MƏHƏMMƏD ƏMİN RƏSULZADƏDƏN YADİGAR QALAN TAR

10:19 / 28.11.2019

Ariz ABDULƏLİYEV,

Ü.Hacıbəyli adına BMA-nın dosenti, aparıcı elmi işçi            

Bakı Musiqi Akademiyasında Cümhuriyyətin şahidi olan 100 yaşlı tarın təqdimatı keçirilmişdir

Cümhuriyyət tariximizin şahidləri  

Noyabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Respublikanın Əməkdar rəssamı, ali məktəb müəllimi, tanınmış ziyalı  Rais Azər oğlu Rəsulzadə ilə görüş keçirildi.

Elmi-tədqiqat laboratoriyası tərəfindən təşkil olunan görüşdə BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, bəstəkar Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Rəsuzadə ailəsi haqqında araşdırmaların müəllifi, yazıçı-jurnalist Nəcibə Bağırzadə, laboratoriya əməkdaşları, akademiyanın müəllim və tələbələri iştirak etdilər.

Görüşün əsas mövzusu Rəsulzadə ailəsinin yadigarı, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan 100 illik tarın bərpası və təqdimatı idi.    

Ü.Hacıbəylinin ölməz musiqisi ilə başlayan görüşü N.İsmayılzadə açaraq, qonaqları salamladı. Bildirdi ki, M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın çanağının daxilində "1917" yazılmışdır. Görünür, tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə olmuş və sonra kiçik oğlu Azər bəyə yadigar qalmışdır. Tar Azər Rəsulzadənin vəfatından - 1993-cü ildən indiyə qədər çalınmadığı üçün təmirə ehtiyaclı olmuşdur. Rais müəllim tar haqqında görkəmli ifaçı və yaxın dostu Ramiz Quliyevə məlumat verəndən sonra, özünün xahişi ilə tarın təmiri-bərpası Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında həyata keçirilmişdir. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli ustası Musa Mahmudov tərəfindən oktyabr-noyabr aylarında yüksək keyfiyyətdə təmir olunmuşdur. Artıq alət ifa üçün tam yararlı vəziyyətdədir: "Rəsulzadələr ailəsinin müqəddəs yadigarı olan  bu tarın təqdimat mərasimində onun səsini, "ürək sözlərini" dinləyəcəyik."

Professor G.Abdullazadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə  mədəniyyət quruculuğu, Ü.Hacıbəylinin jurnalist fəaliyyəti haqqında məlumat verdi, onun demoktratik ruhlu ziyalı kimi milli azadlıq ideyasının təbliğatçısı olduğunu vurğuladı.

Xalq artisti R.Quliyev 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər silsiləsini xatırlatdı. ABŞ-ın Çikaqo şəhərində keçirilən növbəti yubiley tədbirinə Rais Rəsulzadə ilə birlikdə dəvət aldığını, bu möhtəşəm tədbirdə Azərbaycan musiqisini ifa etdiyini bildirdi. Yubiley münasibətilə Çikaqoda təsis olunan medalı tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Tədbirin ən maraqlı və təsirli məqamı Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı kimi görüşdə "iştirak edən" qədim tarın uzun illərdən sonra ilk dəfə səslənməsi oldu. R.Quliyev tərəfindən tarda ustadanə ifa olunan "Bayatı-Şiraz" muğamı və "Bu dünyadan" mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Sonra R.Quliyev 1955-ci ildə özünün ilk dəfə çaldığı tarın mizrabını R.Rəzulzadəyə bağışladı və xahiş etdi ki, mizrab həmişə bu yadigar tarın üzərində saxlanılsın: "Mən sənət yoluna ilk dəfə bu mizrabla qədəm qoymuşam. Onu indiyə qədər əziz bir xatirə kimi qorumuşam. Amma bu gün həyatımın bu əziz xatirəsini Rəsulzadənin tarına bağışlayıram. Mən fəxr edərəm ki, bu yadigar tar həmişə elə bu mizrabla da çalınsın".

 

Rais Rəsulzadə: "Bu tar atamla birlikdə sürgün həyatı yaşayıb"        

 

Rais müəllim çıxışında Rəsulzadələr ailəsindən yadigar qalan tarın tarixçəsi haqqında məlumat verdi. "Bu tar ailəsimizin ayrılmaz, əziz üzvüdür. Hətta vaxtilə Gəncə həbsxanasına da düşüb".

R.Rəsulzadə məlumat verdi ki, atası Azər bəy 1937-ci ildə öz anası Ümbülbanu xanımla Qazaxıstana sürgün olunanda on altı yaşı vardı. "Özləri ilə çox şey götürməyə icazə verilmədi. Azər bəy özü ilə yalnız bu tarı götürdü. Tar onunla birlikdə ömrünün sonunacan siyasi sürgündə yaşadı. Atam deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır. Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən yadigarı və həmdəmi idi. Hər dəfə tarı sinəsinə alıb dilləndirəndə həm şərəf duyurdu, həm də həsrət yanğısı keçirirdi. Bu tarın səsi onun üçün xalqın səsi, vətənin bir parçası demək idi. Azər bəy 1993-cü ildə qürbətdə dünyasını dəyişdi. Mən ailəmin sürgün həyatı yaşadığı Karaqandadan qayıdanda  bu tarı özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz yadigarı kimi və atamın sürgün həyatının, məşəqqətli vətən həsrətinin şahidi kimi qoruyuram Bu tar atam Azər bəydən mənə qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən çox şadam ki, atamın vəfatından sonra təmirə ehtiyaclı vəziyyətə düşən, uzun illər dillənməyən bu tarı dahi Üzeyir bəyin adını daşıyan məşhur təhsil və sənət ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək səviyyədə təmir etdilər, onu yenidən ifa etmək üçün yararlı vəziyyətə gətirdilər".

 

"Azər Rəsulzadənin ən çox sevdiyi muğam Bayatı-Şiraz idi"     

 

Tədbirdə Rəsulzadələr ailəsi haqqında araşdırmaların, kitabların müəllifi, yazıçı-jurnalist, şairə Nəcibə Bağırzadə Azər Rəsulzadənin həyat səhifələrindən  maraqlı məlumatlar verdi. Azər bəyin rəssamlığından, sənətə marağından,   əsərlərinin taleyindən, vətənpərvərliyindən danışdı. Arxiv araşdırmalarından əldə etdiyi faktları diqqətə çatdırdı. Bildirdi ki, Azər bəyin ən çox sevdiyi və ifa etdiyi muğam Bayatı-Şiraz idi.

"Həmin tar, həmin muğam... Bu gün burada Bayatı-Şirazı dinləyəndə düşündüm ki, həmin tarın səslənməsi də, həmin muğam da Məhəmməd Əminin övladı Azər bəyin ruhuna böyük ehtiramımızı ifadə etdi.  Bəlkə bu tarın sədasını, onun bağrından qopan Bayatı-Şirazı Azər bəyin nigaran  ruhu da eşitdi və şad oldu. Bu tarda Azər bəyin özünün, atası Məhəmməd Əminin, anası Ümbülbəyimin  sığalı, əllərinin izi qalıb. Mən usta Musanın təmir haqqında məlumatını dinləyəndə bir sözündən çox təsirləndim. Dedi ki, tarda çatlar var idi. Mənə elə gəlir ki, o çatlar illər boyu boş yerə tara düşməyib və əslində, o çatların mənası bir başqadır. Onlar Rəsulzadə ailəsinin, övladlarının, nəslinin ürək çatlarıdır. Onların qəlbinin ağır siyasi, mənəvi təzyiqlərdən aldığı çatlardır... Azər bəy qürbətdə bu tarla nəfəs alıb. Bu tar Azərbaycan Xalq Cümhuriyyətinin, azadlıq ideyalarının tərcümanıdır. Mən bu ailənin həyatını dərindən öyrəndikcə bilmişəm ki, Azər bəy necə bir istedadlı şəxsiyyət, vətənpərvər ziyalı olub. Kim bilir ağır həyat şəraiti, vətən ayrılığı, çətin maddi və mənəvi durum onun nə qədər arzularını, istedadlı işlərini yarımçıq qoyub... Yaxşı olardı ki, gənclər tariximizlə yaxından maraqlansınlar, şəxsiyyətlərimizi daha yaxşı tanısınlar".

 

"Tar da ziyalılarımız kimi repressiyalara məruz qalıb"

 

Daha sonra elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent A.Abduləliyev Üzeyir Hacıbəylinin tar haqqında tədqiqatlarından, XX əsrdə onu siyasi-ideoloji basqılardan qorumasından, bəstəkar və pedaqoq olaraq tarın ifaçılığı, tədrisi və yaşaması uğrunda mübarizəsindən, vaxtilə tara, muğama və onunla əlaqədar milli operalara qadağa cəhdlərindən danışdı. Bildirdi ki, tarın yaşamasında görkəmli ustad sənətkarların da, ziyalıların böyük xidmətləri olub: "Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Bədəl bəy, Mirzə Ələkbər Sabir, Seyid Hüseyn  kimi maarifçi ziyalılarının, şair, yazıçı və alimlərin evində həmişə tar olub, tar səslənib. Vaxtilə bölgələrimizdəki ziyalıların, sadə əməkçi insanların da mənzillərində divardan tar asılıb, çalınıb. "Oxu tar" deyən Mikayıl Müşviq güllələndi, amma evindəki tarının səsini kəsə bilmədilər. Bu alətin səsi, tembri, pərdə quruluşu, kökü xalqımızın musiqi yaddaşının, muğam təfəkkürünün, onun bədii duyumunun tarixi qəlibləridir. Azərbaycan tarına olan böyük xalq sevgisi bu tarı əsrlər boyu şovinist hücumlardan, repressiyalardan qoruyub. Yəqin ki M.Ə.Rəsulzadənin vətən, millət sevgisi ilə Azərbaycan tarı arasında tarixi bir körpü, ideal bir bağlılıq var."

Milli dəyərlərə ehtiramla

 

A.Abduləliyev bildirdi ki, tədbirimiz özündə bir çox müqəddəs dəyərləri bir araya gətirmiş oldu: Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyətin yaşıdı olan, Rəsulzadələrin ideya rəmzi və şəxsi ailə yadigarı olan tar,  AXC-nin 100 illiyi münasibətilə yubiley medalı, M.Ə.Rəsulzadənin nəvəsi, Ü.Hacıbəylinin adını daşıyan sənət ocağı və ustad R.Quliyevin ifasında Azər bəyin sevdiyi Bayatı-Şiraz.

Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev belə gözəl tədbirin elmi və tərbiyəvi əhəmiyyətini qeyd elədi, milli alətlərin və ifaçılıq ənənələrinin qorunması barədə dəyərli tövsiyələrini diqqətə çatdırdı. Bildirdi ki, bu yolda Bakı Musiqi Akademiyası həmişə öncül mövqeyi ilə seçilir. A.Əsədullayevə görə milli dəyərlərimiz bu gün də biganəlikdən, bəzi naşılardan qorumaq lazımdır.   

Tədbirin sonunda Rais Rəsulzadə ailəsinin yadigarı olan tarın təmir-bərpasına və  təqdimatına görə təşəkkürünü bildirdi.  

 

   


Etiket:

Strategiya.az

Xəbərlər
13.12.2019

Mingəçevirdə saxta alkoqollu içkilər aşkarlandı

13.12.2019

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

13.12.2019

Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində

13.12.2019

Honkonq polisi kütləvi aksiyalara görə mükafatlandırıldı

13.12.2019

Şəmkirdə qadını qatar vurub öldürdü

13.12.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 70 dolları ötüb

13.12.2019

Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

13.12.2019

Avtomobildə at əti daşıyan şəxs saxlanılıb

13.12.2019

İran vətəndaşı sərhəddən 2 kq narkotik keçirməyə cəhd edib

13.12.2019

XİN: Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək

13.12.2019

Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi

13.12.2019

Fermerlərə əkinlə yanaşı, məhsul subsidiyası da veriləcək

13.12.2019

İtaliya ənənəvi espresso qəhvəsini UNESKO-nun mədəni irs siyahısına daxil etməyə hazırlaşır

13.12.2019

Cəbhədə atəşkəs pozuldu - 23 dəfə

13.12.2019

Dekabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.12.2019

Böyük Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlanıb

13.12.2019

Pentaqon yerüstü ballistik raketini sınaqdan keçirib

13.12.2019

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

13.12.2019

Dünya bazarlarında neft bahalaşıb

13.12.2019

Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil"

13.12.2019

Bu gün başa çatır

13.12.2019

UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13.12.2019

Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO

13.12.2019

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13.12.2019

"Qarabağ" “Düdelanj” ilə heç-heçə edib

12.12.2019

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

12.12.2019

Noyabrda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

12.12.2019

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

12.12.2019

BDYPİ əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı görüntülərə aydınlıq gətirib

12.12.2019

Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb

12.12.2019

Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO

12.12.2019

“Tramp Lavrovu qəbul etdi, amma...” – Peskovdan kritik açıqlama

12.12.2019

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

12.12.2019

Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

12.12.2019

Yaxın 10 ildə sonuncu tropik buzlaqlar da əriyəcək

12.12.2019

Bakıətrafı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

12.12.2019

Yol qəzaları ilə bağlı qorxunc statistika açıqlandı - HƏYƏCAN TƏBİLİ

12.12.2019

Psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək

12.12.2019

İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb

12.12.2019

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ

12.12.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12.12.2019

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12.12.2019

“Yuventus”dan türk futbolçuya xüsusi jest: “Çox yaxşı idin”

12.12.2019

SUMQAYIT ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN TARİXİ XİDMƏTLƏRİ - FOTOLAR

12.12.2019

Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib - FOTOLAR

12.12.2019

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

12.12.2019

Sabahın havası: 3 dərəcə şaxta olacaq

12.12.2019

Ötən gün axtarışda olan 31 nəfər saxlanılıb

12.12.2019

PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

12.12.2019

Azərbaycan Prezidentinin köməkçisi azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib