Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçi dövlətlərin rolu və fəaliyyətinə dair

08:30 / 06.11.2019

Ədalət Mustafayev
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Qarabağ tarixi” şöbəsinin böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsi, status-kvonun dəyişməsinə imkan verilməməsinin səbəbləri ictimaiyyətdə sual doğuran məsələlərdən biri kimi daima diqqət mərkəzində olmuşdur. 1994-cü il iyulun 5-də Avstriya milli şurasının prezidenti Hayns Fişer Azərbaycan nümayəndə heyətini qəbul edərkən, sabiq SSRİ ərazisində İttifaqı bərpa etmək istəyən qüvvələrin mövcudluğunu da narahatlıqla qeyd etdi. Eyni zamanda iyulun 8-dək davam edən ATƏM-in parlamentlərarası assambleyasının 3-cü illik iclası Dağlıq Qarabağ münaqişəsində Minsk qrupunun səmərəli fəaliyyəti yüksək qiymətləndirilir və münaqişənin danışıqlar yolu ilə, ATƏM-in prinsiplərinə müvafiq qaydada həll olunması planlarını və cəhdlərini müdafiə edir [9].
1994-cü il dekabrın 5-6-da Budapeşt Zirvə toplantısı ATƏM tarixində təşkilat daxilində struktur dəyişiklikləri edilib, onun daha da gücləndirilməsi məsələsinə toxunuldu. Zirvə toplantısında bəzi məsələlərlə yanaşı “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmini məqsədilə ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə, həmçinin Minsk Konfransına iki həmsədrin təyin edilməsi məsələsi də öz əksini tapdı. ATƏM-in Minsk Konfransında həmsədrlik Rusiya və İsveçə tapşırıldı. Azərbaycan Prezidenti Heydər Əliyev çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi üçün dövlət başçılarına müraciət edərək ATƏM üzvlərini bu işdə yaxından kömək etməyə çağırdı [13,s347].
Qeyd etmək lazımdır ki, növbəti addım Lissabon sammitində dünyanın əksər dövlətlərinin iştirakı ilə qəbul edilən sənəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılacaq növbəti danışıqların ümumi istiqamətini aydınlaşdırsa da, bu münaqişədən geosiyasi məqsədlər naminə yararlanan dövlətlər, ilk növbədə, Respublikanın yerüstü və yeraltı sərvətləri uğrunda kəskin mübarizə aparırlar. Rusiya, ABŞ, Fransa prezidentləri 1997-ci il iyunun 23-də Denverdə Dağlıq Qarabağ konflik­tinin davam etməsindən, onun Qafqaz regionunda iqtisadi, sosial inkişafı və əmin-amanlığı təhlükə altına aldığından narahatlıq ifadə edir, münaqişənin tez bir zamanda həlli üçün mühüm addımlar atılmasını vacib sayırdılar [13,s354]. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müzakirələr apararaq “Rusiyadan Ermənistana qanunsuz yolla silah verilməsi məsələsinin müzakirəsinə geniş yer ayıran prezidentlər bu məsələnin daha ətraflı araşdırılması məqsədilə üçtərəfli komissiya yaradılmasını qərara aldılar”[2]. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun qalmasının səbəbi kimi ABŞ dövlət katibinin birinci müavini C. Telbot 1998-ci il martın 31-də “Amerikanın Cənubi Qafqaz siyasəti” mövzusunda çıxış edərkən hesab edirdi ki, “...tərəflərin razılığa gələ bilmədiyi Dağlıq Qarabağın statusu məsələsidir” [11 ]. Tədqiqatlar onu deməyə əsas verir ki, C.Telbotun fikirləri həqiqəti əks etdirmir. Regionu təsir dairəsində saxlamağa çalışan, geosiyasi maraqları öz xeyrinə dəyişmək istəyən Rusiya Federasiyasının Ermənistan kartından yararlanmağını, birgə hərbi əməkdaşlığını göstərməsi, digər həmsədrlərin xristian təəssübkeşliyinə sadiq qalmalarını vurğulaması daha məqsədəuyğun olardı. “Xalq qəzeti”nin 4 fevral 1998-ci il tarixli nömrəsində Rusiya-Ermənistan hərbi əməkdaşlığına aid, Rusiya Federasiyası Müdafiə Nazirliyinin gündəlik “Zakafkaziyanın hərbi gündəliyi” qəzetinin 3 dekabr 1997-ci il tarixli nömrəsində Ermənistan Müdafiə Nazirliyinin “Armyanskiy voyn” qəzetinin müxbiri Ara Tatevosyanın “Ermənistan-Rusiya hərbi əməkdaşlığı inkişafını davam etdirir” adlı məqaləsi verilmişdir. ...1995-ci ildə Ermənistan və Rusiya prezidentləri “Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsi barədə müqavilə imzalamışlar. Rusiya Federasiyası müdafiə nazi­rinin Yerevan səfəri zamanı bu ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinə dair imzalanmış 18 sənədə daha 12 protokol və saziş əldə edilmişdir [10]. Qəbul edilmiş sənədlər Ermənistan-Rusiya hərbi əməkdaşlığının bütün sahələrini, “Zaqafqaziyada hərbi koalisiya qruplaşmalarının yaradılması”, “Operativ və döyüş hazırlığı sahəsində tədbirlərin birgə planlaşdırılması” kimi “vacib sənədlərin” qəbul edilməsi diqqəti cəlb edir. Rusiyanın müdafiə naziri İ.Sergeyev iyul ayında Yerevana səfəri zamanı bildirmişdir ki, Ermənistan-Rusiya hərbi əməkdaşlığı bu ölkələr arasında mövcud münasibətlərin səviyyəsinə tam uyğundur və geniş inkişaf perspektivləri vardır [5]. Ermənistanda “ordunun gücləndirilməsinin” tam nəzarətdə saxlanmasına baxmayaraq siyasi sabitliyin tədricən pozulması prezidentin 1998-ci il fevralın 3-də könüllü istefasına gətirib çıxardı [8]. Fevralın 5-də ATƏT-in Minsk qrupunda Türkiyənin xüsusi səfiri Əli Hikmət Alpı qəbul edən Heydər Əliyev Minsk Qrupunda Türkiyənin xüsusi səlahiyyətli səfirinin olmasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində müstəsna əhəmiyyəti ola biləcəyindən söz açmışdır [3].
1998-ci il aprelin 28-də MDB-nin Moskva zirvə görüşündə iştirak etmiş dövlət başçısının Ermənistan prezidenti Robert Köçaryanla, daha sonra Rusiya Xarici işlər naziri Yevgeni Prima­kovla təkbətək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunmuşdur. Daha sonra, “Azərbaycan Respublikası və Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, siyasi vasitələrlə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirmək yolu ilə aradan qaldırılmasına sadiq qaldıqlarını təsdiqləyir və 1994-cü ilin mayında əldə olunmuş atəşkəs rejiminə bundan sonra da dönmədən əməl etməyə hazır olduqlarını bildirirlər...” [4].
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya tərəfinin fəallığı, tərəflər arasında dialoqun təşkili 1998-ci il avqustunda yenidən canlanmağa başladı. Azərbaycan hökumətinin ən prioritet məsələlərindən olan Dağlıq Qarabağ münaqişəsinin həlli ön planda idi. 1998-ci il avqustun 9-da Rusiya Xarici İşlər naziri Primakovun erməni həmkarı Oskan­yanla görüşündə Azərbaycan Respublikası ilə ümumi çərçivədə Dağlıq Qarabağ məsələsinin həlli təklifi barədə söhbətlər apardılar. Ondan 20 gün sonra Rusiya nümayəndəsi Pastuxov Azərbaycana səfərində H.Əliyevlə görüşərək “ümumi dövlət” formulunu müzakirə etmişdir[13,s.437]. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Beynəlxalq dövlətlərin 1998-ci ilə kimi Dağlıq Qarabağla bağlı “sülhməramlı siyasət”ində münaqişənin həlli barədə bəzi yeni təklifləri olsa da, sonrakı görüş və təkliflər bir-birinə oxşar, şablon variant kimi biri-birini təkrarlayan, sonu görünməyən görüşlərdən ibarət olmuşdur.
1998-ci idə noyabrın 8-12-də ATƏT-in Minsk qrupunun nümayəndələri Bakı, Yerevan və Stepanakertə səfəri zamanı Dağlıq Qarabağ siyasi münaqişəsinin tənzimlənməsində ümumi prinsiplərin (ümumi dövlət konsepsiyası əsasında) təqdim etdilər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “həlli məqsədilə” “həmsədrlərin 1998-ci il noyabrın 9-da verdikləri yeni təkliflərdən danışan prezident Heydər Əliyev bildirdi ki, biz həmin təklifləri çox diqqətlə öyrənmişik. Noyabrın 9-da axşam Minsk qrupunun həmsədrlərinə bəyanat vermişik ki, bu təkliflər Azərbaycan tərəfindən qəbul edilə bilməz” [6].
1999-cu il martın 23-də Rusiyanın Xarici İşlər nazirinin müavini L.V.Draçevski Rusiyanın Azərbaycan Respublikası və Ermənistan Respublikası prezidentlərinin Moskvada görüşməsi fikrini H.Əliyevə çatdırmaq üçün Bakıya gəlmişdi. Draçevski həmin təklifi 26-28-i martda Yereva­na gedərək Köçəryana bildirdi. Rusiyanın bu təklifinin nəticəsi kimi aprelin 1-də H.Əliyev və R.Köçəryanın Moskvada prezident kimi ilk görüşləri baş tutdu. Həmin vaxt Moskvada MDB-nin iclası keçirilirdi. Prezidentlərin görüşündən sonra Rusiyanın Xarici İşlər naziri İvanovun da söhbətdə iştirak etdiyi bildirilir. Bununla da, iki dövlət başçısının görüşlər silsiləsinin əsası qoyuldu [13,s.437].
ABŞ-ın “İrs” fondunun aparıcı araşdırmaçısı Ariyel Koenin Qafqaz münaqişələri ilə bağlı olan məqaləsi də, məhz bu baxımdan diqqət çəkir: “Moskvaya anlatmaq zəruridir ki, Cənubi Qafqazda separatçıları bundan sonra da dəstəkləmək Rusiyaya amerikan yardımının sonu deməkdir...Moskva abxaz separatçılarını və Qarabağ ermənilərini rəsmi Bakı və Tbilisiyə qarşı mübarizədə dəstəkləyir. Rusiyada çoxları belə hesab edirlər ki, Qafqazda qeyri-sabitlik bölgədə Kremlin təsirinin artmasına kömək edir. Moskva artıq Ermənistan və Abxaziyaya 1 milyard dollarlıq silah vermişdir” [1].
Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməməsi, münaqişədə status-kvonun qalması məqsədilə 2008-ci il noyabrın 2-də Rusiya Prezidentinin dəvətilə Moskvada Azərbaycan Respublikası və Ermənistan Respublikası prezidentlərinin görüşü keçirilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında siya­si vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi vəziyyəti və perspektivlərinin müzakirəsi ətrafında dialoq baş tutdu. “Moskva bəyannaməsi” də 2007-ci il noyabrın 27-də qəbul edilmiş “Madrid prinsipləri” davam etmiş və nəticədə razılaşdırılmışdır ki, sülhün tənzimlənməsinə nail olmaq üçün onun bütün aspekt və mərhələlərində beynəlxalq təminatın hüquqi öhdəliklərinə əməl etmək lazımdır [14].
2010-cu il yanvarın 25-də Rusiyanın Soçi şəhərində “Krasnaya polyana” qəbul evində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivləri müzakirə olunub. Daha sonra, bu dövlətlərin Xarici İşlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Eduard Nalbandyanın müzakirəsi zamanı Prezidentlərin üçtərəfli görüşünə dair yekun bəyanatla Rusiyanın Xarici İşlər Naziri S. Lavrov çıxış edib. Rusiya Xarici İşlər Nazirinin sözlərinə görə, görüşdə əvvəlki formatla aparılan danışıqlar davam etdirilib: “Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransanın münaqişənin bütün maraqlı tərəflərini razı salacaq dinc vasitələrlə həlli yollarının axtarılmasına dair səylərini möhkəmləndirib. ”Nevsm.am” saytı isə xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkis­yan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqmətində səylərini yüksək qiymətləndirib. ”Mediamaks” agentliyinin məlumatına görə, bu ölkənin Müdafiə Naziri Seyran Ohanyan tələbələr qarşısında çıxışı zamanı aparılan danışıqlarda Qarabağın statusu ilə yanaşı, regionun Ermənistanla əlaqəsini təmin edəcək quru əlaqəsi və Dağlıq Qarabağ beynəlxalq təhlükəsizlik zəmanətinin verilməsi kimi məsələlərin də müzakirə edildiyini bildirib [7].
Rusiya tərəfindən Ermənistan Respublikasına müxtəlif vaxtlarda– 1996-ci ildə bir milyard və 2008-ci ildə isə 800 mln. dollarlıq döyüş texnikasının, silah-sursatın verilməsi deyilənləri təsdiq edir[16]. Azərbaycanın xarici siyasət doktrinasını, konsepsiyasını bütün regional dövlətlərlə balanslaşdırılmış siyasət yeritdiyi halda Rusiya Federasiyasının atdığı neqativ addımlar işğalçıya açıq hərbi dəstəyi nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, geosiyasi baxımdan böyük dövlətlərin region uğrunda apardıqları mübarizədə, supergüclər “xristian təəssübkeşliyini” unutmurlar. Bəzən belə təəssürat yaranır ki, ABŞ münaqişənin “ədalətli” həllinə çalışır. -“Azadlığa Dəstək Aktı”na məhdudiyyətlər qoyan 907-ci əlavə”nin uzun müddət qüvvədə qalması təsadüfi hal olmayıb ABŞ-ın maraqlarına xidmət edən məsələdir. Bütün görülən tədbirlərə baxmayaraq, bu sərt qadağanı özündə ehtiva edən maddənin tətbiqi 2002-ci ilə kimi davam etdi.
Son illər geosiyasi anlamda Rusiya Federasiyası ilə Türkiyə Respublikasının yaxınlaşmasında pərdəarxası məqamların olması regionda yeni güclərin formalaşması anlamına gəlir. Rusiya analitikləri belə hesab edirlər ki, Dağlıq Qarabağın güc yolu ilə azad edilməsi riskli məsələ olub neqativ hallara gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, bununla da, Rusiya analitikləri Dağlıq Qarabağın geosiasi problem olmasını və açıq surətdə Rusiyanın dövlət maraqlarını önə çəkirlər.
Hazırda Rusiya Federasiyası, Ermənistan-Azərbaycan münaqişəsində “balansı” qorumağa çalışır və Azərbaycanın hərbi qüdrətinin artması müqabilində Ermənistanla əlavə hərbi müqavilələr bağlayıraq hərbi-texniki əməkdaşlığı gücləndirir. 2010-cu il avqust ayında Rusiya prezidenti Dmit­riy Medvedyevin Ermənistana rəsmi səfəri zamanı, bir sıra sənədlərlə yanaşı, 1995-ci ildə Ermənistanla hərbi sahədə bağlanmış müqaviləyə 5 saylı protokol əlavə edərək 102-ci hərbi bazanın səlahiyyətlərini artırmış oldu. Yəni, bu zamana kimi 102-ci hərbi baza yalnız Ermənistanın Türkiyə və İranla sərhədinə nəzarət edirdisə, bu əlavədən sonra hərbi bazanın səlahiyyətini genişləndirərək bütün Ermənistan ərazisində nəzarət etməyi qanunla təsbit etdi. Bağlanan hərbi müqavilələrə əlavələr Ermənistan ərazisində olan hərbi qüvvələrin 102-ci hərbi bazaya tabe olmasını bir daha sübut edir” [15].
SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ problemini ölkənin daxili problemindən beynəlxalq problemə çevrilərək qismən 3 mərhələyə bölən müəlliflərdə vardır. Birinci, keçmiş SSR-də Yeltsin-Nazarbayev təşəbbüs qrupunun fəaliyyəti, ikinci, qlobal beynəlxalq institutların-ATƏT-in və sonra BMT-nin fəaliyyəti, üçüncü, qlobal beynəlxalq təşkilatların, yeni formalaşmış MDB institutlarının və onların arxasında dayanan Rusiyanın və eləcə də regional güclərin fəaliyyəti[12]. Məlum “təşəbbüsçülərin” fəaliyyəti erməniləri işğaldan “çəkindirə bilməmişdir”. Hazırda Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesi ATƏT-in Minsk qrupunun 2007-ci il noyabrın 29-da Madriddə əsası qoyulan “Madrid prinsipləri” adını almış əsaslarla davam etdirilir. Bütün bunlara baxmayaraq, işğalçı Ermənistan Rusiya Federasiyasının hərbi və siyasi gücü tərəfindən idarə olunaraq qorunur.
Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Ollenqer Qarabağ ətrafında hazırkı gərginliyi nəzərə alaraq bildirirdi: “Nə mümkündürsə etmək lazımdır ki, münaqişə alovlanmasın”. Qeyd etmək lazımdır ki, işğal olunmuş ərazilərin azad olunması hüququ Azərbaycanın əlindədir və heç bir beynəlxalq qanun buna məhdudiyyət qoymamalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas təsir gücünə malik olan Rusiya Federasiyası regional və geosiyasi baxımdan praqmatik olmayıb, imperiya maraqlarından irəli gələn siyasət yürüdürdü. Məhz bu baxımdan, bəzi rus müəllifləri müasir Rusiya Federasiyasının xarici siyasət strategiyasının istiqamətlərində üç mərhələni önə çəkirlər: birinci mərhələ, superdövlət statusunun saxlanması, siyasi təsir gücünün digər dövlətlər üzərində artırılmasından; ikinci mərhələ, regional hökmranlıq saxlanmaqla, lokal siyasi güclə kifayətlənməkdən. üçüncü mərhələ isə, praqmatik xarici siyasət yeritməklə müxtəlif sülhməramlı bloklarda təmsil olunmaqdan, qonşu dövlətlərlə normal əlaqələrin qurulması baxımından beynəlxalq qanunlara riayət olunmasından ibarət olduğu bildirilir [17].
Araşdırmalar göstərir ki, status-kvonun saxlanmasında ən maraqlı tərəf kimi Rusiya federasiyası regional maraqlarda Cənubi Qafqazda geosiyasi prosesləri öz xeyrinə həll etməyə çalışaraq MDB-nin xarici sərhədlərinin birgə mühafizəsi, vahid hava hücumundan müdafiə (HHM) sistemi, Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə dəyişikliklər və düzəlişlər barədə sazişləri qəbul etdirməyə çalışır, digər həmsədr dövlətlərdə xristian təəssübkeşliyi ilə yanaşı öz maraqlarını həyata keçirmək üçün bütün mümkün vasitələrdən istifadə edərək xalqların sülhə hazırlanması konsepsiyasından çıxış edərək məhz işğalçı dövlətin siyasətini müdafiə edirlər.

Açar sözlər: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, vasitəçi dövlətlər, Rusiya Federasiyası, ATƏT-in Minsk qrupu, status-kvo

İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı
1. Ariyel Koen: ABŞ-ın “İrs” fondunun aparıcı araşdırmaçısı. Qafqaz qarşımdadır Qafqazda münaqişələr ABŞ-ın mənafeyinə təhlükədir // “Xalq” qəz. 9 dekabr 1998, № 331
2. Azərbaycan nefti dünya siyasətində // Tərt.: İlham Əliyev, Akif Muradverdiyev. Bakı: Azərbaycan nəşriyyatı, 1997. 327 s.
3. Azərbaycan Prezidenti Heydər Əliyev ATƏT-in Minsk qrupunda Türkiyənin xüsusi səfirini qəbul etmişdir. “Xalq” qəz., 6 fevral 1998
4. Azərbaycan Prezidenti Heydər Əliyev MDB-nin Moskva zirvə görüşündə iştirak etmişdir // “Xalq” qəz., 1 may 1998, № 114
5. Fərhadova G,. T. Qdlyanın vasitəçilik missiyası Ermənistanın marağına xidmət edir // “Xalq” qəz., 16 oktyabr 1998
6. Heydər Əliyev: “Ümumi dövlət” prinsipi Azərbaycan dövlətinin, xalqının ümumi mənafelərinə ziddir // “ Xalq” qəz., 27 noyabr 1998, № 320
7. “Həftə içi” qəz., 26 yanvar 2010, № 014
8. Qalib A., Ermənistan prezidenti L. Ter-Petrosyan istefa verdi // “Xalq” qəz., 5 fevral 1998
9. Qurbanov A. Vyanada da Qarabağdan danışdılar”. // “Azərbaycan” qəz., 13 iyul 1994, № 134
10. Mirzəbəyli İ. Yerevanın militarist siyasəti Ermənistan-Azərbaycan münaqişəsini lokallıqdan çıxara bilər // “Xalq” qəz., 4 fevral 1998
11. Nəsibli R. Qarabağa dair sülh danışıqları tezliklə bərpa olunmalıdır. C. Telbottun fikri belədir // “Xalq” qəz., 4 aprel 1998
12. Е. Актуальные проблемы международных отношений. Т. 1-3. М., 2000-2002
13. Казимиров В. Н Мир Караваху: Посредничество России в урегулировании Нагорно- Карабахского конфликта. М: Издателстово «Международные отношения», 2009. 455 с.
14. Маендорфская декларация 2 ноября 2008 года и ситуация вокруг Нагорного Карабаха. М.: Изд. «Русская панорама», 2002
15. Минасян С. Россия в карабахском конфликте: ни войны, ни мира // http://noev-kovcheg.ru/mag/2011-05/2432
16. Сергей Марков: «Роставки оружия Армении создают баланс» // Газ. «ЕХО» № 14 (1975) 24 января 2009
17. Соловьев А.И. Политология: Политическая теория, политические технологии: Учебник для студентов вузов / А.И. Соловьев. М.: Аспект Пресс, 2006. 559 с.18

Адалет Мустафаев
Старший научный сотрудник отдела истории Карабаха Института истории им. А.Бакиханова НАНА, к.и.н.
Роль и деятельность стран-посредников
в армяно-азербайджанском нагорно-карабахском конфликте

Резюме
В статье анализируется деятельность Минской группы ОБСЕ по урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта. Из исследования видно, что в ходе деятельности Минской группы не было достигнуто никакого прогресса в урегулировании конфликта, с другой стороны, статус-кво остался неизменным в результате неконструктивной позиции агрессора Армении, который опирался на военную и материальную мощь этих государств. Хронология событий показывает, что деятельность стран Минской группы ОБСЕ негативно сказывается на оккупации азербайджанских территорий.

Ключевые слова: Армяно-азербайджанский нагорно-карабахский конфликт, страны-посредники, Российская Федерация, Минская группа ОБСЕ, статус-кво

Adalat Mustafayev
Senior Research at the Department of
History of Karabakh, Institute of History named
after A.Bakikhanov of ANAS, PhD
The role and activities of the mediating countries in the Armenia-Azerbaijan Nagorno-Karabakh conflict
Summary
The article analyzed the activities of the OSCE Minsk Group for the settlement of the Armenian-Azerbaijani Nagorno-Karabakh conflict. It is clear from the research that, no progress has been achieved in the settlement of the conflict during the activities of the Minsk Group, on the other hand, the status quo remained unchanged as a result of the non-constructive position of the aggressor Armenia, which relied on the military and material strength of these states. The chronology of events shows that, the activity of the OSCE Minsk Group countries negatively affects the occupation of the Azerbaijani territories.

Keywords: Armenia-Azerbaijan Nagorno-Karabakh conflict, mediating states, the Russian Federation, the OSCE Minsk Group, the status quo

 

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019



Strategiya.az

Xəbərlər
06.06.2020

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 153 nəfər sağaldı, 2 nəfər öldü

06.06.2020

“Azeri Light”ın bir barrelinin qiyməti 43 dolları ötüb

06.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

06.06.2020

Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”

06.06.2020

Neftin qiyməti bahalaşır

06.06.2020

Koronavirusa yoluxma bu aylarda daha da artacaq

06.06.2020

Atəşkəs snayper tüfənglərlə 24 dəfə pozuldu

06.06.2020

Bakı küçələri boş qaldı

05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI