Ölkəyə deyil, özgəyə xidmət edənlər

09:34 / 30.10.2019

 

Deyirlər ki, mitinq keçirmək millətin haqqıdır. Millətin haqqıdır və bundan sizə nə?

Sərbəst toplaşmaq azadlığlmızı kimsə bizim əlimizdən almır, ona qadağa qoymur. Ancaq adını “müxalifət” qoyan “qüvvələr” bir zamanlar “narıncı”lardan, sonra isə “bahar”lardan götürdükləri nümunələri bir neçə gün bundan öncə Azərbaycanda tətbiq etmək istədilər. Alınmadı və alınmayacaq da.

Bütün bu olanlar həm də ona görə baş verdi ki, cənab Prezidentin Valdayda Paşinyana cavabından, Aşqabadda 30 ilə yaxın bir dövr ərzində dünyanın görməzlikdən gəldiyi, erməniyə daydaylıq edib, qorxma-qorxma deyən supergücün qarşısında həqiqəti bir daha xalqına güvənib dediyi fikirlərdən qorxuya düşdülər. Kimlər? Bunu 19 oktyabrda hamı gördü...

Öz sözünü dananları millət heç zaman süfrəsinin başına gətirməz. Düzdür, Azərbaycan adlı “süfrə”nin başına onlar bir dəfə oturdular və aqibətimizi indi videolardan, sənədli filmlərdən izləyəndə tüklərimiz biz-biz olur. Bu insanlar siyasət, idarəçilik, Liderlik üçün yox, sərhədlərimizin o üzündən  gələn  tapşırıqları yönləndirmək üçün doğulublar, daha doğrusu, ixtisaslaşıblar.

Açıqdan-açığa ölkəmizi tənqid edən, xaosa sürükləyən qüvvələrlə şəxsi münasibətlər qurmağın, ona guya Azərbaycanda baş verən “haqsızlıqları” "acıyaraq" danışıb kömək istəməyin bir adı var: Xəyanət! Xəyanət-doğulduğun torpağa, enməzliyə qalxan olan bayrağına, keçmişinə və gələcəyinə. Məlum gücün adamından kömək istəyən, sözsüz ki, onun tapşırıqlarını canla-başla da yerinə yetirər. Tapşırığın hədəfi isə müstəqilliyimizi əldə etdiyimiz illərdən bəri dəyişməyib: Azərbaycanı asılı salmaq, xalqının iradəsini qırmaq, onu Ermənistan kimi əl quzusuna döndərmək.

Bu gün Azərbaycanı 90-cı illərə qaytarmaq, bizi yenə də torpaq itkiləri ilə üzbəüz qoymaq, min bir can bahasına qazandığımız müstəqilliyimizi kölə həyatına dəyişməyə kodlaşdırılmış "xalq fədailəri" dünyanı nizamlı şahmat gedişi  ilə mat qoyan Liderimizin siyasəti qarşısında məğlub duruma düşdüklərini sinirə bilmirlər.

Ötən illər ərzində min bir basqılarla, siyasi oyunlarla hədələnsək də Azərbayan öz quru və hava sərhədlərini qoruyub kimsənin poliqonuna çevrilmədi, əksinə, müstəqil bir dövlət necə olar modelini daha nümayişkarcasına sərgilədi. Diplomatik uğurlarımızın davamı üç il bundan öncəki apreldə daha möhtəşəm oldu və burnu əzilən düşmən duruş gətirə bilməyəcəyini görüb okeanı keçməyə cürət etməsə də Moskvaya üz tutdu. O zaman xalqın “halına acıyan”, onun vəkili kimi sosial şəbəkələrdə boğaz cıranların səsi nədənsə batdı. Müşahidə etmişəm, özünü guya fövqəl bir güc kimi meydana atmaq istəyən müxalifət təəssüflər olsun ki, ölkəmiz tarixi bir diplomatik uğura imza atanda sevinmirlər. Məlumdur, onları idarə edən güclər həmin an matəm libasını geyinirlər və beşinci kolon da bu “kədəri” onlarla bölüşür.

Bu illərdir ki, beləcə da davam edir və “Yel qayadan heç nə aparmır”. Və ya karvanlar hələ də öz yoluyal keçir…

Yenə də dünyanın gözü Azərbaycana yönəldi bu günlərdə. Daha bir siyasi uğura imza atdıq. Qoşulmama hərəkatına üzv dövlətlər, hansılar ki, onların çoxu terrordan, siyasi çaxnaşmalardan  əziyyət çəkirlər, ölkəmizə gəldilər və qısa bir zaman kəsiyində qazandığımız iqtisadi və siyasi uğurların şahidi oldular.

Yenə də dost qazandıq. Dostu dürüstlüklə, ona həqiqəti deməklə və göstərməklə necə qazanmağın formulunu möhtərəm prezidentimiz bir daha dağıdıcı müxalifətə göstərdi. Xaricdə oturub doğulduğu Vətəni söyənlərə  isə göstərdi ki, xalqın dərdini bilmək üçün gərək onun içində və ondan biri olasan.

Hər an hədəfdəyik. Çünki inkişaf edirik, Turana gedən yolun xəritəsi Bakımızda cızılır. Müsəlman dünyasını da bir  araya gətirəcək güc kimi kimlərəsə qorxu yaşadırıq. Buna görə də bizimlə hesablamağa məcburdurlar. Ölkəmizdə insan hüquqları və azadlıqları pozulur, azlıqlara ögey münasibət var deyənləri  Xəlil Rza Uluturkun bu misraları ilə susdururuq:

 

Ana torpağımda hər bir elata, 

Ləzgiyə, lahıca, udinə, tata,

Yer boyda, göy boyda məhəbbətim var...

 

Biz birgəyaşayışın sülh, əmin-amanlıq şəraitində yaşamağın, tolerantlığın necə olduğunu dünyaya öyrədən xalqıq və bundan qürur duyuruq.

Ön cəbhədə əsgərimiz, arxa cəbhədə polisimiz sapı özgədən olanları çox narahat edir. Onlar güclü xalqın güclü ordusunu və asayişin keşiyində sayıq dayanan, insanların canını, malını qoruyan polisimizi nə yolla olursa-olsun zəiflətmək, bir sözlə, bu xalqdan qoparmaq istəyirlər.  Bu isə mümkün olmayacaq, çünki sərhədini Xalq özü qoruyur, itirilmiş torpaqlarını Xalq özü geri qaytaracaq.   Sabitliyini isə bu Xalq 1918-dən Polisinə etibar edib...

Məğlubiyyəti etiraf etmək cinsindən asılı olmayaraq Kişilik tələb edir və getdiyi yolun təməli ədalət olanlar isə hər zaman Qalib olur…

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
18.11.2019

Miqrasiya orqanlarına qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

18.11.2019

Qazaxıstanda Suriyanın taleyi müzakirə olunacaq

18.11.2019

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb

18.11.2019

İtaliyadan həyəcan siqnalı: Venesiya su altında qala bilər

18.11.2019

Hillari Klintonun olduğu təyyarə tüstüləndi və Nyu-Yorka döndü

18.11.2019

Görkəmli maarifçi Rəşid bəy Əfəndizadənin İstanbulda çap olunan, elmi araşdırmaları ilə fərqlənən  ikinci dərsliyi

18.11.2019

Bakıda kişi həyat yoldaşını öldürüb

18.11.2019

Neft yenidən ucuzlaşıb

18.11.2019

Atəşkəs 25 dəfə pozulub

18.11.2019

Noyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.11.2019

Cənubi Kipr rəhbərliyi törədilən xoşagəlməz və nifrət yaradan hadisəni qınamayıb

18.11.2019

Türkiyə və Fransadan qələbə, Portuqaliya Avro-2020-də

18.11.2019

Gürcüstan müxalifəti parlament binasının giriş-çıxış qapılarını bağlayıb

18.11.2019

Azərbaycan badmintonçusu “Cameroon International 2019” turnirində qızıl medal qazanıb

18.11.2019

“Avro-2020”: Türkiyə millisi səfərdə Andorra yığmasını məğlub edib

18.11.2019

Bələdiyyə seçkiləri ilə bağlı bu işlər başa çatır

18.11.2019

Siyəzəndə yük və minik avtomobilləri toqquşub

17.11.2019

Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb

17.11.2019

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır

17.11.2019

Nüvə başlığı daşıya bilən ballistik raket sınaqdan keçirildi

17.11.2019

Naxçıvan Qarnizonu qoşunlarının çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO

17.11.2019

Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

17.11.2019

Dünya gənclər hərəkatının yadda qalan xatirə və təəssüratları         

17.11.2019

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

17.11.2019

Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi

17.11.2019

Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

17.11.2019

Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı

17.11.2019

Azərbaycan “Tokio 2020”yə 10 lisenziya qazanıb

17.11.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

17.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

17.11.2019

Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi

17.11.2019

İbtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq

17.11.2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2019

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi

16.11.2019

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

16.11.2019

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası...

16.11.2019

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.2019

Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

16.11.2019

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

16.11.2019

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019

"Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16.11.2019

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16.11.2019

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

16.11.2019

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

16.11.2019

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

16.11.2019

Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

16.11.2019

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

16.11.2019

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

16.11.2019

Azərbaycanda ötən gün baş verən qəzalarda 2 nəfər ölüb, 3 nəfər yaralanıb - RƏSMİ

16.11.2019

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi