Dövlət idarəçiliyində innovativ inkişaf mexanizmlərinin tətbiqi: Dünya təcrübəsnin politoloji təhlili

11:29 / 01.11.2019

Fəridə Əlirzayeva
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
“Politologiya və siyasi idarəetmə”
kafedrasında kabinet müdiri, doktorant

Müasir dövrdə qərb siyasi elmində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məsələsinin tədqiq edilməsi aktuallıq kəsb edir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi problemləri həm nəzəri, həm də təcrübi siyasət üçün əhəmiyyətlidir. XX əsrin 70-ci illərində Qərbin aparıcı ölkələrinin rəhbərləri dərk etdilər ki, dövlət idarəçiliyində köhnə sistem böhran zolağına daxil olub(13).
Lakin dövlət idarəçiliyinin təkmiləşdiriləməsi problemləri XX əsrin 80-ci illərinin sonun­da xüsusi aktuallıq əldə etdi. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində Böyük Britaniya,Almaniya, Niderland, Amerika Birləşmiş Ştatları və Fransada dövlət idarəçiliyi sahəsində islahatlar həyata keçirilmişdi. Bu islahatlar postsənaye cəmiyyətinin strukturlarının formalaşmasına, qlobal proseslərin və qlobal iqtisadi rəqabətin inkişafına, fövqəlmilli institutların meydana çıxmasına və vətəndaş cəmiyyətinin ümumdünya sahəsində inkişafına istiqamətlənmişdi.
Dövlət iadrəçiliyinin ənənəvi modelinin transformasiyası Böyük Britaniyada başladı və qısa müddətdə digər regionlarda da müşahidə olunmağa başladı. 1990-cı ildə yeni dövlət idarəetməsi bütün dünyada xüsusən, Şimali Amerika, Avro­pa, Avstraliya və Asiya-Sakit okean regionunda inzibati sistemlərin müasirləşdirməsinin üstün istiqamətlərindən biri oldu. Onun yayılmasına imkan yaratmış amillərdən biri, yeni dövlət idarəçiliyində islahatların müdafiəçiləri qismində çıxış etmiş Ümumdünya Bankının, Beynəlxalq Valyuta Fondu­nun və OESD-in ( İqtisadi və Əməkdaşlıq İnkişaf Təşkilatı) mövqeyi idi.
Məşhur amerika tədqiqatçısı Con Leyn “dövlət idarəetməsi” termininin mənşəyini öyrənərək belə nəticəyə gəlmişdir ki, müasir anlamda bu anlayış siyasi leksiona 1960-70-ci illərdə daxil olmuş, instisionallaşma(təsis etmə) və normativ aktların dövlət idarəçiliyində tətbiqi isə 1980-ci illərə təsadüf edir (5,s.45). İlk əvvəl siyasi xadimlər və dövlət qulluqçuları inzibati islahatlar həyata keçirdilər. Bu islahatlar dövlət idarəçiliyində səmərəliliyin artılmasına istiqamətlənmişdi. Daha sonra dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn inzaibati islahatların nəticələri mütəxəssislər tərəfindən təhlil edildi.
Ümumdünya Bankının ekspertləri tərəfindən dünyanın müxtəlif regionlarının 14 ölkəsinin dövlət idarəçiliyi sahəsindəki islahatlar təcrübəsi təhlil edilmişdir.Ekspertlər bu islahatların əsas nəticələri kimi aşağıdakıları qeyd edirlər:
 dövlət xərclərinin azaldılması;
 hakimiyyətin siyasətin inkişafı və reallaşması qabiliyyətinin yüksəldilməsi;
 dövlətin işəgötürmə funksiyasının yaxşılaş­dırılması;
 xidmətlərin göstərilməsi keyfiyyətinin yüksəl­dilməsi, əhalinin və fərdi sektorun hakimiyyətə olan etimadının möhkəmləndirilməsi(15,s35-41).
Hal-hazırda innovativ inkişaf şəratində dövlət idarəçiliyinin daha yüksək effektivliyinə və rəqabət qabiliyyətinə nail olmaq üçün dərin dəyişikliklər aparılır. Dövlət idarəçiliyinin bəzi nəzəriyyəçiləri bu dəyişiklikləri “antibürokratik idarəçilik inqilab”ı kimi dəyərləndirirlər.
Müasir dövlətlərin siyasətində dövlət idarəçiliyinin təkmilləşməsi ilə bağlı məsələlər əhəmiyyətli yer tutur. Dövlət idarəçiliyində səmərəliliyin artırılması yolları dünyanın müxtəlif regionlarında fərqlidir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları,Avstraliya, Kanada, Almaniya, Çin, Cənubi Kareya eləcə də Avropa İttifaqının mərkəzi qrumlarında xarici təcrübənin təhlili dövlət idarəçiliyində 2 əsas konsepsiyanı müəyyən etməyə imkan verir:
1. New Public Managment
2. Good Governance
Bu konsepsiyalar dövlət hakimiyyəti orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyətində səmərəliliyin əldə olunmasına yönəlib.
Ölkənin innovativ inkişaf şəraitində dövlət idarəçiliyinin təkmilləşdirilməsi aşağıdakıları nəzərdə tutur:
 əhalinin yüksək həyat keyfiyyətinin və rahatlığının təmin olunması;
 təsdiq olunmuş inzibati standarlar əsasında, elektron formatda dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi;
 dövlət idarəçiliyi sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi;
 ictimai müzakirə portallarının fəaliyyəti, qanunlara və qanun layihələrinə düzəlişlərin edilməsi;
 müxtəlif sənədlərin hazırlanması, razılaşdırıl­ması və verilməsi prosedurlarını sadələşdirmək üçün icra orqanlarının işində “bir pəncərə” prinsipinin tətbiqi və təkmilləşdirilməsi;
 dövlət və bələdiyyə hakimiyyət orqanlarının fəaliyyətində açıqlığa və şəffaflığa nəzarətin artırılması;
 dövlət və bələdiyyə xidmətlərində keyfiyyətin yüksəldilməsi;
 dövlət və bələdiyyə hakimiyyət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması;
 büdcə vəsaitlərinin xərclənməsi üzərində ictimai nəzarət sisteminin artırılması;
 saytda dövlət orqanının rəsmi pres-relezinin yerləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin göstəricilərinin monitorinqinin həyata keçirilməsi.
“New Public managment” konsepsiyası Brita­niya siyasi eliminə 1990-cı illərin əvvəlində daxil olmuşdu(6,s.67). Britaniya mütəxissisləri bu konsepsiyanın 2 mühüm komponentini qeyd edirlər:
1) icra və dövlət qulluğunun təşkili, fəaliyyəti ilə bağlı bir sıra siyasi təlimlər;
2) inzibati islahatların gedişatında həyata keçirilmiş praktiki tədbirlərin kompleksi.
Beləliklə, “New Public Menecment”-in əsas məqsədi dövlət sektoru daxilində bazar proseslərini modelləşdirmək və biznesin idarə olunması texnologiyalarını ödəməkdir. Dövlət idarəçiliyi öz strukturlarında konkret islaahatlar həyata keçirir:
 özəlləşdirmə, mərkəzsizləşmə;
 bir sıra dövlət səlahiyyətlərinin bazar strukturlarına həvalə edilməsi;
 ixtisarlar hesabına dövlət aparatında xərclərin azaldılması;
 dövlət maliyyə və büdcə idarəetməsi mexa­nizmlərinin təkmilləşdirilməsini rəqabətli tender vasitəsilə həyata keçirir.
Dövlət idarəçiliyinin təkmilləşdirilməsinin yeni istiqaməti olan “Good Governance” 1990-cı illərin sonu və 2000-ci illərin əvvələrində formalaşmışdı. Bu istiqamət sosial problemləri həll edirdi. “Good Governance” anlayışı ilk dəfə 1992-ci ildə Ümumdünya Bankının iqtisadi inkişaf süahəsindəki illik konfransında müzakirə olunmuşdu(3). 1997-ci ildə insan resurslarının davamlı inkişafı üçün BMT-nin İnkişaf Proqramı olan “Governance” dərc edildi(11). Proqrama uyğun olaraq “Good Governance” dedikdə “iştirak,şəffaflıq,məsuliyyət,səmərəlilik,bərabərlik, və qanunun aliliyi” başa düşülür. BMT-nin İnkişaf proqramı dövlət idarəçiliyinin aşağıdakı prinsiplərini bəyan edir:
- vətəndaşların dövlət qərarlarının qəbulunda iştirakı;
- qərarların qəbulunda razılıq;
- əks əlaqə;
- dövlət siyasətinin həyata keçirilməsində səmə­rə­lilik;
- idarəetmə prosesində bütün iştirakçıların məsu­liyyəti;
- dövlət idarəçiliyinin şəffaflığı;
- bərabərlik və qanunun aliliyi.
Qlobal miqyasda “Good Governance” mode­li idarəetmə sisteminin optimal variantı hesab olunur. BMT hesab edir ki, “Good Governance” yoxsulluğun aradan qaldırılmasında və dövlətin inkişafında ən vacib amildir. Ancaq “Good Gover­nance” özündən əvvəlki modelləri əvəz etmir, insan hüquqlarını əlavə etməklə onları tamamlayır(2). Bu model dövlət idarəçiliyində rəqəmsal əməliyyatların keçidinə və informasiya texnologiyalarına böyük üstünlük verir. O özündə daha sadə, çevik və insana yönəldilmiş strukturu ifadə edir.
Dövlət idarəçiliyinin yeni modeli mədəni-milli xüsusiyyətlərinə görə fərqlənməyə başladı. Siyasi rəhbərlik ölkənin mədəni,tarixi,iqtisadi və siyasi xüsusiyyətlərinə daha çox diqqət yetirir. 2004-cü ildə Böyük Britaniyada Müstəqil Komissiya dövlət idarəçiliyi Ofisinin dəstəyi ilə dövlətə xidmətlər üçün “Good Governance” Standartı”(12), 2011-ci ildə Avstraliyada “Starteji inkişaf və “Good Gover­nance” ilə bağlı milli sənəd hazırlanmışdır(10).
Almaniyada İqtisadi Əməkdaşlıq və inkişaf Fe­deral Nazirliyi “Good Governance” modelinin əsas ideyalarını təkcə öz ölkəsində deyil, tərəfdaş olduğu ölkələrdə - Qana, Botsvana, Braziliya,Tanzaniya, İndoneziya,Vyetnamda yaymaqla məşğuldur. Hər bir modeldə olduğu kimi “Good Governance” modelinində çatışmazlıqları vardır. Lakin ən əsası, bu model dövlət qərarlarının qəbul edilməsində cəmiyyətin geniş iştirakını təmin edir.
XX əsrin II yarısında dövlət idarəçiliyinin bütün modellərinə xas olan səmərəliliyin əsas səbəbi sənaye,sosial və innovativ siyasətlə sıx qarşılıqlı əlaqədə olmasıdır. Dövlət idarəçiliyində dövlət institutları ilə yanaşı, müxtəlif aktorlarda daim iştirak edirlər. Onlar həm açıq məkanlarda, həm də gizli sahələrdə fəaliyyət göstərirlər.Müqayisəli tədqiqatlar nəticəsində dövlətlər arasında dövlət idarəçiliyi modelləri üzrə bir sıra fərqləri müəyyənləşdirmək mümkündür. D.Ketl, U.Koulman, A.Koul, C.Brodbent, C.Feyk, C.Qrinevey, B.Solter, S.Xart, F.Qeyne, A.Qrantx kimi alimlər XXI əsrdə dövlət idarəçiliyinin funksional xüsusiyyətlərini təhlil etmişlər(7).
Bu gün dövlət idarəçiliyi sərt bir iyerarxik modellərdən daha çevik formalara doğru inkişaf edir və bu müddət ərzində hakimiyyətin konturagentlərinin sayı durmadan artır və onların qərar qəbulu mərkəzləri ilə müxtəlif əlaqələri genişlənir. Aydındır ki, bu səpgidən olan dəyişikliklər dövlət idarəetmə sistemində funksional və texnoloji dəyişiklikləri əks etdirir. Ənənəvi dövlət idarəetmə sistemində ciddi dəyişikliklərin baş verməsi sosial-iqtisadi xarakterli səbəblər üzündən daha çox müasir dünyada gedən dərin sosial dəyişikliklərlə izah oluna bilər.
İctimai inkişafın təmin edilməsində dövlətin qlobal miqyasda tədqiqi dövlət idarəçiliyinin keyfiyyətinin vacibliyini nümayiş etdirir.Ümumdünya Bankının “Dünya İnkişafı -2017” adlı hesabatda səmərəli innovativ dövlət ideyası dəstəklənir(14). Beləliklə, davamlı inkişafı təmin edə bilən innovativ dövlət idarəçiliyi qloballaşma trendi kimi qəbul olunur. Özünü yeni və təkmilləşdirilmiş siyasət, yaxud siyasi texnologiyalar formasında büruzə verən siyasi fəaliyyətin yekun nəticəsi tələbatların ödənilməsindən və dayanıqlı inkişafı təmin etməkdən ibarətdir(9).
İnnovativ dövlət idarəçiliyinin əsas məqsədləri aşağıdakılardır:
 innovativ fəaliyyət üçün iqtisadi, hüquqi və təşkilati şəraitin yaradılması;
 baza və təkmilləşdirilmiş innovasiyaların fəaliyyəti əsasında istehsalın səmərəliliyinin və yerli istehsal məhsullarının rəqabətə davamlılığını yüksəltmək;
 innovativ fəaliyyətin aktivləşməsinə, innovasiya sahəsində bazar münasibətlərinin və sahibkarlığın inkişafına dəstək;
 innovativ fəaliyyətin dövlət tərəfindən dəs­tə­­yi­nin genişləndirilməsi, innovativ fəaliyyətin inkişafı üçün ayrılmış dövlət resurslarından istifadə də effektivliyin artırılması;
 innovativ fəaliyyətin reallaşdırılmasında subyektlərin qarşılıqlı əlaqələrinin genişləndirilməsinə yardım;
 beynəlxalq bazarda daxili innovasiya məhsullarının dəstəklənməsi və ixrac potensialının inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;
 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OESD) təklif edilmiş göstəricilərin müəyyən sistemi hər bir ölkədə dövlət idarəçiliyinin innovasiya modelinin reytinqini açıqlayır(8).Bu göstəricilərin əsas və əhəmiyyətli olması onunla izah olunur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının əsas məqsədi iqtisadi inkişaf və dünya ictimaiyyətinin sosial rifahına yönəlmiş siyasəti inkişaf etdirməkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hökumətlərin (Azərbaycan daxil olmaqla) birlikdə işləyə biləcəyi, təcrübə mübadiləsi və ümumi problemlərin həll edə biləcək bir forumdur(1).
Dövlət idarəçiliyinin innovasiya modeli, siyasi sistemin ümumi strategiyası çərçivəsində risklərin inkişafı və optimallaşdırılması üçün faydaları maksimuma çatdırmağa kömək edən prosesləri dəstəkləyir(4). Dövlət idarəçiliyinin innovasiya modeli 3 vəzifəni həyata keçirməyi nəzərdə tutur:
birincisi, strateji məqsədlərin reallaşması;
ikincisi, seçilmiş istiqamətlərə nəzarət edən müəyyən strukturların yaradılması;
üçüncüsü, problemin həllində bürokratik mexa­nizmin iştirak etməsinə imkan verən normativ aktların qəbulu.
Dövlət idarəçiliyinin innovasiya modelində mü­hüm rol oynayan siyasi-inzibati şəbəkələr qərarları fərdi deyil, sistemləşmiş səviyyədə qəbul edir. Dövlət qərarlarının qəbul edilməsində siyasi-inzibati şəbəkələrin formalaşması, davamlı inkişaf üçün resursları olan ayrı şəbəkələr yaratmağa imkan verir.
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin innovasiya modeli artıq kifayət qədər aydın şəkildə müəyyənləşdirilmişdir. İstehsalın texnoloji səviyyəsi və rəqabət qabiliyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarlara innovativ məhsulların istehsalının təmin edilməsi, idxal olunan məhsulların daxili bazarda dəyişdirilməsi və sənaye istehsalının bu əsasda davamlı iqtisadi inkişaf mərhələsinə köçürülməsi üçün hüquqi, sosial-iqtisadi və təşkilati şərtlər yaradır. Azərbaycan Respublikasının preziden­ti İlham Əliyev qeyd edirdi ki, innovasiya konreyerinin yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı bilik iqtisadiyyatına çevrilə bilər.
Azərbaycanda dövlət idarəçiliyinin innovasiya modelinin əsas istiqamətlərinə daxildir:
 innovativ fəaliyyətin normativ-hüquqi təminatının və onun stimullaşdırılması mexanizmlərinin hazırlanması və təkmilləşdirilməsi;
 ölkə iqtisadiyyatının innovativ inkişafına istiqamətlənmiş dövlət strategiyasının hazırlanması;
 innovativ inkişaf yoluna istiqamətlənmiş dövlət orqanlarının,iqtisadi və elmi qrumlar ilə əlaqəli fəaliyyətin təmin edilməsi;
 innovativ inkişafa həmçinin müxtəlif mülkiyyət formalarında innovativ strukturların inkişafı, kiçik innovativ sahibkarlığın dəstəklənməsi, dövlət,regional,sənaye sahələrində uzunmüddətli prioritet istiqamətləri innovasiya sferasında müəyyənləşdirmək,elm və texnologiya sahəsində əsas tədqiqatların inkişafını stimullaşdırmaq, müasir innovasiya infrastrukturunun fəaliyyətini və inkişafını dəstəkləmək və s. təsir edir.
Qeyd edək ki, Azərbaycanda dövlətin innova­tiv idarəçiliyinin ən vacib vəzifəsi məhsulun məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasına təsir göstərən elmi-texniki sahənin inkişafı üçün prioritetləri müəyyən etməkdir. Bunun üçün infrastrukturun cəmləşdiyi, innovasiya prosesinin aktivləşməsini təmin edən Azərbaycanın regionlarında texnologiya parkları, biznes inkubatorları, innovasiya və texniki mərkəzlər şəbəkəsini qurmaq üçün layihələr hazırlanır.
İnnovasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin əsas istiqamətini inkişaf və normativ-hüquqi bazanın təkmilləşdirilməsi təşkil edir. Son illərdə Azərbaycan Respublikasının prezidentinin fərmanları ilə elmi-texniki və innovativ fəaliyyətin maliyyə təminatının təşkili məsələlərini tənzimləyən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdi. Bu normativ-hüquqi aktlar aşağıdakılardır:
- “Elm haqqında”;
- Müəlliflik hüquqları haqqında”;
- “Standartlaşma haqqında”;
- “Patent haqqında”;
- “Ticarət nişanları və coğrafi göstəricilər haqqında”;
- “Xüsusi iqtisadi zonaların yaradılması haqqında”;
- “Sənaye şəhərcikləri haqqında” və s.
Həmçinin ölkə daxilində bütün idarəetmə prose­sinin avtomatlaşdırılmasına, dövlət idarəçiliyində səmərəliliyin artırılmasına və xərclərin azaldılmasına xidmət edən “Elektron Azərbaycan” dövlət proramının tətbiqi də uğurla davam edir.
Dünya ölkələrinin bu sahədə təcrübəsi kontekstində qeyd etmək lazımdır ki, xüsusən Amerika Birləşmiş Ştatlarında dövlətin innovativ idarəetmə modeli Azərbaycan modelindən fərqlənmir. Amerika Birləşmiş Ştatlarının innova­tiv inkişaf sahəsində dövlət siyasəti aşağıdakı məsələlərin həllinə yönəlmişdir:
- innovasiya sahəsində özəl sektorun fəaliyyətinin aktivləşməsinə;
- dünya bazarında rəqabətqabiliyyətinin artırılmasına imkan verən əlverişli şəraitin yaradılması kimi məsələlərin həllinə yönəlib;
- innovativ araşdırmaların və elmi tədqiqatların nəticələrinin kommersiyalaşmasını stimullaşdırmaq;
- rəqabətədavamlılığı dəstəkləmək üçün zəruri infrastrukturun yaradılması;
- ixtisaslı işçi qüvvəsinin formalaşdırılması.
Amerika Birləşmiş Ştatlarının bu sferada əldə etdiyi uğurları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən seçilmiş yol bu sahədə qabaqcıl beynəlxaq təcrübəyə uyğun gəlir və yaxın gələcəkdə daha yaxşı nəticələr vəd edir.

 

 

Ədəbiyyat siyahısı


1. Better_Life_Initiative http://www.oecdru.org/zip/
2. Good Governance in Practice. Approaches and Examples from Development Practice http://www.bmz.de/en/publications/ topics/good_gover­nance
3. Governance and development. The World Bank documents.worldbank.org ›
4. Innovation policy : a guide for developing countrieshttp://documents.worldbank.org/curated/en/251181468340760891/Main-report
5. Jan-Erik Lane State Management: An Enquiry into Models of Public Administration & Management. Routledge; 1 edition (June 20, 2009) 192.р
6. John Greenwood , Robert Pyper. New Public Administration in Britain. Routledge– 13 Sep 2001. р. 296
7. Kettl D. The Transformation of Governance: Public Administration for Twenty-First Century America // The John Hopkins University Press, 2012.
8. OECD (207) OECD science, technology and industry outlook: overview of national innovation policy mix. OECD Science, Technology and R&D Statistics (database). doi:10.1787/data-00671-en. Accessed 16 Feb 2016
9. Research and Development Policy, Innovation Policy, and Industrial Policy: An Interface
10. Sustainable Development and Good Gover­nance: The “Big Ideas” Influencing Australian NRM [URL: http://www.geog.utas.edu. au/geography/nrmgovernance/Documents/Report%203.pdf
11. The Good Governance Standard for Public Services [http://www.coe.int/t/dghl/standardsetting/media/doc/Good_Gov
12. The Good Governance Standard for Public Services http://www.coe.int/t/dghl/standardsetting/media/doc/
13. Wright Tony The problem of politics as a game. www/ise.ac.uk/politicsandpolicy/
14. Доклад о мировом развитии 2017: управление и право (Vol. 2) http://documents.vsemirnyjbank.org/World-Development-Report-2017-governance-and-the-law
15. Мэннинг Н. , Парисон Н. Реформа государственного управления: Международный опыт: - М. : весь мир, 2003. c. 495
16. Осборн Д., Пластрик П. Управление без бюрократов: Пять стратегий обновления государства. М., 2001. С. 19

Açar sözlər: dövlət idarəçiliyi, New Public Managment, Good Governance, innovativ inkişaf, innovasiya modeli.

Xülasə
Dövlət idarəçiliyində innovativ inkişaf mexanizmlərinin tətbiqi: dünya təcrübəsinin politoloji təhlili
Məqalədə dövlət idarəçiliyi və innovativ inkişa şəraitində dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn inzaibati islahatların nəticələri mütəxəssislər tərəfindən təhlil edilir. Xarici təcrübənin təhlili nəticəsində dövlət idarəçiliyində 2 əsas konsepsiya: New Public Managment, Good Gover­nance müəyyənləşdirilmiş və bu konsepsiyaların məqsədlərinədə diqqət yetirilmişdir.
Məqalədə dövlət idarəçiliyininin innovativ inkişaf modeli, bu modelin məqsədləri, həmçinin dünya ölkələrinin bu sahədə təcrübəsi kontekstində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin innovasiya modelinin istiqamət və vəzifələridə ətraflı şəkildə təhlil və şərh olunur.

Резюме
Применение механизмов инновационного развития в государственном управлении: политологический анализ мирового опыта
В статье анализируются результаты реформ, направленных на совершенствование государственного управления в контексте инновационного развития. В результате анализа зарубежного опыта были определены две основные концепции государственного управления: новое государственное управление, надлежащее управление. Внимание было уделено в основном целям этих концепций.
В статье дается углубленный анализ и интерпретация модели государственного управления, инновационной модели государственного управления в контексте инновационных моделей государственного управления, целей этой модели и опыта стран мира в этой области.

Ключевые слова: государственное управление, новое государственное управление, эффективное управление, инновационное развитие, инновационная модель.

 

Summary
Application of innovative development
mechanisms in public administration: a political science analysis of world experience
The article analyzes the results of reforms aimed at improving public administration in the context of innovative development. As a result of the analysis of foreign experience, two basic concepts of public administration were identified: new public administration, good governance. Attention was mainly focused on the objectives of these concepts.
The article provides an in-depth analysis and interpretation of the model of public administration, the innovative model of public administration in the context of innovative models of public administration, the goals of this model and the experience of countries around the world in this area.

Key words: public administration, new public administration, effective management, innovative development, innovative model.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM