SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ İSTEHSALIN STRATEJİ PLANLAŞDIRILMASININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

08:30 / 04.11.2019

ŞƏLALƏ MƏMMƏDOVA
Sumqayıt Dövlət Universitetinin
“Maliyyə və mühasibat uçotu” kafedrasının
baş müəllimi

İqtisadi inkişaf proseslərində və iqtisadiyyatın idarəe olunması məsələlərində strateji planlaşdırma elmi araşdırma istiqaməti kimi bütövlükdə strateji plan adlandırılan bir və ya bir neçə strategiyanın planlaşdırılması metodikasını və xüsusi metodları işləyib hazırlayan fəaliyyət istiqaməti kimi diqqət çəkir. Strateji planlaşdırma strateji planın hazırlanması üçün zəruri olan kompleks fəaliyyəti ehtiva edən prosesdir [1]. Strateji planlaşdırmanın əsas məqsədi müəssisəni əhatə edən ətraf mühitdə mövcud olan qeyri-sabitliyin və qeyri-müəyyənliyin aradan qaldırılmasından, daxili və xarici dəyişikliklərə vaxtında səmərəli reaksiya verməkdən ibarətdir [2]. Aydındır ki, müəssisənin yuxarı və orta menecerləri idarəetmə və qərarqəbuletmə proseslərində elə prinsip və alqoritmlərə malik olmaq istəyirlər ki, mümkün mürəkkəb vəziyyətlərdən, böhran və çətinliklərdən uğurla çıxsınlar [3].
Bu baxımdan, fəaliyyətin elə plan sənədi olmalıdır ki, müəssisə onu əhatə edən mühitin istənilən dəyişikliklərindən minimum zərərlə çıxsın. Planlaşdırma idarəetmənin çoxsaylı funksiyalarından biri olduğundan strateji planlaşdırma da strateji idarəetmənin funksiyalarından biri olur [4]. Odur ki, strateji planlaşdırma sistem olaraq müəyyən əlaqələrə malik olan elementlərdən ibarətdir. Operativ qərarlardan fərqli olaraq, strateji qərarlar müəssisənin daxili problemlərindən daha çox xarici problemlərinə aiddir və müəssisə ilə ətraf mühit arasındakı münasibətlərə təsir edir. Əlbəttə, bu problemlərin həlli üçün tələb olunan diqqət və vaxt heç də operativ qərarlar üçün nəzərdə tutulandan çox olmur [5]. Lakin nəzərə almaq lazımdır ki, strateji qərarlar operativ qərarlardan daha üstün prioritetə malikdir. Odur ki, müəssisənin təşkilati idarəetməsi ilk növbədə strateji qərarların yerinə yetirilməsinə şərait yaratmalıdır.
Müasir dövrdə müəssisə qeyri-sabit mühitdə öz inkişafını saxlamaq və rəqiblərinə uduzmamaq üçün bazar konyukturasını nəzərə alan strateji plana malik olmalıdır. Müəssisənin strateji planının optimal olması üçün fəaliyyət prosesində ortaya çıxa biləcək risklərin də ciddi şəkildə nəzərə alınması vacibdir [6]. Qeyd edək ki, “strateji planlaşdırma” anlayışı ilk baxışda tamamilə aydın görünsə də, onun elmi ədəbiyyatda hələ də birmənalı tərifi yoxdur. Verilən təriflərin birmənalı olmaması daha çox “strategiya” anlayışı ilə bağlıdır. İ.Ansoff qeyd edir ki, “strategiya təşkilatın öz fəaliyyətində rəhbər tutduğu qərarların qəbulu üçün zəruri olan qaydalardır” [7]. İ.Ansoffa görə müəssisənin məqsədi oriyentir rolunu oynayır. Strategiya isə bu məqsədə çatmaq üçün vasitələri müəyyən edir. Bəzi tədqiqatçılar strategiyaya model kimi yanaşırlar. Məsələn, J.Barni qeyd edir ki, “strategiya müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrini yaxşılaşdırmaq üçün ehtiyatların yerləşdirilməsi modelidir” [8]. “Strategiya gələcəkdə qəbul ediləcək fəaliyyət və qərarlar axınında müəssisənin özünü necə aparması mode­lidir” [9]. Strateji planlaşdırmanın müəssisələrin inkişafı üçün nə dərəcədə zəruri olmasının elmi əsaslandırılması son dövrlərdə reallaşmışdır və bununla bağlı yanaşmalarda starteji planlaşdırmanın əhəmiyyəti xüsusi diqqət mərkəzində saxlanılmışdır [10]. Strateji planlaşdırmada əsas plan sənədi strateji plandır. Bu sənədin uzunmüddətli planlaşdırmanın büdcəsi ilə əlaqəsi çox azdır və strateji planlaşdırmada müəssisənin gələcəyi ilə bağlı yüksək dərəcədə proqnoz vermək mümkün deyil. Bundan əlavə, strateji planlaşdırma müəssisənin qeyri-sabit və qeyri-müəyyən ətraf mühitdə fəaliyyətini nəzərdə tutduğundan ekstra­polyasiya metodunu tətbiq etmək mümkün deyildir. Strategiya mexanizmlərinə malik müəssisə analoji rəqibləri üzərində əvvəlcədən az da olsa üstün mövqe əldə edir [11]. Tədqiqatlar müəssisənin istehsal strukturu və planlaşdırma ilə bağlı strategiyalarında bir sıra məsələlərdə xüsusi diqqət yetirməyin vacibliyini göstərmişdir. Məsələn, müəssisənin məhsul istehsalının strukturunun təkmilləşdirilməsi və istehsalın strateji baxımdan planlaşdırılması, əsaslandırılması üçün bir sıra məsələlərdə kompleks və sistemli yanaşmanı, qruplaşdırmanı şərtləndirir:
- Müəssisənin elə məhsulları var ki, onlar bazarda yüksək paya malikdir və bu bazar yüksək templə böyüyür, belə məhsullar müəssisə üçün çox cəlbedicidir və belə məhsulları “ulduz məhsullar” adlandırmaq olar;
- Müəssisənin elə məhsulları var ki, onlar bazarda yüksək paya malik deyil, amma bu məhsulların bazarı getdikcə böyüyür, deməli, belə müəssisə üçün belə məhsulların istehsal edilməsi gələcək üçün perspektivli ola bilər, bu məhsullar qrupunu “sual altında olan məhsullar” və ya “çətin uşaqlar” adlandırmaq olar;
- Müəssisənin elə məhsulları da ola bilər ki, bu məhsullar bazarda yüksək paya malik ola bilər, amma bazarın özü zəif artma tempinə malik ola bilər, belə hallarda adətən bu məhsul bazarları məhsulla artıq doymuş vəziyyətdə olur və adətən belə məhsulları “sağmal inək” adlandırırlar;
- Müəssisənin elə məhsulları ola bilər ki, bu mallar bazarda o qədər də yüksək paya malik deyil və bu məhsulların bazarı da çox aşağı artan templə böyüyür, belə məhsulların istehsalı müəssisə üçün o qədər də əlverişli deyil və onları “uğursuz məhsullar” da adlandırırlar;
- Müəssisənin istehsal etdiyi elə məhsullar ola bilər ki, bu məhsullar bazarda yüksək paya malikdir, amma bazarın özünün genişlənmə tempi getdikcə azalır, əlbəttə, belə məhsulların istehsalı müəyyən müddət müəssisəyə gəlir gətirə bilər, amma müəyyən dövrdən sonra belə məhsulların istehsalı o qədər də əlverişli olmayacaq və belə məhsulları “döyüş atları” da adlandırırlar.
- Müəssisənin istehsal etdiyi elə qrup məhsullar ola bilər ki, bu məhsulların bazarda payı nisbətən az olsun, lakin bu məhsulların bazarı da getdikcə azalan tempə malik olsun, onda belə məhsulların istehsal edilməsi müəssisə üçün arzuolunan deyildir və belə məhsulları “Dodo quşları” adlandırırlar və s.
Bundan əlavə, hər bir malın və məhsulun, xidmətin həyat tsiklinin əsas mərhələrinin öyrənilməsi və qiymətləndirilməsi mütləq şərtlərdən biri kimi dəyərləndirilməlidir [12]. Digər tərəfdən, bazarda dövriyyədə olan mal və xidmətlərin son istehlakçlara çatması ilə bağlı proseslərə, satıcı və alıcı davranışlarına komplekslilik prinsipi əsasında yanaşma təmin edilməlidir. Toxuculuq malları üzrə aparılmış tədqiqiatların nəticəsi maraqlı bir fikrə gəlməyə imkan vermişdir. Belə ki, malın həyat tsiklinin daha uğurlu olmasında toxuculuq məhsullarının rəqabət qabiliyyətliliyinin yüksəkliyi həlledici amil kimi diqqət çəkmişdir [13]. Bir qrup tədqiqatçılar tərəfindən müəyyən bir region götürülməklə aparılmış araşdırılmalar göstərmişdir ki, bir çox yerli analoji məhsullar bütün göstəricilərinə görə idxal olunan toxuculuq və geyim sənayesi məhsullarından üstündürlər [14]. Amma, bu məsələlərin ciddi təhlili, başqa sözlə idxal olunan mallar ilə müqayisədə yerli məhsullara istehlakçı cəlbediciliyinin üstünlüklərinin müəyyən olunması üçün daha optimal metodlar seçilməldir [15]. Bu baxımdan, yerli məhsulların üstün cəhətlərini özündə birləşdirən mexanizmlərin hazırlanması və tətbqinə nail olan toxuculuq və geyim sənayesi müəssisləri yerli bazarda daha çox dayanıqlılıq nümayiş etdirirlər.
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra keçmiş sovet ölkələri ilə iqtisa­di əlaqələr kəskin surətdə zəiflədi. Bu, digər iqtisadi fəaliyyət sahələrində olduğu kimi sənaye sahəsində də müəssisələrin potensial alıcılarının itirilməsi demək idi. Xüsusilə, planlı iqtisadiyyatda sənaye müəssisəsi alıcılar haqqında düşünməyə zərurət görmürdü. Çünki istehsal edilən məhsulun konkret alıcıları artıq əvvəlcədən bəlli olurdu və satış hazır alıcı siyahısı əsasında aparılırdı. Planlı iqtisadiyyatın, bazar iqtisadiyyatı ilə əvəzlənməsi, keçmiş iqtisadi əlaqələrin zəifləməsi, dünya iqtisadiyyatına inteqrasiyanın rəqabət mühitini gücləndirməsi Azərbaycanın toxuculuq və geyim sənayesi müəssisələri üçün potensial alıcılar bazarını həmişə diqqətdə saxlamaq zərurəti yaradır. Bundan başqa, uzunmüddətli inkişaf dövrü üçün sözü gedən müəssisələrdə məqsədləri müəyyənləşdirən vahid sistemin olmaması sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsini çətinləşdirmiş, planlaşdırmanın sahə prinsipi ilə deyil, proqram-məqsədli prinsip əsasında aparılması, müəssisədə istehsal məsələlərinin həllinin razılaşdırılması səviyyəsini aşağı salmış, maliyyə resurslarının strateji planlaşdırma prosesi ilə əlaqələndirilməməsi, qısamüddətli planların uzunmüddətli inkişaf planları ilə zəif əlaqəliyinə gətirib çıxartmışdır ki, bu da mövzunun seçilməsini aktuallaşdıran amillər sırasına aid edilir.
Qeyd edək ki, ölkəmizdə son illərdə makroiqtisadi səviyyədə müəyyən proseslər bir çox məsələlərə yenidən baxılmasını və strateji yanaşmaların təkmilləşdirilməsini tələb edir. Məsələn, dünya bazarında neft və neft məhsullarının qiymətinin kəskin düşməsi neft ölkələrini, o cümlədən Azərbaycanı öz iqtisadi strategiyasına yenidən baxmağa məcbur etdi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin dekabrında imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə 2020-ci, 2025-ci və sonrakı dövrlərdə ölkə iqtisadiyyatının inkişafına strateji baxışı, strateji məqsədləri və hədəfləri, həmçinin tələb olunan vəzifələri müəyyən edir. Strateji yol xəritəsi yaxın perspektivdə qeyri-neft sektoru­nun, o cümlədən qeyri-neft sənaye sahələrinin inkişafını nəzərdə tutur. Sənəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi güclənəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi hazırlanmış və hazırda onların reallaşdırılması prosesləri gedir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.
Ölkəmzidə son illərdə toxuculuq və geyim sənayesi müəssisələrinin inkişafında yeni məqamlar və perspektivlər ortaya çıxmışdır və bunlardan biri də Mingəçevir Toxuculuq Fabrikidir. Keçmiş SSRİ dövrünün tarixçəsinə diqqət yetirsək görərik ki, Mingəçevir Toxuculuq Kombinatı 1960-cı ildə fəaliyyətə başlayıb. 1980-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin kənd təsərrüfatı və yüngül sənaye sahələrinə göstərdiyi xüsusi diqqəti və səyləri nəticəsində həmin kombinat ən böyük inkişaf illərini yaşayıb. Həmin illərdə Mingəçevir Toxuculuq Kombinatı gündəlik 55 ton pambıq iplik, 220 min metr parça istehsal edir, Azərbaycanın bütün trikotaj istehsalı müəssisələrini ipliklə təmin edirdi. Kombinatda 4 min nəfərdən çox işçi çalışırdı. Hazırda Mingəçevirdə yaradılan sənaye parkında toxuculuq üzrə ixtisaslaşma getməsi bu sahədə olan potensialın yenidən gücləndirilməsinə, müəssisələrin daha səmərəli fəaliyyət strategiyasının hazırlanmasına imkan verəcəkdir. Belə ki, dövlət başçısının Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüslərin, verdiyi tapşırıqların mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Ölkə Prezidentinin 26 fevral 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır [16]. Mingəçevir Sənaye Parkında toxuculuq müəssisəsinin yenidən qurulması burada strateji planlaşdırmaya da çox əhəmiyyətin verilməsinə səbəb olub. Bu müəssisədə strateji inkişaf bütünlükdə Mingəçevir Sənaye Parkının strateji inkişafı ilə, bu isə Sumqayıt Sənaye Parkının inkişafı ilə əlaqələndirilib [17]. Belə ki, ölkəmizdə sənaye parkları institunun formalaşdırılması və inkişaf etdirilməsi üçün kompleks və ardıcıl tədbirlər görülməkdədir. Bu qəbildən olan parklarda qeydiyyata düşən rezientlər 7 il müddətinə mənfəət vergisindən azad edilmiş və dövlət tərəfindən müvafiq infrastruktur obyektlrəi şəbəkəsi yaradılmışdır.

 

NƏTİCƏ
Son dövrlərdə ölkəmizdə bir sıra qeyri-neft sektoru sahələrinin, o cümlədən toxuculuq və geyim sənayesi sahəsinin inkişafının sürətləndirilməsi və strateji fəaliyyət proqramlarının hazırlanması, reallaşdırılması məqsədilə ardıcıl tədbirlər görülməkdədir. Bunlarla bağlı bir sıra məsələlərə daha çox önəmin verilməsi tələb olunur və bu istiqamətdə fəaliyyət layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılmaların aparılması vacibdir:
- ölkədə toxuculuq və geyim sənayesi məhsulları istehsal edən müəssisələrdə strateji planlaşdırmanın praktiki tətbiqlərinin öyrənilməsi məsələlərinə kompleks yanaşma və dünya təcrübəsinə uyğunlaşma təmin olunmalıdır;
- müəssisələrin idarəedilməsinin təşkilati və plan xidməti strukturunun öyrənilməsi fundamental şəkildə aparılmalı, strateji planlaşdırmanın müvafiq prinsiplərinə və meyaralarına uyğun şəkildə formalaşdırılmalıdır;
- müəssisələrdə strateji planlaşdırma prosesinin tədqiq edilməsi, planlaşdırmada istifadə edilən metodların analizi, strategiyanın, plan və fəaliyyət proqramlarının olması zəruridir;
- strateji planlaşdırma sisteminə real təsir göstərən elementlərinin ayrılması, onlar arasındakı əlaqə mexanizmlərinin müəyyən edilməsi və müəssisənin fəaliyyətinin səmərəliliyinə onların təsir səviyyəsinin araşdırılması mühüm əhəmiyyət kəsb edir;
- sənaye müəssisələrində istehsalın strateji planlaşdırılması və fəaliyyət strategiyası müasir dövrün qlobal çağırışlarına və yeni tələblərə uyğun şəkildə təkmilləşdirilməlidir və s.

Açar sözlər: strateji planlaşdırma, istehsalın plan­laşdırılması, strateji planlaşdırmanın təkmilləş­dirilməsi, sənaye müəssisələri, istehsal planının optimallığı, strateji təhlil.

ƏDƏBİYYAT:
1. Левицких О.О. Формирование стратегии управления эффективности деятельности промышленного предприятия // Журнал Фундаментальные исследования, 2011.- №8(часть 2).-С. 435-440.
2. Ткаченко Д.Д. Совершенстваование методов стратегического планирования развития промышленного предприятия. // Управление экономическими системами, №4, 2011, С.51-59.
3. Сироткин С.А., Кельчевская Н.Р. Старетегическое планирование на промышленном предприятии. Екатеринбург, УрФУ, 2011.-298 с.
4. Məmmədova Ş.R. Sənaye müəssisəsinin istehsal planının optimallığında strateji analiz və planlaşdırmanın müasir aspektləri // “Geostrategiya” ictimai-siyasi, elmi-populyar jurnalı. İyul-avqust 2017 № 04(40), S.58-60.
5. Иванов И.Н. Организация производства на промышленных предприятиях. Москва, 2013, 352 c.
6. Игнатов С.А. Органиазционно-экономические методы управления рисками на предприятиях текстильной промышленности. Дисс. канд. экон. наук. Ростов-на-Дону, 2007.-165 с.
7. Ансофф И. Новая корпоративная стратегия: [Пер. с англ.] / И. Ансофф, Э. Дж. Макдоннелл; Пер. С. Жильцов. - СПб. : Питер Ком, 1999. – 414 с.
8. Barney, J.B. Gaining and Sustaining Competitive Advantage / J.B. Barney. - New York, 1996. – 570 р., səh 32.
9. Mintzberg, H., McHugh, A. Strategy formulation in adhocracy / H. Mintzberg, A. McHugh - Wash.: Administrative Science Quarterly, 1985. – 460 р.
10. Валько М.П. Разработка методов стратегического управления предприятиями текстильной промышленности. Дисс. канд. экон. наук. Москва, 2011.-167 с.
11. Иванова А.А. Методы повышения эффективности стратегического управления предприятияем текстильной отрасли на основе системы сбалансированных показателей и сценарного подхода. Дисс. канд. экон. наук. Санкт-Петербург, 2010.-181 с.
12. Рощина О.Е. Основные этапы жизненного цикла продукции при решении экономических задач // Транспортное дело России, № 5, 2011, С.128-130.
13. Зотикова О.Н. Стратегические направления повышения конкурентоспособности текстильной продукции России // В сборнике «Проблемы развития инновационно-креативной экономики». 2011, C. 299-312.
14. Трешевский Ю.И., Гусаров И.В. Формирование системы внутрифирменного планирования промышленного предприятия // Вестник ВГУ, Серия: экономика и управления, 2009.-№2.-77-85.
15. Камышев А. Пути достижения конкурентного преимущества. Как добиться конкурентного преимущества // Журнал «Стандарты и качество», 2017, №17(2), С. 43-52.
16. Mingəçevir Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 26 fevral 2015-ci
17. “Sumqayıt kimya sənaye parkı” MMC. http://scip.az.


Резюме
НАПРАВЛЕНИЯ СОВЕРШЕНСТВОВАНИЯ СТРАТЕГИЧЕСКОГО ПЛАНИРОВАНИЯ ПРОИЗВОДСТВА НА ПРОМЫШЛЕННЫХ ПРЕДПРИЯТИЯХ
В статье исследованы направления совершенствования стратегического планирования производства на промышленных предприятиях. С этой целью раскрыта значимость и важные элементы стратегического планирования. Указана важность обеспечения стратегических подходов к вопросам планирования и совершенствования деятельности промышленных предприятий в кризисных условиях. Подчеркнута значимость развития сфер ненефтяного сектора в совершенствовании структуры экономики Азербайджана. Анализирован потенциал развития таких промышленных сфер как текстильная и швейная. Раскрыты перспективы повышения конкурентоспособности текстильной и швейной промышленности за счет создания сети промышленных парков. В конце статьи даны выводы и предложения по рассматриваемым проблемам.

Ключевые слова: стратегическое планирование, планирование производства, совершенствование стратегического планирования, промышленные предприятия, оптимальность производственного плана, стратегический анализ.

Abstract
DIRECTIONS OF IMPROVEMENT OF STRATEGIC INDUSTRIAL PRODUCTION PLANNING
The directions of improvement of strategic planning of production in industrial enterprises are explored in the article. The importance and important elements of strategic planning are analyzed for this purpose. The role of ensuring strategic approaches to the planning and improvement of industrial enterprises in crisis conditions is given then. The importance of development of non-oil sector spheres in improvement of Azerbaijan economy structure is emphasized too. The potential for development of industrial spheres such as textiles and clothing producing is analyzed. The prospects of increasing the competitiveness of the textile and clothing producing industry due to the creation of a network of industrial parks are described. Conclusions and suggestions on the issues under consideration are given in the end of the article.

Key words: strategic planning, production planning, improvement of strategic planning, industrial enterprises, optimality of production plan, strategic analysis.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019



Strategiya.az

Xəbərlər
18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub

14.02.2020

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

14.02.2020

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

13.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

13.02.2020

NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13.02.2020

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

13.02.2020

Azərbaycan Prezidenti: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir

12.02.2020

Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

12.02.2020

Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

12.02.2020

Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

12.02.2020

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər

11.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11.02.2020

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi - RƏSMİ

11.02.2020

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

11.02.2020

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

11.02.2020

Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

11.02.2020

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

11.02.2020

Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

10.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.02.2020

Azərbaycanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI

09.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər

09.02.2020

Azərbaycanda parlament seçkilərinə start verildi

08.02.2020

Sabah qar yağacaq, şaxta olacaq

08.02.2020

BŞİH kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi

08.02.2020

Mövlud Çavuşoğlu: "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum

08.02.2020

Umayra Tağıyeva: Bu dəfə hava daha soyuq olacaq

06.02.2020

Prezident İlham Əliyev: Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz

05.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə təbrik edib

04.02.2020

"Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?"

04.02.2020

Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

04.02.2020

“KİV DF-nin “Kaspi”ni dövlət yardımı alan qəzetlərin siyahısından çıxarması ədalətsiz qərardır” - Sona Vəliyeva

04.02.2020

Prezident İlham Əliyev: Bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək

03.02.2020

Prezident İlham Əliyev: Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib

03.02.2020

Prezident İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

03.02.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” – Əli Həsənovdan etiraz

03.02.2020

Prezident İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib (YENİLƏNİB)

02.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib (FOTO)

01.02.2020

Fələstin üçün Tramp planı: "Əsrin razılaşması"nın başlıca məqamları

31.01.2020

İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında bir sıra mühüm qərarlar qəbul edilib