Prezident İlham Əliyev: Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun

22:01 / 23.10.2019

Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun.

Bunu Prezident İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edərkən deyib.

Prezident İlham Əliyev deyib: "Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra Ulu Öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başlayanda bilirsiniz ki, onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra o, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, o, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.

Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.

Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir.

Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu Öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin bu ordeni sizə təqdim edim".


Etiket:

Strategiya.az

Xəbərlər
17.11.2019

Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb

17.11.2019

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır

17.11.2019

Nüvə başlığı daşıya bilən ballistik raket sınaqdan keçirildi

17.11.2019

Naxçıvan Qarnizonu qoşunlarının çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO

17.11.2019

Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

17.11.2019

Dünya gənclər hərəkatının yadda qalan xatirə və təəssüratları         

17.11.2019

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

17.11.2019

Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi

17.11.2019

Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

17.11.2019

Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı

17.11.2019

Azərbaycan “Tokio 2020”yə 10 lisenziya qazanıb

17.11.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

17.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

17.11.2019

Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi

17.11.2019

İbtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq

17.11.2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2019

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi

16.11.2019

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

16.11.2019

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası...

16.11.2019

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.2019

Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

16.11.2019

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

16.11.2019

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019

"Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16.11.2019

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16.11.2019

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

16.11.2019

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

16.11.2019

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

16.11.2019

Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

16.11.2019

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

16.11.2019

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

16.11.2019

Azərbaycanda ötən gün baş verən qəzalarda 2 nəfər ölüb, 3 nəfər yaralanıb - RƏSMİ

16.11.2019

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi

16.11.2019

Konteyə mafiyasayağı təhdid

16.11.2019

Ədliyyə işçiləri Asan Xidmət mərkəzlərində vətəndaşlara keyfiyyətli xidmət göstərir

16.11.2019

2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq

16.11.2019

Neftin bahalaşması davam edir

16.11.2019

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi

16.11.2019

Ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı, unudulmaz Əkrəm Şəkinski - 90

16.11.2019

Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

16.11.2019

Türkoloq Xalid Səid Xocanın (1888-1937) Kanadada yaşayan nəvəsi Əfruz Məmmədova ilə FACEBOOK dialoqu

16.11.2019

Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir

16.11.2019

“Coker” rekord vurdu – R reytinqli ilk film oldu

16.11.2019

Rembrandtın şəklini oğurlamaq cəhdi boşa çıxdı

16.11.2019

ABŞ senatorları Türkiyəyə şərt qoydular – Cavab qısa müddətdə verilməlidir

16.11.2019

Baş nazirdən növbəti qərar – Ekspertlərə saathesabı pul ödəniləcək

16.11.2019

Dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımanın qiyməti ucuzlaşıb

16.11.2019

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16.11.2019

Noyabrın 18-nə dolların rəsmi məzənnəsi müəyyən olunub

16.11.2019

Donald Tramp Böyük Britaniyaya səfər edəcək