Lavaş bizə məxsusdur, mədə niyyətli oğrulara yox…

12:48 / 06.12.2019

Mənəvi-mədəni dəyərləri olmayan çılız məxluqlara-ermənilərə xitabən…

İdmi və yaşam mədəniyyəti olmayanların mədəni irsi ola bilməz.Ermənilər kimi… 

Dünyanın bütün nöqtələrində yaşayan xalqların,millətlərin hər birinin özünəməxsus mədəni dəyərləri var.Xüsusən də,yaşam tərəzini formalaşdıran mətbəx mədəniyyəti…Azərbaycan bir coğrafi məkan olaraq tarixən öz zəngin mədəniyyəti ilə dünyanın diqqət mərkəzində olub.Yemək və mətbəx mədəniyyəti də özünəməxsusluğu ilə fərqlənib.Çünki bu dəyərlərimiz mədə niyyətili olmayıb,sözün əsl mənasında mədəniyyət olub.Azərbaycan türklərinin və bizim coğrafiyada yaşayan digər etnik xalqların mətbəx ənənləri tarixin bütün dövrlərində fərqliliyini qoruyub saxlayıb və günümüzə kimi gəlib çıxıb.

Azərbaycan mətbəxində ən müqəddəs nemət isə təbii ki,çörək olub.Hətta,xalq arasında bir deyim də formalaşıb:”Biz çörək sevən,çörəyi çox yeyən xalqıq”.Bu onu göstərir ki,çörək və çörək məhsullarının qida rasionumuzda xüsusi yeri var.

Təndir çörəyi, yayma, yapma, təpitmə, xamralı, fətir,y ağlı fətir, yuxa, sac lavaşı, təndir lavaşı və s.çörək növlərini misal göstərmək olar.Azərbaycan mətbəxində önəmli yeri olan çörək növlərindən biri, bəlkə də birincisi lavaşdır. Tarixə nəzərə salsaq görərik ki,lavaşın ilk dəfə nə zaman bişirildiyi haqqında məlumat yoxdur. Bu amil isə onun qədimliyinə dəalət edir. Çünki dünyanın ən qədim xalqlarından olan türklər mövcud olandan onun qidalarından biri də məhz lavaş çörəyi olub.Lavaşın türk xalqlarının mətbəxinə aid olması həm də elat mədəniyyəti ilə bağlıdır.Elat mədəniyyəti və köçəri,mövsümi həyat tərzi türklərə xas dəyərlərdəndir.Gec xarab olduğuna görə yuxa çörəyi,yəni lavaş elə  türk azuqəsi sayılır.Türk xalqlarına aid olan tərəkəmə tayfalarının arandan dağa, dağdan arana köç etməsi tarixən bir neçə gün vaxt aparıb.Məhz elat köçü yorulanda dincəlmək üçün münasib yer seçəndə nənələr, analar ocaq qalayıb, sac asıb, lavaş-yuxa yayardılar,..

Məlumat üçün qeyd edək ki,Lavaş və ya yuxa  su, un və duzdan istifadə etməklə hazırlanan çörək növüdür. Un, su, duz qatışıqlı xəmir əl ilə yoğrulduqdan sonra ondan kiçik kündələr düzəldilir. Sonra kündələrdən xəmir taxtası və ya yuxa taxtası adlanan xüsusi dairəvi kiçik masa üzərində oxlov vasitəsilə 2 millimetrlik naziklikdə, bəzən isə bundan daha nazik yayılaraq açılır.Açılmış yuxa həm sac üzərində, həm də təndirdə yapma üsulu ilə ərsəyə gəlir.Altında od qalanan qızmış sacın üzərinə hazırlanmış lavaş yuxası sərilərək,təndir divarına isə yapılaraq bişirilir. Bişirilmə texnikasına görə lavaş sacüstü və təndir yuxası adlanır.Lavaş çörəyinin bəzi növlərini Kəlbəcər,Qarabağ,Naxçıvan,Qərbi Azərbaycan və digər bölgələrdə quru halda həftələrlə, aylarla saxlayıblar.Səyahət zamanı,o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur.

Zərifliyi,nazikliyi və xüsusi ölçüsü ilə diqqət çəkən lavaşdan “əlüstü” qidalanmada,xalq dili ilə desək dürməkdə istifadə olunur.Lavaşdan düzəldilən arası pendir,şor,qaymaq və təbii kərə yağla doldurulmuş dürməkdən Azərbaycanda,Türkiyədə,Cənubi Azərbaycanda,Orta Asiyada və Qafqazda ləziz qida kimi geniş istifadə olunur.Çünki bu qidanı ayaq üstə,atdan enmədən rahat şəkildə yemək mümkündür.İçərisi bu cür doldurulmuş lavaş dürmək (dürüm) adlanır. Bu sözə qədim türk yazılı nümunələrində rast gəlinir və o, dür/tür — çevirmək, fırlatmaq, eşmək, bükmək kimi türk feli ilə bağlıdır.

Dilçilik elminə görə, “lavaş” sözünün mənşəyi iki hissədən ibarətdir: “lav” və ya “lay” “qat” deməkdir, “aş” isə bütün türk dillərində “qida” anlamı verir. Beləliklə, “lavaş” “qat-qat qida” anlamını ifadə edir.

Son illər lavaş mövzusu mənfur qonşularımızın özünüküləşdirmə iddiasından sonra daha çox müzakirə mövzusu olub. Ancaq xam xəyalda olan şərəfini itirmiş qonşularımız özləri də yaxşı bilirlər ki, lavaş Azərbaycan xalqına, ümumilikdə türklərə aiddir, onların icad etdiyi, süfrələrə gətirdiyi müqəddəs nemətdir.

Xatırladaq ki,2015-ci ildə Ermənistan tərəfindən UNESCO-ya təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verirdilər və yalnız onlara məxsus olmasını iddia edirdilər.Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsinə cəhd göstərdi.Ancaq simasızlıqları baş tutmadı.Belə ki,Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alındı və Komitə tərəfindən qəbul edilmədi.Sonrakı mərhələdə isə Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin qarşısı aldı.Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman olduğu kimi öz dəyərlərinə sahib çıxmaqla, onu yad nəzərlərdən qoruya bildi.

Azərbaycanın Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü,göstərdiyi səylər və dəstək nəticəsində Mədəniyyət Nazirliyi lavaşın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması üçün genişmiqyaslı işlər gördü.Bunun nəticəsi olaraq Lavaş çörək bişirmə ənənəsi 2016-cı ildə “Lavaş, Katırma, Jupka, Yufka – Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” adı ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.

Qafqazın qara ləkəsi olan mənfur ermənilər bir şeyi qanmalıdırlar.Onların eksklüziv heç nələri yoxdur.Təkcə özlərinəməxsus simasızlıq və həyasızlıqlarından başqa…

 

Müəllif:İnqilab Şirinbəyli

“Kanal32” İnformasiya Agentliyinin rəhbəri,AJB-nın üzvü


Etiket:

Strategiya.az

Xəbərlər
07.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb

07.04.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07.04.2020

Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı

07.04.2020

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah

07.04.2020

Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub

07.04.2020

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb

07.04.2020

Dünya Səhiyyə Təşkilatı: dünyada altı milyona yaxın tibb bacısı çatışmır

07.04.2020

Mərkəzi Bank: Bugünkü hərracda tələb 67,2 milyon dollar olub

07.04.2020

Karantin rejimini pozan daha 1499 sürücü cərimələnib

07.04.2020

Azərbaycan neftinin bir barreli 23,48 dollara satılır

07.04.2020

Donald Tramp: OPEC-in ABŞ-dan neft hasilatını azaltmaqla bağlı tələbi olmayıb

07.04.2020

“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər

07.04.2020

Bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər

07.04.2020

Mart ayında ABŞ-da 700 mindən çox iş yeri bağlanıb

07.04.2020

Facebook istifadəçilərin hərəkəti barədə məlumat toplayacaq

06.04.2020

Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb

06.04.2020

Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah

06.04.2020

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.04.2020

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

06.04.2020

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

06.04.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

06.04.2020

Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir

06.04.2020

Covid-19-lu dünya – Sona Vəliyevanın yeni şeirləri

06.04.2020

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

06.04.2020

Dağlıq Qarabağda erməni hərbçisi yaralanıb

06.04.2020

Karantin rejimini pozan 6 nəfər həbs edilib

06.04.2020

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

06.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb

06.04.2020

Zaqatalada kriminal avtoritet həbs edilib

06.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 9 mini ötüb

06.04.2020

Yaponiyada vəziyyət böhran həddinə çatıb

06.04.2020

Tovuzda mağazaya oğurluğa girən 28 yaşlı gənc qətlə yetirildi

06.04.2020

Neftin qiyməti ucuzlaşıb

06.04.2020

Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

05.04.2020

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

05.04.2020

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

05.04.2020

İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib

05.04.2020

Azərbaycanda koronavirusa daha 63 yoluxma faktı qeydə alınıb

05.04.2020

Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

05.04.2020

DSX: Qazaxda hərbi və mülki maşınlar ermənilər tərəfindən atəşə tutulub

05.04.2020

Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

05.04.2020

Bu gün geoloqların peşə bayramıdır

05.04.2020

Fransada 70 minə yaxın insan COVİD-19 virusuna yoluxub

05.04.2020

Azərbaycanda 300 min muzdlu işçiyə 215 milyon manat kompensasiya ayrılıb

05.04.2020

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

04.04.2020

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

04.04.2020

TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

04.04.2020

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

04.04.2020

Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

04.04.2020

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib