“Yeniləşən Azərbaycana yeni parlament lazımdır”

15:43 / 02.12.2019

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycan parlamentində islahatların aparılmasının vacibliyi qeyd edildi və Milli Məclisin buraxılması barədə təşəbbüs irəli sürüldü. Bildirildi ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli, geniş, əhatəli xarakter daşıyır. Məhz bu baxımdan islahatlar qanunverici hakimiyyət sferasından da kənarda qalmamalıdır. YAP üzvləri Siyasi Şuranın iclasında bu məsələni müzakirə edərək, bir daha islahatlar konsepsiyasına öz dəstəklərini nümayiş etdirdilər. Siyasi Şuranın bütün üzvləri bu məsələdə Azərbaycan parlamentinin də yeniləşməsinin, müasirləşməsinin zəruri olduğu barədə yekdil qərara gəldilər. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovla söhbətimiz bu barədə oldu. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Milli Məclisin ­buraxılması barədə qərarına aydınlıq gətirən E.Nəsirov dedi:

– Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası partiyanın parlament təmsilçilərinə müraciət edərək bildirdi ki, ölkədə həyata keçirilən islahatlar fonunda Milli Məclisin buraxılması məsələsini gündəmə gətirsinlər. Bu məsələ artıq parlamentin müzakirəsinə çıxarılacaq. Müzakirələrdən sonra qərar qəbul olunacaq və dövlət başçısına yeni seçkilərin keçirilməsi barədə müraciət olunacaq. 
– Elman müəllim, bu zərurət nədən yarandı?
– Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sistemli, ardıcıl islahatlar kursu həyata keçirilir. Respublikamızda elə bir sfera yoxdur ki, islahatlar onu əhatə etməsin. Sosial, iqtisadi, məhkəmə-hüquq sistemində və digər sahələrdə islahatlara start verilib. Xalq bu islahatların bəhrəsini artıq gündəlik həyatında hiss edir. Göründüyü kimi, hakimiyyətin hər iki qanadında islahatlar aparılıb. Ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Təbii ki, qanunverici orqan olan Milli Məclisdə də yeniləşmə olmalıdır. Bu baxımdan, Milli Məclisin buraxılması barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüsün irəli sürülməsi məntiqidir və ölkəmizdə aparılan islahatlar kursunun mahiyyətindən, onun fəlsəfəsindən doğan bir zərurətdir. 
İslahatlar barəsində də cənab Prezidentin çox maraqlı fikirləri var. Deyir ki, islahat, ilk növbədə, təkamüldür, yeni dövrə uyğunlaşma və tərəqqidir. Eyni məntiqlə Milli Məclis də təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun olaraq bu addımları atır. Hesab edirəm ki, bununla da islahatlar artıq cəmiyyətimizin bütün sferalarını, o cümlədən parlamenti də əhatə etməklə tam məzmun kəsb edir. 
– Növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə bağlı radikal müxalifət nümayəndələri müxtəlif fikirlər səsləndirirlər. Bu məsələyə sizin münasibətiniz necədir?
– Siyasi partiyaların qarşıya qoyduğu əsas məsələlərdən biri də ölkədə keçirilən hər hansı bir seçkiyə hazırlaşmaq , seçkilərdə iştirak etmək və qələbə qazanmaqdır. Seçkini boykot etmək, növbədənkənar seçkilər haqqında mənfi fikir söyləmək zəiflik, acizlik əlamətidir. Bu fikri səsləndirənlər yaxşı bilirlər ki, onlara dəstək verən yoxdur və hansı seçkiyə qatılsalar da, seçicilərin etimadını qazana bilməyəcəklər. Ona görə də indidən su bulandırmaq, çaşqınlıq yaratmaq istəyirlər. Növbədənkənar seçkilərin keçirilməsi nadir hadisə deyil və təkcə bizim ölkəmizdə müşahidə olunmur. Dünya praktikasına nəzər salsaq, belə halların tez-tez baş verdiyinin şahidi olarıq. Məsələn, bir faktı diqqətinizə çatdırım.
Bu il dekabrın 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Daha bir fakt deyə bilərəm. 2015-ci ildən 2019-cu ilə qədər İspaniyada 4 erkən parlament seçkiləri keçirilib. Hətta 2019-cu ildə həmin ölkədə 2 belə növbədənkənar seçki keçirilib. Həmçinin, İsraildə də növbədənkənar parlament seçkiləri keçirilib. Görürsünüzmü, dünya praktikasında belə hallar baş verir. Ona görə də növbədənkənar parlament seçkilərinin keçirilməsini qeyri-adi hadisə kimi qələmə vermək və ya bu hadisədən siyasi məqsədlər üçün istifadə etmək siyasətdən bixəbər adamların, araqarışdıranların işidir. 
Əslində, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edərək yeni siyasi mədəniyyət nümayiş etdirdi və müstəqillik tariximizə yeni səhifə yazdı. Yəqin ki, hər kəsin yadındadır. YAP yeni yarananda o zamankı antimilli hakimiyyətə qarşı müxalifətdə olub. Qısa bir zamanda ətrafına minlərlə üzv və təəssübkeş toplayan bu partiya xalqın dəstəyi ilə hakimiyyətə gəldi. Hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə rəqiblərini özündən xeyli arxada qoyub. Bu gün Azərbaycanın dünyada nüfuz sahibi olmasında YAP-ın xidmətləri danılmazdır. İndi də növbəti siyasi mədəniyyət ortaya qoyaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təşəbbüslə çıxış etdi.
Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan deputatları könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və yeni seçkilərin keçirilməsi istəyini ortaya qoyurlar. Hesab edirəm ki, yeniləşən Azərbaycana yeni parlament nəsib olacaq.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


Etiket:

Strategiya.az

Xəbərlər
11.12.2019

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir

11.12.2019

Qvardiola istefaya gedir?

11.12.2019

Ağ Ev: Trampa qarşı ittihamlar yalandır

11.12.2019

Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

11.12.2019

Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

11.12.2019

Prezident İlham Əliyev: Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı

11.12.2019

Azərbaycan və Ermənistan eyni qrupa düşdü

11.12.2019

Çavuşoğlu: Sanksiya olsa, İncirlik və Kürəcik bazaları gündəmə gələcək

11.12.2019

Mingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

11.12.2019

BNA: Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

11.12.2019

Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

11.12.2019

“VAZ" piyadanı vurub öldürdü

11.12.2019

Türkiyədə PKK terror təşkilatına kömək etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11.12.2019

ÇL-in oyunları bu kanallarda - Siyahı

11.12.2019

Rusiya, İran və Türkiyə Suriya münaqişəsinə görə bir araya gəldi

11.12.2019

Heydər Əliyev Fondu: Müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı məlumatlandırılıb

11.12.2019

“Qızıl qlobus” namizədlərin adı açıqlandı: Hamı heyrətləndi

11.12.2019

Sabah hava necə olacaq? 

11.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

11.12.2019

ABŞ-ın Nümayəndələr Palatası Trampı hakimiyyət səlahiyyətlərini aşmaqda ittiham edib

11.12.2019

“Taliban” dörd qəbilə ağsaqqalını oğurladı

11.12.2019

Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

11.12.2019

Bakının bu rayonunda su kəsiləcək

11.12.2019

 Əli Həsənov: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI olmuşdur

11.12.2019

"Azeri Light" nefti ucuzlaşıb

11.12.2019

Sabah Bakının mərkəzində yollar bağlanacaq - XƏBƏRDARLIQ

11.12.2019

Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

11.12.2019

WADA-nın İdmançılar Komissiyası Rusiyanın yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir

11.12.2019

Media mənsublarının nəzərinə!

11.12.2019

Bakıda dəhşətli qəzada ölən şagirdlərin kimliyi məlum oldu

11.12.2019

Ançelotti istefaya göndərildi - Rəsmi

11.12.2019

Bakıdakı bayram yarmarkalarında QİYMƏTLƏR

11.12.2019

Əfqanıstanda NATO-nun hərbi karvanı yaxınlığında avtomobil partladılıb - YENİLƏNİB

11.12.2019

Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

11.12.2019

“Cey­rançöl”də itlər sərhəd naryadına hücum etdi, yaralanan var

11.12.2019

Sutka ərzində atəşkəs rejimini 21 dəfə pozuldu

11.12.2019

Neftin ucuzlaşması davam edir

11.12.2019

Dekabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

11.12.2019

İsveçdə Nobel mükafatının təqdimatı mərasimi keçirildi 

11.12.2019

Tramp Qələbə Gününü Moskvada keçirə bilər

11.12.2019

ÇL-də növbəti 1/8 finalçılar bəlli oldu

11.12.2019

ABŞ dövlət katibi ilə Sergey Lavrov arasında görüşdə Suriyadakı vəziyyət müzakirə olunub

11.12.2019

Bir neçə dəfə təmir olunan yol növbəti dəfə çökdü

11.12.2019

Türkiyədə güclü zəlzələ baş verib

10.12.2019

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb

10.12.2019

Bakıda məcburi köçkün 35 yaşlı qadını vurub öldürdü

10.12.2019

Bu şəxslərin maaşı 50 faiz artırıldı - RƏSMİ

10.12.2019

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

10.12.2019

Silah satan şirkətlərin qazancı açıqlandı - 420 milyard dollar...

10.12.2019

Qanun Nümayəndələr Palatasından keçdi - Türkiyəyə qarşı addım