Radikal müxalifətlə ermənilərin sinxron fəaliyyəti

16:45 / 04.11.2019

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

 

Hər bir siyasi lideri xalqa sevdirən başlıca meyar onun milliliyi, milli ideyaya bağlılığı və milli maraqlara xidmət etməsidir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində Azərbaycana dərindən bağlı olduğunu, bütün gücünü və böyük siyasi təcrübəsini dövlətimizin inkişafına və xalqımızın rifahına sərf etdiyini, həm öz şəxsi mənəvi keyfiyyətləri, həm də gördüyü böyük işlərlə nümayiş etdirib. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin fəaliyyətində də dövlətə bağlılıq, xalqa xidmət, vətənpərvərlik, milli maraqların aliliyi qırmızı xətlə keçir. Əgər Heydər Əliyev Azərbaycanı siyasi xəritədən silinmək təhlükəsindən xilas edib müstəqil dövlət quruculuğu prosesini müvəffəqiyyətlə təmin etdisə, İlham Əliyev Azərbaycanı müasirləşdirdi, modernləşdirdi və davamlı inkişaf yoluna çıxararaq qüdrətli bir ölkəyə çevirdi. Bir faktı da qeyd edim ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanın siyasi həyatına öyrənilməsi və tətbiq edilməsi vacib olan bir çox fəaliyyət nümunəsi və ənənəsi gətirdilər. Təəssüf ki, opponentlərimiz bu böyük təcrübədən nəinki faydalanmırlar, əksinə, sanki hər addımları ilə milli dövlətçilik ənənələrimizdən, xalqımızn və dövlətimizin maraqlarından necə də uzaq olduqlarını sübut etməyə çalışırlar.
Sirr deyil ki, Azərbaycanın radikal müxalifəti uzun illərdir ABŞ-ın fəal ermənipərəst dairələri, xüsusilə Kristofer Smit, Frenk Pallone kimi konqresmenlər tərəfindən himayə olunmaqdadırlar. Məhz Kristofer Smitin təşəbbüsü ilə təqdim edilmiş “Azərbaycan demokratiya aktı - 2015” adlı layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinə yenidən baxması və ölkəmizə qarşı sanksiyalarının tətbiqi nəzərdə tutulurdu. 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri də məhz K.Smit olmuşdur. Ermənipərəst konqresmenlərin təşəbbüsü ilə 2017-ci ildə ABŞ Helsinki Komissiyasının təşkil etdiyi "Qarabağ dinləmələri"ndə də bir tərəfdən Azərbaycana qarşı sanksiyalar məsələsi gündəmə gətirilmişdi, digər tərəfdənsə Dağlıq Qarabağın “repressiv dövlət” olan Azərbaycanın tərkibində qalmasının qeyri-mümkünlüyü ətrafında kampaniya təşkil olunmuşdu. Yaxud, 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasını təşkil etdiyi anti-Azərbaycan dinləmələrində Əli Kərimlinin oğlu Türkel Kərimli, həm də həmin vaxt Dağlıq qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyan birlikdə öz anti-Azərbaycan fəallıqları ilə seçilmişdilər.
Nəhayyət sonuncu cəhd - bu ilin oktyabrın 31-də Vaşinqtonda təşkil olunmuş və cəmi 10-11 nəfərin iştirak etdiyi “Azerbaijan: Peaceful protests and torture” adlı tədbirdə “Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənli K.Smitin 2015-ci ildən bəri təkrarladığı çağırışa istinad edərək, bir daha Azərbaycana qarşı “Maqnitski aktı”na bənzər sanksiyaların tətbiqini gündəmə gətirməyə çalşdı. Maraqlıdır ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı təşkil olunmuş tədbirdə sanksiyalardan danışdığı bir zamanda, qondarma “DQR”-in nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Həmin görüşlərdə nə danışıldığını və hansı iddiaların irəli sürüldüyünü xatırlatmağa ehtiyac yoxdur. Lakin artıq neçənci dəfədir ki, Azərbaycanın radikal müxalifət nümayəndələri və erməni separatçılarının həm Avropada, həm də ABŞ-da təşkil etdiyi tədbirlərin sinxronluğu diqqəti xüsusi cəlb edir. Deməli, eyni vaxtda bir tərəfdən “Milli Şura” tədbir təşkil edərək Azərbaycanda “dözülməz vəziyyətin” olduğunu isbat etməyə çalışır, digər tərəfdənsə erməni separatçıları “Azərbaycan kimi dövlətdə ermənilərin yaşamasının qeyri-mümkünlüyü” məsələsini gündəmə gətirirlər. Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi.
Təsadüfi deyil ki, oktyabrın 31-də təşkil olunmuş tədbirin gedişində Cəmil Həcənlinin və digərlərinin iddiaları Türkiyənin ABŞ-dakı diplomatının belə kəskin etirazına səbəb oldu. Türkiyəli diplomatın tədbirdə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına toxunulmamasına, Azərbaycanın guya FETO-ya dəstək verməsi barədə iddialara kəskin reaksiyası, internet azadlığının guya məhdudlaşdırılmasının deyil, torpaqların işğalının Azərbaycanın əsas problemi olduğunu diqqətə çatdırması, bizim “milli demokratların” susqunluğu fonunda erməni fəalın təxribatçı sualını layiqincə cavablandırması, sözün əsl mənasında, bir vətənpərvərlik, dövlət və xalq təəssübü nümunəsidir. Onun bizim müxaliflərdən “oktyabrın 30-da qondarma “DQR”-in başçısının Konqresin binasında keçirdiyi tədbirə etiraz edən azərbaycanlılara niyə qoşulmadınız” sualı və “ümumiyyətlə, münaqişənin həlli məsələsində müxalifətin mövqeyi bilinmir” fikrini dilə gətirməsi isə həqiqətən də, utancverici bir haldır.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında hökumət üzərində ictimai nəzarətin gücləndirilməsinin zəruriliyi barədə danışıb və əhalini bu məsələdə daha fəal olmağa çağırıb. Əgər ictimai nəzarət bir tərəfdən cəmiyyətdə şəffaflığın, qanunçuluğun təmin olunması və hökumətin daha yaxşı işləməsi üçün zəruridirsə, digər tərəfdən də ölkənin əsas siyasi partiya institutlarının, onların başında dayanan şəxslərin fəaliyyətinin araşdırılması, anti-milli hərəkətlərinin sərt qınanması, belə xəyanətkarların siyasi səhnədən silinməsi üçün təsirli mexanizmlərin düşünülməsini zəruri edir. Cəmiyyət öz ambisiyalarını reallaşdırmaq üçün hər cür antimilli aktlara qoşulan, hətta Dağlıq Qarabağ kimi ümummilli problemin həllində belə üzdə “ura patriotluq” edən, arxada isə əks fəaliyyət göstərənlərə qarşı qəti mövqe nümayiş etdirməlidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda əsas maneənin beynəlxalq birliyin susqunluğu ilə yanaşı, həm də bu tipli antimilli ünsürlərin düşmənlərimizin mövqeyini gücləndirən xəyanəti olduğunu başa düşməyin zamanı çatıbdır.


Etiket:

Strategiya.az

Xəbərlər
17.11.2019

Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb

17.11.2019

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır

17.11.2019

Nüvə başlığı daşıya bilən ballistik raket sınaqdan keçirildi

17.11.2019

Naxçıvan Qarnizonu qoşunlarının çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO

17.11.2019

Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

17.11.2019

Dünya gənclər hərəkatının yadda qalan xatirə və təəssüratları         

17.11.2019

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

17.11.2019

Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi

17.11.2019

Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

17.11.2019

Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı

17.11.2019

Azərbaycan “Tokio 2020”yə 10 lisenziya qazanıb

17.11.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

17.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

17.11.2019

Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi

17.11.2019

İbtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq

17.11.2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2019

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi

16.11.2019

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

16.11.2019

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası...

16.11.2019

Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi

16.11.2019

Türkiyə polisi Əbu Bəkr əl-Bağdadinin 25 qohumunu saxlayıb

16.11.2019

İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi şəxsi heyətə təqdim edilib

16.11.2019

Sumqayıtda kəskin iy-qoxunun yayıldığı ərazidə araşdırmalar aparılır

16.11.2019

"Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

16.11.2019

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16.11.2019

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

16.11.2019

Bazar günü yağmursuz hava şəraiti hökm sürəcək

16.11.2019

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

16.11.2019

Gələn il Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

16.11.2019

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

16.11.2019

İsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirib

16.11.2019

Azərbaycanda ötən gün baş verən qəzalarda 2 nəfər ölüb, 3 nəfər yaralanıb - RƏSMİ

16.11.2019

AQTA sədri qurumun iki regional bölmə rəisini vəzifədən azad etdi

16.11.2019

Konteyə mafiyasayağı təhdid

16.11.2019

Ədliyyə işçiləri Asan Xidmət mərkəzlərində vətəndaşlara keyfiyyətli xidmət göstərir

16.11.2019

2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq

16.11.2019

Neftin bahalaşması davam edir

16.11.2019

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi

16.11.2019

Ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı, unudulmaz Əkrəm Şəkinski - 90

16.11.2019

Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi

16.11.2019

Türkoloq Xalid Səid Xocanın (1888-1937) Kanadada yaşayan nəvəsi Əfruz Məmmədova ilə FACEBOOK dialoqu

16.11.2019

Trampa daha bir zərbə - Müşavirini 20 il müddətinə həbs gözləyir

16.11.2019

“Coker” rekord vurdu – R reytinqli ilk film oldu

16.11.2019

Rembrandtın şəklini oğurlamaq cəhdi boşa çıxdı

16.11.2019

ABŞ senatorları Türkiyəyə şərt qoydular – Cavab qısa müddətdə verilməlidir

16.11.2019

Baş nazirdən növbəti qərar – Ekspertlərə saathesabı pul ödəniləcək

16.11.2019

Dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımanın qiyməti ucuzlaşıb

16.11.2019

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

16.11.2019

Noyabrın 18-nə dolların rəsmi məzənnəsi müəyyən olunub

16.11.2019

Donald Tramp Böyük Britaniyaya səfər edəcək