Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar

09:29 / 22.11.2019

Özbəkistan tarixçisi Şuhrat Barlasın "Daşnaklar Fərqanədən Qarabağa qədər» kitabı təqdim olundu
 
«Bolşeviklərin terroru nəticəsində Türküstanda milyonlarla insan qətlə yetirilib. Həmin qırğınlarda erməni daşnakların rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi əsl terror, etnik təmizləmə və soyqırımıdır».«Kaspi» qəzeti, "Kaspi” Təhsil Mərkəzi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistan tarixçisi, publisist və ictimai xadim Şuhrat Salamovun (Barlas) «Daşnaklar Fərqanədən Qarabağa qədər» kitabının təqdimatında səslənən bu fikirlər erməni daşnaklarının həyata keçirdiyi soyqırımının tarixi faktlarla sübuta yetirildiyini bir daha diqqətə çatdırdı.
Tanınmış alimlər, ictimaiyyət nümayəndələri və jurnalistlərin qatıldığı tədbirdə təqdim olunan kitab, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü, ailəsi 1937-ci ildə Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyi ilə işıq üzü görüb.
Qeyd edək ki, yeni nəşr əvvəlki nəşrlərdən siyasi-hüquqi problemləri və tarixi faktları daha əhatəli çatdırması ilə fərqlənir.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Ümid Rəhimoğlu qeyd etdi ki, əslində «Daşnaklar Fərqanədən Qarabağadək» ensiklopedik məlumat kitabıdır: "Qafqazlardan Orta Asiyaya qədər erməni vandalizminin nişanələri bu kitabda öz əksini tapıb. Onların törətdiyi qanlı hadisələrin nümunələri kitabda əhatəli yer alıb”. Ü.Rəhimoğlu qeyd etdi ki, kitabın müəllifi Şuhrat Barlas demək olar ki, Azərbaycanda hər kəsə tanışdır: "Müəllif bu kitabı ərsəyə gətirmək üçün arxivlərdə çalışıb. 300-ə yaxın mənbədən istifadə edib. Bu da kitabın sanballılığını artırır. «Daşnaklar Fərqanədən Qarabağadək» kitabı dərin tədqiqat işidir”.
"Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qeyd etdi ki, erməni daşnaklarının törətdiyi faciənin Özbəkistanda və ya Azərbaycanda baş verməsinin fərqi yoxdur: "Bu, kökü, soyu, ruhu, inancı bir olan millətin başına gətirilən faciədir. Ona görə, "bizim faciəmiz” deyə müraciət edirəm”. S.Vəliyeva qeyd etdi ki, "Bu qırğınlar bizə qarşı niyə törədilib?” sualı kitabdan haqlı olaraq keçir. Belə ki, müəllif bu suala cavab axtarır və özü də cavab verir: "Çünki böyük bir xalq və böyük bir ruhun daşıyıcısı olduğumuz, tarixə böyük bir mədəniyyət bəxş etdiyimiz, dünyanın ən sayılıb-seçilən xalqı olduğumuz, bəşər mədəniyyətinə verdiyimiz töhfələrin say və miqyas etibarı ilə zənginliyi üçün bizi gözü götürməyənlər var. Biz, inanclarımızın bir olduğu, tarixə böyük dühalar bəxş edən iki xalqıq. Bəşəriyyət tarixində bir də belə böyük xalq kimi təqdim olunmayaq, bizim analar bir də belə böyük oğullar dünyaya gətirməsin deyə, bu qırğınları törətdilər. Ancaq biz ulu Dədə Qorqudun dediyi kimi, artacağıq, yaşayacağıq, minlərlə belə övladlar dünyaya bəxş edəcəyik”. S.Vəliyeva qeyd etdi ki, Fərqanədən başlayan və Özbəkistanın müxtəlif yerlərində olan o hadisələrdə qətlə yetirilən minlərlə insanlar, sonda onların izlərinin itirilməsi üçün vəhşiliklə yandırılması dəhşətli hadisələrdir. Zaman təkrarlanır. Orda basdırılanlar sanki Qubada zühur edib. Özbəkistanın həmin hissələri qazılsa, kütləvi məzarlıqlara rast gələcəyik. Dünyanın o böyük dövlətləri sanki kardır, kordur, bu hadisələri görməzdən gəlirlər. Bu faciələr sonradan Qarabağda, Xocalıda törədilib. Bunlar yaxın bir dövrün hadisələridir. Ancaq dünya bu cür hadisələrə susur. Amma bu gün bizim başımıza gələn o hadisələr sanki onların özünə qayıdır. Ermənilər törədikləri qətliamlara görə, tarix qarşısında cavab verməli olacaqlar”.
S.Vəliyeva tövsiyə etdi ki, bu kitabın tirajını artırıb bütün ali məktəblərə yaymaq lazımdır: "Bizim” düşüncəsindən çıxış edərək başımıza gələn faciələri yetişən gəncliyimiz öyrənməlidir. Ona görə bilməlidir ki,  bu faciələr bir də təkrarlanmasın. Bu tarixi böyüyən gəncliyimiz yaxşı öyrənməlidir. İstərdim ki, bütün universitetlərdə bu kitabın təqdimatı keçirilsin. Çünki bu, bütövlükdə türk dünyasına qarşı yönəlmiş bir faciədir. Özbəkistanda da, Qarabağda da baş verən faciələr bizimdir. Orda qətlə yetirilən o körpələr, günahsız insanlar, eləcə də burda baş verən oxşar faciələr də bizimdir. Başımıza gələn faciələrin arxasında həmişə böyük qüvvələr durur. Ona görə, düşünürəm ki, faciələr unudulmamalı, onları törədənlərə qarşı qınaq və məhkəmə tələbimiz olmalıdır. Onlar tarix və o günahsız insanların ruhu qarşısında cavab verəmlidirlər”.
S.Vəliyeva kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürünü bildirdi: "Bu kitabın ərsəyə gəlməsində Kökü Naxçıvana bağlı, Özbəkistanda doğulmuş, ancaq Qazaxıstana sürgün olunmuş ailənin övladı olan və hazırda orada yaşayan Mehdi bəyi xatırlamaq istəyirəm. O, kitabın 18 min tirajla işıq üzü görməsinin maddi dəstəkçisidir. Biz bu cür Azərbaycan oğlu ilə qürur duyuruq”.
Daşkənddəki Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov qeyd etdi ki, xalqımızın başına gələn faciələri, soyqırımı dünya xalqlarına çatdırmaq üçün bu kitab gözəl mənbədir: «Artıq bir neçə ildir ki, Şuhrat Salamovla birlikdə çalışırıq. Əsas odur ki, o, özündən sonra bir nəsil yetişdirib. Müəllifin bu tədqiqat işinin əsas məğzi odur ki, ilk dəfə olaraq daşnakların Qafqazlarda həyata keçirdiyi soyqırımı siyasəti tarixi faktlara əsaslanaraq açılıb. Özbəkistan Sovet Ensiklopediyasında daşnakların aqressiyaları nəticəsində 500 insanın öldürüldüyü göstərilir. Ancaq Şuhrat Salamovun faktları əsasında artıq 700 minə yaxın insanın qətlə yetirildiyi faktlarla qeyd olunub”. S.Abbasov qeyd etdi ki, 1918-ci ildə baş verən hadisələr Türküstandan başlayaraq mart soyqırımı kimi Bakı qəzasında, Şamaxıda paralel olaraq xalqımıza qarşı törədilmiş cinayətdir: "Bu hadisələrin analizini verən Şuhrat bəy  Türküstan, Azərbaycan, müsəlman və türkdilli ölkələrin daşnakların bu cinayətlərinə məruz qaldığı qənaətinə gəlib: "Müəllif bizim milli etnik kökümüzün bir olmasını əsas göstərir. Müəllif xüsusilə ermənilərin cinayətlərini, terrorist fəaliyyətlərini geniş işıqlandırıb və «Gülüstan» sülh müqaviləsindən sonra Qafqaza, xüsusən ermənilərin Azərbaycana, habelə 300 min erməninin Avropaya köçürülməsini tarixi faktlarla sübut edib. Ermənilərin iddia etdiyi kimi bunun soyqırımı olmadığını, sadəcə onların köç etdiyini sübut edib».
Nəşrin məsul redaktoru, professor Oleq Kuznetsov müəllifin həqiqətən ortaya sanballı tədqiqat əsəri qoyduğunu qeyd etdi: "Aydın məsələdir ki, ermənilər şərəfsiz adamların əlləri ilə özlərinin Orta Asiyada müsəlmanlara qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. O baxımdan, özbək alim Şöhrət Barlasın yazdığı bu kitab çox önəmlidir .Bu tədqiqatlarına görə, Şuhrat Barlas təzyiqlərə məruz qaldı. Eyni vəziyyəti mən də Moskvada yaşamışam”. O.Kuznetsov qeyd etdi ki, kitabda müxtəlif mənbələrə istinad olunub. Kitab ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlərin ifşa olunması baxımından böyük əhəmiyyət daşıyır. Daşnakların Özbəkistan xalqının taleyindəki mənfi izini görmək, daha sonra Qarabağda törədilən hadisələrin də bunun davamı olduğunu bilmək üçün bu kitab sanballı mənbədir”.
Yazıçı-publisist Yunus Oğuz qeyd etdi ki, kitabda əks olunan faciə təkcə XX əsrin əvvəllərindən türklərə qarşı başlayan faciə deyil. Bu ta İslam dövründən başlayan faciələrdir: «Hesab edirəm ki, bu kitabın dünyada tanınmasına ehtiyac var. Qoy bu kitab dünyaya ibrət olsun. Tarix həm də ibrətdir».
Kitabın müəllifi Şuhrat Barlas «Bu qədər həyəcanı başqa yerdə yaşamamışam» deyə ürək sözlərini dilə gətirdi: «Mən burda dostlarımın əhatəsindəyəm. Biz qardaşıq, həmişə Azərbaycanın yanındayıq. Kitabın ərsəyə gəlməsinə görə mənə dəstək olanların hamısına təşəkkürümü bildirirəm”.
Tədbirdə kitab əsasında çəkilən sənədli film də ilk dəfə nümayiş olundu.
 
Təranə Məhərrəmova

kaspi.az


Etiket:

Strategiya.az

Xəbərlər
13.12.2019

Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində

13.12.2019

Honkonq polisi kütləvi aksiyalara görə mükafatlandırıldı

13.12.2019

Şəmkirdə qadını qatar vurub öldürdü

13.12.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 70 dolları ötüb

13.12.2019

Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

13.12.2019

Avtomobildə at əti daşıyan şəxs saxlanılıb

13.12.2019

İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib

13.12.2019

XİN: Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək

13.12.2019

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi

13.12.2019

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

13.12.2019

İtaliya ənənəvi espresso qəhvəsini UNESKO-nun mədəni irs siyahısına daxil etməyə hazırlaşır

13.12.2019

Cəbhədə atəşkəs pozuldu - 23 dəfə

13.12.2019

Dekabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.12.2019

Böyük Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlanıb

13.12.2019

Pentaqon yerüstü ballistik raketini sınaqdan keçirib

13.12.2019

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

13.12.2019

Dünya bazarlarında neft bahalaşıb

13.12.2019

Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil"

13.12.2019

Bu gün başa çatır

13.12.2019

UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13.12.2019

Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO

13.12.2019

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13.12.2019

"Qarabağ" “Düdelanj” ilə heç-heçə edib

12.12.2019

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

12.12.2019

Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.12.2019

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

12.12.2019

BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib

12.12.2019

Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb

12.12.2019

Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO

12.12.2019

“Tramp Lavrovu qəbul etdi, amma...” – Peskovdan kritik açıqlama

12.12.2019

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

12.12.2019

Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

12.12.2019

Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək

12.12.2019

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

12.12.2019

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

12.12.2019

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək

12.12.2019

İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

12.12.2019

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

12.12.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12.12.2019

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12.12.2019

“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin”

12.12.2019

SUMQAYIT ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ - FOTOLAR

12.12.2019

Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTOLAR

12.12.2019

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

12.12.2019

Sabahın havası: 3 dərəcə şaxta olacaq

12.12.2019

Ötən gün axtarışda olan 31 nəfər saxlanılıb

12.12.2019

PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

12.12.2019

Azərbaycan Prezidentinin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib

12.12.2019

ABŞ-ın neft ehtiyatları 448 milyon barrelə çatır

12.12.2019

Bu rayonlar üzrə pensiya təyinatı ilə qaydalar dəyişir