Radikal müxalifət və onun “dezinformasiya maşını”

15:42 / 31.10.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

 

Prezident Ilham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu müstəqildir və milli maraqlara söykənir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Bu xüsusda Azərbaycan Respublikasının dünyanın mühüm iqtisadi güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə hərtərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə ardıcıl və dinamik siyasi kursa malikdir. 1996-cu ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsi hesabına imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş “Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”, habelə sonrakı mərhələdə paraflanmış “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəşdaşlığı” təşəbbüsüləri nəticə etibarilə ikitəfli əlaqələrimizin səviyyəsinin daha da yüksəlməsi mənafeyinə xidmət göstərmişdir. Bunun sayəsində ticarət, sərmayə qoyuluşu, iqtisadiyyat, qanunvericilik və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün olduqca vacib hüquqi-normativ baza formalaşmışdır. Təkcə bircə fakti qeyd edək ki, 2013-cü ildən indiyədək Avropa İttifaqının Azərbaycana birbaşa xarici investisiyaları €4.7 milyard avroya çatmışdır. Yaxın perspektivdə yeni nəsil əməkdaşlıq sənədi hesab olunan hərtərəfli “Strateji Tərəfdaşlıq Sazişi”nin imzalanması gözlənilir. Nəticədə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyi şübhə doğurmur. Heç kəsə sirr deyildir ki, Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalamışdır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında yeni və alternativ enerji mənbəyi statusuna yuksəlmişdir. Avropanın dəyəri 40 milyard dollar olmaqla meqa layihəsi hesab edilən “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı və təchizatçısı məhz Azərbaycan Respublikasıdır. Başqa sözlə, həm Azərbaycan, həm də Avropa İttifaqı bir-birinin qarşılıqlı maraq dairəsində olan strateji tərafdaşdırlar. Bununla yanaşı, təəssüf hissi ilə qeyd edirik ki. təşkilat çərçivəsində qarşılıqlı münasibətlərimizin bugünkü artan dinamikasına və daha yüksək perspektivlərini xələ gətirmək, ziyan vurmaq istəyən müəyyən siyasi dairələr də yox deyildir. Həmin dairələr ilk növbədə beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsipinə məhəl qoymur, olkəmizə qarşı münasibətlərimizn səviyyəsinə yaraşmayan və ona zərbə vuran bir davranış ortaya qoyurlar. Həmin dairələr arasında Avropa Parlamenti ənənəvi olaraq neqativ fəallığı ilə seçilə bilmişdir. Xüsusilə, 2015-ci ildə Avropa Parlamentinin Azərbaycana qarşı məhz “ikili standartlar”dan qaynaqlanan qərəzli və qeyri-obyektiv mövqeyi bir il müddətində əlaqələrimizin kəsilməsinə səbəb olmuşdu. 2016-ci ilin payızından başlayaraq münasibətlərin bərpa olunması prosesi Prezident İlham Əliyevin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini kəskin tənqid etdikdən və qarşı tərəfin öz səhvlərini başa düşdüklərini və onlardan nəticə çıxaracaqlarını etiraf etdikdən sonra baş tutdu.
Görünür, Avropa İttifaqının tərkibində bu reallıqla barışmayan anti-Azərbaycan siyasi qruplaşmalar məqam axtarır və ya onu sünü olaraq yetişdirirlər ki, ölkəmizə qarşı təzyiq elementlərini işə salsınlar. Onların qərəzli canfəşanlığı radikal müxalifətin 19 oktyabr tarixində metronun şəhərin mərkəsində-“28 may” metrosu ətrafında keçirməyə cəhd göstərdiyi qeyri-qanuni aksiyaya verdiyi reaksiyada da özünü biruzə verdi. Radikal kəsimin bu antikonstitusion aksiyası öz məntiqi sonluğuna-fiaskoya uğrasa da, Avropa İttifaqının bir sıra təmsilçilərinin müəmmalı davaranışı haqlı olaraq çoxsaylı suallar dögurdu. Xüsusilə guya ki, polisin mitinq iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiq etməsi və s. bu kimi ittihamlar həqiqəti nəinki əks etdirmir, həm də heç bir tənqidə dözmür. Maraqlıdır, Avropa İttifaqı nəyə görə öz burnunun ucunda-İspaniyada, Kataloniyada polisin nümayiş iştirakçılarına qarşı şiddətli davranışı və qeyri-adekvat güc tətbiq edərək dinc əhaliyə qarşı rezin güllələrdən istifadə etməsi kimi hallara göz yumur? Hansı səbəbdən Avropa İttifaqı Fransada “Sari jiletlilər” hərəkatında 11 nəfər dinc vətəndaşın polis tərəfindən qətli və onlara qarşı amansız davranışa görə rəsmi Parisə öz etirazını bildirmir? Bu nə selektiv yanaşmadır? Bu nə “ ikili standart”lardır?
Radikal müxalifət 2 noyabr tarixində “19 oktyabr ssenarisi”ni təkrarlamaq istəyindədir. Bakı şəhər İcra Hakimiyyəti onların mitinqi üçün icazə vermişdir. Bakı şəhərinin ərazi baxımından 51%-ni təkil edən, yəni ən böyük rayonu ərazisində-Qaradağda müvafiq yer ayırmışdır. Radikallar yenə qanunun imkan vermədiyi ərazidə mitinq keçirməkdə israrlıdırlar. Bu, davranışın bir adı vardır-TƏXRİBAT! Onlar polisin ictimai asayişin keşiyində dayanıb, radikal kəsimin qanunazidd addımlarına imkan verməyəcəklərinə 100% əmindirlər. Deməli, onlara iğtişaş, toqquşma, qarşıdurma mühiti lazımdır. Sonra isə dünyay car çəksinlər ki, “Vaveyla, azadlığımız əldən getdi. Bizə kömək edin!” Onlar üçün “azadlıq” xaos və anarxiya sözlərinin sinonimi statusuna enmişdir. Özü-özlüyündə böyük bəşəri dəyəri hifz edən “Azadlıq” ifadəsi, hakimiyyət hərisi olan radikal müxalifətin davranışında cılızlaşdırılmış, kiçilmiş və aşağılanmışdır. Təəssüf...Hələ bu az imiş kimi, radikal müxalifətin vahid lideri olmaq arzusu ilə alışıb-yanan Əli Kərimli oktyabrln 29-da, yəni növbəti qeyri-qanunu aksiyaları öncəsi Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşüb ondan xeyir-dua aldığı ilə bağlı “ağ yalanı”nı tirajlayır. Bununla bağlı öz feysbuk səhifəsində iddia edir ki, Avropa İttifaqı hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. Onun iddiasına görə, Avropa İttifaqı həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır.
Ən son məlumata görə, bu gün, oktyabrın 31-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Əli Kərimlinin yaydığı saxta məlumatları tıkzib edən bir bəyanat vermişdir. Bəyantda xüsusi olaraq vurğulanır ki, “Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir.” "Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq", - bəyanatda deyilir. Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: "Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik".
Necə deyərlər, Əli Kərimlinin yalanı bir el misalında deyildiyi kimi, heç 40 gün çəkmədi ki, ifşa olundu...


Etiket:

Strategiya.az

Xəbərlər
08.04.2020

Azərbaycanda koronavirusla bağlı XƏBƏRDARLIQ: Say artsa, biz bununla bacara bilməyəcəyik

08.04.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

08.04.2020

Xaçmazda ağacları kəsən şəxs cəzalanıb

08.04.2020

Bakıda saxta arayışlar satan şəxslər tutulub

08.04.2020

Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı

08.04.2020

Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı

08.04.2020

Azərbaycan koronavirusla mübarizədə liderlər sırasındadır!

08.04.2020

Neftin qiyməti bahalaşıb

08.04.2020

Bakı polisi vətəndaşlara növbəti dəfə xəbərdarlıq etdi

08.04.2020

Koronavirusla bağlı SON STATİSTİKA

08.04.2020

Pandemiyadan zərərçəkən sahələrlə bağlı paketlər reallaşdırılır

08.04.2020

icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb

08.04.2020

Dünyada koronavirusdan ölənlərin sayı 81 mini ötüb

07.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb

07.04.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07.04.2020

Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı

07.04.2020

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah

07.04.2020

Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub

07.04.2020

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb

07.04.2020

Dünya Səhiyyə Təşkilatı: dünyada altı milyona yaxın tibb bacısı çatışmır

07.04.2020

Mərkəzi Bank: Bugünkü hərracda tələb 67,2 milyon dollar olub

07.04.2020

Karantin rejimini pozan daha 1499 sürücü cərimələnib

07.04.2020

Azərbaycan neftinin bir barreli 23,48 dollara satılır

07.04.2020

Donald Tramp: OPEC-in ABŞ-dan neft hasilatını azaltmaqla bağlı tələbi olmayıb

07.04.2020

“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər

07.04.2020

Bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər

07.04.2020

Mart ayında ABŞ-da 700 mindən çox iş yeri bağlanıb

07.04.2020

Facebook istifadəçilərin hərəkəti barədə məlumat toplayacaq

06.04.2020

Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb

06.04.2020

Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah

06.04.2020

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.04.2020

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

06.04.2020

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

06.04.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

06.04.2020

Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir

06.04.2020

Covid-19-lu dünya – Sona Vəliyevanın yeni şeirləri

06.04.2020

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

06.04.2020

Dağlıq Qarabağda erməni hərbçisi yaralanıb

06.04.2020

Karantin rejimini pozan 6 nəfər həbs edilib

06.04.2020

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

06.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb

06.04.2020

Zaqatalada kriminal avtoritet həbs edilib

06.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 9 mini ötüb

06.04.2020

Yaponiyada vəziyyət böhran həddinə çatıb

06.04.2020

Tovuzda mağazaya oğurluğa girən 28 yaşlı gənc qətlə yetirildi

06.04.2020

Neftin qiyməti ucuzlaşıb

06.04.2020

Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

05.04.2020

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

05.04.2020

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

05.04.2020

İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib