İstiliyin “15 noyabr” tilsimi: Binalara istilik vaxtından əvvəl veriləcəkmi? – VİDEO 

11:17 / 07.11.2019

Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi biraz tez vermək mümkün deyilmi?

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: “Hava soyuqdur, soyuq deyil onu fikirləşən yoxdur. Ona görə də ancaq noyabr ayının 15-ni gözləməliyik. 15-dən sonra istilik işə düşməlidir. Yaxşı olardı ki, istilik daha tez verilsin, çünki hava çox soyuqdur”.

Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur müsbət 10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur.

Eyyub Hüseynov – AİB sədri: “Sovet vaxtından qalmış bu adət ləğv olunmalıdır. AİB olaraq bizə gələn çoxsaylı telefon zənglərinə əsasən deyə bilərəm ki, mütləq bu sistem dəyişməlidir. Havadan asılı olaraq, istilik sistemi işə salınmalıdır. İstilik sistemindən insanlar istifadə etməlidir”.

“Azəristiliktəhcizat” ASC-nin sahə rəisi Rövşən Tağıyev deyir ki, qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Əgər havaların soyuması ilə əlaqədar əlavə sərəncam olarsa, istiliyin vaxtından tez verilməsi mümkündür.

Rövşən Tağıyev – Sahə rəisi: “Bu sovet hokumətinin vaxtından qalan 15 noyabrdan aprelin 15-dək istilik mövsümüdür. Keçən il noyabrın 12-dən başlamışıq. Aprel ayının 15-nə qədər istilik mövsümü davam edib. Yəni havalar kəskin dəyişilərsə, hansı gündən sərəncam olarsa, işə qoşmağa hazırıq”.

Builki qış mövsümündə paytaxtda 550 qazanxana və 90 istilik məntəqəsinin işlək vəziyyətdə olması planlaşdırılır.

Rövşən Tağıyev – Sahə rəisi: “Bu qazanxanalardan, istilik məntəqələrindən 3850 yaşayış binası, 290 məktəb 160 səhiyyə obyekti, 150 uşaq bağçası və 1600-ə qədər kommersiya obyekti istiliklə təmin olunacaq”.

Biləcəri qəsəbəsində əlavə qazanxananın işə düşməsi ilə 5 yaşayış binası istiliklə təmin olunacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
21.11.2019

Baş nazirdən ikili diplomla bağlı - QƏRAR

21.11.2019

Bakıda 3 nəfər dəm qazından zəhərlənib

21.11.2019

Atəşkəs 22 dəfə pozulub

21.11.2019

Bakıda sərnişin avtobusu qəzaya düşdü, 6 nəfər xəstəxanaya yerləşdirildi

21.11.2019

Noyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.11.2019

Mourinyo təyinatı haqda - "Heç vaxt bu qədər sevinməmişdim"

21.11.2019

Neft yenidən ucuzlaşıb

21.11.2019

Çavuşoğlu Avropa Parlamentinin rəhbəri ilə görüşündən sonra onu ikiüzlülükdə ittiham etdi

21.11.2019

Bakıda ağır qəza: Ölənlər var

21.11.2019

İran İsveçrə səfirinə etiraz notası təqdim edib

21.11.2019

Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə - ŞOK FAKTLAR

21.11.2019

Pəhləvi şahın ailə üzvləri İran əleyhinə təbliğata maliyyə dəstəyi göstərirlər

21.11.2019

Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür

20.11.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Fəxri adlar verildi

20.11.2019

Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım - Foto

20.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib

20.11.2019

DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

20.11.2019

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb (VİDEO)

20.11.2019

Baş Prokurorluq AQTA-nın vəzifəli şəxsləri barəsində araşdırma aparılması barədə məlumatları təkzib edib

20.11.2019

İranda ictimai-siyasi vəziyyət normal məcraya dönür

20.11.2019

Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti

20.11.2019

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

20.11.2019

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

20.11.2019

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edib

20.11.2019

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

20.11.2019

Bakıda yaşlı qadına kömək edən şəxs ondan oğurluq etdi

20.11.2019

Sabahın havası: yağış, sulu qar, qar

20.11.2019

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

20.11.2019

8-ci km bazarında REYD - Mənşəyi məlum olmayan ət aşkarlandı

20.11.2019

Nümayəndələr Palatası ABŞ hökumətinin işinin dayandırılmasının qarşısının alınması haqqında qanun layihəsini qəbul edib

20.11.2019

İrandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb

20.11.2019

Təhsil Nazirliyində yeni təyinat olub

20.11.2019

Azərbaycanın dünəni, bu günü və gələcəyi

20.11.2019

Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşlər keçirilib

20.11.2019

Bələdiyyə seçkilərini müşahidə etmək üçün 15-ə yaxın beynəlxalq təşkilata müraciət ünvanlanıb

20.11.2019

Mourinyo "Tottenhem"də - Rəsmi

20.11.2019

Şəkidə arxeoloji çöl tədqiqatlarında yeni üsullar tətbiq edilib

20.11.2019

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb

20.11.2019

Çin ABŞ Senatının qəbul etdiyi akta sərt etirazını bildirib

20.11.2019

İsrail ordusu Suriyanı vurduğunu rəsmən elan edib

20.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

20.11.2019

Tətilin SON GÜNÜ - Sabahdan məktəblərdə dərslər başlayır

20.11.2019

Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini şərtləndirir

20.11.2019

Avropa Birliyi Bosniya və Herseqovinadakı qaçqın düşərgəsini ləğv etməyi tələb edir

20.11.2019

İran hakimiyyəti ölkədə internetin bərpası vaxtını açıqladı

20.11.2019

Özbəkistan öldürülən İŞİD döyüşçülərinin ailələrini vətənə qaytarır

20.11.2019

Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək

20.11.2019

Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu

20.11.2019

Brent markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb

20.11.2019

Noyabrın 20-də xarici valyutaların manata qarşı məzənnələri