Prezident İlham Əliyev: Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı

08:38 / 16.10.2019

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Təşəkkür edirəm, hörmətli Sooronbay Şaripoviç. 

Hörmətli həmkarlar.

Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.

Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana, ümumilikdə, 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi.

Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası Bakıda keçirilib. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

Diqqətinizə görə təşəkkür edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
19.11.2019

SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar

19.11.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi işə başladı

19.11.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19.11.2019

NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

19.11.2019

İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb

19.11.2019

Messidən möhtəşəm driblinq - Video

19.11.2019

İranda inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir

19.11.2019

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

19.11.2019

Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub

19.11.2019

Ərdoğan: "ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik"

19.11.2019

Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

19.11.2019

“De Liqt “Yuventus”a keçdiyinə peşman olub” – Klyüvert

19.11.2019

NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi - VİDEO

19.11.2019

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradıla bilər

19.11.2019

Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI

19.11.2019

Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

19.11.2019

Metroda qapıları tutan 20 sərnişin cərimələndi – VİDEO 

19.11.2019

DİN: Axtarışda olan 36 nəfər tutulub

19.11.2019

Bakıda qadın qapısı açıq qalmış evləri taladı

19.11.2019

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

19.11.2019

Bu qəsəbədə su olmayacaq

19.11.2019

Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb – Türkiyə mətbuatı

19.11.2019

Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlərə başlanılıb

19.11.2019

AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb

19.11.2019

Netanyahu Trampa təşəkkür etdi

19.11.2019

Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutulub

19.11.2019

“Bremen musiqiçiləri” növbəti dəfə təqdim edilib

19.11.2019

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

19.11.2019

DANX sərnişinlərə müraciət etdi

19.11.2019

Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

19.11.2019

Hacıqabulda evakuator yük maşını ilə toqquşdu - Xəsarət alan var

19.11.2019

Rusiya ABŞ-ın 10 milyard dollarlıq dövlət istiqrazını əldə etdi

19.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

19.11.2019

Deputatlar bu gün nəyi müzakirə edəcək?

19.11.2019

Neftin ucuzlaşması davam edir

19.11.2019

Noyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.11.2019

Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töhfəsindən danışdı

19.11.2019

Cəbhədə atəşkəsi snayperlər pozdu - 24 dəfə

19.11.2019

Tbilisidə nümayiş su şırnağı maşınları ilə dağıdıldı – VİDEO

19.11.2019

İtaliya Ermənistanı biabırçı hesabla uddu - Avro-2020

19.11.2019

Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib

19.11.2019

“The Press Herald” erməni separatçılarını Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb

19.11.2019

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub

19.11.2019

Donald Tramp impiçment işi üzrə dinləmələrdə çıxış edə bilər

18.11.2019

İmişlidə qadının evinə silahlı basqın edildi

18.11.2019

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

18.11.2019

Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda

18.11.2019

Azərbaycan Prezidenti: Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik

18.11.2019

8 saat və ya daha çox işləyirsiz?

18.11.2019

Kreml “Normand formatı”ında keçiriləcək sammitə hazırlaşır