Əli Kərimli və radikal ətrafı bəraət axtarışında

11:04 / 17.11.2019

Əli Həsənov

Tarix elmləri doktoru, professor

Bu günlər dövlətin yeni iqtisadi–siyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq əsasən Əli Kərimli və radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik.
Belə ifrat inkarçı mövqenin səbəbləri nədir?
Birincisi, Azərbaycan iqtidarının sosial təşəbbüslərinin uğuru radikal müxalifətin məhdud sosial bazasını daha çox tükəndirir. Bu özünü 19 oktyabr aksiyasındakı biabırçı fiasko və noyabrın 2-ə təyin etdikləri aksiyanı təxirə salma məcburiyyətləri ilə təsdiqlənir.
İkincisi, bəlli olur ki, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Onların Facebook səhifəsində bəyənmələrin, paylaşımların statistikasında azalma templəri güclənib. Xatırladaq ki, Facebook sosial şəbəkəsi administrasiyası bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. Bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Diqqətli oxucu bu iki hadisə arasında paralel apararaq asanlıqla Əli Kərimli, Cəmil Həsənli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkilərinin Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsi olduğunu anlaya bilir.
Üçüncüsü, uzun illər özünün milli qüvvə kimi təqdim edənlərin Bako Saakyan, Masis Mailyan kimi işğalçı xunta rəhbərləri ilə eyni lojaları, Azərbaycana və Türkiyəyə münasibətdə həm də eyni ədavəti bölüşməsi bu yaxınlarda ABŞ-da keçirən dinləmələrdə bir daha faş oldu.
Dördüncüsü, Almaniyada aparılan hüquqi araşdırmalar radikal müxalifətin trafikinq-insan alveri biznesində iştirakına dair hər gün yeni faktlar aşkara çıxarır. Almaniyadakı araşdırmaların ardınca Fransa və digər Avropa ölkələrində də araşdırmalar aparıldığın haqda informasiyalar verilməkdədir. İlkin açıqlanmış araşdırmalar Müsavatı silkələdiyi kimi, araşdırmaların davamı Əli Kərimli və radikal antimilli ətrafını bəri başdan təhdid etməkdədir. Axı, Müsavatın AKM uzantısının bu biznesdə əsas rəqibi “Milli şura”nın Avropadakı müxtəlif strukturlarıdır.
Beşincisi, bu qruplaşma son zamanlar yalnız ailə-məişət qalmaqalları, qadınlara qarşı zorakılıq aktları ilə gündəmə gəlir; cəmiyyətə hər hansı yenilik, siyasi və ya şəxsi əxlaq nümunəsi təqdim etməyə qabil olmadığını sübut edib və s.
Beləliklə, iqtidarın uğurlu daxili siyasəti radikalları dəstəkləyə biləcək məhdud elektoratın daha çox əriməsinə səbəb olur; Facebook, Youtube kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli və “Milli şura”dakı digər radikalların ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlərin birdən birə iki-üç dəfə azalması ilə nəticələnir- bu həm də o deməkdir ki, Əli Kərimli və radikal antimilli ətrafının sosial şəbəkə üzərindən inqilab etmək arzusu da puç olub; iqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur.Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar radikal müxalifətə Qərbdə guya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli oldu ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir.
Belə hərtərəfli ifşa, dibə vurmadan sonra Əli Kərimli və radikal antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media və İT ekspertlərinin açıqladığı faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq, özünə barmaqdan elektorat sorub çıxarma cəhdlərinə son qoymalı idilər. Antimilli qüvvələrin əlində alətə çevrildiklərini; müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını; minlərlə soydaşımızı “liberal cənnət” vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Bunun əvəzində nə görürük?
Müşahidə etdiyimiz odur ki, Əli Kərimli çevrəsindəki yaxın “silahdaşlarına” maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, dövlət rəhbərliyinə qarşı kin- küdurət qusmaq tapşırığı verib. Bu işdə “Əli Kərimli TV” kimi rebrendinqə getməyi nədənsə xeyli ləngidən Sevinc Osmanqızı, Nəcəf Nəcəfovun “Azadlıq” brendini gözdən salıb Nikol Paşinyanın “Haykakan jamanak(”Erməni saatı”) qəzetinin adından ucuz plagiat yolu ilə anti-Azərbaycan “Azərbaycan saatı” yaratmış Qənimət Zahidov və əli gah ifşa olunmuş korrupsionerlərin cibindən, gah otel odalarından, gah da ayətullahların risalələrindən çıxan Natiq Adilov xüsusi canfəşanlıq edirlər.
İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma əxlaqsızlıqla bir arada yaşamaq çox çətindir. “Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon“-Sevinc Osmanqızı belə deyir. Bu nə məntiqdir, bu nə “siyasi şəffaflıq” nümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi də aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?
Əxlaqsızlığa “şəxsi həyatımdır” deyib haqq qazandırmaqdırmı sağlam cəmiyyət uğrunda, izzəti-nəfs uğrunda mübarizə? Siyasi islam liderlərini sitatlarını tutuquşu kimi təkrarlamaqdırmı liberal Qərb dəyərləri uğrunda mübarizə? Ən korrupsiyaya bulaşmış ünvanlardan “gecə növbəsi” işi adıyla aylıq almaq, susmaq- yazmamaq müqabilində ianə qoparmaq üçün saatlarla qapıları pusmaqdırmı cəmiyyəti sağlamlaşdırma? Cibindən asılı olduğun qaranlıq dairələrin sifarişi ilə siyasi opponent bildiyin komandanın ayrı-ayrı fərdlərinə qarşı qara PR aparmaqdırmı urvatlı-sanbalı mübarizə? Cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməkdirmi siyasi mübarizə? Satqınlığı tərəfdarlarına nümunə kimi təqdim etməkdirmi müxalifətçilik?
Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri də klaviatura qəhrəmanlarının heç bir siyasi sanbalı, çəkisi olmadığının növbəti nümayişi olacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
13.12.2019

Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində

13.12.2019

Honkonq polisi kütləvi aksiyalara görə mükafatlandırıldı

13.12.2019

Şəmkirdə qadını qatar vurub öldürdü

13.12.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 70 dolları ötüb

13.12.2019

Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

13.12.2019

Avtomobildə at əti daşıyan şəxs saxlanılıb

13.12.2019

İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib

13.12.2019

XİN: Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək

13.12.2019

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi

13.12.2019

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

13.12.2019

İtaliya ənənəvi espresso qəhvəsini UNESKO-nun mədəni irs siyahısına daxil etməyə hazırlaşır

13.12.2019

Cəbhədə atəşkəs pozuldu - 23 dəfə

13.12.2019

Dekabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.12.2019

Böyük Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlanıb

13.12.2019

Pentaqon yerüstü ballistik raketini sınaqdan keçirib

13.12.2019

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

13.12.2019

Dünya bazarlarında neft bahalaşıb

13.12.2019

Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil"

13.12.2019

Bu gün başa çatır

13.12.2019

UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13.12.2019

Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO

13.12.2019

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13.12.2019

"Qarabağ" “Düdelanj” ilə heç-heçə edib

12.12.2019

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

12.12.2019

Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.12.2019

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

12.12.2019

BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib

12.12.2019

Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb

12.12.2019

Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO

12.12.2019

“Tramp Lavrovu qəbul etdi, amma...” – Peskovdan kritik açıqlama

12.12.2019

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

12.12.2019

Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

12.12.2019

Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək

12.12.2019

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

12.12.2019

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

12.12.2019

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək

12.12.2019

İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

12.12.2019

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

12.12.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12.12.2019

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12.12.2019

“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin”

12.12.2019

SUMQAYIT ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ - FOTOLAR

12.12.2019

Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTOLAR

12.12.2019

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

12.12.2019

Sabahın havası: 3 dərəcə şaxta olacaq

12.12.2019

Ötən gün axtarışda olan 31 nəfər saxlanılıb

12.12.2019

PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

12.12.2019

Azərbaycan Prezidentinin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib

12.12.2019

ABŞ-ın neft ehtiyatları 448 milyon barrelə çatır

12.12.2019

Bu rayonlar üzrə pensiya təyinatı ilə qaydalar dəyişir