Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib

16:17 / 02.12.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyev dedi:

- Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər.

Siz 1993-cü ildə Prezident Administrasiyasına ulu öndər Heydər Əliyev tərəfindən dəvət olunmusunuz. Demək olar ki, Heydər Əliyev Prezident kimi fəaliyyətə başlayandan dərhal sonra sizə bu böyük etimadı göstərmişdir və on il ərzində onun rəhbərliyi altında işləmisiniz. Yəni, siz 26 ildir Prezident Administrasiyasında çalışırsınız, onun 20 ilini katibliyin rəisi kimi. Ulu Öndərin sizə olan xoş münasibətini mən şəxsən bilirəm, bunun şahidi olmuşam. O, sizə çox inanırdı, güvənirdi və məhz buna görə sizə böyük vəzifəni etibar etmişdir.

Son 16 il ərzində biz birlikdə işləyirik. Mən də sizin işinizdən həmişə razı olmuşam. Siz çox məsuliyyətli, bilikli, peşəkar insan kimi ölkəmizin ümumi inkişafına böyük töhfələr vermisiniz. Bütün bunları nəzərə alaraq, mən sizi yüksək dövlət ordeni – “Şərəf” ordeni ilə təltif edirəm. Siz bu yüksək ordenə layiqsiniz. Bu orden sizin gördüyünüz işlərə dövlət tərəfindən verilən yüksək qiymətdir. İcazə verin, bu yüksək mükafatı sizə təqdim edim.

Dilarə Seyidzadə: Çox sağ olun.

x x x

Dövlətimizin başçısı “Şərəf” ordenini Dilarə Seyidzadəyə təqdim etdi.

x x x

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Dilarə Seyidzadə: Çox sağ olun, cənab Prezident. Bilirsiniz, bu gün mənim üçün çox böyük bir gündür. Mən bütün həyatımı bir tarixçi kimi çalışmışdım. Bu, mənim üçün çox böyük bir şərəf idi. Siz çox sağ olun, elə bu ordenin də adı “Şərəf”dir. Çox şadam ki, böyük, unudulmaz şəxsiyyət, bizim dahi rəhbərimiz Heydər Əliyev mənə inanıb, etimad göstərib, əvvəlcə özünə köməkçi, sonra isə katiblik yaradıb qarşımda çox məsuliyyətli vəzifələr qoymuşdur. O, katibliyi yaradanda mənə işin hamısını izah etmişdi. Görünür, o hesab edirdi ki, həmin dövrdə katiblik çox lazımı işlər görəcək.

Mən Sizə çox böyük minnətdarlığımı bildirirəm ki, Siz də bizə etimad göstərdiniz, mənim başçılıq etdiyim katibliyə diqqət, qayğı göstərdiniz. Biz bu diqqət və qayğını hər gün hiss edirdik. Biz fəxr edirdik ki, gündəlik işimizlə Sizə nəsə kömək göstəririk. Bu, bizim həyatımızın mənası idi.

Bu gün də yüksək diqqət göstərib, vaxt ayırıb məni qəbul etdiniz, mənə belə böyük bir mükafat verdiniz. Mən həmişə Sizin çıxışlarınıza valeh oluram, çox diqqətlə qulaq asıram. Onlar bizim tariximizi daim hər bir insanın ürəyinə çatdırır. Deyə bilərəm ki, Azərbaycan xalqının çox böyük oğlusunuz. Biz hamımız Sizinlə həmişə fəxr edirik, Sizi hamı sevir. Arzum odur ki, Siz həmişə xoşbəxt olasınız, həmişə bizim bu gözəl Vətənimizi irəliyə aparasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə də cansağlığı arzulayıram. Əminəm ki, Siz çox gözəl tarixçi, ictimai xadim kimi bundan sonra da ölkəmizin ümumi inkişafına dəyərli töhfə verəcəksiniz və Azərbaycan tarixini, xüsusilə müasir tarixini olduğu kimi, bütün həqiqətləri tam təfsilatı ilə nəzərə alaraq həm ictimaiyyətə, həm də xüsusilə gənc nəslə çatdıracaqsınız.

Çünki mənim Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışım məhz böyük dərəcədə gənclərə verilən çox ciddi mesaj idi. Həqiqəti onlar olduğu kimi bilməlidirlər, bugünkü reallıqları qiymətləndirməlidirlər, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında göstərdiyi tarixi xidmətləri bilməlidirlər. Biz hamımız o acı günləri yaxşı xatırlayırıq. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq hökm sürürdü, ölkəmizin müstəqilliyi sual altında idi. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, biliyi, xalqın ona olan inamı, bizi bu ağır vəziyyətdən çıxardı və inkişaf yoluna qoydu.

Ona görə hesab edirəm ki, müasir tariximizlə bağlı daha böyük əsərlər yazılmalıdır, həm elmi əsərlər, həm publisistik əsərlər. Çünki buna böyük ehtiyac var. Xüsusilə ona görə ki, biz bu tarixi yaşamışıq, biz hamımız o tarixin şahidləriyik. Hesab edirəm ki, bu tarixi olduğu kimi çatdırmaq, onu bizim tarixlə bağlı kitablarda əks etdirmək böyük iş olar. Əminəm ki, Siz tarixçi kimi və Azərbaycan dövlətçiliyinin formalaşmasında önəmli rol oynamış insan kimi bundan sonra da öz elmi fəaliyyətinizdə bu işləri görəcəksiniz. Sizə cansağlığı və yeni uğurlar arzulayıram.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev: Sağ olun.

Dilarə SEYİDZADƏ: Çox sağ olun.


Etiket:

Strategiya.az

Xəbərlər
11.12.2019

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir

11.12.2019

Qvardiola istefaya gedir?

11.12.2019

Ağ Ev: Trampa qarşı ittihamlar yalandır

11.12.2019

Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

11.12.2019

Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

11.12.2019

Prezident İlham Əliyev: Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı

11.12.2019

Azərbaycan və Ermənistan eyni qrupa düşdü

11.12.2019

Çavuşoğlu: Sanksiya olsa, İncirlik və Kürəcik bazaları gündəmə gələcək

11.12.2019

Mingəçevirdə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

11.12.2019

BNA: Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

11.12.2019

Bakıda 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edildi

11.12.2019

“VAZ" piyadanı vurub öldürdü

11.12.2019

Türkiyədə PKK terror təşkilatına kömək etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11.12.2019

ÇL-in oyunları bu kanallarda - Siyahı

11.12.2019

Rusiya, İran və Türkiyə Suriya münaqişəsinə görə bir araya gəldi

11.12.2019

Heydər Əliyev Fondu: Müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı məlumatlandırılıb

11.12.2019

“Qızıl qlobus” namizədlərin adı açıqlandı: Hamı heyrətləndi

11.12.2019

Sabah hava necə olacaq? 

11.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

11.12.2019

ABŞ-ın Nümayəndələr Palatası Trampı hakimiyyət səlahiyyətlərini aşmaqda ittiham edib

11.12.2019

“Taliban” dörd qəbilə ağsaqqalını oğurladı

11.12.2019

Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

11.12.2019

Bakının bu rayonunda su kəsiləcək

11.12.2019

 Əli Həsənov: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI olmuşdur

11.12.2019

"Azeri Light" nefti ucuzlaşıb

11.12.2019

Sabah Bakının mərkəzində yollar bağlanacaq - XƏBƏRDARLIQ

11.12.2019

Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

11.12.2019

WADA-nın İdmançılar Komissiyası Rusiyanın yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir

11.12.2019

Media mənsublarının nəzərinə!

11.12.2019

Bakıda dəhşətli qəzada ölən şagirdlərin kimliyi məlum oldu

11.12.2019

Ançelotti istefaya göndərildi - Rəsmi

11.12.2019

Bakıdakı bayram yarmarkalarında QİYMƏTLƏR

11.12.2019

Əfqanıstanda NATO-nun hərbi karvanı yaxınlığında avtomobil partladılıb - YENİLƏNİB

11.12.2019

Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

11.12.2019

“Cey­rançöl”də itlər sərhəd naryadına hücum etdi, yaralanan var

11.12.2019

Sutka ərzində atəşkəs rejimini 21 dəfə pozuldu

11.12.2019

Neftin ucuzlaşması davam edir

11.12.2019

Dekabrın 11-də xarici valyutaların manata qarşı məzənnələri

11.12.2019

İsveçdə Nobel mükafatının təqdimatı mərasimi keçirildi 

11.12.2019

Tramp Qələbə Gününü Moskvada keçirə bilər

11.12.2019

ÇL-də növbəti 1/8 finalçılar bəlli oldu

11.12.2019

ABŞ dövlət katibi ilə Sergey Lavrov arasında görüşdə Suriyadakı vəziyyət müzakirə olunub

11.12.2019

Bir neçə dəfə təmir olunan yol növbəti dəfə çökdü

11.12.2019

Türkiyədə güclü zəlzələ baş verib

10.12.2019

Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb

10.12.2019

Bakıda məcburi köçkün 35 yaşlı qadını vurub öldürdü

10.12.2019

Bu şəxslərin maaşı 50 faiz artırıldı - RƏSMİ

10.12.2019

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

10.12.2019

Silah satan şirkətlərin qazancı açıqlandı - 420 milyard dollar...

10.12.2019

Qanun Nümayəndələr Palatasından keçdi - Türkiyəyə qarşı addım