QLOBALLAŞMA VƏ KOMMUNİKASİYA   

13:49 / 10.11.2019

Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, s.e.f.d. 

 

Qloballaşma mövzusunda son dövrlərdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə müxtəlif səpkili tədqiqat əsərləri çap olunmuşdur. Bu problem üzrə ölkəmizdə nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı monoqrafiyasıdır. Bu əsərdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gedən proseslərin səciyyəsi verilmiş və ümumiyyətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğzi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti narahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük ehtiyac vardır. Xüsusən, dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dünyaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur. Yeni iqtisadi münasibətlər sisteminə sosializmdən keçən bir ölkə olaraq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf perspektivləri MDB ölkələri ilə xeyli dərəcədə oxşardır. Lakin, bununla belə, təkcə Rusiya və Azərbaycan üçün, hətta bütün keçmiş sosialist platforması üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükə törədə biləcək qlobal problemlərin birgə səylərlə öyrənilməsinə böyük ehtiyac vardır. Tanınmış Rusiya fəlsəfəçisi, professor A.N.Çumakovun “Qloballaşma. Bütöv dünyanın konturları” adlı monoqrafiyası məhz bu baxımdan böyük elmi-nəzəri və fəlsəfi dəyərə malikdir. Qloballaşma prosesinin məğzini düzgün anlamaq üçün ilk növbədə sivilizasiya və mədəniyyət (culture) anlayışlarının fərqləndirilməsi lazımdır. Belə ki, ümumplanetar miqyas kəsb edən əslində sivilizasiyadır, çünki o, öz təbiəti etibarı ilə bütün bəşəriyyətin inkişafını ifadə edən prosesdir. Mədəniyyət, xüsusən, mənəvi mədəniyyət isə müxtəlif xalqlar üçün fərqli olur. Lakin buna baxmayaraq, təəssüf ki, bir çox tədqiqatçılar qloballaşmanı məhz milli mədəniyyətləri də əhatə etdiyini göstərməyə çalışırlar. Məsələn, S.Hantinqton sivilizasiyanı dil və dinlə əlaqələndirməklə mədəniyyət və sivilizasiya arasındakı fərqi faktiki olaraq nəzərdən qaçırmış olur. Digər amerikan ideoloqu Piter L.Berqer də uyğun mövqedən çıxış edir. Təsadüfi deyildir ki, onların birgə redaktorluğu ilə nəşr olunmuş “Çoxüzlü qloballaşma. Müasir dünyada mədəni müxtəliflik” adlı kollektiv monoqrafiya da həmin ideya əsasında yazılmışdır. Burada, məsələn, mədəni qloballaşmanın hind variantından, Macarıstanda, Türkiyədə, Çində mədəni qloballaşmadan bəhs edən məqalələr toplanmışdır. Belə çıxır ki, hər bir xalq öz yolu ilə qloballaşmaya doğru gedir. Yəni, bu hadisə heç də məhz Amerikadan başlayan və bütün dünyaya transfer edilən bir proses olmayıb, bütün ölkələrin mədəniyyətlərini ehtiva edir və bu zaman hər bir xalq özü sanki qloballaşmanın bir subyekti olur. Əslində, müxtəlif  xalqların mədəniyyətləri iki kənar halda (qütb effekti) bərabərləşə bilər. Ya həddindən artıq aşağı qata, instinklər səviyyəsinə endikdə, ya da çox yüksək sənətkarlıq zirvəsində yaxınlaşmadan və eyniyyətdən danışmaq olar. Çünki insanın bir millət nümayəndəsi kimi deyil, sadəcə bioloji varlıq kimi çıxış etdiyi ibtidai hisslərin önə keçdiyi məqamlar da milli mədəniyyət ümumiyyətlə olmur. Bu səviyyədə ancaq kütləvi mədəniyyətdən danışmaq olar. Digər tərəfdən, insanın sosial varlıq kimi özünü dərkin miqyası və mərtəbəsi yüksək olduqda, o ümumbəşəri ideallara can atdıqda onun yaratdıqları da, sadəcə bir millət üçün deyil, bütün bəşəriyyət üçün olur. Və bu yüksək məqamda milli fərqlər aradan götürülür. Beləliklə, insan ən aşağı səviyyədə də, ən ali məqamda da “millətsizləşir”.

Ümumilikdə, qloballaşma və kommunikasiya mövzusundakı mövcud olan əksər ədəbiyyatların xarici dillərdə olduğunu nəzərə alsaq, metodik vəsaitin müəllimlər, tələbələr  üçün faydalı olacağına inanırıq.

1.      Qloballaşmanın kısa tarixçəsi

Qloballaşma (fr. qlobal – ümumi, lat. qlobus – kürə), əsasən yeni bir fakt deyil. Qloballaşmanın tarixi fərqli coğrafiyalarda yaşayan insan birlikləri arasındakı əlaqələrin təsis edildiyi zamana qədər uzanmaqdadır. Bununla birlikdə, bu gün sahib olduğu məna etibarilə, qloballaşmanın üç mərhələdən keçərək günümüzdəki halını aldığı deyilə bilər. Bu mərhələlər bu şəkildə sıralana bilər:              

19-cu əsrin sonlarından 1914-ə qədər olan dövr

1914-ci ildən 1945-1950-ci illərə qədər olan dövr

1945-50-ci illərdən sonrakı dövr

19-cu əsrin sonlarından 1914-cü ilə qədər keçən dövrdə, qloballaşmanın, xüsusilə iqtisadi mənada, olduqca irəli bir səviyyədə olduğu görülməkdədir. Bu dövrdə, xalqlararası ticarətin önündəki maneə və tariflər yox deyiləcək səviyyələrə qədər enmiş, qlobal bazarların inteqrasiyası dərinləşmiş, nəqliyyat xərcləri və beynəlxalq sahədə şəxslərin sərbəst dövranı önündəki məhdudiyyətlər ən aşağı səviyyələrə enmişdir. Qloballaşma lehində inkişaf edən bu hava, 1914-cü ildən 1945-1950-ci illərə qədər olan dövr içərisində isə tərsinə dönmüşdür. I Dünya Müharibəsi ilə başlayan, Böyük Böhran ilə davam edən və II Dünya Müharibəsinin bitməsi ilə sona çatan bu dövr, qloballaşma dinamiklərinin və qlobal inteqrasiya axınlarının ciddi bir şəkildə iflasa uğradığı bir dövrdür. Siyasi mənada həddindən artıq milliyyətçilik, iqtisadi mənada mühavizəkarlıq və öz-özünə kifayətlənmək növündəki meyllər bu dövrün tipik xüsusiyyətləridir.

1945-50-ci illərdən sonrakı dövrdə və xüsusilə 1980-ci ildən sonrasında isə qloballaşma böyük bir təcil qazanaraq bənzəri görülməmiş bir səviyyəyə çatmışdır. Bu vəziyyətin bir çox səbəbləri mövcuddur. İqtisadi mənada, beynəlxalq ticarət həcmi və beynəlxalq sərmayə axınlarının sürəti daha əvvəldən misli görülməmiş səviyyələrə çatmış, qlobal istehsal prosesləri böyük bir çevrilmə yaşamışdır. Digər tərəfdən, xüsusilə, II Dünya Müharibəsindən sonrakı dövrdə belə böyük bir döyüşün bir daha yaşanmamasını təmin etmək, siyasi qloballaşma sürət qazanmışdır. Ayrıca, texnoloji mənada, bu dövrdə, yer kürəsinin dərhal hər seqmentini təsiri altına alan bir ünsiyyət inqilabı yaşanmışdır. Son olaraq və xüsusilə 1980-ci illər sonrasında, qloballaşmanın ekoloji, demoqrafik və mədəni ölçüləri də dünya gündəminin ilk sıralarında iştirak etməyə başlamışdır.

Yuxarıda ifadə edildiyi üzrə, qloballaşma, çox ölçülü bir anlayış olub, bütün bu ölçülərin qarşılıqlı təsiri nəticəsində formalaşır. Bu səbəbdən, qloballaşma faktını təhlil edilərkən, bu fərqli ölçülərin nəzərə alınması mühüm əhəmiyyət kəsb etməkdədir.

İqtisadi aspekt, qloballaşmanın ən əhəmiyyətli komponentlərindən birini təşkil edir. Bu məzmunda, müasir iqtisadi qloballaşmanın xüsusilə üç alt komponenti üzərində durmaq məqsədəuyğun olacaq. Bunlardan ilki günümüzdə beynəlxalq ticarətinin özünə xas xüsusiyyətləri aiddir. Bu çərçivədə bir nümunə vermək lazım olsa, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə, dünya ümumi daxili məhsulu (ÜDM) 6 qat artmışkən, dünya ticarət əşya ixracatı 20 qat artmışdır. Müharibədən sonrakı dövrdə dünya ticarətindəki bu artımın əsas səbəblərinin başında ticarətin önündəki vergi, tarif və məhdudlaşdırmaların sürətli bir şəkildə azalması və haqqında danışılan dövrdə inkişaf etmiş ölkələrin yanında inkişaf etməkdə olan ölkələrin də dünya ticarəti içərisində əhəmiyyətli rol oynamalarına şərait yaradılması oldu. Müasir iqtisadi qloballaşmanın ikinci komponenti isə qlobal maliyyə bazarların və qlobal sərmayə axınlarının indiki vaxtda sahib olduğu unikal həcm, dərinlik və çeşitliliklə əlaqədardır. Günümüzda qlobal iqtisadiyyatının yeridilməsində, beynəlxalq bankçılık ilə beynəlxalq valyuta, tədavül böyük bir rola sahib olmaqdadır. Məsələn, indiki vaxtda, dünya çərçivəsində bir gündəlik valyuta əməliyyat həcmi 1,5 trilyon ABŞ Dollarına yaxındır. Digər tərəfdən, xüsusilə "törəmə vasitələri" olaraq xarakterizə edilən alətlər sayəsində, qlobal sahədə istifadə olunan maliyyə vasitələri son dərəcə çeşitlənmişdir. Qloballaşmanın iqtisadi ölçüsü çərçivəsində son olaraq qlobal istehsaldakı radikal çevrilməyə toxunmaq lazımdır. İndiki vaxtda, ənənəvi xalq-dövlət təməlindəki quruluşun əksinə, istehsal fəaliyyətləri qlobal çərçivədə yerinə yetirilməklə, istehsalın fərqli mərhələləri fərqli coğrafiyalarda müxtəlif cür nəticələnmişdir. Bu müddətdə, ən əhəmiyyətli vahid çoxmillətli şirkətlər olaraq ortaya çıxmaqda, bu şirkətlər portfel investisiyalarında doğrudan xarici investisiyalar, beynəlxalq mal və xidmət ticarətindən turizmə qədər bir çox iqtisadi sahədə fəaliyyət göstərməkdədirlər. Digər tərəfdən, “yeni iqtisadiyyat” və “post-sənaye istehsalı” kimi anlayışlarla da müəyyən olunmuş, günümüzdəki istehsal müddətinin ən əhəmiyyətli xüsusiyyəti, mal istehsalından çox xidmət istehsalına ağırlıq verməsi və bu beləliklə ən əhəmiyyətli istehsal faktorunun xüsusilə insan resursuna çevrilmiş olmasıdır.  

Siyasi qloballaşma, əsas etibarilə, bu gün dünyada siyasi güc, nüfuz və rəhbərlik formalarındakı struktur çevrilmələri olaraq təyin oluna bilər. İndiki vaxtda, nüfuz sahəsini bütün dünya olaraq qəbul edən “qlobal siyasət” anlayışının gedərək gücləndiyi görülməkdədir. Bu vəziyyət, ənənəvi siyasət anlayışından fərqli bir quruluşu əks etdirir, qloballaşmanın yuxarıda toxunulan çox faktorlu quruluşuna işarə etməkdədir. Başqa sözlə, “qlobal siyasət”, haqqında danışılan quruluşun dörd təməl faktoru olan xalq-dövlət, dövlət-beynəlxalq təşkilatlar, yerli rəhbərliklər və qeyri-hökumət təşkilatlarının qarşılıqlı təsirləri nəticəsində formalaşır. Milli dövlət, bu müddətdə təməl vahid kimi fəaliyyət göstərməyə davam etməkdədir, ancaq səlahiyyət və manevr sahələrində müəyyən ölçülərdə. Ədəbiyyatda, yeni quruluşu adlandırmaq üzrə “qlobal idarəçilik” (global governance) anlayışı istifadə edilməkdədir. Yuxarıda “qlobal siyasət” və “qlobal idarəçilik” adı altında ifadə edilmiş olan yeni siyasət anlayışı və quruluşunun ən əhəmiyyətli xüsusiyyətlərindən biri ənənəvi daxili və  xarici siyasət ayrı seçkiliyinin gedərək daha etibarsız bir hala gəlməsidir. Bu vəziyyət, bəlkə də açıq olaraq təhlükəsizlik sahəsində görülməkdədir. Təhlükəsizlik anlayışı, tarixi olaraq milli-dövlət təməlində təyin olunmuşdur. Ancaq, xüsusilə Soyuq Müharibədən sonrakı dövrdə, təhlükəsizlik problemlərinə milli-dövlət təməlində baxılmayacağı qısa müddətdə ortaya çıxmışdır. Bu vəziyyətin əsas səbəbləri arasında indiki vaxtda, yüksək hərbi texnologiya və nüvə silahlara sahib ölkələrin sayının sürətlə artması; terrorist fəaliyyətlərin əvvəldən olduğu kimi müəyyən bir coğrafi bölgədən qaynaqlanması qlobal müstəvidə icra edilməsi; “şəxsiyyət” probleminin təməl bir qarşıdurma səbəbi halına gəlməsi; pis idarəetmənin dövlətlərin iflasına yol açaraq qlobal təhlükəsizliyə zərər verməsi; transmilli mütəşəkkil cinayət, insan alveri, qanunsuz miqrasiya, narkotika ticarəti, çirkli pul dövriyyəsi, qeyri-qanuni pulun beynəlxalq tədavülü kimi qeyri-ənənəvi risk və təhdidlərin yayılması kimi ünsürlər sayıla bilər. Təhlükəsizlik probleminin həllinə milli-dövlət əsaslı yanaşmaların artıq etibarsız olduğu ən açıq və trajik şəkildə 11 sentyabr hadisələri ilə ortaya çıxmışdır. Dünyanın hərbi baxımdan tək super gücü olan və bənzəri olmayan yüksək təhlükəsizlik texnologiyalarına sahib olan ABŞ, öz torpaqları üzərində təşkil edilən bu terrorist fəaliyyətinə maneə ola bilməmişdir. Bu məzmunda üzərində dayanılması lazım olan digər bir xüsusi hal da qloballaşma prosesinin, xüsusilə yüksək kommunikasiya texnologiyaları vasitəsiylə, paradoksal bir şəkildə qlobal terorizmin bu cür asanlıqlar təmin etmək olduğu gerçəyidir. İndiki vaxtda terrorist qruplaşmaların meydana gəlmələri, fəaliyyətlərinin istər planlaşdırılması istərsə də icra edilmə mərhələlərində internetdən, müxtəlif kompüter sistemlərindən, multimedia cihazlarından faydalanır, beynəlxalq sahədə  daha sürətli bir şəkildə hərəkət edə bilməkdə və kütləvi qırğın silahları əldə etmə axtarışına girə bilməkdədir.   

Texnoloji-kommunikativ aspekt, müasir qloballaşmanın ən əhəmiyyətli  xüsusiyyətlərindən biri də xüsusilə son dövrdə artan  sürətlə inkişaf edən ünsiyyət inqilabına aiddir. Ədəbiyyatlarda, “üçüncü sənaye dövrü” olaraq da adlandırılan bu inqilabın xüsusiyyətləri arasında peyk texnologiyalarından faydalanılması, məlumatın saxlanması, işlənməsi və çatdırılmasında rəqəmsal mühitlərdən faydalanılması və ünsiyyət vasitələrinin istehsal və istifadə maliyyə xərclərindəki radikal eniş müşahidə olunur. Yuxarıda göstərilən məsələlərə dair bir neçə təəccüblü statistik məlumat bu şəkildədir: 1 milyon megabitlik bir məlumat, 1970-ci ildə Bostondan Los Angelesə 150 ​​min ABŞ dolları ətrafında bir xərc qarşılığında çatdırılarkən, eyni əməliyyatın bu günki xərci 12 cent ətrafındadır. New Yorkdan Londona üç dəqiqəlik bir telefon əlaqəsinin 1930-cu ildəki xərci 300 dollar idisə, bu gün 20 cent ətrafındadır. 1993-cü ildə dünya daxilində yalnız 50 internet saytı varkən, bundan yalnız səkkiz il sonra, 2001-ci ildə bu rəqəm 350 milyona çatmışdır.

Ekoloji - Demoqrafik aspekt, xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən qloballaşma ilə birlikde xatırlanan ən əhəmiyyətli mövzulardan biri halına gəlmişdir. Qlobal istiləşmə, hava çirkliliyi, nüvə və kimyəvi tullantılar, quraqlıq və sel fəlakətləri, bio-müxtəliflik və növlərin yox olması ilə bağlı problemlər, turş yağışlar, dəniz, göl və sel çirkliliyi kimi problemlər qloballaşma prosesi ilə əlaqəlidir. Bu problemlərin əsas xüsusiyyəti müəyyən bir yer və ya bölgəni maraqlandırmaqdan çox qlobal ölçüdə nəticələr doğurmalarıdır. Beləliklə, bu problemlərin həlli üçün milli-dövlət çərçivəsindən çıxaraq daha artıq bir səy lazım olmaqla, qlobal səviyyədə bir şüurlanma nəticəsində meydana gələcək bir beynəlxalq həmrəylik və əməkdaşlığa ehtiyac duyulmaqdadır. Digər tərəfdən, qloballaşmanın ətraf ölçüsü, yer kürəsinin demoqrafik vəziyyətiylə də yaxından əlaqəlidir. Dünya əhalisinin artımı, ən azından bəzi bölgələrdə, mövcud qaynaqların qıtlaşması mənasını verməkdədir. İndiki vaxtda 7 milyard ətrafında olan dünya əhalisinin 2050də 9,4 milyarda çatacağı və bu artımın  95 faizinin çoxunun inkişaf etməkdə olan ölkələrdə yaşanacağı diqqətə alındığında, regional səviyyədə başlasa da qlobal təsir yarada biləcək aclıq, qıtlıq, quraqlıq, çirklilik və köç kimi ekoloji problemlər ciddilik ifadə etməkdədir.

 Mədəni aspekt, mədəniyyəti ümumi mənada bir cəmiyyətə xas maddi və mənəvi dəyərlər bütünü olaraq alsaq, bu işin başında edilmiş olan tərif qloballaşmanın mədəniyyət üzərində əhəmiyyətli təsir doğuracağını asanlıqla söyləyə bilərik. Xüsusilə, ünsiyyət inqilabın bir nəticəsi olaraq, indiki vaxtda, bütün dünya daxilində fərdlər və cəmiyyətlər arasındakı qarşılıqlı olduqca irəli səviyyəyə çatmışdır. Bu sayədə, haqqında danışılan fərdlər və cəmiyyətlər arasında daha əvvəldən bir-birlərinə xarici gələn həyat tərzləri təməlində ortaq bir məxrəc meydana gəlməkdə, fərqli zövqlər, maraq sahələri kimi mövzularda müəyyən bir ahəng, təmin edilməkdədir. Bir mənada, qlobal bir mədəniyyət və təcrübə ortaya çıxmaqdadır.      

2.Qloballaşmada iqtisadi və milli-siyasi

amillərin vəhdəti

Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələrinin kəşfi, dünya iqtisadi bazarının formalaşması, kütləvi miqrasiyalar, beynəlxalq əlaqələrin və mübadilənin intensivləşməsi ölkələrin və millətlərin bir-birilərindən təcrid olunmuş şəkildə mövcudluğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə artır, beynəlxalq münasibətləri tənzimləyən dünya sistemləri yaradılır, qarşılıqlı mədəni təsirlər artır, böyük məsafələr asanlıqla qət edilir, zamanın gedişi sürətlənir, dünya bütöv, vahid bir tam halını almağa başlayır.

Qloballaşmanın təsiri özünü bütün sahələrdə – ticarət, idman, siyasət, dəb, ətraf mühit, musiqi, hüquq və mədəni sahələrdə büruzə verir. Sanki dünyanın bütün regionlarının taleyi qarşılıqlı asılılıq və iqtisadi, siyasi, mədəni əlaqələrin mövcud sərhədlər üzərindən qarşılıqlı nüfuzu sayəsində əvvəllər olduğundan qat-qat daha çox dərəcədə bir-biri ilə bağlıdır. Qloballaşma müasir dünyanın ən aktual məsələlərindən birinə çevrilmişdir. Bu baxımdan da onun hərtərəfli tədqiqatı çox böyük önəm daşıyır.

Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni maraqlarının qalan bütün dünya üzərində dominantlığı kimi qiymətləndirirlər. Bu dominantlıq varlı və kasıb ölkələr, regionlar arasında bərabərsizliyin davam etdirilməsi anlamına gəlir. Burada problem yalnız kəskin bərabərsizliyin davam etməsi deyil, həm də dünyanın “Koka-Kolonizasiyası”dır. Belə ki, Üçüncü Dünyanın əhalisi qlobal iqtisadiyyata standartlaşmış məhsulların passiv istehlakçıları kimi qoşulurlar. Başqa sözlə, iqtisadi qloballaşma mədəni imperializmin əsaslarına söykənir. Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətləndirirlər. Onların bir çoxu qloballaşmanı özü ilə bütün dünya əhalisinə beynəlxalq əmək bölgüsünün və bazar iqtisadiyyatının bəhrələrindən yararlanmaq imkanı gətirən kapitalizmin dünyanın hər bir küncünə və köşəsinə nüfuz etməsi kimi qiymətləndirirlər. H.Holm və G.Sorensenə görə qloballaşma sərhədlər üzərindən iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin intensivləşməsidir.

Qloballaşma kapitalist istehsal üsulunun bütün dünyanı öz sistemi çərçivəsində düzənləmə prosesi kimi də qiymətləndirilir. Kapitalist istehsalının əsas məqsədi kapital toplamaqdır. Lakin, müəyyən olunmuş sərhədlər daxilində daimi mənfəəti təmin etmək qeyri-mümkündür. Buna görə də kapitalist münasibətlərinin iştirakçıları fəaliyyətlərinin ərazi sferasını genişləndirərək yeni qazanc mənbələri axtarmaq məcburiyyətindədirlər. Məqsədi bütün dünyanı “kapitalizm bayrağı” altında birləşdirmək olan bu proses qloballaşma adını almışdır.

İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət uğrunda kəskin rəqabət, mübarizə təşkil edir. Onun əsas faktorları transmilli şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının iqtisadi və maliyyə maraqlarının milli sərhədləri aşmağa başladığı dövrdən formalaşmağa başlamışdır. XX əsrin ikinci yarısından regional transmilli şirkətlərin qlobal şirkətlərə çevrilməsi prosesi başlandı. Buna xeyli dərəcədə planetin müxtəlif hissələrini vahid informasiya və iqtisadi məkanda birləşdirən elektron rabitə vasitələri sahəsindəki inqilab təkan verdi. İqtisadi qloballaşmanın intensivləşməsi bir sıra məsələləri ortaya çıxarır. Bunların ən əsaslarından biri demokratik yolla seçilmiş hökumətlərin yurisdiksiyasından kənarda, iqtisadi gücün bəzi azsaylı əllərdə toplanması təhlükəsidir. İqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliyyət göstərirlər. Öz iqtisadi gücünə görə bir sıra transmilli şirkətlər ayrı-ayrı dövlətlərlə rəqabət aparmaq imkanına malikdirlər. Kapital investisiyası və yeni texnologiyalar üzərində nəzarət imkanları onlara hətta çox güclü dövlətlər üzərində xüsusi fəaliyyət imkanları verir. Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri gəlirin yarısı onların yerləşdiyi ölkəyə gətirilir. Transmilli şirkətlərin çoxunun məhz ABŞ ərazisində cəmlənməsi müasir dünyada ABŞ-ın mütləq ticarət üstünlüyünün əsas səbəblərindən biridir.

Bir tərəfdən dövlət (ABŞ) transmilli monopoliyaları öz ərazisindən kənarda milli maraqlarını effektiv həyata keçirmək vasitəsi kimi istifadə edir. Digər tərəfdən, bu məqsədlərin özləri monopoliyaların güclü təsiri nəticəsində dövlətlər tərəfindən hasil edilir. Onlar ilk növbədə monopoliyaların maraqlarını ifadə edirlər. ABŞ-a rəqabət qabiliyyətliliyini artırmağa yönəlmiş korporasiyaların maraqları ilə eynilə həmin rəqabət qabiliyyətliyinin möhkəmləndirilməsində maraqlı olan cəmiyyətin məqsədlərinin üst-üstə düşməsinə nail olmağa müvəffəq oldu. İkinci dünya müharibəsindən sonra ABŞ-ın tarixi uğurunun ən əsas faktorlarından biri ondan ibarətdir ki, Amerika dövləti və cəmiyyəti milli monopoliyaların və cəmiyyətin maraqları arasındakı ziddiyyəti aradan qaldıra bildi. Onlar buna öz monopoliyalarının ekspansiyasını ölkənin daxilinə yox, xaricinə yönəltməklə, onları millətüstü strukturlara və beləliklə də milli rəqabət qabiliyyətliliyinin uzunmüddətli təminatı və möhkəmləndirilməsi vasitəsinə çevirməklə nail oldular.

İstehsalın qloballaşması kampaniyalara öz fəaliyyətlərini yeni, əsasən Üçüncü Dünyanın inkişaf etməkdə olan ölkələrinə köçürməyə imkan yaradan texnologiyanın inkişafı sayəsində mümkün olmuşdur. Daşınma dövründə istehsaldakı itkilərə baxmayaraq işçi qüvvəsinin ucuzluğu bu itkiləri gərəyindən də çox kompensasiya etdi. Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə transmilli iqtisadiyyat anlayışları arasında fərq qoyulmalıdır. Beynəlxalq iqtisadiyyat müəyyən millətlərə aid institutlar və iqtisadi faktorlar tərəfindən həyata keçirilən milli iqtisadiyyatlar arasında baş verən mübadilədir. Sadə dillə desək, bir ölkədə istehsal olunan məhsulların, xidmətlərin və xammalın başqa bir ölkədə satılmasıdır. Milli iqtisadiyyatlar arasında dünya ticarətinin ekspansiyası bu prosesin əsas göstəricisidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil. Transmilli iqtisadiyyat isə beynəlxalq ticarəti də özündə birləşdirməklə yanaşı əlavə xüsusiyyətlərə malikdir. Bunlara transmilli proseslərin və institutların inkişafı aiddir. İnformasiya texnologiyası sayəsində mümkün olan bu günkü dünya maliyyə bazarının inteqrasiyası siyasi sərhədlər üzərindən bir anda presendenti olmayan miqyasda sazişləri mümkün edir. 

Yeni transmilli iqtisadiyyat çərçivəsində ayrı-ayrı millətlər yalnız ticarətdən yox, həm də kənardan olan kapital axınından çox asılı olurlar. Bunlar iqtisadi inkişafa yeni texnologiya əldə etməyə və işsizliyi minimuma endirməyə nail olmaq üçün vacib hesab olunur. 1950-ci ildən bəri beynəlxalq ticarət əhəmiyyətli dərəcədə artıb. Lakin multimilli kampaniyaların istehsalının dəyəri dünya ticarətinkini üstələyir.

 

3.      KİV və qloballaşma

 

Kommunikasiya iki və daha çox insan arasında məlumat mübadiləsidir. Kommunikasiyaların inkişaf etmiş ölkələrdə fəaliyyət və bilik sahəsi kimi əhəmiyyəti artır. Amerika və Avropa Universitetlərində ixtisas və ya kommunikasiya proqramlarına əsasən kadrlar hazırlanır.

 Ən sadə kommunikasiya modeli S-M-R-dir. Burada R ismarışı qəbul edən (R-receiver), ismarış (М -message), S ismarışı göndərən mənbədir (source). R və S bir-biri ilə əks-əlaqədədirlər.

Kommunikasiya məqsədli fəaliyyət olduğu üçün ismarışın tərkib hissələrini bilmək vacibdir. İsmarışın üç aparıcı komponenti var:

 1) İsmarışın məzmunu – ismarışın daşıdığı fikir, arqumentlər, dəlil və faktlardan.

 2) İsmarışın ötürülməsi vasitəsi (kanalı) – televiziya, şəxsi görüş, qəzet, jurnal, radio, küçə tabloları, ictimai çıxış.

Xarici kommunikasiyaların keyfiyyətlə həyata keçirilməsi üçün təşkilatın xarici mühiti, həmçinin həmin xarici mühit obyektlərinin istifadə etdikləri işarə sistemlərini yaxşı bilmək lazımdır.

 Daxili kommunikasiyalar təşkilatın sərhədləri daxilində həyata keçirilir, həm mənbə, həm qəbul edən təşkilatın daxilində yerləşir. Məşğullar üçün məlumat vərəqəsi olan korporativ qəzet, şöbə işçilərinin iclasları, korporativ radio və elan lövhələri daxili kommunikasiyaların həyata keçirilməsi vasitələridir. Optimal daxili kommunikasiyaların seçilməsi və qurulması təşkilatın xarakteri və xüsusiyyətləri – təşkilatın məqsədi, ictimai statusu, miqyası, fəaliyyət sahələri və fəaliyyətinin fərqliliyi ilə müəyyən edilir. Səmərəli daxili, həmçinin xarici kommunikasiyalar təşkilat mədəniyyətinin ən vacib elementi olmalıdır.

 İstiqamətinə görə kommunikasiyaları təşkilatın idarəetmə strukturu və ya iştirakçıların statusuna uyğun olaraq, üfüqi və şaquli kommunikasiyalara bölmək olar. Üfüqi kommunikasiyalar eyni dərəcəyə və ya eyni sosial təbəqədən olan şəxslər arasında mövcud olan kommunikasiyadır. Üfüqi kommunikasiyaların əhəmiyyəti idarəetmənin mərkəzdən uzaqlaşdırılması meyli ilə bərabər artır. Şaquli kommunikasiyalar sosial təbəqələşmənin müxtəlif – vəzifə, yaş, mülki – pillələrində duran insanlar arasında baş verən kommunikasiyadır.

 Kommunikasiyaları ismarış fikrinin hakim kodlaşdırılma meyarına görə şərti olaraq verbal (nitqli) və qeyri-verbal (nitqsiz) kommunikasiyalara bölmək olar.

Kütləvi kommunikasiya – məlumatlandırma və insanların qiymətlərinə, fikirlərinə və davranışlarına ideoloji, siyasi, iqtisadi, psixoloji və təşkilatı səviyyədən təsir edilməsi üçün ismarışların böyük pərakəndə auditoriyada (çap, radio, televiziya, kino, səs yazısı, video yazı və məlumatın başqa ötürmə kanalları vasitəsilə) sistematik yayılmasıdır.

 Kütləvi kommunikasiyalar – müasir cəmiyyətin aşağıdakı funksiyaları geniş həcmdə yerinə yetirən vacib sosial və siyasi institutudur:

 1) İdeoloji və siyasi təsir;

 2) Sosial ümumimiliyin saxlanması;

 3) Təşkilat, məlumatlandırma, maarifləndirmə və əyləndirmə.

 20-ci əsrin birinci yarısında kütləvi kommunikasiyaların yaranmasının maddi xəbərçisi irihəcmli sözlü, təsvirli və musiqili məlumatın tez ötürülməsi və kütləvi nəşrinə imkan verən texniki qurğuların yaradılması oldu.

 Kütləvi kommunikasiyalar mənbələrin institutsional xarakteri (yəni təşkilati-hüquqi özülə malikdir) və mənbələrlə auditoriyalar arasında əks-əlaqənin gecikməsi ilə seçilir.

 Kütləvi informasiya (kommunikasiya) vasitələri – sözlü, təsvirli, musiqili məlumatın cəld ötürülməsi və kütləvi nəşrinə imkan verən təşkilati-texniki komplekslərdir.

 Kütləvi informasiya vasitələrinin (KİV) ictimai fikrin yaradılmasında aparıcı rolu “dördüncü hakimiyyət” adlandırılmasında özünü göstərir. İnsan gününün, demək olar ki, ¼ hissəsini KİV-lərin təsiri altında keçirir. KİV-dən hər biri öz işarələr sisteminə malikdir. Çap və ya mətbuat yazılı söz və vizual obrazdan, radio şifahi nitq və musiqidən, televiziya şifahi sözdən, hərəkət edən təsvirdən və musiqidən istifadə edir.

 İnternet – nisbətən yeni məlumat vasitəsi olaraq, tədricən KİV əlamətlərini mənimsəyir. Bu beynəlxalq məlumat supermagistralından istifadə edənlərin sayı həndəsi silsilə ilə artır. İnternet vasitəsilə kommunikasiyalarda interaktiv rejimdə yazılı nitqdən, hipermətndən (ilkin mətnin sözlərinə əsasən rabitəli mətnlərin axtarılması), nitq səsi və musiqidən, həmçinin animasiyadan – hərəkət edən rəngli obrazlardan  istifadə edilir.

4.Kommunikasiyanın Qloballaşma Prosesində formalaşması

Kommunikasiya sahəsindəki inkişaf böyük nisbətdə texnoloji irəliləmə və inkişaflar işığında formalaşır. Bununla birlikdə, ictimai quruluşda, insan həyatında və vərdişlərində meydana gələn hadisə və irəliləyişlərin də ünsiyyət prosesinə təsirini yadırğamaq mümkün deyil. Əlaqə mühit və müddətində yaşanan inkişaflar əksəriyyətlə ünsiyyət texnologiyasındakı irəliləyişlərə paralel olaraq dəyişib inkişaf edir. İşin bu hissəsində də qloballaşma prosesində, texnoloji mənada yaşanan inkişaflar ətrafında ünsiyyət və insan həyatı üzərindəki təsirlərinə toxunulacaqdır.

Ümumi mənada, ictimai inkişafın tarixinin, texnoloji istehsal çərçivəsindən ibarət tədbirlərin strukturca müəyyən bağlı sayılması məşhur bir analiz forması olaraq varlığını davam etdirməkdədir. Necə ki, 1960-80ci illər arasında reallaşan bir sıra elmi və texnoloji yenilik, yeni bir texnoloji inqilab çağının yaşanmağa başladığını vurğularkən, bu inqilabın ictimai, iqtisadi, siyasi və mədəni sahəsinin yenidən qurulması da iddia edilməkdədir. Texnoloji proseslərin ictimai, iqtisadi, siyasi və mədəni sahəsi yenidən şəkilləndirilərkən ictimai sahə adlandırılan ən əhəmiyyətli ünsürlərdən biri olan ünsiyyət prosesi üzərində də konverter təsirlərdə olması qaçınılmazdır.

Texnoloji proseslərin ünsiyyət sahəsindəki ən əhəmiyyətli və gözə dəyən təsiri, məlumatın əldə edilməsi və çatdırılmasıdır. Yeni kommunikasiya texnologiyalarındakı inkişafları bir inqilab olaraq adlandıranlar, eyni zamanda yeni texnoloji paradiqmanın da quruculuğunu qəbul edirlər. Bu paradiqma komponentləri “Məlumat İnqilabı” ya da “İnformasiya İnqilabı” olaraq təyin olunan inkişafın maddi köklərini meydana gətirməkdədir.

Breitrose yeni rabitə texnologiyalarını (ünsiyyət texnologiyalarında yaşanan inkişafları) ünsiyyətin istiqaməti, istifadəçi və ya tamaşaçının mövqeyi baxımından ayırt edər. Bu ayrı-seçkiliyə bağlı təsbitlər bu şəkildədir:

1. İlkin texnologiyalar bəzi azlıqların əksəriyyətlə ünsiyyət qurmasına icazə verməklə, əksəriyyətin istək və bəyənmələri azlıq tərəfindən müəyyənləşdirilir. Yeni texnologiyalar isə, əksəriyyətin öz istədiyinin informasiya ilə çatdırılmasına icazə verməkdədir.

2. İlkin kommunikasiya texnologiyaları istehsalçı mərkəzlilik və eyni ünsiyyət məzmununu bütün tamaşaçılar baxımından təmin etməkdədir. Yeni kommunikasiya texnologiyaları isə, istifadəçi mərkəzlilik və kompüterin yaddaşındakı informasiyaya giriş forması çoxluq təşkil edir.

Qloballaşmanın iqtisadi (malların beynəlxalq dövranı və bölgüsünün beynəlmiləşməsi), siyasi (beynəlxalq təşkilatların qurulması) və mədəni olmaq üzrə üçə ayıran Crochet, qloballaşmanın mədəni mənada iki müxtəlif ölçü daşıdığına işarə edər. Bir yanda dünya informasiya sisteminin və informasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq məlumat və xəbər mübadilə şəbəkələrinin meydana gəlməsindən, kənar yanda isə əyləncə sektorunun qloballaşmasından danışar. Qısaca ünsiyyət texnologiyalarında yaşanan inkişaflar, insanların məlumata çatma və yayma mövzusundakı vərdişlərinə də təsir edir.

Qloballaşmanın üzərində irəlilədiyi infrastruktur olaraq məlumat, kommunikasiya texnologiyaları və telekommunikasiya imkanları, dünyanı tək bir məkana çevirdiyi eyni zamanda mədəni quruluşu da bu texnoloji imkanlar sayəsində qlobal maneələrdən  inkişafa istiqamətlənməkdədir.

Rogers də strukturu təsnifatlaşdıraraq, yeni kommunikasiya texnologiyalarının üç xüsusiyyətini vurğulayır. Bu təsnifat aşağıdakı kimidir:

1.Qarşılıqlı kommunikasiya; ünsiyyət prosesində, yaddaşın üstünlüyü qarşılıqlı təsirin varlığı lazımlıdır. Bu ənənəvi çap və elektron kütləvi informasiya vasitələrindəki tək istiqamətli funksiyası dəyişir.

2.Fərdiləşmə; böyük bir istifadəçi qrupu içində , hər fərdlə xüsusi mesaj mübadiləsi edilməsini təmin edəcək qədər fərdiləşmə ola bilər. Fərdiləşmə, ümumiyyətlə kütləvi informasiya sisteminin idarəsinin mesaj göndərəndən ünsiyyət vasitəsi istehlakçısına doğru sürüşməsi mənasını verər.

3.Zamansız başlanğıc; yeni kommunikasiya texnologiyaları fərd üçün uyğun bir zamanda mesaj göndərmə və ya alma qabiliyyətlərinə malikdir. İstifadəçi, özünə ən uyğun zamanda mesajı almağı təyin edə bilər.

Xülasəylə, yeni kommunikasiya texnologiyaları, həm istifadəçilər arasındakı, həm də istifadəçilər ilə informasiya arasındakı qarşılıqlı ünsiyyəti, aralarında olan mikroprosessorlarla təmin edən ya da inkişaf etdirən informasiya vasitələrinə verilən addır. Bütün bu inkişaf və çevrilmənin yanında ünsiyyət texnologiyasında meydana gələn və  qarşılıqlı təsiri təmin edən inkişaflar, dünyanın hər yerində universal standartda bir istehlak tələbinin zamanla ortaya çıxmasına səbəb olmaqdadır. Bu vəziyyət isə, milli gəlirin və ictimai rifahın sürətlə artırılmasını və üstəlik bunun ətraf mühitə diqqət göstərərək və beynəlxalq standartda mal və xidmət istehsal edilməsini zəruri hala gətirməkdədir. Bu tələb qarşısında ölkələrin məlumat ehtiyacı gedərək artmaqdadır. Bu inkişafların nəticəsində isə, ənənəvi sənaye çağından məlumat çağına keçid, xüsusilə inkişaf etmiş ölkələrdə böyük əhəmiyyət qazanmışdır. Yeni texnologiyaların mümkün etdiyi insan əlaqələrindəki genişləndirilməsi və inkişaf sayəsində; səyahət, maliyyə, ticarət, idman müsabiqələri, köçlər və ünsiyyət qloballaşarkən, eyni zamanda populyar musiqi və film kimi mədəniyyət sənayesi məhsulları da qlobal sahədə dövrana girmişdir. Ünsiyyətin qloballaşmasını daha çox, ünsiyyət texnologiyalarında yaşanan inkişaflara paralel olaraq qiymətləndirmək lazımdır. Bu mənada məlumata çatma və yayma nöqtəsində yaşanan genişləmə sayəsində, insanların ünsiyyət qurma formaları da dəyişikliklərə uğramışdır. Ünsiyyət texnologiyalarında yaşanan inkişaf, məlumata çatmağı asanlaşdıraraq məlumatın yayılma prosesi və ölçüsünə təcil qazandırmışdır. Bu sayədə də insan əlaqələri inkişaf edərək fərqli bir ölçü qazanmışdır.

5. Qloballaşmanın dövlət idarəetməsinə təsiri, dövlət idarəetməsində qlobal meyllər, yenidən konfiqurasiya siyasətləri

Qloballaşma dövlətin idarə olunmasında səmərəli idarəetmə quruluşu, ölkələrin tarixi keçmişlərinin yanında siyasi və iqtisadi vəziyyətləri ilə yaxından əlaqəlidir. İdarəetmə seçimlərində ölkələrin “demokratik həyatın” harasında olduqları da şübhəsiz əhəmiyyət daşımaqdadır. Şəhər dövlətindən milli-dövlətə doğru olan tarixi dəyişmə, demokratiyanın sərhədlərini və imkanlarını dərindən dəyişmişdir. Qloballaşma ilə yaranan yeni dünya nizamında milli-dövlət kimi adlanan vəziyyətə gələn milli və beynəlxalq əlaqələr, “təmsil problemi”ni müzakirə sahəsinə soxmuşdur. Bu gün dünya nizamında yeni bir quruluşlanma aktualdır. Yenidən quruluşlanmağa çalışan yeni dünya nizamı olaraq düşünülən “qloballaşma” prosesi, boynuna götürdüyü funksiyalar səbəbindən həm iqtisadi həm siyasi bir məzmun daşımaqdadır. Bu modeldə təyin olunan hədəflərə çatılmasında, bu sistemin işlədilməsi milli (daxili) faktorlar qədər beynəlxalq (xarici) faktorların da uzlaştığı bir mühit lazımlıdır. Qloballaşma, dövlət suverenliyinin artıq bölünməz olmadığını və beynəlxalq orqanlarla bölüşə biləcəyini müdafiə edir. Suverenlik anlayışı yenidən konfiqurasiya, suverenliyin tək müstəqil bir dövlətin mərkəzi nüfuza aid olduğu yanaşmasından uzaqlaşıb və monolit suverenlik anlayışı qeyd edilir. “Beynəlxalq birliyin” insan hüquqlarının qorunması üçün dövlət suverenliyini heçə sayma haqqı irəli sürülür, “yeni” suverenliyin “qlobal” və “qismən” olmaq üzrə müxtəlif səviyyələrdə və mərkəzləri təyin olunur. Suverenlik anlayışına dair yeni proqram ana suverenlik anlayışını beynəlxalq mərkəzlərə keçirib “qlobal” səviyyədə tərif edərək, dünya səviyyəsində suverenlik səlahiyyətinin icrası üçün yerli suverenliklə bərabər ehtiyac duyulası “qismən” suverenliyin qlobal suverenliyə yoldaşlıq etməsiylə nəticələnir. Suverenliyin müəyyən sərhədlərə və bölgələrə sabitlənməkdən xilas olması və zamana və məkana uyğun olaraq düşünülməsi naminə müdafiə strategiyası, suverenliyin dövlətlərdən şəhərlərə və xüsusi birliklərə doğru yayılmasını və regional, milli və yerli suverenliklərin qlobal suverenliyə tabe olunmasını tələb edir. Xalq-dövlətlərin bundan sonrakı funksiyası ancaq qlobal suverenliyin gətirdiyi əmrləri yerli bazarda həyata keçirməkdir.      Peter Evansa görə, qloballaşmanın əsası milli sərhədləri aşan əməliyyat və təşkilati əlaqələridir. Görüldüyü üzrə, informasiya texnologiyasındakı yayılma və çoxmillətli şirkətlər arasında güclü bir əlaqə var. Əlavə olaraq, bunların inkişafı qloballaşmanın üçüncü xüsusiyyətini məcburi hala gətirməkdədir. Dövlətlərin nizamsızlığı (deregulatory) rolu. Bu faktor öz içində həddindən artıq bir vəziyyəti də saxlamaqdadır. Stepen Holmesin ifadəsiylə “destatizotion” yəni dövlətsizləşmə. İyirmi əsrin demokratiyasında, bazar qərar mexanizmlərinin üzərində çox zaman müdaxiləçi rol oynayan siyasi-inzibati qərar sahələri daralacaq, milli dövlətin funksiyaları yenidən nəzərdən keçiriləcəkdir. Bu məzmunda səlahiyyətlərin bir qismi bu gün mövcud olan və yeni qurulmaqda olan və ya qurulması düşünülən beynəlxalq təşkilatlara buraxılacaq, bir qisimi isə dövrün gətirəcəyi yerli idarəetmə vahidlərinə tərk ediləcəkdir. Hər iki inkişaf da demokratiyanın yayılması və iştirakçı demokratiyanın dəstəklədiyi tətbiq konkret təşkilatlar və qaydaları tələb edir. Qloballaşma faktı ilə müzakirəyə açılan əhəmiyyətli mövzulardan biri də demokratikləşmə anlayışıdır. Qloballaşma faktının qarşıya qoyduğu demokratiya anlayışı bazar demokratiyasıdır. Əslində başqa sözlə, liberal demokratiya analyışı olub müzakirələr bu faktiki və nəzəri həqiqət üzərində yüksəlməkdədir. Dövlətin iqtisadiyyat sahəsində birbaşa istehsalçı, paylayıcı və tənzimləyici olmaqdan çıxarılması ilə dövlətin ənənəvi vəzifə sahələrinə çəkilməsinin təmin ediləcəyi deyilməkdədir. Soruşulması lazım olan sual dövlətin suverenlik haqqını kimə təhvil verdiyi, bu hakimiyyətdən necə və kimin üçün istifadə ediləcəyidir. Qloballaşma faktının rəhbərlik texnikası olan idarəçilik modelində görüldüyü kimi suverenlik səlahiyyətinin milli və beynəlxalq faktorlara dövrü və bu faktorların sərmayənin də əlavə edilməsi ilə birlikdə bilvasitə olaraq qloballaşma faktının bazar demokratiyasının nəticədə kimin işinə gəldiyini açıqca ortaya çıxarmaqdadır. Nəticədə qloballaşma ilə demokratiyaya və milli müstəqilliyə böyük bir zərbə vurulmaqdadır. Göstərilən müddətdə  beynəlxalq sərmayənin iqtidarı güclənərkən, işçilərin təşkilatları olan həmkarlar ittifaqları zəiflədilərək həyat şərtləri daha da ağırlaşdırılmaqdadır. Qloballaşma irəlilədikcə, inkişaf etməkdə olan ölkələrin inkişafı da çətinləşməkdədir. Çünki, regional inteqrasiya müqavilələrinin və çoxtərəfli müqavilələrin inkişaf etməkdə olan ölkələrə təklif etdiyi qaydalar, inkişaf siyasəti islahatlarını çətinləşdirməkdədir. Qloballaşmanın gündəmə gətirdiyi köklü dəyişikliklər səbəbiylə, beynəlxalq sistem artıq yalnız dövlətlərdən və onların arasındakı əlaqələrdən ibarət olan bir quruluş olmaqdan çıxaraq, güc və fəaliyyətləri getdikcə artmaqda olan yeni qlobal faktorları əhatə edən bir struktur vahidinə çevrilməkdədir. Yeni qlobal aktyorlar üçün də qlobal biznes, bu müəssisələrin aralarındakı qruplaşmaların, dövlətlərarası təşkilatlar və qeyri-hökumət təşkilatları kimi bəzi qeyri-hökumət vahidlərini ön plana çıxmaqdadır. Bütün bu inkişaflara qarşı bu günki dünya sisteminin hələ ən təyinedici və suveren vahid milli dövlət konsepsiyasıdır.

 

 

6.      Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və siyasəti

 

 

Azərbaycan iqtisadiyyatı dedikdə bu termin altında Azərbaycan xalqının, əhalisinin maddi rifahı, güzəranı, dövlətin gəliri, çıxarı, xariclə əlaqələri, onun gücü, əhalinin iqtisadi baxımdan təhlükəsizliyi başa düşülür. Hazırki dövrdə iqtisadiyyat dedikdə çoxları sadəcə bir şey düşünürlər: istehsal üsullarının fərqləndirilməsi xüsusiyyəti. Keçmişdə iqtisadiyyat dedikdə bu anlaşılırdı. Ancaq indi müasir dövrdür. İqtisadiyyat geniş anlayışa çevrilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı dedikdə onun xalqının maddi rifahı, ordusu, taktikası başa düşülür. Məhz bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İlk baxışda bu anlayış təkcə Azərbaycan adlanan məkanı təmsil etmir. Çox dərinə getmədən sadəcə bunu söyləyə bilərik  ki, Azərbaycan nefti 1994-cü ildə imzalanan  “Əsrin müqaviləsi”nin iştirakçısı olan ölkələrin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Odur ki, iqtisadiyyatımız ölkəmizin sütunu olmaqla yanaşı, dərindən düşündükdə, həm də  ümumilikdə, dünya iqtisadiyyatının bir hissəni təşkil edir.

Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə bölmək olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir model – Azərbaycan modeli yaranmışdır.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10 faizdən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85 faizə çatmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçımızın regionlarımızın  sosial-iqtisadi inkişafına dair  dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə bir milyondan çox iş yeri açılmışdır. Yeni iş yerlərinin açılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayını artırmış, ixracdan asılılığı azaltmışdır. Halbuki, həmin dövrdə Rusiyada işsizlik son həddə çatmışdı.

Qlobal maliyyə-iqtisadi böhranı nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir.   real artım tempi 12,8 faiz, nəqliyyatda 9,3 faiz, rabitədə 13,1 faiz, ticarətdə 9,9 faiz təşkil etmişdir.

Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır. Həmçinin ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir.

Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Son illər qeyri-neft sektorundakı artım tempi təxminən 10 dəfəyə yaxın  olub ki, bu da qeyri-neft  sektorundakı artıma görə digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur.  Bu iqtisadiyyatın dayanıqlığı baxımından olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda, ÜDM-də qeyri neft sektorunun payının 56 faizə yüksəlməsinə gətirib çıxarıb. Neft sektorundan asılılığın aradan qaldırılması baxımından bu, olduqca əhəmiyyətlidir. Bütövlükdə son 10 ili birinci və ikinci beş illiklər kimi qiymətləndirmək daha düzgün olar.

 Son illər ÜDM-də, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında qeyri-neft sektorunun payında artım var. Bu baxımdan ikinci beşillik iqtisadiyyatın şaxələnməsi ilə, eyni zamanda, qeyri-neft sektorundakı artım hesabına iqtisadi artımdakı dayanıqlalığın qorunması illəri kimi xarakterizə edilə bilər. Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.

 

 

Ədəbiyyat siyahısı

H.Ə.Əliyev ,“Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında”,Bakı-2001
R.Mehdiyev ,“Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə    xətti”, Bakı-2008.
Politologiya izahlı lüğəti-Qloballaşma,Bakı-2007
Dirçəliş-XXI əsr.,Bakı -2000
Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və siyasəti Xalq qəzeti
http://www.xalqqazeti.com/az/news/economy/41038
Sivil İnkişaf  Mərkəzi ,“Qloballaşmaya doğru”(məqalələr toplusu), Bakı-  2006
https://www.e-gov.az/Upload/MeqaleFiles/165.docx
http://informasiya.org/?p=1204
Fərat Bayar, “Küreselleşme kavramı və küreselleşme süresinde”, Türkiyə
Holm H., Sorencen G. Whose world order: Uneven globalization and the end of the Cold War. – Boulder: Westiview Press, 1995, p.1
Практика глобализации: игры и правила новой эпохи. Под редакцией Делягина М.Г. – Москва: Инфра, 2000, стр. 138-139
Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998
Dunning C.H. The Globalization of Business. –London: Routledge
 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
07.12.2019

Bir gündə 33 şübhəli şəxs saxlanılıb

07.12.2019

Qaşıq, çəngəl, bıçaq dəstində narkotik keçirmək istədi

07.12.2019

“Hər hansı dəyişiklik yoxdur” - Xəzər TV-dən rəsmi açıqlama

07.12.2019

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib

07.12.2019

Magistraturaya qəbul olunacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

07.12.2019

Avtobus sürücüsü saxlanıldı

07.12.2019

Şahin Mustafayev sədr təyin edilib

07.12.2019

Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu TARİXDƏN başlayacaq

07.12.2019

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib

07.12.2019

MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası başlayıb

07.12.2019

Azərbaycana qışın gəlmə vaxtı açıqlandı

07.12.2019

Bakının bu rayonunda su olmayacaq

07.12.2019

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

07.12.2019

Azərbaycanın Bakı Dövlət Universiteti kimi elm məbədi var - MÜSAHİBƏ

07.12.2019

Rob Sobhani: Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək

07.12.2019

Səudiyyəli əsgər ABŞ bazasına hücum etdi: Ölənlər var

07.12.2019

Neftin qiyməti bahalaşır

07.12.2019

Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı

07.12.2019

Boliviyanın keçmiş prezidenti Kubaya getdi

07.12.2019

Avstriyalı diplomat BMT İnsan Haqları Şurasının rəhbəri təyin edilib

07.12.2019

AQTİ mütəxəssisi toksiki zəhərlənməyə aydınlıq gətirdi

07.12.2019

Trampdan Dünya Bankına çağırış: Çinə kredit ayırmayın, onların pulu çatmasa, özləri yaradacaqlar

07.12.2019

“Real Madrid”in prezidenti Avropa Superliqası keçirməyi təklif edib

07.12.2019

Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07.12.2019

Ağ Ev Trampın impiçmenti ilə bağlı dinləmələri boykot edir

07.12.2019

Boris Consonun “gizli” planı ifşa olundu

07.12.2019

Dünyanın ən qədim qəzetlərinin TOP 10-luğu

07.12.2019

Atəşkəs 24 dəfə pozulub

07.12.2019

Mərkəzi Bank 150 milyon manat cəlb edir

07.12.2019

Gülnarə Kərimovanın cinayət işi ilə bağlı istintaq başa çatdı

07.12.2019

Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar

07.12.2019

Zelenski Putinlə görüşdə nədən qorxduğunu boynuna aldı

07.12.2019

Dekabrın 9-na dolların rəsmi məzənnəsi

07.12.2019

Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub

07.12.2019

Şeydayevə şans verilmədi

07.12.2019

ABŞ düşmənlərinə qarşı “Qızıl Orda”nı işə salacaq

07.12.2019

Qırğızıstanın sabiq baş nazirlərinə hökm oxunub

07.12.2019

Bakıda bu işçilərin maaşları artıb

06.12.2019

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06.12.2019

Ərdoğan dördtərəfli zirvədə: Siz bu haqqı haradan almısınız?

06.12.2019

Angela Merkel: Nasistlərin törətdikləri cinayətlərə görə xəcalət çəkirəm

06.12.2019

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06.12.2019

Putinlə Zelenskinin təkbətək görüşü baş tutacaq

06.12.2019

Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN

06.12.2019

İstirahət günlərində gözlənilən hava proqnozu

06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi

06.12.2019

Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır

06.12.2019

NATO-nun ən güclü orduları açıqlandı - SİYAHI

06.12.2019

Artıq “Apple” dünyanın ən dəyərli şirkəti deyil

06.12.2019

"Fitch": Rubl və lirə dollara nisbətdə ucuzlaşacaq - PROQNOZ