Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetinin fəxri professoru seçilib

15:24 / 12.11.2019

Strategiya.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Kaspi qəzeti və təhsil şirkətinin, Əl-Xarəzmi adına Urgənc Dövlət Universsitetinin birgə layihəsi ilə sözügedən Universitetdə “Azərbaycan və Özbəkistanın ədəbi əlaqələri: Hüseyn Cavid və Çolpan-dünya dramaturgiyasının zirvəsi” adlı beynəlxalq konfrans keçirilib. Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan və Özbəkistanın alimləri, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib. Əvvəl Universitetin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Universitetin prorektoru, professor Dilşod Qaipov konfransı açaraq ölkələrimiz arasında ta qədimdən olan dostluq əlaqələrindən danışıb, bildirib ki, indiki dövrdə də bütün istiqamətlərdə o cümlədən ədəb, mədəni-humnitar sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetində iki ölkə arasında ədəbi əlaqələrə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, ötən əsrin əvvəllərində Azərbaycan maarifçilərinin, ziyalılarının Orta Asiyaya gəlişi, insanların maariflənməsində yaxından iştirakı, tarixən şair və yazıçılarımız arasında olan yaradıcılıq əlaqələri haqqında söhbət açıb. Konfransın dahi dramaturqlarımız Hüseyn Cavid və Abdulhəmid Çolpan yaradıcılığına həsr edildiyini təsadüfi olmadığını, hər iki şəxsin Azərbaycan və özbək xalqlarının azadlığı, maariflənməsi üçün mücadilə etdiklərini və bu yolda öz canlarını fəda edərək, represiya qurbanları olduğunu bildirib. Dövlətlərimizin bu azadlıq carçılarının əziz xatirəsini əbədiləşdirildiyini qeyd edən Samir Abbasov bu gün Hüseyn Cavid və Abdulhəmid Çolpan xatirəsinə ən böyük hədiyyənin müstəqil dövlətlərimiz və xalqımızın azadlığı qovuşması olduğunu söyləyib. “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Özbəkistanın Xarəzm vilayətində iki ölkə arasında ədəbi əlaqələrə işıq salan konfransın əhəmiyyətini qeyd edərək, millətimizin azadlığı və hürriyəti üçün öz canlarından keçən xalqımızın böyük oğulları, dramaturqlarımız Cavid və Çolpan yaradıcılığından danışıb. Cavid yaradıcılığının yalnız Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının dramaturgiyasının zirvəsi olduğunu qeyd edən Sona Vəliyeva özbək xalqının, türk dünyasının yenilməz sərkərdəsi Əmir Teymur haqqında yaratdığı əsərlə Hüseyn Cavidin öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdırdığını qeyd edib. Dramaturqun yaradıcılığına ən böyük töhvənin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən alim 1982-ci ildə məhz, ümummilli liderin rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğulduğu Naxçıvan torpağına gətirilərək dəfn edildiyini vurğulayıb. Azərbaycanlı alim, akademik Kamran Əliyev, Ədəbiyyat qəzetinib baş redaktoru Azər Turan, Özbək alim və tərcüməçi Babaxan Şərif ədəbi əlaqələrimiz, alim, şair və yazıçılarımızın dostluğu barədə məruzə ediblər. Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Tərəflər elm, təhsil, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Universitetdə Azərbaycan dili Mərkəzinin və fondunun yaradılmasına dair razılıq əldə ediblər. Tədbir çərçivəsində iki ölkə arasında ədəbi əlaqələr sahəsində təşəbbüskarlıq və xidmətlərinə görə azərbaycanlı alim Sona Vəliyevaya Urgənc Dövlət Universitetinin fəxri professoru seçildiyi elan edilib və bununla bağlı sənədi ona təqdim edilib. Sonra Dilşod Qaipov Sona Vəliyevanın universitetin fəxri professoru seçildiyini elan edib və bununla bağlı sənədi ona təqdim edib. Tədbirdə Universitetin tələbələri Hüseyn Cavid və Çolpanın şeirlərini, Azərbaycanlı şairə Sona Vəliyevanın Özbək dilinə tərcümə edilmiş şeirlərini səsləndiriblər. Qeyd edək ki, konfransdan sonra Universitetin foyesində təşkil olunan sərgidə nümayiş etdirilən kitablar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Urgənc Dövlət Universsitetinə hədiyyə olunub.
 

 
 
 
 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
15.12.2019

Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir

15.12.2019

Cahana sığmayan mütəfəkkirin 650 illiyi

15.12.2019

Elçin Əhmədov: Xocalı soyqırımını yada salmayan bəzi dirələr “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər

15.12.2019

Sabah Bakıda hava dumanlı olacaq, şimal və qərb rayonlarına yağış yağacaq

15.12.2019

Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu

15.12.2019

Bələdiyyə seçkiləri ilə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır

15.12.2019

Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq

15.12.2019

Finlandiyalı nazir “İnstagram” paylaşımına görə üzr istədi

15.12.2019

Klublararası dünya çempionatında yarımfinalçılar bəlli oldu

15.12.2019

“Boko Haram” Nigeriyada bir şəhərə hücum edərək 15 nəfəri öldürüb

15.12.2019

Cəbhədə atəşkəs yenə pozuldu - 21 dəfə

15.12.2019

ABŞ Əfqanıstandan ordusunun bir hissəsini çıxarmağa hazırlaşır

15.12.2019

Çavuşoğlu: “S-400”dən imtina etmirik, “Patriot” da ala bilərik

15.12.2019

Bakıda və Gəncədə kafelər yandı

15.12.2019

ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

15.12.2019

Bakıda 12 min manatlıq saat oğurlandı

15.12.2019

“Barselona” xal itirdiyi matçdakı hakimlikdən şikayət edəcək

15.12.2019

ABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edir

15.12.2019

Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi

15.12.2019

ABŞ İranla “pis” sazişə alternativ təklif etdi

15.12.2019

Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı 

15.12.2019

FHN: 3-cü mikrorayon bazarında 280 kv.m sahə yanıb

14.12.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

14.12.2019

Pompeodan İraqla bağlı Tehrana sərt - XƏBƏRDARLIQ

14.12.2019

Türkiyə hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib

14.12.2019

Xətaidə evlərdən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

14.12.2019

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb

14.12.2019

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirləri gücləndirilməlidir - FHN

14.12.2019

Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub

14.12.2019

Sabah hava yağmursuz keçəcək

14.12.2019

Marşrut avtobusunun qəzaya uğraması barədə RƏSMİ

14.12.2019

Bakıda amansız qətlin təfərrüatı: Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi

14.12.2019

Morales Argentinada yaşayacaq

14.12.2019

Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi

14.12.2019

Neftin qiyməti bahalaşır

14.12.2019

Əmrə Can “Yuventus”dan PSJ-yə keçir

14.12.2019

Aqrar Sığorta Fonduna 2020-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayrılacaq

14.12.2019

Bakıda dəhşət: Ana və qızı yaşadıqları evdə qəddarcasına qətlə yetirildi

14.12.2019

Rus kosmonavtlar Aya çəkisinə görə göndəriləcək

14.12.2019

Trampın müşaviri Çinlə imzalanacaq ticarət sazişinin detallarını açıqlayıb

14.12.2019

Prezident İlham Əliyev Boris Consonu təbrik edib 

14.12.2019

“YouTube” son on ilin ən məşhur kliplərinin reytinqini tərtib etdi

14.12.2019

Bu mallar idxal gömrük rüsumundan azad edilib

14.12.2019

İsveçin Baş naziri Aİ ölkələrini Brexitə hazır olmağa çağırıb

14.12.2019

Atəşkəs rejimi 20 dəfə pozulub

14.12.2019

Son 10 ilin ən maraqlı kəşfləri

14.12.2019

Trampın telefon danışıqlarını dinləməyə icazəsi olanların sayı məhdudlaşdırıldı

14.12.2019

Britaniyanın İcmalar Palatası "Brexit"in müzakirəsinə başlayır

14.12.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib

14.12.2019

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb