MESAJ

08:33 / 21.10.2019

                                                             

İnsanlar arasındakı münasibətlərdə yalançılığı, kobudluğu, mənəviyyətsizliyi, inamsızlığı, ikiüzlülüyü cəmiyyət  üçün bir faciə, günahsız tökülən qanların səbəbi hesab edən,  bunlara dözməyib, mənə “Bir dərman yaz, ay həkim” şeiri ilə kar, kor, duyğusuz olması üçün dərman istəyən dostum, gözəl şairimiz Yusif Həsənbəy və bütün  şairlərə

 

                     Bilirəm bu “istək” haradan gəlir,

             Yuxusuz gecədən, dərddən, kədərdən,

                    qəlbini göynədən yaradan gəlir.

             Bu dərdlər, ağrılar min-min nadanın

                     qulağına girmir, yanından keçir,

             kədəri, qüssəsi hər bir insanın,

                    şair ürəyindən, qanından keçir.

             Şairlər Allahın yer üzündəki,

                    bir söz deyənidir, bir sözçüsüdür.

             Hər xalqın necə bir xalq olmağında,

                    şair bir meyardı, şair ölçüdür.

             Dünya nə bilərdi biz kimik, nəyik,

                    olmasa, Nizami,

                         Füzuli, ya Nəsimimiz,

               Mövlana Rumimiz, Yunus Əmrəmiz!

                       Dünya Şekspri, ya da Bayronu,

               Xəyyamı, Taqoru, ya Cek Londonu,

                Tolstoy, Puşkini, ya da Çexovu,

               Hüqonu, Markesi, Aytmatovu

                  hər an xatırlayır, hər zaman anır.

               Onlar öz yurdunda, elində deyil,

                  bü yer kürrəsinin hər tərəfində,

                neçə min kraldan, neçə min şahdan,

             min-min  sərkərdədən, yaxşı tanınır. 

             

             Şahlar, ya krallar bir məmləkətdə,

                 ya kiçik, ya böyk obada, eldə, 

             bir  söz sahibidi, nə bilim kimdi,

                Şairlər   bəşərin söz dünyasının,

                 Şahı, Kralıdı, tək hakimidi!

 

              Bu dünya durursa, söz yaşıyırsa

           Şairlər yaşayıb, yaşayacaqdır,

        dünyanın ən ağır söz yükünü də,

     Şairlər çəkəcək, daşayacaqdır.

          Bunu  “Şəbu-hicran canı yanan,

           əfqanı xəlqi oyadan”,

            “rüşvət deyil deyə 

                      salamı da alınmayan”

       Füzuli də çəkib, səndə çəkirsən.

          Həqq üstündə dərisi diri-diri soyulan,

            Nəsimi də çəkib, səndə çəkirsən.

        Millətin dərdini öz dərdi bilən, 

            sürgündə yaşayan, sürgündə ölən,

               Cavidim də çəkib,  deyib sözünü:

  “Kəssə hər kim  tökülən qan izini,

           Qurtaran dahi odur yer üzünü”.

 

        Şairdir, hayqıran, coşub çağlayan,

            tökülən qanlara qəlbdən ağlayan,   

      Bundan böyük bir istəkmi var,

             bəşər övladını sülhə çağıran:

               “Sülhə gəlin ey insanlar,

               Yoxsa dünya məhv olar”. 

 

       Şairdir qan içən cəllad önündə,

             təzimsiz gələrək, məğrur dayanan,     

       Qorxmayıb cəzadan, hətta ölümdən,

            sözünü zalıma sillə tək vuran:

              “Qılınclar toqquşub qan tökən zaman,

               Neylər dediyiniz quru bir vicdan.”  

                    

            Bilirəm eşqdir ilhamı,     

                       söhbəti, sözü şairin,

            yoxsa yazarmıdı Şeyx Nizami-

       “Eşqdir mehrabı uca  göylərin,

         Eşqsiz ey dünya nədir dəyərin”.

 

                                “Ya rəbb bəlayi-eşq ilə qıl aşina məni”
                                                               diləyən, deyən,

“Eşq dərdin min dərmandan artıq bilən”,

                                “Dizləri üstündə hicranlı dastan bağlayan,

                                          Leylinin, Məcnun dərdinə hələ də                   

                              gizli-gizli ağlayan,

                                     əlləri Vətəndən üzülü,

                              Dədə Füzuli”!

                                     Bu söz dünyasının gözəl şairi,

       İlahi məhəbbət, qəzəl şairi!

 

                                Şairlər eşqdən, sevgidən yazar,

                                            Bunu hamı bilir, bunlar  bəllidir,

                              Vətən qorumağı, sülh sevməyi də,

                  dünya şairlərdən öyrənməlidir!

      Dünyada nə qədər, şair var,

                   yazar var məncə,

    Vətən sevgisinin bir carçısıdır,

         Şair  “Vətən qayasında bitən bir mamır”,

“Vətənin daşıdır”, bir  parçasıdır. 

 

   Sən bir hikmətə, bir mənaya bax,

      Dillərdə dolaşır, neçə zamandır:

    “Bayrakları bayrak yapan

                      üstündəki kandır,

  toprak eger uğurunda ölen

                      varsa Vatandır!” 

  

  Bu gün söz sizindir, əziz şairlər,

     Dünyanı aləmi, bu kainatı,

 Çürüdüb,   məhv edən bütün həyatı,

atomdan, raketdən dəhşətli, betər,

yalandan, böhtandan, düşmənçilikdən,

 ikiüzlü siyasət, millətçilikdən,    

   bədbəxtlik gətirən bu gün hamıya,     

neçə millətləri, neçə xalqları,

 qoyan  insanlığı qarşı-qarşıya,

qurtarmaq lazımdır daha bəs, yetər!!

    Dünya ümidlidir, sizdən söz gözlər!

  

   Siz elə söz tapın,   

             onu eşidəndə, onu deyəndə,

  dayansın raketlər, sussun tüfənglər.

              Sevinclə sarılsın biri-birinə,

    Vuruşan ordular bir an içində.

 

   Siz elə söz tapın onu deyəndə,

              inansın insanlar biıri-birinə,

  Allaha, Tanrıya and içməsinlər,

             Yalan deməsinlər doğru yerinə.

 

   Siz elə söz tapın onu deyəndə,

      sifətlər elə bir rəngə düşsün ki,

   üzlərdən oxunsun içinin rəngi,

           görünsün dediyi doğru, yalandır,

    cırılsın üzdəki mələk maskası,

          bilinsin dediyi, haram, halaldır.

 

                  Şairin sözünə hər vaxt, hər zaman

              ehtiyac   duyulub, yenə duyulur,

                    indi daha da sərt, indi daha çox,

                  Qurtarın dümyanı bu fəlakətdən,

          geriyə, dönməyə yol yoxdu, yox!

 

       Gəl, belə danışaq bu gündən qağa,

                        məndən kar, duyğusuz,

                ya kor olmağa,

            nə bir dərman istə, nə əlac istə, 

      sən məndən infarkta, şəkərə dərman,

            istəsən,   taparam, bu gözüm üstə  

 

  Rafiq Yusifli, İyun-İyul 2019.

 


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Card image cap
08:33 / 21.10.19

MESAJ

Card image cap
08:57 / 02.01.19

 ARZULARIM

Card image cap
09:25 / 22.11.17

Payız meşəsi

Card image cap
09:44 / 06.02.14

RUH

Card image cap
09:37 / 07.01.14

İTİRİLƏN YURD

Daha çox
Xəbərlər
11.11.2019

QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - Fotolar

11.11.2019

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir

11.11.2019

Bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 13-ə çatıb

11.11.2019

Azərbaycan XİN Lavrovun fikirlərinə münasibət bildirib

11.11.2019

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

11.11.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

11.11.2019

Qalaaltıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

11.11.2019

"Həbib Nurməhəmmədovla zarafat etmirəm" - Ramil Şeydayev

11.11.2019

Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı

11.11.2019

“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı 331 ədəd mina və 891 partlayıcı maddə zərərsizləşdirilib

11.11.2019

Hərəkətdə olan “Opel” aşdı, sürücü öldü

11.11.2019

NI Rusiyanın “ən pis kabusu” haqqında yazdı

11.11.2019

Maşınları toqquşduğu üçün sürücünü öldürdü - Gəncədə dəhşətli qətlin təfərrüatı

11.11.2019

İraqda partlayış zamanı 5 italiyalı hərbçi yaralanıb

11.11.2019

Ukraynada həqiqi hərbi xidmətə çağırış formatı ləğv ediləcək

11.11.2019

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı

11.11.2019

"Yuventus" "Milan"ı məğlub etdi

11.11.2019

Tramp İranın “müsbət” və “pis” addımını açıqladı

11.11.2019

Rusiyada bütün ABŞ gəmi aviasiyasını bir anda məhv etməyin yolu tapıldı

11.11.2019

Neft yenidən ucuzlaşıb

11.11.2019

Gəncədə valyuta mübadiləsi ilə məşğul olan kişi küçədə öldürüldü

11.11.2019

İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi

11.11.2019

Rusiya İranda “Buşəhr” AES-in ikinci blokunun tikintisinə başlayıb

11.11.2019

Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb

11.11.2019

Evo Morales istefa etdiyini açıqlayıb

11.11.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub

11.11.2019

Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start veriblər

11.11.2019

Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək

10.11.2019

Kənan Əliquliyev 81 kiloqram cəki dərəcəsində Azərbaycan kubokunun qalibi olub

10.11.2019

İranda yeni neft yatağı aşkarlanıb

10.11.2019

QLOBALLAŞMA VƏ KOMMUNİKASİYA   

10.11.2019

Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

10.11.2019

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Buna görə məsuliyyət daşımırıq

10.11.2019

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

10.11.2019

Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək

10.11.2019

Pirallahıda yataqxana binasında yanğın olub

10.11.2019

"Çelsi" uddu, "Arsenal" uduzdu

10.11.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

10.11.2019

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK - QƏRAR DƏYİŞDİ

10.11.2019

Elektron siqaretlərin ölümcül təsiri açıqlandı

10.11.2019

Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq

10.11.2019

Nurməhəmmədov alman döyüşçüyə uduzdu

10.11.2019

Tramp prezidentlikdən sonra televiziyaya qayıtmaq istəmədi

10.11.2019

Tehran ABŞ-a güzəştə getməyəcək - RƏSMİ

10.11.2019

Çaylarda sululuq səviyyəsi açıqlanıb

10.11.2019

Sülh və İnkişaf Naminə Dünya Elm Günü

10.11.2019

Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var

10.11.2019

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları

10.11.2019

“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov altıncı pillədədir

10.11.2019

ANAMA mütəxəssisləri Zaqatala rayonunun Uzunqazmalar kəndi ərazisinə baxış keçirib