Prezident İlham Əliyev: Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir

14:55 / 02.12.2019

Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.

Bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.

Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən “Bakutel” sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, “Bakutel” sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir".

Daha sonra Prezident İlham Əliyev ölkədə keçirilən Formula 1 yarışlarından danışaraq bildirib:

"Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır".


Etiket:

Strategiya.az

Xəbərlər
06.06.2020

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 153 nəfər sağaldı, 2 nəfər öldü

06.06.2020

“Azeri Light”ın bir barrelinin qiyməti 43 dolları ötüb

06.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

06.06.2020

Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”

06.06.2020

Neftin qiyməti bahalaşır

06.06.2020

Koronavirusa yoluxma bu aylarda daha da artacaq

06.06.2020

Atəşkəs snayper tüfənglərlə 24 dəfə pozuldu

06.06.2020

Bakı küçələri boş qaldı

05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI