hər yerdə Türkiyəni düşmən bilmişdir.

Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədti K.Y. Voroşilova ünvanladığı əfv olunmaq haqqında yazdığı ərizədə ifadə etmişdir:  “Моя жизнь была борьбой против феодальной Турции, исторической убийцы народов и культур – Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir.” ( Bax: Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича заявление.http://www.bvahan.com/armənianway/aw/Njdeh_KGB/Part08.html  s. 145 ) Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə ondan türklərə qarşı bir alət kimi istifadə etmişlər. Məsələn, hələ I Dünya müharibəsi başlayanda çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Ermənlərin fəxri olan Njde bu barədə belə yazmışdır: “Накануне мировой войны, получив амнистию от царского правительства, я вернулся с условием участвовать в боевых действиях против Турции.”- Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım. ( Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

Njde I Dünya savaşında da Osmanlı dövlətinə qarşı “şücaətlə” vuruşduğunu gizlətmir: “Я был заместителем командира 2-го армянского добровольческого батальона, в последующем командовал отдельной армяно-езидским подразделением”- Mən erməni könüllülərindən ibarət 2-ci batalyonun komandir müavini olmuşam, daha sonra əlahiddə erməni-yezid bölməsinə komandirlik etmişəm.”

İranda və  Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra maraqlı qüvvələrin yardımı ilə  Bolqarıstanda vətəndaşlıq statusu qazanan Njde orada da daim türklərə qarşı terrorist hərəkətlər edən Njde II Dünya müharibəsi ərəfəsində  könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişdi.  Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun”  ideyası haqqında A. Hitlerə bilgi verdi. Bu ideyaya görə,  ermənilər ari irqə mənsubdurlar və onların tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər.  SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya  müharibəsində SS  (Schutzstaffel)  qoşunlarında ( Waffen SS ) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət  xüsusi könüllülər dəstəsi təşkil etmişdir. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqariya və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə edilib hazırlanmışdı. ( Bax: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51 ) Amma hadisələrin gedişi Nijdenin arzularını ürəyində qoydu. Xeyli müddət təkəbbürlə mundirində SS devizi  (“Meine ehre heißt treue”- Şərəfim sədaqətimdir” ) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu. Njde qısa zamanda mühitə uymaq bacarığına sahib idi. Məsələn, SSRİ-nin əks kəşfiyyatçıları onu yaxalayanda dərhal lakeycəsinə “sizə xidmət edəcəyim anın gəldiyini görməkdən məmnunam” söyləmişdir.

Sərbəst  yaşamına sayılı günlər qaldığını sövq-təbiiliyi ilə duyan Njde can hövlüylə  gümanı gələn yerlərdə qaçıb gizlənmək, nəyin bahasına olursa – olsun yaxalanmamaq üçün qapı-qapı dolaşsa da dünənə qədər ona “milli xilaskar” kimi baxan ermənilər cüzamlı xəstə kimi onu qapılarından qovurdular. “İdeoloq” Njde  bu nankorluğa çox əsəbiləşir: “ Забыли, все армяне забыли все, что только благодаря моим усилиям их не постигла участь евреев, и четыре года они все только богатели и богатели. Диаспора, ты еще раз заставила меня пережить горечь стыда. Позор тебе!”- Yaddan çıxartdılar, bütün ermənilər unutdular ki, yalnız  mənim sayəmdə yəhudilərin nəsibi  onların  başına gəlmədi və bu dörd ildə onlar ancaq zənginləşdikcə zənginləşdilər. Ey erməni diasporu, sən bir daha məni xəcalət acısı çəkməyə məcbur etdin. Sənə ayıb olsun”. (Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

       1944-cü ilin oktyabr ayının 12-də  SSRİ-nin  “SMERŞ” (Смерть шпионам! - Casuslara ölüm!) idarəsinin əməliyyatçıları siçan kimi qaçıb gizlənmiş Njdeni tutdular. Bu dəfə Njde sovet qoşunlarının Bolqarıstandakı  komandanı general Tolbuxinə ərizə yazaraq bütün şüurlu həyatını Nuru Paşanın və müsavat Azərbaycanına həsr etdiyini, döyüşlərdə həmişə,  hətta  türk və tatarlara qarşı da ( ! ) insan olaraq qaldığı ilə öyünərək SSRİ-nin Türkiyəyə qarşı  gələcək fəaliyyətində öz xidmətini təklif etmişdir. Njde müxtəlif orqanlara yazaraq bildirmişdir ki, o istəsəymiş asanlıqla Sofiyadan İsveçrəyə gedə bilərmiş, lakin Türkiyəyə olan nifrəti, qisas almaq tutqusu ölüm riskinə üstün gəlmiş və ancaq buna görə də səbirsizliklə sovet qoşunlarının gəlməsini gözləmişdir: В 1944 г. я остался, чтобы предложить командованию Красной Армии мои силы и возможности для борьбы против Турции. Тогда вся болгарская общественность ждала, что русские, пользуясь своей победой, займут Константинополь и Дарданеллы.- 1944-cü ildə mən qaldım ki, Türkiyəyə qarşı mübarizədə öz güc və imkanlarımı Qızıl Ordu komandanlığına  təklif edim. O zaman bütün bolqar ictimaiyyəti gözləyirdi ki, ruslar öz qələbələrindən yararlanaraq İstanbul və Çanakkalni tutacaqlar.”  ( Bax: : Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича

“Как военный, я не профессионал, а патриот-революционер. А потому, к рукоятке меча я прикладывался только тогда, когда была возможность нанести удар Турции, существование которой- считал и продолжаю считать злом.” – Hərbçi kimi, mən peşəkar deyil, vətənpərvər inqilabçıyam. Ona görə də əlimi qılıncımın qəbzəsinə yalnız o zaman aparmışam ki, mövcudluğunu fəlakət saydığım və hələ də belə hesab etdiyim Türkiyəyə zərbə endirmək imkanı olsun.” ( Bax: Гарегин Нжде и КГБ, s. 145 )

1944-cü ilin noyabr ayının 2-də Sofiyadan Moskvaya gətirilən Njde SSRİ Dövlət Təhlükəsizliyi Naziri general-polkovnik V.S. Abakumovun göstərişi ilə 15 noyabr 1946-cı ildə əlavə istintaq üçün İrəvana etap edilmişdi. Njde “sizi almanlarlarla işbirliyinə sövq edən amil nə idi?” sualına belə cavab vermişdi: “они  предлагали армянам сотрудничать с ними на антитурецком фронте. Именно поэтому и наши переговоры в Берлине имели место на антитурецкой почве.”-  Onlar ( almanlar ) ermənilərə antitürk cəbhəsində onlarla əməkdaşlıq təklif etdilər. Məhz buna görə, Berlindəki görüşmələrimiz də antitürk zəminində olurdu.” (Bax: Протокол допроса задержанного Тер-Арутюняна Гарегина от 22-го марта 1947г.)

         Ermənistan MTN naziri polkovnik Krımyan  4 yanvar 1947-ci ildə Moskvaya xüsusi raport - təkliflə müraciət etmişdi: “Тер-Арутюнян предлагает свои услуги в деле создания в армянских колониях заграницей массовой организации с задачей борьбы за отторжение армянских земель в Турции и воссоединение их с Советской Арменией. Для выполнения этой задачи Тер-Арутюнян просит передать его как болгарского подданого болгарскому правительству, где создаст условия для развёртывания работы.”- Ter Arutyunyan Türkiyədəki erməni torpaqlarının geri alınması və onların Sovet Ermənistanı ilə birləşdirilməsi uğrunda mübarizə aparmaq işində xaricdəki erməni koloniyalarında kütləvi təşkilatların yaradılmasında öz xidmətlərini təklif edir. Bu vəzifəni gerçəkləşdirmək  üçün Ter Arutyunyan bir bolqar  təbəəsi kimi onun bolqar hökumətinə verilməsini xahiş edir ki, orada bu işin  genişləndirilməsi nə şərait yaratsın.”

Sənədlər təsdiq edir ki, 1946-1947-ci illərdə SSRİ rəhbərliyinin Türkiyəyə hücum etmək barədə ciddi niyyətləri olmuşdur. O illərdə Sovet hökuməti Türkiyəyə 2 dəfə nota da vermiş, Türkiyənin şərq bölgəsinin bir hissəsinin Ermənistan və Gürcüstana aid olan ərazilər olduğunu dilə gətirmişdir. ABŞ Prezidenti H. Trumenin 1948-ci ildəki “ABŞ üçün sərhəd dost bildiyi Türkiyənin sərhədlərindən başlayır” sözləri SSRİ rəhbərliyini bu sərsəm və avantürist ideyadan çəkindirmiş və   SSRİ 30 may 1950-ci ildə verdiyi notada  Türkiyədən  bir daha ərazi iddiası olmayacağını bəyan etmişdir. ( Bax: Present at the creation: my years in the State Department", Dean Acheson, pp. 199–200 )

Njdeyə olan hüsn-rəğbətini büruzə verən Ermənistanın xüsusi xidmət idarəsinin o zamankı şefi Moskvanı inandırmağa çalışmışdır ki, Njdenin milliyyətçi ermənilər arasında olan böyük nüfuzunu, əks-kəşfiyyatın “xarici bürosuna” olan müxalif mövqeyin azaldılması perspektivini  nəzərə alaraq onu, doğrudan da, Bolqarıstana göndərmək faydalı olar. Lakin erməni Krımyanın Njde haqqında “cahanşümul” ideyası Moskvaya qətiyyən ağlabatan görünmədi və Moskva heç   Njdeni buraxmaq fikrində də deyildi. Beynəlxalq Nürünberq məhkəməsinin faşistlər haqqındakı qərarına qarşı gəlmək siyasi intihar olardı. Ermənistan MTN şefi istər-istəməz Njdeni İrəvandan təkrar Moskvaya, Vladimir həbsxanasına  yola salır. Bu zaman onun əmri ilə Njdeni İrəvan küçələri ilə gəzdirirlər ki, o, İrəvanda olan dəyişiklikləri görə bilsin. Njdenin sözlərinə görə, O, İrəvana etap ediləndə Ermənistan xüsusi xidmət orqanlarının istəyi ilə Türkiyə əleyhində layihələr hazırlayıb: “По просьбе МГБ Армении мною были приготовлены несколько проектов антитурецкой деятельности.- Ermənistan MTN istəyi ilə bir neçə antitürk layihəsi hazırladım.”(Bax:http://www.bvahan.com/armenianway/aw/Njdeh_KGB/Part08.html )

İkinci dünya müharibəsindən sonra, 1947-ci ildə SSRİ-də ölüm hökmü ləğv edildiyindən özünü “vətənpərvər inqilabçı” adlandıran Njdeni  SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası 24 aprel 1948-ci ildə o zamankı Cinayət Məcəlləsinin 58-ci maddəsinin 4-cü və 6-cı, habelə RSFSR Cinayət Məcəlləsinin 58-ci maddəsinin 2-ci bəndi ilə (SSRİ-yə qarşı düşmənlik fəaliyyəti və casusluq)    ittiham edərək barəsində 25-il həbs cəzası hökmü çıxartdı. Məhkəmə gedişində inkarolunmaz faktlarla sübuta yetirilmişdi ki, Njde və onun göstərişi ilə hərəkət edənlər SSRİ ilə Türkiyə və İran arasında nifaq salmaq üçün çox sayda təxribati işlər görmüş, SSRİ-ni hər vəchlə Türkiyəyə hücuma keçməyə nail olmağa çalışmışlar.

Njde həbs edildikdən sonra dəfələrlə müxtəlif instansiyalara ərizələr yazmış, haqqında çıxarılmış məhkəmə hökmünün ədalətsizliyindən, pis və dözülməz şəraitdə saxlanılmasından, onun bu aqibətinə türklərin sevinməsindən, əfv ediləcəyi təqdirdə xarüqələr yaradacağı haqqında çoxsaylı müraciətlər etmişdir. Görünür, nüfuzlu vəzifələrdə işləyən havadarları ona məsləhət görmüşlər ki, SSRİ-də dəyişikliklər baş verib, İ.V. Stalin vəfat edib,  L.P. Beriya öldürülüb, V.S. Abakumov güllələnib, P.A. Sudoplatov həbs olunub. Yaxşı fürsət düşüb, sən yaz, biz də sənin repressiya qurbanı olduğunu təsdiq etdirərik, sən də  çıxarsan həbsxanadan.  Culfa, Bakı, Kuybışev, Rostov,  Saratov, Daşkənd, İrəvan, Peterburq, Moskvdakı Lubyanka, Lefortovo, Krasnaya Presnya, Vladimir sentralı həbsxanalarında yatan Njdenin vərəm və hipertoniya xəstəliyi bəhanəsilə də sərbəst buraxılması girişimləri göstərilmişdir.

Bir müddət Daşkənd cəza müəssisəsinin qapalı xəstəxanasında da müalicə alan Njde heç cür azadlığa çıxa bilmir.  Məlum lobbiçilərin işi nəzərdə tutulduğu kimi getmir. 7 fevral 1955-ci ildə SSRİ Ali Məhkəməsi Njdenin P-242804 nömrəli iş üzrə barəsində çıxartdığı qərarın dəyişdirilməsi və işə yenidən baxılması haqqında xahişini rədd edir. (Bax: Выписка из протокола N40 от 7-го февраля 1955г.) 21 dekabr 1955-ci ildə Njde Qaragin Vladimir sentralında canını tapşırır. Deyilənlərə görə, Njde Naxçıvandan götürdüyü bir ovuc torpağı və Araz çayı sahilində vurduğu bəbrin dərisini hər zaman özü ilə gəzdirərmiş. Hətta V.P. Kuzmenko adlı bər məhbus şair bu göyərçin cildinə girmiş kərkəsə utanmaz-utanmaz bir “şeir” də yazıb:

С землей мешочек видел я / У старика в тюрьме,

Его он с воли нёс сюда,/ Как часть страны своей.

Bir kisə torpaq gördüm türmədə bir qocada

Yurdunun bir parçasın gətirmiş azadlıqdan.

Vladimir həbsxanasına aid olan ərazidə gömülən Njdenin cəsədinin qalıqlarının bir hissəsini  ermənilər 31 avqust 1981-ci ildə  məxfi şəkildə İrəvana gətiriblər. Onun sağ əlinin qalıqlarını isə Qafanın 10 km-liyində yərləşən Xustup adlandırılan dağın yamacında basdırıblar. Ermənilərin ağızdolusu “hay məts zoravar”- “böyük” erməni generalı” adlandırdıqları  sərgərdan Njdenin adı kimi goru da sərgərdandır. Ona aid fraqmentlər hələlik üç dəfə  basdırılmışdır.   

Erməni kütləvi informasiya vasitələri bütün gücləri ilə nəhəng təbliğat maşınlarını işə salaraq erməni və dünya ictimaiyyətinə öz adamlarını nəhəng xilaskarlar, sülh və ədalət keşikçiləri, dünya tarixinin ən qədim nümayəndələri, ən əzabkeş millət kimi göstərdikləri zamanda, erməni zənginlərinin bu sahəyə əsirgəmədən pul, sərvət dağıtdıqları məqamda bizim başımız milli şüuru yüksəltmək əvəzinə, bədii dəyəri olmayan və tez-tez də sıxıcı teklam rolikləri ilə müşaiyət olunan  mənasız şou proqramlarına, istehza doğuran “tragikomik” konfliktlərin studiya məkanında həllinə yönəlib. Zənginlərimiz isə pullarını  milli tariximizi, mədəniyyətimizi, dyərlərimizi öyrətmək və yaymaqdan daha önəmli hesab etdikləri başqa  sahələrdə xərcləməyi üstün tuturlar. Nəticədə, dünənindən xəbəri olmayan, olub-bitənlərə biganə qalan, milli idrakdan məhrum  minlərcə soydaşımız yaranır.  Ona görə də bədxahlarımız keçəl kərkəsi dünya ictimaiyyətinə bəyaz göyərçin şəklində göstərməyə çalışırlar.



Strategiya.az

Xəbərlər
27.02.2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

27.02.2020

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

27.02.2020

Səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu

27.02.2020

Strasburq: Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

26.02.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir (FOTO)

26.02.2020

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər"

26.02.2020

Prezident İlham Əliyev: "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq"

26.02.2020

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür

25.02.2020

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25.02.2020

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

25.02.2020

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

25.02.2020

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

25.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

25.02.2020

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

24.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

24.02.2020

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub