Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

21:41 / 17.10.2019

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi. Cənab Prezident müşavirədə ölkəmizin ötən 9 ay ərzində əldə etdiyi uğurlardan, həyata keçirilən islahatlardan danışdı, eyni zamanda, perspektiv planlar və islahatlar üzrə müvafiq tapşırıqlarını da verdi.

Dövlətimizin başçısı, həmçinin Azərbaycanda islahatlara alternativin olmadığını da diqqətə çatdırdı və xüsusi olaraq vurğuladı ki, ölkə daxilində islahatların keçirilməsinə mane olanlar da var: "Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur".

Cənab Prezidentin çıxışında bəzi qüvvələrin mətbuatdan "qara piar" kampaniyalarının aparılması üçün istifadə etməsi məsələsini vurğulaması media nümayəndələrini son dərəcə narahat etməli və düşündürməlidir. Əgər bir halda ki, biz deyiriksə, mətbuat cəmiyyətimizin güzgüsüdür, o zaman mediadan siyasi maraqların təmin edilməsi üçün rupor olaraq istifadə edilməsinə imkan verməməliyik. Mətbuat istənilən halda dövlətin və xalqın milli maraqlarını müdafiə, bu istiqamətdə həyata keçirilən siyasi kursu təbliğ etməli, ictimai rəyin aldadılmasına imkan verməməlidir. Bu missiyanın həyata keçirilməsi üçün isə Azərbaycan mətbuatının bütün resursları mövcuddur. Çünki dövlət mətbuatın inkişafı istiqamətində ciddi layihələr reallaşdırıb. Təsadüfi deyildir ki, bu istiqamətdə ardıcıl olaraq islahat xarakterli səmərəli tədbirlər həyata keçirilib və ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. Məhz atılan addımların nəticəsidir ki, hazırda ölkədə 5 mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, "az" domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 25-30 mini ötüb. Azərbaycanda 10 milyon əhalinin 80 faizdən çoxu internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir.

Bütün bunlarla yanaşı, maddi-texniki baxımdan güclənən hər bir media orqanı qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərir. Bu gün qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" və başqa qanunlarla ölkədə media qurumlarının qanunlara müvafiq surətdə sərbəst şəkildə yaradılması və fəaliyyəti təsbit və təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev ötən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib. Bütün bu addımların əsas məqsədi isə Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, media sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirməkdir.

Amma bütün bunlarla yanaşı, görünür, mətbuatın ayrı-ayrı qrupların maraqlarına xidmət edən funksiyasını məhdudlaşdıracaq addımların atılması hələ də gündəmdədir. Adətən belə bir ifadə işlədirik ki, cəmiyyətimizdə baş verən neqativ hallarla bağlı ictimai qınaq formalaşdırılsın və ictimaiyyətin reaksiyası təmin olunsun. Lakin bir çox hallarda bir sıra məsələlər ictimai qınaqla həll olunmur. Məhz buna görə də mətbuat sektoruna nəzarət mexanizminin ciddiləşdirilməsinə ehtiyac duyulur. Bunun üçün isə düşünürəm ki, Mətbuat Şurasının funksiyaları artırılmalıdır. Açıq etiraf etmək lazımdır ki, hazırda reketçiliklə məşğul olan jurnalistlər, "qara piar" kampaniyası təşkil edən media qurumları bir çox hallarda Mətbuat Şurasının qərarlarına qeyri-ciddi yanaşırlar. Adlarının və fəaliyyətlərinin "qara siyahı"ya salınması onlar üçün heç də gördükləri mənfi işlərə son vermələrinə kifayət etmir. Bu baxımdan hesab edirəm ki, Mətbuat Şurasının funksiyaları, mediaya nəzarət və təsirli tədbirlər görmək üçün imkanları genişləndirilməlidir.

Eyni zamanda, açıq etiraf etmək lazımdır ki, bu gün internet və sosial şəbəkələr informasiya məkanında, yumşaq formada desək, bir çox məqamlarda xaotik vəziyyət yaradır. Bu gün istənilən şəxs siyasi, yaxud maddi maraqları naminə ləkələmə və qarayaxma kampaniyası aparmaq üçün cüzi miqdarda rüsum ödəyir və beləliklə də "fəaliyyətə" başlayır. Bu cür mətbu nəşrlərin və saytların sayı kifayət qədərdir. Hər dəfə Mətbuat Şurasında keçirilən iclaslarda belə saytlarla bağlı daxil olan şikayətləri araşdırırıq. Lakin araşdırmalar heç də həmişə 100 faizlik nəticə vermir. Çünki ünvanları bəlli olmadığına görə həmin qarayaxma kampaniyasını aparan saytların sahiblərini tapmaq müşkül məsələyə çevrilir. Beləliklə, bəlli olur ki, bir media qurumu kimi onların strukturu mövcud deyil. Belə olan halda bu saytların və digər mətbu nəşrlərin fəaliyyəti nəzarətsiz qalır, nəticədə onlar istədikləri şəxs haqqında istədiklərini yazır, böhtan atır və ictimai nüfuzuna xələl gətirirlər. Bu baxımdan artıq media sektorunda effektiv islahatların aparılması zərurəti ortaya çıxır.

Mətbuatla əlaqəli bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə yanaşı, bəzən diffamasiya haqqında qanunun qəbul olunması məsələsi gündəmə gəlir. Gəlin görək mediamız və cəmiyyətimiz buna hazırdırmı? Mən demirəm ki, mətbuatda bir kəlmə söz yazana qarşı cinayət işi açılsın. Sadəcə elə bir hüquqi və işlək mexanizm yaradılmalıdır ki, istər çap, istərsə də onlayn mediada çıxış edən hər bir kəs məsuliyyətini dərk etsin. Jurnalist adını daşıyan hər bir media mənsubu qələminə, sözünə, xüsusilə də onun yazdığı məqaləni oxuyacaq insanlara, auditoriyaya hörmət etməlidir.

Bəli, Mətbuat Şurasına tez-tez hansısa məmurun digər məmur haqqında kompromatlar ötürməsi ilə bağlı məlumatlar daxil olur. Yaxud bir qrup reket mətbuatın hansısa məmur tərəfindən idarə edildiyi də cəmiyyətə bəlli olan reallıqdır. Bu hal Mətbuat Şurasını daim narahat edib və təmsil olunduğum qurum bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Təəssüf ki, hər dəfə də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmin reket media orqanlarının təhqirinə, böhtanına və onların himayədarlarının təzyiqinə məruz qalırlar. Bu məqamda belə əməlləri törədən insanların xaricdə fəaliyyət göstərən antiAzərbaycan dairələrin sifarişlərini icra etmələri ilə bağlı şübhələr gündəmə gəlir. Ona görə də hesab edirəm ki, cənab Prezidentin müşavirədə qeyd etdikləri tamamilə həqiqəti əks etdirir və bununla bağlı düşünüb qəti qərarların verilməsinin artıq zamanı çatıb.

Əgər bu gün hakimiyyət ortaya siyasi iradə qoyub ölkənin inkişafı ilə bağlı taleyüklü qərarlar verirsə, hansı haqla hansısa qüvvələrin maraqlarına zidd olan islahatlara qarşı ləkələmə kampaniyası aparılmalıdır? Yaxud da ki, niyə hansısa məmur öz vəzifə borcunu yerinə yetirmək əvəzinə cənab Prezidentin müəyyənləşdirdiyi islahatlar kursuna uyğun işini qurmuş şəxsləri gözdən salmağa çalışmalıdır? Axı, son nəticədə bütün zərbələrin dövlətə və xalqa dəydiyini anlamaq o qədərmi çətindir?

Bir halda ki, cənab Prezident İlham Əliyev "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz" deyirsə, o zaman dövlətin və xalqın maraqlarının müdafiəsi, gələcək inkişaf etmiş, firavan, təhlükəsiz, şəffaf Azərbaycan naminə əsl peşəkar jurnalistlər, media qurumları dövlət başçısının yanında olmalı, respublikamızın firavanlığı naminə ortaya fəal mövqe və güclü iradə qoymalıdırlar. Çünki bu gün reallaşdırılan islahatlar perspektivdə qüdrətli Azərbaycan, daha güclü mətbuat deməkdir...

Vüqar Rəhimzadə,

"İki sahil" qəzetinin baş redaktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü,

Əməkdar jurnalist


Etiket:

Strategiya.az

Xəbərlər
04.07.2020

Azərbaycan neftinin bir barreli 43,85 dollara satılır

04.07.2020

Prezident tanınmış yazıçıya ev bağışladı

04.07.2020

Bu ölkə koronavirusun ikinci dalğasına başladı

04.07.2020

Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

03.07.2020

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

03.07.2020

“ASAN xidmət” mərkəzlərində bu günlərdə iş olmayacaq

03.07.2020

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

03.07.2020

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03.07.2020

Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03.07.2020

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

03.07.2020

İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

03.07.2020

AzTV-nin baş redaktoru Etibar Babayev koronavirusdan dünyasını dəyişib

03.07.2020

Şəxslərin  yaşayış yerini və olduğu yeri tərk etmələri qaydaları

02.07.2020

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

02.07.2020

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

02.07.2020

Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

02.07.2020

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

02.07.2020

PREZİDENT İLHAM ƏLİYEV PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ BEYNƏLXALQ SƏYLƏRİ BİRLƏŞDİRİR

02.07.2020

Professor Əli Həsənov: "Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr dövlətimizin milli maraqlarının qorunmasında, müdafiəsində mühüm xidmətlər göstərib" 

02.07.2020

2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu 

02.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)

02.07.2020

Dolların bu günə olan MƏZƏNNƏSİ

02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

01.07.2020

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

01.07.2020

Sabahdan Bakıdakı polis postları ləğv edilir

01.07.2020

Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib

01.07.2020

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşını təltif edib

01.07.2020

Buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb

01.07.2020

Azərbaycan XİN: Ermənistana çox yaxşı bəllidir ki, “Qarabağ xalqı” adlı anlayış mövcud deyil

01.07.2020

Azərbaycan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə 300 min ABŞ dolları məbləğində vəsait ayrıb

01.07.2020

Pandemiya və multikultural dəyərlər

01.07.2020

Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

01.07.2020

BDYPİ: Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

01.07.2020

Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb

01.07.2020

Azərbaycanda siqaret bahalaşıb

30.06.2020

Prezident İlham Əliyev: Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik

30.06.2020

Xüsusi karantin rejimi daha 2 həftə uzadıla bilər - Operativ Qərargah

30.06.2020

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

30.06.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin video konfrans formatında görüşü baş tutub

30.06.2020

Azərbaycan Prezidenti: İndi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk

30.06.2020

İyul ayında hərbi xidmətə yola düşəcək çağırışçılara məlumat SMS-ləri göndərilib

30.06.2020

Birjalarda neftin qiyməti

30.06.2020

Azərbaycan-İran sərhədində atışma olub, bir sərhəd pozucusu ölüb

30.06.2020

Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların,Misirdə isə vəfat edənlərin sayı çoxalır

29.06.2020

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, 343 nəfər sağaldı, 8 nəfər öldü

29.06.2020

AQTA  aydınlıq gətirdi

29.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29.06.2020

QAŞ QARALANDA HÜRƏN KÜÇƏ İTLƏRİ...