AQTA: Məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

09:50 / 19.10.2019

Oktyabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.

AQTA-dan verilən məlumata görə, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.

Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib. 

 
Qeyd olunub ki, sözügedən qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.

Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib. 

Bununla yanaşı bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.

Bununla yanaşı sahibkarlıq subyektlərinə müraciət olunaraq, Agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə  sıx əməkdaşlığa dəvət olunub.

Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Redbull”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycan Respublikasının Qida Təhlüksəziliyi Agentliyinin rəsmi internet saytında (http://afsa.gov.az/az/legislation/acts) da yerləşdirilib. 

Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
17.11.2019

İbtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq

17.11.2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2019

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi

16.11.2019

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

16.11.2019

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası...

16.11.2019

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.2019

Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

16.11.2019

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

16.11.2019

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019

"Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16.11.2019

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16.11.2019

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

16.11.2019

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

16.11.2019

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

16.11.2019

Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

16.11.2019

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

16.11.2019

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

16.11.2019

Azərbaycanda ötən gün baş verən qəzalarda 2 nəfər ölüb, 3 nəfər yaralanıb - RƏSMİ

16.11.2019

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi

16.11.2019

Konteyə mafiyasayağı təhdid

16.11.2019

Ədliyyə işçiləri Asan Xidmət mərkəzlərində vətəndaşlara keyfiyyətli xidmət göstərir

16.11.2019

2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq

16.11.2019

Neftin bahalaşması davam edir

16.11.2019

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi

16.11.2019

Ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı, unudulmaz Əkrəm Şəkinski - 90

16.11.2019

Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

16.11.2019

Türkoloq Xalid Səid Xocanın (1888-1937) Kanadada yaşayan nəvəsi Əfruz Məmmədova ilə FACEBOOK dialoqu

16.11.2019

Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir

16.11.2019

“Coker” rekord vurdu – R reytinqli ilk film oldu

16.11.2019

Rembrandtın şəklini oğurlamaq cəhdi boşa çıxdı

16.11.2019

ABŞ senatorları Türkiyəyə şərt qoydular – Cavab qısa müddətdə verilməlidir

16.11.2019

Baş nazirdən növbəti qərar – Ekspertlərə saathesabı pul ödəniləcək

16.11.2019

Dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımanın qiyməti ucuzlaşıb

16.11.2019

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16.11.2019

Noyabrın 18-nə dolların rəsmi məzənnəsi müəyyən olunub

16.11.2019

Donald Tramp Böyük Britaniyaya səfər edəcək

16.11.2019

İstirahət günlərində gözlənilən hava proqnozu

16.11.2019

Soyğunçuluq törədən və avtomobildən oğurluq edən şəxslər tutulub

16.11.2019

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamına baxıblar

16.11.2019

Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub

16.11.2019

Sumqayıtda keçirilən kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib

15.11.2019

Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı

15.11.2019

Prezident İlham Əliyev: "Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır"

15.11.2019

“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

15.11.2019

Mərkəzi Bank 100 milyon manat cəlb edir

15.11.2019

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

15.11.2019

Paytaxtın iki prospektində sürət həddi endirilib

15.11.2019

Rusiya “OPEC plus” sazişi üzrə bu il 31,3 milyard dollar əlavə gəlir əldə edəcək

15.11.2019

Rəfail Priyev  barəsində olan deportasiya qərarı icra olunacaq

15.11.2019

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib