Sivil, demokratik inteqrasiya prosesi: türk dövlətləri nümunə göstərir

10:38 / 31.10.2019

Ekspertlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı Zirvə Görüşünün çox uğurlu keçdiyini vurğulayırlar. Tədbirdə iştirak edən dövlət və hökumət başçıları çox maraqlı fikirlər səsləndiriblər. Eyni soy-kökə malik xalqların əməkdaşlığının daha optimal inkişaf modelinin yaradılması ilə bağlı əhəmiyyətli fikir mübadiləsi aparılıb. Türk Şurasının indiyə qədər əldə etdiyi nailiyyətlərə kölgə salmadan inteqrasiya tendensiyasını daha perspektivli bir formaya salmaqla bağlı ortaq fikrə gəlinib. Həmin istiqamətdə konkret təkliflər irəli sürülüb. Toplantı iştirakçıları türk dövlətlərinin əməkdaşlığının tarixi perspektivini xüsusi vurğulayıb, növbəti mərhələ ilə bağlı fikirlər söyləyiblər. Bu kontekstdə Zirvə Görüşünün geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Müasir mərhələdə əməkdaşlıq perspektivləri: türkdilli xalqların tarixi şansı

Hazırkı tarixi mərhələdə fərqli inteqrativ təşkilatların rolu artır. Bu, ümumilikdə, bəşəriyyətdə gedən qloballaşma prosesinin ruhuna və məntiqinə uyğundur. Lakin təcrübə göstərir ki, birləşdirici məqsədlə yaradılan təşkilatların heç də hamısı davamlı olmur və tarixin səhnəsindən silinir. Burada əsas inteqrasiya funksiyasını yerinə yetirməli olan ideyadır. İdeya doğru və əsaslı olduqda, təşkilat yaşayır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcrübəsi göstərir ki, türk birliyi ideyası əsaslı və tarixi baxımdan zəruridir. Həmin tezis oktyabrın 15-də Bakıda Türk Şurasının VII Zirvə Görüşündə də tam olaraq öz təsdiqini tapdı.

Ekspertlər bu sammiti tarixi adlandırmaqda haqlıdırlar. Bakıda alınan qərarlar, qarşıya qoyulan vəzifələr, müəyyənləşdirilən məqsədlər doğrudan da geniş bir coğrafiyanın geosiyasi, iqtisadi və mədəni gələcəyi baxımından tarixi məna daşıyır. Türk dövlətləri ilk dəfə olaraq daha geniş miqyasda qarşılıqlı əlaqələrinə, əməkdaşlığın perspektivinə nəzər sala bildilər. Azərbaycanın evsahibliyi etdiyi bu tədbirdə qlobal, regional və milli səviyyələrdə bir-birini tamamlayan vəzifələr qarşıya qoyuldu.

Tədbirdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev VII Zirvə Görüşünün Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf etdiyini vurğulayıb. Keçən müddətdə Azərbaycan türk dövlətlərinin əməkdaşlığının dərinləşməsi üçün maksimum səy göstərib. Dövlət başçısı vurğulayıb: "Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir".

Dövlət başçısı tarixi türk coğrafiyasının vəhdətini nəzərdə tutaraq indi də bu məsələnin aktual olduğunu ifadə edib. Bu baxımdan 2009-cu il Naxçıvan Zirvə Görüşünə çox maraqlı bir məna verib. İlham Əliyev vurğulayıb: "2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir".

Bu fikirlərdə dərin məna vardır. Azərbaycan Prezidenti Zəngəzurun Ermənistana verilməsinin tarixi aspektdə türk coğrafiyasını parçalamaq məqsədi daşıdığını ifadə edir. Bu, ümumiyyətlə, türk xalqlarının qarşılıqlı əlaqələrinin inkişafına ciddi zərbə vurdu. Lakin 2009-cu ildə məhz Naxçıvanda türkdilli dövlətlərin əməkdaşlığının inkişafı ilə bağlı tarixi qərarın alınması rəmzi olaraq türk coğrafiyasını birləşdirmək demək idi. Təcrübə göstərdi ki, bu addım olduqca səmərəlidir.

"Bir millət, iki dövlət"dən "Türk baxışı 2040"a: tarixin dərsləri və reallıqlar

Zirvə Görüşündə çıxış edən digər dövlət başçılarının fikirləri də bu tezisi sübut edir. Hətta Türk Şurasının fəxri sədri və türk dünyasının ağsaqqalı seçilən Nursultan Nazarbayev perspektivdə inteqrasiyanı gücləndirə biləcək maraqlı təkliflər verib. Bu aspektdə Qazaxıstanın birinci Prezidenti, elbası N.Nazarbayevin türk dünyasının inteqrasiyası konsepsiyasının hazırlanması, "Türk baxışı 2040" proqramının yaradılması və "türkdilli dövlətlər" ifadəsi əvəzinə perspektivdə "türk dövlətləri" ifadəsinin işlənməsi zəruriliyini xüsusi vurğulaması çox böyük maraq doğurur.

Əslində, bu ideyanın kökündə Ulu öndər Heydər Əliyevin ifadə etdiyi məşhur "Bir millət, iki dövlət" ifadəsi dayanır. Bununla Heydər Əliyev obrazlı və lakonik şəkildə Azərbaycan və Türkiyənin iki türk dövləti olduğunu deyirdi. Yəni burada əsas vurğu eyni soy-kökə malik iki cəmiyyətin dövlət olaraq bir adı daşıdığı əks olunub. Həmin ad "türk dövləti"dir!

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da artıq "Altı dövlət – bir millət" deməyin zamanının gəldiyini ifadə edib. Bu dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Deməli, Ulu öndər Heydər Əliyevin ilk olaraq ifadə etdiyi "türk dövlətləri" konsepti öz tarixi, siyasi, geosiyasi, iqtisadi və mədəni perspektivini, birləşdiricilik potensialını nümayiş etdirmiş oldu. Təbii ki, bu ideyanı real olaraq inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, elbası, ağsaqqal Nursultan Nazarbayevin atdığı addımlar çox səmərəlidir.

Vurğulanan kontekstdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə konkret sənədlərin qəbul edilməsi və gələcək əməkdaşlıqla bağlı strateji tezislərin müəyyənləşməsi tarixi məzmun kəsb edir. Türkdilli ölkələrin şura formasını inkişaf etdirib, beynəlxalq miqyasda təmsil olunan təşkilata çevrilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Zirvə Görüşündə təklif edilən BMT və İƏT-lə əlaqələr, həmin təşkilatlarda müşahidəçi statusunun alınması kimi məsələlər əhəmiyyət daşıyır.

Məhz bu kontekstdə Macarıstanın Baş Naziri Viktor Orbanın Avropa İttifaqı-türk dövlətləri əlaqələrinin qurulması ilə bağlı irəli sürdüyü təkliflər də maraq doğurdu. Viktor Orban Macarıstanda əhalinin əksəriyyətinin türk köklü olduğunu vurğuladı. Bu məqamdan çıxış edərək o, Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəsmi ofisinin yaradılmasını vacib hadisə hesab etdiyini deyib. Həmin ofisin maliyyə xərclərini tam olaraq Macarıstan tərəfi üzərinə götürüb. Bundan başqa, Macarıstan hakimiyyəti Aİ-də vəzifələrə macarların çəkilməsi prosesinə də ciddi önəm verir. Bu proses genişləndikcə türk dövlətlərinin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar meydana gələcək.

Bu, faktiki olaraq, Macarıstanın öz üzərinə tarixi inteqrativ funksiyanı götürdüyünü təsdiq edir. Çünki real olaraq türk dövlətləri Aİ-də obyektiv təmsil oluna biləcəklər ki, bu da qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan verəcək. Ən əsası isə, türk dövlətlərinin təşkilatı qlobal miqyasda özünü təsdiq edəcək.

Bütün bunların Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünün geosiyasi əhəmiyyətini daha geniş şəkildə dərk etməyə imkan verdiyini deyə bilərik. Hər şeydən öncə, sədrliyin Azərbaycana keçməsinin üstünlüyü vurğulanmalıdır. Çünki Azərbaycan diplomatiyası beynəlxalq təşkilatlarda son dərəcə fəaldır. Bu bağlılıqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əlavə imkanlar meydana gəlmiş olur. Artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatına dəstəyini ifadə edib. Eyni zamanda, Zirvə Görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməsi tələbi qoyulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıq və konkret fikir söyləyib.

Beləliklə, şübhə yoxdur ki, Türk Şurasının Bakı Sammiti türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsində mühüm rol oynayacaq. Bu, ölkələr arasında əməkdaşlığın yeni üfüqlərini açacaq. O cümlədən "Bir kəmər, bir yol" layihəsində türk dövlətlərinin daha fəal və koordinasiyalı iştirakı üçün imkanlar daha da genişlənəcək. Coğrafi olaraq bu layihənin marşrutu türk dövlətlərinin ərazilərindən keçir.

Bunlardan başqa, türk xalqları arasında mədəni, mənəvi, elmi əlaqələri yeni səviyyəyə yüksəltmək imkanı yaranır. Bu istiqamətdə konkret addımlar atılacağına şübhə yoxdur. Həmin prosesdə Azərbaycan paytaxtının tarixi rolu artıq hamı tərəfindən qəbul edilir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
27.02.2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

27.02.2020

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

27.02.2020

Səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu

27.02.2020

Strasburq: Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

26.02.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir (FOTO)

26.02.2020

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər"

26.02.2020

Prezident İlham Əliyev: "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq"

26.02.2020

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür

25.02.2020

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25.02.2020

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

25.02.2020

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

25.02.2020

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

25.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

25.02.2020

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

24.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

24.02.2020

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub