Səmərəli dövlət idarəçiliyi: Şəffaflıq, Hesabatlılıq ,Yaxşı İdarəçilik (Good Governance) və Yeni Dövlət İdarəçiliyi ( New  Public  Management)    

20:03 / 25.11.2019

Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, s.e.f.d. 

         

 Qloballaşma şəraitində dövlətin roluna və dövlət idarəçiliyinin çalışma əsaslarına yeni paradiqmalar və terminlər daxil olmuşdur. Bütün idarəetmə formaları içərisində dövlət idarəçiliyi xüsusi yer tutur. Dövlət idarəçiliyi dedikdə dövlətin öz hakimiyyət qüvvəsinə əsaslanaraq insanların ictimai həyat fəaliyyətinə onu qaydaya salmaq, qoruyub saxlamaq və ya yenidən qurmaq məqsədilə praktiki, təşkiledici və tənzimləyici qarşılıqlı təsiri nəzərdə tutulur. Burada dövlət idarəçiliyinə verilmiş tərif  belədir. Dövlət idarəçiliyinin belə müəyyən edilməsinin əsas müsbət cəhəti ondadır ki, dövlət idarəçiliyinin tamlığını, sistemliliyini. geniş əhatə dairəsini əks etdirən üç cəhət nəzərə alınmışdır :

Ø Dövlətin sistemli təşkil olunmuş idarəetmə subyekti olması;

Ø İnsanlann ictimai həyat fəaliyyətinin idarəetmə təsirinə məruz qalması və bu təsiri qarşılıqlı surətdə qəbul etməsi;

Ø Qarşılıqlı idarəetmə təsirinin özünün dövlətlə cəmiyyət arasında akti\ qarşılıqlı əlaqə yaratması.

Dövlət idarəçilik sisteminin müəyyən edilməsində bir çox vacib amilləri nəzərə almaq lazımdır. Nəzəriyyədə fərz olunur ki, dövlət idarəçiliyi həqiqətən sistem təşkil edir (digər tərəfdən dövlət quruculuğu prosesində məhz məqsədəmüvafıq bir sistem yaradılmalıdır) və bu sistenı. sosial sistemlər sinfinə aiddir. Sosial sistem dedikdə, elementləri sosial subyekt sayılan sistem nəzərdə tutulur. Sosial sistemin digər mühüm cəhəti məqsədyönlü olmasıdır, yəni belə sistemin bir və ya bir neçə fəaliyyət məqsədləri vardır. Nəhayət, sistemin məqsədə çatması üçün fəaliyyəti idarə olumnahdır. Beləliklə, dövlət idarəçilik sistemi məqsədyönlü və idarə olunan sosial sistem növüdür.

              Yaxşı idarəçilik (Good Governance) dövlət idarəçiliyi elminin inkişafı nəticəsində gəldiyi son mərhələdir. Artıq XX əsrin 90-cı illərindən bütün Qərb alimləri idarəetmədə yaxşı idarəçilik nəzəriyəsini əsas götürməkdədirlər. Beynəlxalq təşkilatlar da son illərdə yaxşı bir dövlət idarəçiliyini ifadə etmək üzrə "good governance" anlayışını çox geniş şəkildə istifadə etməkdədirlər. Birləşmiş Millətlər, Dünya Bankı, IMF və OECD kimi quruluşlar ənənəvi dövlət idarəçiliyindəki problemlərin ciddi bir dövlət islahatı və "yaxşı idarəçilik" (good governance) perspektivi ilə ortadan qalxacağını müdafiə etməkdədirlər. Haqqında danışılan təşkilatların nəşr etdikləri hesabatlarda dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın təmin olunmasında və korrupsiya kimi problemlərin ortadan qaldırılmasının ana reseptinin "yaxşı idarəçilik"dən keçdiyi vurğulanmaqdadır.«Yеni dövlət idarəçiliyi» kоnsеpsiyası – dövlət qulluqçularının işə qəbul qaydalarının və iş şəraitinin özəl sеktоrda оlduğuna yaхınlaşdırılması (məsələn müqavilə sistеminin tətbiqi, əmək haqqının işin nəticələrindən asılı оlaraq müəyyənləşdirilməsi), rəhbərlərə maliyyə idarəçiliyi sahəsində kifayət qədər sərbəstliyin vеrilməsi, dövlət satınalmalarının həyata kеçirilmə qaydalarının libеrallaşdırılması, dövlət təşkilatlarının nоrmalar müəyyən еdən və icraеdici təşkilatlara ayrılması, оnlara qarşıya qоyulmuş məqsədlərə nail оlmaq üçün оptimal tədbirlərin sеçilməsində kifayət qədər müstəqilliyin vеrilməsi, iqtisadiyyatda dövlət tənzimlənməsi tətbiq еdilən sahələrin azaldılması və bеlə tənzimlənmənin еkоlоji və sоsial sfеraya kеçirilməsi kimi tədbirlər sistеmi tətbiqi ilə хaraktеrizə оlunur. «Yеni dövlət idarəеtməsi» anlayışı mоnоlit, iеrarхik bürоkratiya ilə хaraktеrizə оlunan ənənəvi idarəеtməyə altеrnativ kimi mеydana gəlmişdir. Bu kоnsеpsiyanın tərəfdarları bеlə hеsab еdirlər ki, оnun tətbiqi хərcləri azaldır, хidmətlərin göstərilməsini sürətləndirir, sistеmin dəyişən tələblərə çеvik rеaksiya vеrmək imkanlarını artırır. Qеyd еtmək lazımdır ki, yеni sistеm artıq fоrmalaşmış parlamеnt dеmоkratiyasına, güclü icra hakimiyyətinə, mərkəzləş-dirilmiş dövlət quruluşuna və inzibati tənzimlənmənin nisbətən dar miqyasına malik оlan ölkələrdə mеydana gəlmişdir.

İdeal idarəetmə (good governance) – bu, cəmiyyətin və ya onun ayrı-ayrı kateqoriyalarının səmərəli qərarqəbuletmə yolu ilə elə idarə edilməsidir ki, bu, növbəti 8 tələbə cavab verə bilsin: konsensus meyli; hesabatlılıq; şəffaflıq; çeviklik; səmərəlilik; obyektivlik və tutumluluq; qanunun aliliyi. Belə idarəetmə korrupsiyanın azalmasına, qərarqəbuletmədə ədalətli təmsilçiliyə, cəmiyyətin ehtiyaclarının nəzərə alınmasına xidmət edir.

       İdeal idarəetmə ilk olaraq, iqtisadiyyat sahəsində meydana gəlmişdir. Bir çox qərb hökümətləri və beynəlxalq təşkilatlar, təsirli iqtisadi modernləşmənin təkidiylə “ideal idarəetmə” məfhumundan istifadə edilmişdir. Məsələn, Dünya Bankı bu yanaşmanın ən qabaqcıl nümayəndələrindəndir və kredit razılaşmalarında bu qanunu zəruri bir şərt olaraq əlavə etməkdədir. İqtisadçılar  inkişafın, yalnız sərbəst bazar iqtisadiyyatı , doğru iqtisadi siyasətləri tətbiq etmək , investisiyanı təşviq etmək  ya da doğru makro-iqtisadi siyasətləri həyata keçirməklə olmayacağını, dinamik iqtisadiyyat yaratmanın , uyğun qanunlar , ictimai təşkilatlar və dəyərlər yaratmaqla mümkün olacağını  müdafiə etməkdədirlər. Bu baxımdan ideal idarəetmə , inkişafın bir gərəyi olaraq , sabiti rejimlər , hüququn üstünlüyü, təsirli(etkin) dövlət idarəçiliyi , və dövlətdən müstəqil güclü bir vətəndaş cəmiyyət istəməkdədir. Bu baxımdan demokratiya  ideal idarəetmə əsas elementlərindəndir. Çox partiyalı rejimlər və sərbəst seçkilər də korrupsiyanın  qarşısının alınmasında çox əhəmiyyətli ünsür olaraq görülməkdədir. Burada məqsəd dövlətin rolunu azaltmaq , bazarların daha yaxşı işləməsini təmin etməkdir.

Governance anlayışının Dünya Bankının gündəminə girişi 1989-cu ildə nəşr etmiş olduğu, ‘' Səhra-Altı Afrika: Böhrandan Davam etdirilə bilən İnkişafa'' adlı hesabatla olmuşdur. Bu hesabata görə , Afrikanın inkişafının qarşısındakı ən böyük maneənin ‘'rəhbərlik böhranı ‘' olduğu iddia edilməkdədir. Problemin həlli çoxluqçu təşkilati bir quruluşu da əhatə edəcək siyasi islahatlardır.  Dünya Bankı bu hesabatında , iki əsas sahədə islahatı vurğulamaqdadır. Birincisi texniki sahədə edilməsi gərəkən islahatlardır. Bu, hüququn aliliyi  və büdcə intizamını əhatə etməkdədir. Büdcə intizamı dedikdə, dövlət xidmətlərinin və dövlət sektorunda mövcud olan məşğulluğun azaldılmasıdır.

İkinci olaraq, vətəndaş cəmiyyət quruluşunda ediləcək dəyişikliklərdir. Başlıca olaraq, vətəndaş cəmiyyəti təşkilatları, NGO'lar, universitetlər, həmkarlar ittifaqlarının müdafiyəsidir. Bu , eyni zamanda çoxluqçu təşkilati quruluşun da dəstəklənilməsini əhatə etməkdədir. Bu baxımdan Dünya Bankı hesabatlılıq, qanunilik, şəffaflıq, və iştirakı dəstəkləməklə vətəndaş cəmiyyətini  gücləndirmək və dövlətin gücünü azaltmaq surətiylə  vətəndaş cəmiyyəti gücləndirmək, dövlətin gücünü azaltmaq gərəkdiyini vurğulamaqdadır. Hesabatında Dünya Bankı eyni zamanda  qeyri-mərkəzləşmə və yerli idarəetmənin gücləndirilməsini istəməkdədir. Şəffaflıq və iqtisadi məhsuldarlıq, korrupsiyanın qarşısının alınmasında ən əhəmiyyətli vasitələrdir. Son olaraq hesabata görə , demokratiyanın  inkişaf etdirilməsi ancaq vətəndaş cəmiyyətin inkişafı etdirilməsi ilə mümkün ola bilər.      

İdeal idarəetmə strategiyası, inkişaf etməkdə olan ölkələrdə klassik liberalizmin bünövrəsini yaratmaq şəklində izah edilə bilər. Yəni, məhdudlaşdırılmış dövlət və geniş miqyasda öz özünü təşkil edən vətəndaş cəmiyyət və bazar iqtisadiyyatı yaratmaq cəhdidir. Koffi Annan  ideal idarəetməni belə tərif etməkdədir:    “Praktikada ideal idarəetmə, hüququn üstünlüyü, siyasətin şəffaflaşması , müstəqil məhkəmə, polisin bitərəfliyi mənasını verməkdədir. Eyni zamanda azad mətbuat, fəal vətəndaş cəmiyyət quruluşları və ayrıca sərbəst seçkilər də digər faktorlardır. İdeal idarəetmə , bunlarla yanaşı  insan hüquqları və azadlıqları mənasına gəlməkdədir”" İdeal idarəetmə"nin  tətbiqi 2001-ci ildə Avropa İttifaqı Komissiyasının nəşr etmiş olduğu "ağ səhifə" ilə birlikdə Avropa İttifaqının  gündəliyinə daxil olmuşdur. Bu sənədə görə ideal idarəetməni əsasları aşağıdakılardır:

 

1.Aydınlıq  -üzv ölkələrin qəbul etdikləri qərarı və gördükləri işləri xalqın baş düşəbiləcəyi bir dillə onlara izah etmək ,

    

2.  İştirakçılıq/ Təşviq  - hər cür qərarın alınmasında və tətbiq olunmasında , geniş bir iştirakı təmin etmək,

   

3.Hesabatlılıq -hər bir Aİ təşkilatının  görmüş olduğu iş müqabilində məsul bilmək,

     

4.Tutumluluq  - alınmış olan qərarların ən sürətli və ən təsirli şəkildə tətbiq etmək,  gələcəkdəki təsirlərini qiymətləndirmək ,

    

5. Ahəng –siyasətlər ve əməliyyatlar arasında uyğunlaşma təmin etmək .

 

Yaxşı idarəçilik anlayışı  1989-cu ildə Dünya Bankının hesabatında  meydana çıxmışdır. Dövlət idarəçiliyində səmərəlilik axtarışı bu nəzəriyyənin yaranmasının səbəblərindəndir. Bu cərəyan dövlət idarəçiliyini dəyər/xidmət kontekstində təkmilləşdirilməsini özündə moizə edir. Həmçinin dövlət idarəçiliyinin praqmatikliyini özündə əks etdirir. Yaxşı idarəçiliyin əsasını Kristof Hoddun qeyd etdiyi kimi dövlətin şirkət kimi idarə olunması, dövlətin tənzimləyici funksiyasından imtahana edərək, bazarı sərbəst buraxmaq ideyasına  söykənir.(Deregulation) Yaxşı idarəçilik dövlət və özəl idarəetmə münasibətlərindəki bütün fərqlilikləri rədd edir. Bu nöqteyi-nəzərdən vətəndaşlar dövlətin ən azından qiymət tənzimləməsi vasitəsilə xidmət göstərdiyi dövlət xidmətlərinin istahlakçıları kimi nəzərdən keçirilir. Demək dövlət xidmətlərinin bazarlaşdırılmasından söhbət açmaq olar. Dövlət bu dəyişiklikdən(icra mexanizminin avtonom orqanlara ötürülməsi) səmərəlilik və daha təsirlilik kimi nəticələr gözləyir, ən azından mərkəzləşmiş sistemdən fərqli olaraq istehlakçılara yüksək keyfiyyət və daha ucuz xidmətləri təklif edir.

 

 Yaxşı idarəçilik mahiyyət etibarı ilə özündə səkkiz prinsipi ehtiva edir. Bunlar qanunun aliliyi, şəffaflıq, hesabatlılıq, cavab verəbilirlilik, bərabərlik, iştirakçılıq, səmərəlilik və strateji planlamadır.  Dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq əvvəllər (ənənəvi dövlət idarəçilik modelində) əsas məğzini  inzibati  hesabatlılıqla  (Administrative  reporting)  kifayətlənən dövlət hesabatlılığı nəzərdə tutulurdu. Bu hesabatın əsas məğzini dövlət orqanlarının müvafiq dövlət hesabatının vermə məcburiyyətini özündə cəmləşdirirdi. Yaxşı idarəçilik məzmununda hesabatlılıq dedikdə ən azı məcburi hesabatlılıq qədər də, könüllü olaraq fəaliyyət dairəsi olan qurumlara, maraq dairəsində olan təşkilatlara hesabat və ya fəaliyyəti haqqında özü tərəfindən məlumatlılığın təmin edilməsidir.   Yaxşı idarəçiliyin tətbiqində  hesabatlılıq (Accountability) ,  Təhsil Nazirliyinə eləcə də müştəriləri olan tələbələrə, valideynlərə, himayədarlarına, təhsil işçilərinə və  bütövlükdə ictimaiyyətə təqdim edir. Bu vəziyyət dolayısı ilə şəffaflıq (Transparency) prinsipini ortaya çıxardır. Dövlət idarəçiliyində şəffaflığın zəruriliyi haqqında fikirlər son on ildə meydana çıxıb və dövlət idarəçiliyində iştirakçı demokratiyasının təşəkkül tapmasına nail olmaq, qanuniliyi və məsuliyyətliliyi təmin etmək üçün önəmli şərtdir. Şəffaflıq idarə olunananlarla, idarə edənlərin fəaliyyəti və qəbul etdiyi qərarlar barəsində yetərincə xəbərdar olmasıdır. Bu heç də bütün məlumatların verilməsini nəzərdə tutmur. Şəffaflıq digər bütün qanunlara yol göstərən və onların hədəflərinə çatmalarını təmin edən açar bir qanun mövqeyindədir. Öncəliklə qanunun aliliyi və şəffaflıq olmadığı yerdə hesabatlılıqda tətbiq olunmur. Yəni bu prinsiplər bir-biri ilə sıx şəkildə bağlıdır. Yaxşı idarəçiliyinin ən əhəmiyyətli xüsusiyyəti idarə edənlərin idarə olunanlara qarşı məsul olmasıdır. Bütövlükdə isə şəffaflıq və hesabatlılıqda əsas məqsəd “Gün işığında” idarəetmənin təmin edilməsidir. Dövlət idarəçiliyində səmərəli idarəetmənin həyata keçirilməsi, dövlət orqanlarında xidmətlərin vətəndaşlara şəffaf, keyfiyyətli, rahat və effektiv şəkildə göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün daima yeniliklər tətbiq etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Cəmiyyət daim inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün daim islahatlar aparmaq lazımdır. İslahatların həyata keçirilməsi heç bir zaman dayanmır, əksinə ardıcıl olaraq həyata keçirilir.Ölkəmizdə son illər ərzində dövlət idarəçiliyinin  modernləşməsi və  xüsusilə də  dövlət idarəçiliyində səmərəliliyin artırılmasına xidmət edən  silsilə xarakterli davamlı  islahatların yeni mərhələyə daxil olduğuAzərbaycanda dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ASAN xidmət modelinin tətbiqi çərçivəsində yenidən formalaşdırılması səyləri bir neçə müxtəlif məqsədlərə xidmət etmişdir: (a) Dövlət xidmətlərində yeni nəsil yаnаşmаlаrın (Government innovаtion) tətbiqi və vətəndaş məmnununluğunu artırmaq (b) iqtisadi artımı və inkişafı dəstəkləyəcək effektiv dövlət xidməti sisteminin qurulması (c) dövlət xidmətlərini təqdim edən strukturları keyfiyyətli insan resursları ilə  təmin etmək  (d) əlçatanlıq, effektivlik, innovasiya, şəffaflıq və hesabatlılıq baxımından cəmiyyətin ehtiyaclarını qarşılamaqdır. Ölkəmizdə müasir dünyada qəbul edilmiş dövlət qulluğu sistemlərinə uyğun olaraq dövlət qulluğunda səmərəliliyi artırmaq istiqamətində yeni islahatlar həyata keçirilir. İslahatların əsas məqsədi idarəetmə sisteminin təkmilləşdirilməsi prosesinin sürətləndirilməsi, demokratik bir dövlətin əsas prinsiplərinin həyatına keçirilməsi və vətəndaş cəmiyyətinin gücləndirilməsinin təmin edilməsi, bazar iqtisadiyyatının yaxşı bir şəkildə işləməsi üçün lazım olan qaydalar və mexanizmlərin formalaşdırılması və hüququn üstünlüyünün əsasını təşkil edən bir idarəetmə strukturu inşa etmektir.   Son illərdə ölkəmizdə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur. Bu gün ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır. Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Bütün bunlar səmərəli idarəetmənin daha dəqiq qeyd etsək idarəetmənin bütün sahələrini əhatə edən islahatların nəticəsində əldə olunmuşdur.


Etiket:

Strategiya.az

Xəbərlər
13.12.2019

Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində

13.12.2019

Honkonq polisi kütləvi aksiyalara görə mükafatlandırıldı

13.12.2019

Şəmkirdə qadını qatar vurub öldürdü

13.12.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 70 dolları ötüb

13.12.2019

Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

13.12.2019

Avtomobildə at əti daşıyan şəxs saxlanılıb

13.12.2019

İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib

13.12.2019

XİN: Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək

13.12.2019

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi

13.12.2019

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

13.12.2019

İtaliya ənənəvi espresso qəhvəsini UNESKO-nun mədəni irs siyahısına daxil etməyə hazırlaşır

13.12.2019

Cəbhədə atəşkəs pozuldu - 23 dəfə

13.12.2019

Dekabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.12.2019

Böyük Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlanıb

13.12.2019

Pentaqon yerüstü ballistik raketini sınaqdan keçirib

13.12.2019

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

13.12.2019

Dünya bazarlarında neft bahalaşıb

13.12.2019

Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil"

13.12.2019

Bu gün başa çatır

13.12.2019

UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13.12.2019

Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO

13.12.2019

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13.12.2019

"Qarabağ" “Düdelanj” ilə heç-heçə edib

12.12.2019

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

12.12.2019

Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.12.2019

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

12.12.2019

BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib

12.12.2019

Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb

12.12.2019

Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO

12.12.2019

“Tramp Lavrovu qəbul etdi, amma...” – Peskovdan kritik açıqlama

12.12.2019

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

12.12.2019

Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

12.12.2019

Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək

12.12.2019

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

12.12.2019

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

12.12.2019

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək

12.12.2019

İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

12.12.2019

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

12.12.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12.12.2019

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12.12.2019

“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin”

12.12.2019

SUMQAYIT ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ - FOTOLAR

12.12.2019

Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTOLAR

12.12.2019

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

12.12.2019

Sabahın havası: 3 dərəcə şaxta olacaq

12.12.2019

Ötən gün axtarışda olan 31 nəfər saxlanılıb

12.12.2019

PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

12.12.2019

Azərbaycan Prezidentinin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib

12.12.2019

ABŞ-ın neft ehtiyatları 448 milyon barrelə çatır

12.12.2019

Bu rayonlar üzrə pensiya təyinatı ilə qaydalar dəyişir