Polis istəyir ki...

11:09 / 23.10.2019

 

Gördüyünüz bu şəkil sosial şəbəkələrdə rastıma çıxdı. Vətəndaş gördüyünü maraqlı şəkildə izah edir və düşüncələrini bölüşürdü. Yazırdı ki, polis tərəfindən atılan bu xoşməramlı addım ara-sıra törədilən xırda talamaların və digər cinayət əməllərinin qarşısını almaq üçün həm də bir  çağırışdır, uyarıdır.

Əslində, hər birimizin gördüyü, bildiyi, lakin əməl etmədiyi həqiqətləri polis yenidən gözlər önünə sərmişdi.

“Əməl etmək üçün tanış olmaq və həyata keçirmək lazımdır”. Bu fikri də sosial şəbəkə istifadəçisi yazmışdı.

Bu dəfə də polis vətəndaşı düşünmüşdü və illərlə əziyyət çəkib, min bir zəhmətə qatlaşıb yığdıqlarını bir göz qırpımında kimlərinsə aparmasına o, göz yuma və bu məsələyə laqeyd qala  bilməzdi.

Və təəssüflər olsun ki, bizlər bu nüansları görməzlikdən gəlir, “Əşi heç nə olmaz”larla özümüzü aldadırıq. Hadisə baş verəndə isə “polis hara baxır” deməklə onu hətta ittiham belə edirik.  Burda atalar gözəl deyib: “İşini ehtiyatlı tut, qonşunu oğru bilmə”.

Gəlin, indi polis nəyi, necə xəbərdar edir, ona diqqət edək. Polis deyir ki, evdən çıxarkən qapınızı asma qıfılla bağlamayın. Bu o deməkdir ki, siz evdə yoxsunuz. Oğrular da bundan istifadə edib oğurluğa cəhd edə bilərlər. Pul və qiymətli əşyalarınızı ailə üzvlərinizdən kənar şəxslər bilməməlidir. Azyaşlı ailə üzvlərinin, qohum və qonaqların evdə olduqları vaxt pul və qiymətli əşyaların saxlanc yerinə qoyulub-götürülməsi hallarına yol verilməməlidir. Evlərinizi və obyektlərinizin daimi stasionar qaydada mühafizəsini təmin etmək üçün mühafizə polisi ilə müqavilə bağlamaq, bu mümkün olmadıqda isə evlərinizn və obyektlərinizin ətrafına kamera quraşdırmaqla mühafizəni təmin etməyiniz məsləhət görülür.

Məsələyə aydınlıq gətirən Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik-leytenantı  Həmid Həsənov sözügedən çağırışın şöbənin qarşısında, insanların daha gur toplaşdığı yerlərdə, bazarlarda, böyük marketlərdə, məktəblərdə vurulduğunu dedi. Şöbə rəisi bu istiqamətdə kəndlərdə təbliğatın qurulmasında sahə rəisləri ilə ictimai şura üzvlərinin də fəallığını diqqətimizə çatdırdı. "Vətəndaş bunları oxuduqdan sonra onun həyatını, əmlakını cinayətkar qəsdlərdən qoruyan polisini daha da sevəcək və ona öz köməkliyini əsirgəməyəcək. Vətəndaş məmnunluğu üçün görülən hər bir iş, fəaliyyət cəmiyyətdə təqdir olunur və bu da bizi Vətənə, xalqa xidmət etməyə, işimizdə dönüş yaratmağa ruhlandırır." Bunları da H.Həsənov  qeyd etdi.

Cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ edəcəyin ideyanın dönüş yaradacağına inanmalı, bu yolda inadkarlıq nümayiş etdirməlisən. Güc isə hər zaman birlikdədir. Elə polis də bu yolu seçib, arxasında dayanan Gücə-Xalqa arxalanaraq,  təbliğ etdiyi fikrin  faydalı olacağına şübhə etmir. Bir sözlə, polis ona görə yeniliklərə qucaq açır, ona görə yaxşını tətbiq edir ki, qazananın Xalq olacağına inanır.


Etiket:

Strategiya.az

Xəbərlər
21.11.2019

Bakıda sərnişin avtobusu qəzaya düşdü, 6 nəfər xəstəxanaya yerləşdirildi

21.11.2019

Noyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.11.2019

Mourinyo təyinatı haqda - "Heç vaxt bu qədər sevinməmişdim"

21.11.2019

Neft yenidən ucuzlaşıb

21.11.2019

Çavuşoğlu Avropa Parlamentinin rəhbəri ilə görüşündən sonra onu ikiüzlülükdə ittiham etdi

21.11.2019

Bakıda ağır qəza: Ölənlər var

21.11.2019

İran İsveçrə səfirinə etiraz notası təqdim edib

21.11.2019

Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə - ŞOK FAKTLAR

21.11.2019

Pəhləvi şahın ailə üzvləri İran əleyhinə təbliğata maliyyə dəstəyi göstərirlər

21.11.2019

Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür

20.11.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Fəxri adlar verildi

20.11.2019

Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım - Foto

20.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib

20.11.2019

DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

20.11.2019

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb (VİDEO)

20.11.2019

Baş Prokurorluq AQTA-nın vəzifəli şəxsləri barəsində araşdırma aparılması barədə məlumatları təkzib edib

20.11.2019

İranda ictimai-siyasi vəziyyət normal məcraya dönür

20.11.2019

Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti

20.11.2019

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

20.11.2019

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

20.11.2019

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edib

20.11.2019

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

20.11.2019

Bakıda yaşlı qadına kömək edən şəxs ondan oğurluq etdi

20.11.2019

Sabahın havası: yağış, sulu qar, qar

20.11.2019

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

20.11.2019

8-ci km bazarında REYD - Mənşəyi məlum olmayan ət aşkarlandı

20.11.2019

Nümayəndələr Palatası ABŞ hökumətinin işinin dayandırılmasının qarşısının alınması haqqında qanun layihəsini qəbul edib

20.11.2019

İrandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb

20.11.2019

Təhsil Nazirliyində yeni təyinat olub

20.11.2019

Azərbaycanın dünəni, bu günü və gələcəyi

20.11.2019

Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşlər keçirilib

20.11.2019

Bələdiyyə seçkilərini müşahidə etmək üçün 15-ə yaxın beynəlxalq təşkilata müraciət ünvanlanıb

20.11.2019

Mourinyo "Tottenhem"də - Rəsmi

20.11.2019

Şəkidə arxeoloji çöl tədqiqatlarında yeni üsullar tətbiq edilib

20.11.2019

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb

20.11.2019

Çin ABŞ Senatının qəbul etdiyi akta sərt etirazını bildirib

20.11.2019

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

20.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

20.11.2019

Tətilin SON GÜNÜ - Sabahdan məktəblərdə dərslər başlayır

20.11.2019

Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini şərtləndirir

20.11.2019

Avropa Birliyi Bosniya və Herseqovinadakı qaçqın düşərgəsini ləğv etməyi tələb edir

20.11.2019

İran hakimiyyəti ölkədə internetin bərpası vaxtını açıqladı

20.11.2019

Özbəkistan öldürülən İŞİD döyüşçülərinin ailələrini vətənə qaytarır

20.11.2019

Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək

20.11.2019

Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu

20.11.2019

Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb

20.11.2019

Noyabrın 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.11.2019

Poçettino istefaya göndərildi - Rəsmi

20.11.2019

Düşmən iriçaplı pulemyotlarla atəşkəsi pozdu - 23 dəfə

20.11.2019

ANAMA: Balakəndə iki ədəd əl qumbarası aşkarlanıb