Dövlət Qulluğunda Etika  Məsələləri

12:20 / 29.11.2019

Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, s.e.f.d.

 Dövlət qulluğu - dövlətin vəzifə və funksiyаlаrını peşəkаr səviyyədə yerinə yetirən və dövlət orqаnlаrının təşkilаti strukturunа dаxil olаn bütün dövlət qulluqçulаrının fəаliyyətinin təşkili prosesini tənzimləyir. Dövlət qulluğu dövlət аpаrаtı ilə qırılmаz əlаqədə fəаliyyət göstərir. Onа görə ki, ölkənin dövlət аpаrаtının qаrşısındа durаn vəzifələr prаktiki olаrаq dövlət qulluqçulаrı vаsitəsilə həyаtа keçirilir. Dövlət qulluqçusu fаktiki olаrаq müvаfiq dövlət orqаnının səlаhiyyətini və bütövlükdə dövlətin siyаsətini həyаtа keçirir. Milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın, hesabatlılığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi və dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularından formalaşdırılması islahatın əsas istiqamətlərini təşkil etmişdir.  Dövlət qulluğu və kаdr siyаsəti bir-birilə üzvi şəkildə bаğlı olub, dövlətin funksiyа və məqsədlərinin sаdiq, vətənpərvər, yüksək əxlаqi keyfiyyətlərə, аnаlitik təhlilə mаlik olаn peşəkаr və intellektuаl kаdrlаrdаn ibаrət səmərəli sosiаl-hüquqi və siyаsi mexаnizm vаsitəsilə həyаtа keçirilməsini nəzərdə tutаn vаhid sistemin аyrılmаz tərkib elementləridir. Bu gün dövlət qulluğundа etikа mühüm əhəmiyyət kəsb edir. İlk dəfə Аristotel tərəfindən istifаdə olunаn və tərcümədə əxlаq, xаrаkter, аdət mənаlаrını ifаdə edən etikа cəmiyyətin sosiаl-mədəni inkişаfı və dövlətin təhlükəsizliyinin mühüm şərtlərindən biridir. Etikаnın əsаsındа insаnlаrın tələbаtlаrı, mаrаqlаrı, bilikləri və xаrаkterləri ilə şərtlənən dəyərlər sistemi durur.  İdаrəetmə mədəniyyəti insаnın və cəmiyyətin rifаhı və xoşbəxtliyi, dövlətin və bütün bəşəriyyətin mühüm firаvаnlıq şərtidir. Şəxsiyyətin elmi bilikləri və prаktik vərdişləri, qаbiliyyətləri, təcrübəsi, hüquq mədəniyyəti, digər insаnlаrlа münаsibətlər etikаsı insаnın və dövlətin həyаt qаbiliyyətinin yüksəldilməsi üçün qeyri-məhdud imkаnlаr mənbəyidir. O ilk növbədə şəxsiyyətin intelektindən, onun xаrаkterinin nəcibliyindən və möhkəm irаdəsindən, vəziyyəti təhlil etmək qаbiliyyətindən аsılıdır.Dövlət qulluğunda etikanın məqsədi dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı nümunələrlə tanış edilməsi, həmin nümunələr əsasında dövlət qulluqçularının etik qaydaların tətbiqi üzrə praktiki biliklərə yiyələnməsinə köməklik edilməsi və onlara qərar verərkən qarşılaşdıqları dilemmaların həlli ilə bağlı köməklik göstərilməsidir.

Dövlət qulluqçusunun xidməti vəzifələrini həyata keçirərkən etik qaydalara riayət etməsi vəzifəsi “Dövlət qulluğu haqqında”Azərbaycan Respublikası Qanununda dövlət qulluqçusunun əsas vəzifəsi kimi müəyyən edilmişdir. Dövlət qulluğunda etik prinsiplər və davranış qaydaları “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanunu ilə tənzimlənir. Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Həmin Qanunun qəbul edilməsi ilə dövlət qulluqçuları üçün vahid etik davranış standartları və prinsipləri müəyyən edildi. Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərin xidməti davranışı həmin standartlara və prinsiplərə əsaslanmalıdır. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.

Qanunun məqsədləri aşağıdakı kimi müəyyən edilmişdir:

Ø dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

Ø dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

Ø dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

Ø dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

Ø dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

Ø dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur.

Dövlət qulluğunun xüsusi növü hesab olunan dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına da “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun müddəaları şamil olunur.

Dövlət orqanlarının spesifik fəaliyyəti nəzərə alınaraq, qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən və onlara riayət olunması ilə bağlı təminatları müəyyənləşdirən normaların dövlət orqanlarının digər normativ hüquqi aktları ilə tənzimlənməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Dövlət orqanı tərəfindən qəbul edilən bu cür “daxili aktlar” dövlət orqanının spesifik fəaliyyəti ilə bağlı olaraq etik normalar müəyyən etməli, qanunla müəyyən edilmiş etik qaydaları orqanın fəaliyyətinə uyğunlaşdırmalıdır. Qeyd olunan normativ hüquqi aktlar qanunun müddəalarına zidd olmamalıdır.

Dövlət qulluqçusunun xidməti davranışı etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. Dövlət qulluqçusunun əməl etməli olduğu etik prinsiplər “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.

Dövlət qulluqçuları vəzifələrini müasir idarəetmə prinsiplərinə uyğun olaraq həyata keçirməlidirlər. Bu prinsiplər onların yeniliklərə hər zaman açıq olmasını, dövlət orqanları tərəfindən qərar vermə prosesinin bir qayda olaraq xalqa açıq olmasını, verilmiş qərarların ictimaiyyətə açıqlanmasını, tələb olunduğu hallarda rəsmi məlumat və sənədlərin əldə edilməsinin təmin edilməsini, vətəndaşlara qarşı qərəzsiz, obyektiv münasibət göstərilməsini, doğru, vicdanlı, ədalətli olmağı, şəxsi maraqları deyil xidməti maraqları üstün tutmağı, fəaliyyəti ilə bağlı hesabatlılığı, dövlət orqanının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının təmin edilməsini, ictimai qiymətləndirməyə və nəzarətə hər zaman açıq və hazır olmağı, iş və göstərilən fəaliyyətlə bağlı prosedur və müddətlərin qabaqcadan müəyyən olunmasını nəzərdə tutur.

Dövlət qulluqçuları cəmiyyətin maraqlarını şəxsi və yaxud qrup maraqlarından üstün tutmalı və xidməti vəzifələrini həyata keçirərkən aşağıdakı məqsədləri güdməlidirlər:

Ø xalqın rifahının yaxşılaşdırılmasını;

Ø cəmiyyətin tələbatlarının mümkün qədər tez bir zamanda və effektiv olaraq ödənilməsini;

Ø xidmətlərin keyfiyyətinin artırılmasını;

Ø vətəndaş məmnuniyyətinin artırılmasını;

Ø dövlət qulluğuna, dövlət orqanına və dövlət qulluqçularına etimadın yüksəldilməsini.

Bu məqsədlərə çatmaqda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik qaydalar və prinsiplər mühüm əhəmiyyət kəsb edir. Dövlət qulluqçusu xidməti vəzifələrini həyata keçirərkən həmin prinsipləri əsas tutmalıdır. Dövlət qulluqçusunun iş fəaliyyəti zamanı həmin prinsiplərə əməl etməsi və yuxarıda qeyd olunan məqsədlər üzrə ehtiyacların öyrənilməsi ilə əlaqədar sorğuların keçirilməsi, xidmətin hansı səviyyədə aparılmasının araşdırılması, ödənilməmiş ehtiyacların daima qiymətləndirilməsi, bu sahədə olan təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və təkmilləşdirilməsi üzrə iş aparılmalıdır.

Dövlət orqanlarının göstərdikləri xidmətlərdən istifadə etmək üçün həmin orqanlara müraciət edən vətəndaşlar çox zaman hansı sənədlərin tələb olunduğunu, hara müraciət etməli olduqlarını, müraciətlərinə hansı müddətdə baxılacağını və müraciətlərində qaldırdıqları məsələnin hansı müddətdə həll olunacağını bilmirlər. Bu cür hallarda vətəndaşlarda işlərinin daha tez və problemsiz həlli üçün dostdan, tanışdan, qohumdan kömək istəmək ehtiyacı yaranır və vətəndaş ona yardım göstərəcək şəxsə müraciət edir ya da vasitəçi axtarır.

Etikadan kənar davranışa zəmin yaradan bu cür halların qarşısının alınması üçün göstərilən xidmətlər, həmin xidmətlər üzrə tələb olunan sənədlər və müddətlər müəyyən edilərək dövlət orqanının inzibati binasında lövhədə yerləşdirilməli, internet, riflet, broşür və digər istiqamətverici vasitələrlə əhaliyə çatdırılmalı və göstərilən xidmətlər etik standartlara uyğun olaraq həyata keçirilməlidir.

Xidmət müddəti ərzində göstərilən fəaliyyətlə bağlı vətəndaşların kifayət qədər məlumatlandırılması xidmət standartlarının və müddətlərin əvvəlcədən müəyyən edilməsi qədər önəmlidir. Vətəndaşlar çox zaman yazı və nəşrlərlə maarifləndirilmələrinə baxmayaraq, vəzifəli şəxsdən məlumat almağa meyl göstərirlər. Bu zaman dövlət orqanlarında bilavasitə vətəndaşların qəbulunu həyata keçirən vəzifəli şəxslər xüsusi əhəmiyyət daşıyırlar. Ona görə də vətəndaşların qəbuluna peşəkar və bütün prosedur qaydalarını yaxşı bilən əməkdaşlar cəlb edilməlidir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsas etik davranış qaydaları və prinsipləri aşağıda göstərilmişdir:

Ø Vicdanlı davranış;

Ø Peşəkarlıq və fərdi məsuliyyətin artırılması;

Ø Loyallıq;

Ø İctimai etimad;

Ø İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət;

Ø Mədəni davranış;

Ø Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi;

Ø Qərəzsizlik;

Ø Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi;

Ø Korrupsiyanın qarşısının alınması;

Ø Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;

Ø Maraqlar toqquşmasının qarşısının alınması;

Ø Əmlakdan istifadə;

Ø Məlumatlardan istifadə;

Ø İctimai və ya siyasi fəaliyyət.

Vicdanlı davranış : Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması : Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

Loyallıq : Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.  Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

İctimai etimad : Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət : Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Mədəni davranış : Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi : Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Qərəzsizlik : Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya  qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi : Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Korrupsiyanın qarşısının alınması : Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan  əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər : Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda nəzərdə tutulmuş məbləğdən (55 AZN) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Maraqlar toqquşmasının qarşısının alınması : Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə  dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

Əmlakdan istifadə : Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə  həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Məlumatlardan istifadə : Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

İctimai və ya siyasi fəaliyyət : Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin  yaradılmasına  yardım etmək qadağandır. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyə Dövlət qulluğunda Etika

Dünya ölkələrinin bir çoxunda həmçinin Türkiyədə dövlət idarəçiliyində “sui istifadə”,   “maraqların toqquşması” başlıqları altında toplana biləcək korrupsiya və qeyri etik davranış problemlərinin geniş yayılması və xalqın dövlətə və dövlət qulluqçularına olan güvəninin sarsılması və s. problemlər mövcuddur. Xalqın dövlətə olan güvənini yenidən bərpa etmək, inamını artırmaq qlobal islahatlar halına gəlmişdir. Bu qlobal problemə cavab olaraq etik davranış qaydalarını müəyyənləşdirmək və onlara nəzarət edən qurumlar yaratmaq yəni qısaca “Etik infrastruktur” yaratmaq beynəlxalq trend olmuşdur.

Etik dövlət idarəçiliyi: ən bəsit mənada dövlət qulluqçularının vəzifələrini yerinə yetirərkən tərəfsizlik, obyektivlik, dürüstlük qanunları çərçivəsində tutduğu mövqeni şəxsi mənafeləri üçün istifadə etməkdən çəkindikləri bir idarə anlayışını ifadə edir.

BMT, Dünya Bankı, Avropa Birliyi, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı və s. kimi beynəlxalq qurumların qəbul etdiyi qərarlar, proqramlar, tövsiyyələr, standartlar Türkiyənin dövlət qulluqçularının etik davranış qaydalarında nəzərə alınmışdır.

Yeni dövlət idarəçiliyi qaydaları:

Ø Açıqlıq

Ø Performans dəyərləndirmə: kəmiyyət olaraq ölçüləbilən və daha çox çıxışlar üçün ölçü standartlarına əsaslanır.

Ø Mərkəzi bürokratiyanın təsirindən qurtularaq lokalizasiyaya daha çox önəm verən

Ø Rəqabət mühiti yaratmaq və bu sahədə xərcləri azaltmaq

Ø Məşğulluq, planlama kimi sahələrdə özəl sektorlardan nümunə götürmək (belli süreyle çalışmaq, strateji plan hazırlamaq, məhsul başına maaş almaq)

Ø Qənaət və məhsuldarlığa daha çox önəm vermək

İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına görə etik qanunvericiliyin 8 təməl ünsürü mövcuddur:

Ø Effektiv hüquqi mühit

Ø Siyasi sabitlik

Ø Effektiv qiymətləndirmə mexanizmi

Ø Düzgün davranış qaydaları

Ø Peşə ictimailəşdirmə mexanizmləri

Ø Dövlət idarəçiliyinə uyğun çalışma şərtləri

Ø Etik sahədə koordinasiyanı təmin edən bir quruluşun varlığı

Ø Dövlət qulluqçularına nəzarət edən effektiv bir vətəndaş cəmiyyətinin varlığı

Bu ünsürlər eyni zamanda Türkiyə üçün də rəhbər sayıla biləcək “etik tədbirlər” olaraq adlandırıla bilər.

Türk qanunvericiliyində dövlət qulluqçularının əməl edəcəyi davranışları göstərən və qarşılaşdıqları etik problemlərdə onlara yol göstərəcək xüsusi olaraq tərtib olunmuş “ümumi bir etik kod” mövcud deyil. Lakin əsas məsələlər üçün önəmli qaydaları özündə birləşdirən hüquqi tənzimləmələr həmçinin korrupsiya ilə mübarizə sahəsində imzalanan beynəlxalq sözləşmələr  mövcuddur. Bu qanunlar korrupsiya ilə mübarizə vasitələrini minimum səviyyədə də olsa qarşılayır.

Türkiyə qanunvericiliyində əsas yer tutur:

Ø Etik dövlət idarəçiliyi sisteminin qurulması

Ø Korrupsiya ilə mübarizə

Əsas Hüquqi tənzimləmələri  aşağıdakılardır:

Ø 1965-ci il 657 saylı “ Dövlət məmurları haqqında” qanun

Ø 1982-ci il Konstitusiyası

Ø 1981-ci il 2531 saylı “ Dövlət qulluğundan ayrılanlara qoyulan məhdudiyyətlər haqqında”qanun

Ø 1990-cı il 3628 saylı “Mal bildirimi, rüşvətxorluq və korrupsiya ilə mübarizə” qanunu

Ø 1996-cı il 4208 saylı “Çirkli pullarla bağlı”qanun

Ø 1999-cu il 4483 saylı “Məmurlar və digər dövlət qulluqçularının mühakimə olunması haqqında” qanun

Ø 2004-cü il 5176 saylı “Dövlət qulluqçularının etik komitəsinin  qurulması haqqında” qanun

Ø 2004-cü il 5237 saylı yeni “Türk cəza qanunu”

Ø 2005-ci il “Dövlət qulluqçularının etik davranış qaydaları, tətbiq prosedurları və prinsipləri haqqında” qanun

1982-ci il konstitusiyası və 657 saylı Dövlət məmurları haqqında qanunda etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə tədbirləri öz əksini tapmışdır. Həmin qanunlara görə dövlət qulluqçularının  aşağıdakı vəzifə və öhdəlikləri var:

Ø Sədaqət

Ø Tərəfsizlik və dövlətə bağlılıq

Ø Uyğun davranış və əməkdaşlıq

Ø Əmrə itaət etmək, ancaq qanunsuz əmrə etiraz

Ø Mal bildirimi

Ø Mətbuatda icazəsiz məlumat vermə qadağası

Ø Rəsmi sənəd, vasitə və vəsaitlərin qaytarılması

Ø Məmurların rəhbərliyə və vətəndaşlara qarşı məsuliyyəti

Ø Xidmət standartlarına əməl etmə

Ø Məqsəd və vəzifəyə bağlılıq

Ø Dürüstlük

Ø Ləyaqət və etibar

Ø Nəzakətlilik

Ø Səlahiyyətli orqanlara bildiriş

Ø Maraqların toqquşmasına yol verməmək

Ø Vəzifə və səlahiyyətlərindən şəxsi mənafeyi naminə istifadə olunmaması

Ø Hədiyyə alma (alındığı tarixdə dəyəri 10 aylıq minimum əmək haqqının cəmini aşmayan hədiyyələr).

Şəffaflıq, qərəzsizlik, dürüstlük, hesabatlılıq ictimai maraq kimi etik davranış prinsiplərini müəyyənləşdirmək və praktikaya riayət etmək 5176 nömrəli və dövlət qulluqçularının  etik komitəsinin qurulması məqsədi ilə  Qanun yaradılmışdır. Ümumi büdcəyə daxil olan qurum, əlavə büdcə idarələri, ictimai iqtisadi müəssisələr,  fondlar, yerli idarə və birliklər digər  dövlət qurumlarında tətbiq olunur. Qanunun ilk maddəsində, prezident, Türkiyə Böyük Millət Məclisi üzvləri, Nazirlər, Türk Silahlı Qüvvətləri və məhkəmə və universitetlərə aid deyil. [4]

Etik Komitəsinin vəzifələri və səlahiyyətləri :

Ø Dövlət qulluqçularının davranışlarını tənzimləyən qaydalara uyğun hazırlanacaq prinsiplər

Ø Etik davranışın pozulması iddia edilərsə

Ø zəruri imtahan və araşdırmalar tətbiq edir

Ø Dövlət sektorunda etik mədəniyyətinin qurulması və ya ictimai sektorda işlərin aparılması və bu mövzuda ediləcək işlərə dəstək verməkdir.

Ø Hədiyyələr almaq qadağanının və ən azı birinin əhatəsini müəyyənləşdirmək

Ø Hər bir təqvim ili sonunda yüksək vəzifəli dövlət məmurlarının qəbul etdiyi hədiyyələrin siyahısı

Ø vəzifəli şəxsləri sorğu etmək səlahiyyətinə malik olan İdarə Heyəti

Ø vəzifəlilərin mülkiyyət elanlarını araşdırır.

Vəzifələrini icra edərkən dövlət qulluqçuları etik davranış qaydalarını yerinə yetirmək məcburiyyətindədirlər. Tələb olunan etik davranış prinsipləri aşağıdakı qaydada verilmişdir :

Ø Vəzifə icrasında ictimai xidmət bilikləri: Dövlət qulluqçuları dövlət xidmətlərinin yerinə yetirilməsində; davamlı inkişaf, iştirak, şəffaflıq, qərəzsizlik, dürüstlük, ictimai fayda, hesab verəbilmə, uzaqgörənlik nümayiş etdirməlidirlər.

Ø İctimai xidmətin məlumatlandırılması: Dövlət qulluqçusu dövlət xidmətlərinin həyata keçirilməsində xalqın gündəlik həyatını asanlaşdırmaq, ehtiyaclarını ödəmək, nəticəyə diqqət yetirməyi hədəfləyirlər.

Ø Xidmət standartlarına riayət: Dövlət qurumlarının və təşkilatlarının rəhbərləri və digər işçiləri, müəyyən edilmiş standartlara və prosedurlara uyğun ictimai xidmətlər göstərməlidir, düzgün işləməlidirlər.

Ø Məqsəd və vəzifəyə bağlılıq: Dövlət qulluqçuları dövlətin, təmsil etdiyi dövlət orqanının məqsəd və vəzifələrinə uyğun hərəkət edir. Ölkənin maraqları, cəmiyyətin rifahı və təşkilatın xidmət idealları əsas tutulur.

Ø Dürüstlük və qərəzsizlik: Dövlət vəzifəliləri bütün hərəkət və əməliyyatlarda qanunilik, ədalət, bərabərlik və dürüstlük prinsiplərinə uyğun hərəkət edərək, dil, din, fəlsəfi inanc, siyasi düşüncə, irq, cinsiyyət və ya oxşar səbəblər üzündən ayrı-seçkilik etməmək, insan hüquqları və azadlıqlarına zidd olan məsələlərdə iştirak edə bilməzlər.

Ø Hörmət və etimad: Dövlət vəzifəliləri dövlət idarəçiliyinə güvən təmin etməlidir. Xalqın dövlətə güvənməsinə, etimadına  əngəl olan  davranışlardan uzaq olmalıdırlar.

Ø Nəzakətlilik: Dövlət qulluqçuları bütün şəxslərə həmçinin  rəhbəri və tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Ø Səlahiyyətli orqanlara bildiriş: Dövlət vəzifəli şəxslər etik davranışa zidd olan və  qeyri-qanuni fəaliyyətdən xəbərdar olduqda və ya gördükdə səlahiyyətli orqanlara məlumat verməlidir. Təşkilat və təşkilatın rəhbərləri, ictimai vəzifəlilərin şəxsiyyəti gizli saxlamalı və onlara zərər verməməlidir

Ø Maraqların toqquşmasının qarşısının alınması: Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Cəmiyyət vəzifəliləri maraq qarşıdurması üçün şəxsi məsuliyyət daşıyır və onlar ümumiyyətlə münaqişənin yaranma vəziyyətini şəxsən bilənlərdir. Dövlət qulluqçusunun etdiyi hərəkətdən və ya qəbul etdiyi qərardan onun özünün, dostunun, qohumunun yaxud tanıdığı insanın mənfi olaraq təsirlənməsi və yaxud fayda əldə etməsi maraqlar toqquşmasını ortaya çıxarır.Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Dövlət vəzifəliləri, vəzifələrini icra edərkən əldə etdikləri rəsmi və ya gizli məlumatlardan birbaşa və ya dolayı iqtisadi, siyasi və ya sosial fayda qazanmaq üçün istifadə edə bilməzlər və səlahiyyətli orqanlardan başqa 3cü şəxslərə açıqlaya bilməzlər. Dövlət qulluqçuları  seçki kampaniyalarında təşkilatın qaynaqlarından birbaşa və ya dolayı istifadə edə bilməz

Ø Hədiyyələr almaq qadağası: Alındığı tarixdə dəyəri 10 aylıq minimum əmək haqqının cəmini aşmayan hədiyyələr.

Ø İctimai malların və resursların istifadəsi: Dövlət qulluqçuları, ictimai binalar və digər ictimai mal və resurslar, ictimai məqsəd və xidmətlər tələblərdən başqa istifadə edə  bilməz, onları  hər an qorumalı və lazımi tədbirlər görməlidir.

Ø İnformasiya, şəffaflıq və iştirak: Dövlət vəzifəli şəxslər, ictimai məlumatları əldə etmək hüququndan istifadə edirlər. Fiziki və hüquqi şəxslərin tələbi 4982 saylı qanuna əsasən məlumat əldə etmək hüququna malikdir. İstənilən məlumat və sənədlər qanunda göstərildiyi hallar istisna olmaqla, onlara lazımi qaydada təqdim olunmalıdır.

Ø Köhnə dövlət qulluqçuları ilə əlaqələr: Keçmiş dövlət qulluqçuları dövlət xidmətlərindən imtiyazlı şəkildə faydalana bilməz, hər hansı müqavilə, vasitəçilik, nümayəndəlik, ekspertiza və ya oxşar vəzifələr və işlərə baxa bilməz.

Ø Malların bəyan edilməsi: Dövlət vəzifəli şəxslərin nəzarət altında olan  daşınar və daşınmaz əmlakları, alacaqları və borcları 3628 saylı “Mal bildirimi, rüşvətxorluq və Korrupsiyaya Qarşı Mübarizə” qanununun müddəalarına əsasən İdarəetmə zəruri hesab edilən malların bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Malların bəyan olunmasında məlumatların düzgünlüyünü yoxlamaq üçün təşkilatların tələb etdiyi məlumatlar (banklar və xüsusi maliyyə qurumları daxil olmaqla) onlar otuz gün ərzində İdarə Heyətinə təqdim etməlidirlər.

 Dövlət vəzifəlilərinin etik davranışını tənzimləyən başqa bir qanun, 657 saylı Dövlət məmurları haqqında Qanundur. Qanuna əsasən, dövlət qulluqçuları öz vəzifələrini  yerinə yetirmək və dövlətin maraqlarını müdafiə etmək məcburiyyətindədir (7ci maddə) Yenə qanuna görə dövlət məmurları cinayət əmrini yerinə yetirə bilmirlər və belə bir əmri yerinə yetirən şəxs məsuliyyətdən azad edilə bilməz (11-ci maddə). Bundan əlavə, dövlət qulluqçuları özləri, həyat yoldaşları və uşaqları üçün əmlak elan edir (14-cü maddə). Bununla yanaşı, dövlət qulluqçuları Türk Ticarət Qanununun müddəalarına uyğun olaraq ticarət və ya biznesmen olmalarını tələb edən fəaliyyətlərlə məşğul ola bilməz (28-ci maddə). Türk dövlət idarəetmə sistemində etik olmayan davranışlara görə cəza tədbirləri 5237 saylı Türk Cəza Qanununda tənzimlənir. Qanuna görə, rüşvət, qəsb, mənimsəmə, aldatma, saxtakarlıq və səhv məlumatlandırma korrupsiya cinayətləri kimi müəyyən edilir. Bununla yanaşı, korrupsiya cinayətində olmayan lakin ictimai vəzifəsini sui-istifadə etmə kimi cinayətlər də Qanunda tənzimlənir. Məsələn, səlahiyyətli olmayan bir iş üçün faydalanma, maraqların toqquşması hallarından biri olan Türk Cəza Qanununun 255-ci maddəsi ilə tənzimlənir. Qanunlara əməl etməyən dövlət qulluqçusuna bir ildən beş ilə qədər həbs və məhkəmə qərarı ilə pul cəzası tətbiq oluna bilər.

Dövlət xidmətlərinin keyfiyyətli və səmərəli həyata keçirilməsi  üçün tələb olunan etik prinsiplər aşağıdakılardır:

Ø Dövlət xidmətlərində etik standartlar aydın olmalıdır.

Ø Etik qaydalar hüquqi qaydalara uyğun olmalıdır.

Ø Dövlət vəzifəli şəxslərə dövlət xidmətlərinin təmin edilməsi üçün etik qaydalar / təlimatlar təqdim edilməlidir.

Ø Etikaya dair siyasi şərhlər və söhbətlər təşviq edilməlidir.  

Məmurlar üçün qoyulan qadağalar:

Ø Ticarət və digər qazanc gətirən fəaliyyətlərin qadağan edilməsi

Ø Hədiyyə almaqla əlaqəli məhdudiyyətlər

Ø Səlahiyyətlərindən sui istifadə edərək fayda əldə etmək

Ø Gizli məlumatı açıqlamaq

Ø Dövlət qulluğundan ayrılanlara qoyulan ticarət fəaliyyəti qadağası

Vəzifə və öhdəliklərini yerinə yetirməyən və ya qoyulan qadağalara məhəl qoymayan “intizam xətası” işləyən məmurlar haqqında Dövlət məmurları qanununun 125ci  maddəsinə əsasən “intizam cəzaları”tətbiq olunur. 5növ disiplin cəzası mövcuddur:

Ø Xəbərdarlıq

Ø Töhmət

Ø Vəzifədə yüksəlişin dayandırılması

Ø Maaşdan kəsmə

Ø Dövlət qulluğundan uzaqlaşdırılma

İlk ikisi xaric bu cəzalara qarşı mühakimə yolu açıqdır.

Digər qeyri etik davranışlar:

Ø Vəzifəsindən sui istifadə

Ø Xidməti sirrin açıqlanması

Ø Tərəftutma

Ø Vəzifəsinə qarşı laqeydlik

Ø Ticarət fəaliyyəti

Bu cür hallara yol verən şəxslər pul cəzası, azadlıqdan məhrumetmə ilə yanaşı dövlət məmuru olma şərtlərində yaranan əksiklik səbəbiylə dövlət qulluğundan ya müvəqqəti ya da ömürlük uzaqlaşdırılır.

Azərbaycanda dövlət qulluğu sistemində islahatların həyata keçirilməsi və kadr potensialının təkmilləşdirilməsində xüsusi diqqəti ilə seçilən təşkilatlardan biri, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” və onun nəzdnində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləridir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə yaradılmış Agentlik — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.

 

Korrupsiya - Korrupsiya – cəmiyyətdə maddi və qeyri-maddi nemət və sərvətlərin mübadiləsi zamanı meydana gələn qeyri-qanuni münasibətlərlə xarakterizə olunan və siyasi və sosial institutların, dövlət idarəçiliyi sisteminin dağılmasına səbəb olan mürəkkəb və təhlükəli sosial patologiyadır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyada qeyd edilən xüsusi məqamlardan biri dövlət qulluqçularının etik davranış qaydaları çərçivəsində korrupsiya ilə mübarizəyə həsr edilmişdir.

Azərbaycanda dövlət qulluğunda aparılan islahatlar bürokratik anomaliyaların aradan qaldırılması, meritokratiya prinsipinə əməl edilməsi, korrupsiya ilə mübarizə, dövlət sektorunda şəffaflığın artırılması, vətəndaş məmnunluğunun artırılması, bürokratizm ilə mübarizə, bütün vətəndaşlara qarşı bərabər münasibət əsasında yüksək keyfiyyətli dövlət xidməti göstərilməsini hədəf götürmüşdür. Dövlət qulluğunun səmərəliliyinin аrtırılmаsı bilаvаsitə kаdr siyаsəti ilə bаğlıdır; peşəkаr məmur kаdrlаrının hаzırlаnmаsı və dövlət orqаnlаrındа təsnifаt tələblərinə uyğun olаrаq yerləşdirilməsi dövlət əhəmiyyətli məsələdir. Dövlət qulluğu və kаdr siyаsəti bir-birilə üzvi şəkildə bаğlı olub, dövlətin funksiyа və məqsədlərinin sаdiq, vətənpərvər, yüksək əxlаqi keyfiyyətlərə, аnаlitik təhlilə mаlik olаn peşəkаr və intellektuаl kаdrlаrdаn ibаrət səmərəli sosiаl-hüquqi və siyаsi mexаnizm vаsitəsilə həyаtа keçirilməsini nəzərdə tutаn vаhid sistemin аyrılmаz tərkib elementləridir.

Bu gün dövlət qulluğundа etikа mühüm əhəmiyyət kəsb edir. Аzərbаycаn Respublikаsının Prezidenti cənаb İlhаm Əliyev də dаim öz çıxışlаrındа dövlət qulluqçulаrındаn gözlənilən və tələb edilən dаvrаnış qаydаlаrını qeyd edir. Аzərbаycаn Respublikаsı regionlаrının sosiаl-iqtisаdi inkişаfı Dövlət proqrаmlаrının icrаsınа həsr olunmuş konfrаnsdа prezident İlhаm Əliyev qeyd etmişdir: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xаlqlа bir yerdə olmаlıdır, təvаzökаr, işgüzаr və vətənpərvər olmаlıdır, rüşvət аlmаmаlıdır, özünü xаlqdаn üstün tutmаmаlıdır, işlədiyi bölgələrdə, sаhələrdə hörmət qаzаnmаlıdır və vətənə sаdiq, sədаqətli olmаlıdır. Heç bir xаrici dаirənin təsiri аltınа düşməməlidir. Bаx, budur əsаs prinsiplər. Hər bir dövlət məmurundаn tələb edirəm ki, bu prinsiplərə əməl etsin. Dövlət məmuru xаlqın xidmətçisidir. Xаlqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurlаrı belə işləməlidirlər.” Qeyd edilən sitаt dövlət qulluğundа etikаyа nə qədər əhəmiyyət verildiyini bir dаhа təsdiq edir.

 

                                                    Ədəbiyyat

 “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının qanunu; Bakı şəhəri, 31 may 2007-ci il  № 352-IIIQ

         Özdemir M., “Kamu Yönetiminde Etik”, Ankara Üniversitesi, 2008;

  Usta S., Kocaoğlu M., “Kamu Yönetiminde Etik Davranış İlkeleri: Kırşehir Belediyesi Çalışanlarının Etik algıları üzerine bir araştırma”, Süleyman Demirel Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi, 2015;

     Yatkın A., “Kamu Yönetimi Etiği ve Üst Düzey Yöneticilerin Çalışanlarına Karşı Etik Yükümlülükleri”, Akademik Bakış Dergisi, 2013.

 


Etiket:

Strategiya.az

Xəbərlər
09.07.2020

Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib 

09.07.2020

Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

09.07.2020

Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb

09.07.2020

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

09.07.2020

Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib

09.07.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

09.07.2020

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı

09.07.2020

Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı

09.07.2020

Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

09.07.2020

General-leytenant Fuad Məmmədov  vəzifəsindən azad edilib

09.07.2020

Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib

09.07.2020

Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA

08.07.2020

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

08.07.2020

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü

08.07.2020

Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı

08.07.2020

Dolu düşəcəyi gözlənilir

08.07.2020

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri həbs edildi

08.07.2020

Karantin postlarından 500 avtomobil geri qaytarılıb

08.07.2020

Abşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı - SƏRƏNCAM

07.07.2020

Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib

07.07.2020

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü

07.07.2020

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

07.07.2020

Bir sıra icazələr yenidən aktivləşdirildi

07.07.2020

Prezident İlham Əliyevin müsahibəsi - TAM MƏTN

07.07.2020

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07.07.2020

İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri

06.07.2020

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik

06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

06.07.2020

Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi

06.07.2020

BDU-da virtual elmi seminar keçirilib

06.07.2020

DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı

06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

06.07.2020

Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%-nə Azərbaycanda rast gəlinir

06.07.2020

Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

06.07.2020

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

06.07.2020

Ukraynada koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

06.07.2020

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

06.07.2020

Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub

06.07.2020

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

05.07.2020

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

05.07.2020

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

05.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

05.07.2020

Xəstəlikdən bir neçə ay sonra idmanla məşğul ola bilmirlər

05.07.2020

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

05.07.2020

Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı

04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

04.07.2020

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib

04.07.2020

Azərbaycan neftinin bir barreli 43,85 dollara satılır

04.07.2020

Prezident tanınmış yazıçıya ev bağışladı

04.07.2020

Bu ölkə koronavirusun ikinci dalğasına başladı