Prezident İlham Əliyevin uğurlu enerji təhlükəsizliyi siyasəti

12:46 / 01.11.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

İti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 16 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı şoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. TAP üzrə işlər yekun mərhələyə daxil olmuşdur.
Bir sözlə, XXI əsrin meqalayihəsi olan və dəyəri 40 milyard dollar səviyyəsində müəyyən edilən “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində həlledici addımlar atılmışdır. “Şahdəniz” yatağından hasil edilən qaz 3500 kilometr uzunluğunda 3 qaz kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcəkdir.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimi oldu. İmzalanmış kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev onun bir sıra əsas parametrlərinə diqqəti cəlb etmişdir: “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.”
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi yerli radikal siyasi qruplaşmalar iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.
Öz mənşəyi və mahiyyəti etibarilə qaragüruhçu olan bu xarici və daxili siyasi dairələr Prezident İlham Əliyevin xarici siyasətdə prioritet kimi müəyyən etdiyi və ugurla həyata keçirilən ikitərəfli münasibətlər formatının doğurduğu nəticələrdən olduqca narahatdırlar. Məhz bu siyasətin sayəsində Azərbaycanın təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq formatları formalaşmış ( Azərbaycan-Gürcüstan-Türkiyə; Azərbaycan-Gürcütan-İran; Azərbaycan-İran-Türkiyə; Azərbaycan-İran-Rusiya) bu isə öz növbəsində tərəflərə böyük iqtisadi və siyasi dividentlər gətirməkdədir. 2018-ci ildə tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin 1-ci görüşü keçirilmişdir. Prezident İlham Əliyev bu görüşə tarixi hadisə kimi yüksək dəyər vermişdir.
Bütün bu çoxtərəfli formatların təşəbbüskarı Prezident İlham Əliyev olmuşdur. Məhz bu tarixi təşəbbüslərin sayəsində bölgədə sabitlik möhkəmlənir, əməkdaşlıq mühiti güclənir və iştirakçı dövlətlərin iqtisadi maraqları təmin edilir.


Etiket:

Strategiya.az

Xəbərlər
17.11.2019

Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb

17.11.2019

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır

17.11.2019

Nüvə başlığı daşıya bilən ballistik raket sınaqdan keçirildi

17.11.2019

Naxçıvan Qarnizonu qoşunlarının çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO

17.11.2019

Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

17.11.2019

Dünya gənclər hərəkatının yadda qalan xatirə və təəssüratları         

17.11.2019

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

17.11.2019

Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi

17.11.2019

Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

17.11.2019

Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı

17.11.2019

Azərbaycan “Tokio 2020”yə 10 lisenziya qazanıb

17.11.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

17.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

17.11.2019

Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi

17.11.2019

İbtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq

17.11.2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2019

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi

16.11.2019

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

16.11.2019

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası...

16.11.2019

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.2019

Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

16.11.2019

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

16.11.2019

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019

"Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16.11.2019

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16.11.2019

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

16.11.2019

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

16.11.2019

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

16.11.2019

Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

16.11.2019

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

16.11.2019

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

16.11.2019

Azərbaycanda ötən gün baş verən qəzalarda 2 nəfər ölüb, 3 nəfər yaralanıb - RƏSMİ

16.11.2019

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi

16.11.2019

Konteyə mafiyasayağı təhdid

16.11.2019

Ədliyyə işçiləri Asan Xidmət mərkəzlərində vətəndaşlara keyfiyyətli xidmət göstərir

16.11.2019

2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq

16.11.2019

Neftin bahalaşması davam edir

16.11.2019

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi

16.11.2019

Ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı, unudulmaz Əkrəm Şəkinski - 90

16.11.2019

Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

16.11.2019

Türkoloq Xalid Səid Xocanın (1888-1937) Kanadada yaşayan nəvəsi Əfruz Məmmədova ilə FACEBOOK dialoqu

16.11.2019

Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir

16.11.2019

“Coker” rekord vurdu – R reytinqli ilk film oldu

16.11.2019

Rembrandtın şəklini oğurlamaq cəhdi boşa çıxdı

16.11.2019

ABŞ senatorları Türkiyəyə şərt qoydular – Cavab qısa müddətdə verilməlidir

16.11.2019

Baş nazirdən növbəti qərar – Ekspertlərə saathesabı pul ödəniləcək

16.11.2019

Dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımanın qiyməti ucuzlaşıb

16.11.2019

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16.11.2019

Noyabrın 18-nə dolların rəsmi məzənnəsi müəyyən olunub

16.11.2019

Donald Tramp Böyük Britaniyaya səfər edəcək