Azərbaycanın Bakı Dövlət Universiteti kimi elm məbədi var - MÜSAHİBƏ

13:26 / 07.12.2019

Müsahibimiz siyasi elmlər üzrə fəlsəfə doktoru, ”Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti 100 il” adlı kitabın müəllifi Günel Məliklidir 

- Günel xanım, sizin Bakı Dövlət Universiteti haqqında kitab yazmağınız fədakarlıq məhsulu, zəhmət nəticəsidir. Bir məzun üçün bu çox böyük töhfədir ki, oxuduğu ali təhsil ocağına bir növ öz borcunu qaytarmış olur. Bu gənclərə nümunə olan olan keyfiyyətlərdən biridir.. “İlham Əliyevin siyasi stratgiyasında milli piroritetlər ”, “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu ” kitablarından sonra sizi bu kitabı yazmağa sövq edən hansı hisslər oldu?

-  Mən Universitetə qəbul olduğum vaxtdan universitetin tarixinə böyük maraq göstərmişəm.Ümimiyyətlə, universitetlə bağlı nə varsa o mənim üçün çox qiymətlidir. Universitetlərin tarixi kontekstində Bakı Dövlət Universitetin yaranması Azərbaycanlı üçün böyük bir dünyadır, böyük bir dünyaya giriş deməkdir, çağırış deməkdir.

Belə bir müdrik kəlam var: “Hər kim elmə cığır açarsa, ona ölüm yoxdur”.

 Bakı Dövlət Universiteti bütövlükdə bu şərəfli missiyanı həyata keçirir. İllər uzunu könlümdə, gözümdə oxşadığım, “kiçik planetim” saydığım doğma, əziz, ana qucağı kimi isti, mehriban universitetim! Övlad ata-anasıyla öyündüyü kimi mən də universitetin dünəni, bu günü, sabahıyla öyünür, qürur duyuram. Bütövlükdə bunlar məni sövq etdiki mən bir gənc olaraq Bakı Dövlət Universiteti haqqında kitab yazım.

Müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı olan ümummilli lider Heydər Əliyev isə bu elm və təhsil məbədinin adını və şöhrətini yüksəklərə qaldırdırmışdır. Heydər Əliyev Bakı Dövlət Universitetinin yetirməsi olduğunu da hər zaman xatırlatmış, bununla fəxr etdiyini dəfələrlə vurğulamış, bu ali təhsil müəssisəsini Azərbaycan xalqının milli sərvəti adlandırmışdır. Bir çox görüşlərində “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”  söyləyən  ulu öndər Heydər Əliyev həmişə bu təhsil ocağının ölkənin ali məktəblərinin bayraqdarı-flaqmanı saymış və onu hər yerdə nümunə göstərərək demişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında məhz Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür”.

-   Tələbələrinizə  münasibətiniz haqqında nə deyərdiz?

- Mənim üçün də məni boya-başa çatdıran bir təhsil ocağında çalışmağım ən böyük uğurumdur. Təyyarə uçuş meydanından güc toplayıb göylərə qalxdığı kimi, mən də isti ana qoynundan – doğma universitetimizdən pərvazlanmaq, gələcək arzularıma qovuşmaq istəyirəm.

Tələbə auditoriyasında keçirdiyim anlar mənim ən xoşbəxt anlarımdır. Tələbələrimin hər birində ilk növbədə böyük vətəndaş olmağı, Azərbaycan sevdalısı olmağı, universitetin dəyərlərini qorumağı, adını, şərəfini uca tutmağı görmək istəyirəm.

“Biz həmişə qürurla deyirik ki, müasir Azərbaycanımızın memarı və qurucusu, ulu öndər Heydər Əliyev bizim doğma Bakı Dövlət Universitetinin yetirməsidir”. Hər bir məzunun yolunda işıq, nur olan ulu öndər Heydər Əliyevin ideyaları həm də xoşbəxt gələcəyimizin qarantıdır.

Bu gün Bakı Dövlət Universitetini bitirən hər bir istedadlı gənc bu ali məktəbin dəyəridir, təmsilçisidir, bir zərrəsidir. Yurdun dörd bir yanına səpələnəcək bu gənclərin hər biri Vətən aşiqi, Vətən sevdalısıdır.

  Soruşun hardan gəlir mənim könül dincliyim? 

 Yüzlərlə tələbəmdə yaşar mənim gəncliyim.

 Dosta dayaq, istehkam yada qənim gəncliyim,

 Vətən boy ata bilməz, iftixarı olmasa.

 

- Kitabın təqdimat mərasimində çıxışınız hər kəsi heyran etdi. Bakı Dövlət Universitetindən cəsarət alan, Bakı Dövlət Universitetini hikməti, sirdaşı, dostu bilən, əla qiyməti ilə fəxr edən şerin bir qismini söyləyə bilərsinizmi?

-Bəli, illər keçsə də, nə vaxtsa oxuduğum, unuda bilmədiyim bu sətirlər sönmüş tonqalın külü altından közərir, üz-gözümə işıq, nur çiləyir:

      Ocağında alışdığım, qucağında isindiyim, qoynunda boya-başa çatdığım, ağlım, düşüncəm, hikmətim-Universitetim!

Yuxusuz gecəm, narahat gündüzüm, gərgin imtahanım, dəli-dolu gəncliyim, qaynar tələbəliyim, heyrətim, qeyrətim-Universitetim!

Yazan qələmim, oxunan kitabım, qanadlanan həvəsim, şeirim, şeriyyətim-Universitetim!

Dünyaya açılan pəncərəm, həyata uzanan qollarım, varlığa vurulan gözlərim, ən dadlı nemətim, ən şirin qismətim-Universitetim!

Müəllimi atam, müəlliməsi anam, tələbəsi qardaşım, tələbəsi bacım, şairi ustadım, alimi istedadım, dəhlizi, otağı xatirəm, heç vaxt yadımdan çıxmayan küsəyən bir qızın titrəyən dodağı xatirəm, saralmaz çəmənim, solmaz çiçəyim, yamyaşıl cənnətim – universitetim!

Laylam, bayatım,  ömürlük həyatım, ad günüm, şad günüm, şənliyim, büsatım, əla qiymətim-universitetim! Və unuda bilmədiyim, hara getsəm darıxdığım, döndüyüm, boyunu oxşayıb-öydüyüm ilk məhəbbətim universitetim!

Arzunu, istəyi göyərdən, bitirən, insanı qaldırıb Allaha yetirən, keçmişi, dünəni bu günə gətirən, ən böyük şərəfi çiyninə götürən tarixi qələbəm, tarixi şöhrətim- Universitetim!

- Sizin kimi bir gənc xanımda universitetlə bağlı həm də içindən alovlanan bir yanarlıq var, öz işinizə ciddi yanaşmaq məsuliyyəti vardır. Bunu necə izah edərdiniz?

- Universitet milli ruhu inkişaf etdirən bir ocaqdır. Burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmiş, elmi zənginləşdirməyə çalışanlar fədakar alimlər universitetə çox bağlanmışlar. 

“Daşını, divarını sevdiyim universitetim...

 Sənə söz deməyə gərək yoxdur,

Arzularımın say-hesabını sən bilirsən.

Sən məni, məndən çox tanıyırsan.

Sən mənə, məndən çox sirdaşsan.

 Sən mənə elm verdin, sən mənə həyatı öyrətdin, 

Mən sənə bağlandım, dostum Sənsən.

Bu mənim ən böyük zəngimliyimdir... 

Yoxluğumda belə, məni var edən Sən olacaqsan,  

Doğma Universitetim!”

100 illik yubileyini keçirəcəyimiz Bakı Dövlət Universiteti hər bir müəllimin, hər bir gəncin çiyninə böyük məsuliyyət yükü qoyur: Universitetimizin şərəfli yubileyini qürurla, təntənə ilə qeyd etmək, doğma universitetimizin örnək ola biləcək böyük alimlərinin, şəxsiyyətlərinin adlarını minnətdarlıqla yad etmək, xatirələrini yaşatmaq. Bu, bugünkü gəncliyin çiyninə düşən ən böyük məsuliyyətdir.

Doğrudan da, Mir Cəlal Paşayev, Əziz Əliyev, Yusif Məmmədəliyev, Nəsir İmanquluyev, Aida İmanquluyeva, Cəlal Əliyev, Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif, Hidayət Əfəndiyev, Əli Sultanlı, Əli Fəhmi,  Cəfər Xəndan, Rəfiqə Əliyeva, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə və başqa unudulmaz şəxsiyyətlərin dərs dediyi, adlarını universitetimizin tarixinə qızıl hərflərlə yazdıran elm ocağının pərvanəsi olmaq gərəkdir.

Prezident İlham Əliyevin bu möhtəşəm bayramın dövlət səviyyəsində qeyd edilməsilə bağlı hələ iki il əvvəl - 2017-ci il noyabrın 14-də imzaladığı sərəncamda deyilir:

“2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Dövlət başçısının sərəncamda qeyd etdiyi kimi: “Bir əsrlik fəaliyyəti dövründə xalqına, Azərbaycan adlı Vətənimizə xidmətini göstərmiş ali təhsil məbədimiz Bakı Dövlət Universiteti layiq olduğu yüksək qiyməti almışdır. Bizim ata ocağımız sayılan universitetə Prezidentimizin bu diqqət və qayğısına  görə minnətdarıq və onu əmin edirik ki, Bakı Dövlət Universiteti bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə öz bilik və təcrübəsini əsirgəmiyəcək”.

-Kitabla tanışlıq zamanı öyrəndik ki, böyük bir informasiya bloku ilə dəyərli şərhlərinizlə çıxış etmisiniz, çox maraqlı seleksiyalar, ümumiləşmələr aparmısınız. Universitetin yaranma prosesini dolğun şəkildə, böyük zəhmət qoyaraq işıqlandırmısız. Bu, əslində, Universitet haqqında biblioqrafik kitabdır. Çünki kitab boyu, universitetin dünənindən bu gününə keçdiyi yolu izləməyə imkanımız olur. Bu kitab vasitəsi ilə dünya elmində nə qədər universitetlər var, həmin universitetlərin yaranma tarixi, yaranma şəraiti ilə tanış olmuş oluruq və Bakı Dövlət Universitetinin Azərbaycanda yerinin və rolunun təsəvvür edə bilirik. Bu kitab tarixçi, alimlər, tələbələr ümumilikdə Azərbaycan vətəndaşı üçün əhəmiyyətli mənbədir. Bu bizimdə sevincimizdir ki, sizin ki gənclərimiz var. Biz belə gənclərimizlə qürurlanırıq, fəxr edirik. Bakı Dövlət Universitetinin tarixini ekskursiya edib, araşdırmaq, bədii çalarlar qoymaq, bütövlükdə bir xəzinə şəklinə salıb yazmaq.

- Bakı Dövlət Universiteti elə bir dəyərdir ki,  Azərbaycanın hər bir vətəndaşı universitetlə qürur duryur. Bilirsiz ki, məhur ABŞ prezidentlərindən biri deyirdi ki. ABŞ ona görə güclüdür ki, ABŞ-ın güclü universitetləri var. Mən deyərdim  ki,  Azərbaycanın da Bakı Dövlət Universiteti kimi elm məbədi var.

“Bir əsrin xəzinəsi- Bakı Dövlət Universiteti 100 il” yazdığım bu kitab qazandığım bütün uğurlarımda ana nəvazişi kimi əziz saydığım müqəddəs elm məbədimiz olan Bakı Dövlət Universitetinin 100 illiyinə bir övlad borcudur.

Mən də Bakı Dövlət Universitetinin minlərlə  məzunlarından biri kimi, bu müqəddəs elm məbədi qarşısında bir övlad məhəbbəti ilə baş əyərək deyirəm:   100 yaşın mübarək, Şanlı Universitetim! 

Gənclərə demək istəyirəm ki, səylə çalışmaq, digər işlərə az zaman ayırıb, öz perspektivi, fikrini bildirmək, məqsədinə çatmaq üçün gərgin işləmək lazımdır.

Müsahibəni aldı: İsmayıl Qasımov

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
18.01.2020

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

18.01.2020

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər

10.01.2020

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı

10.01.2020

Valverde istefaya göndərilir? – “Barselona” rəhbərliyindən açıqlama

10.01.2020

Vaşinqtonda ABŞ bayrağını tərs tutaraq küçələrə çıxdılar - SƏBƏB

10.01.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və müavinləri vətəndaşlarla görüşəcək

10.01.2020

İran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib

10.01.2020

Qızıl fond - Elza İbrahimova

10.01.2020

Daxili İşlər nazirindən yeni TƏYİNAT

10.01.2020

Polşadan Azərbaycana diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

10.01.2020

"Azeri Light" nefti ucuzlaşıb

10.01.2020

İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

10.01.2020

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

10.01.2020

ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

10.01.2020

Deputatlığa namizədlər üçün SON gün

10.01.2020

Azərbaycan əsilli - Gəncəli Türkiyə alimi Abdülbaki Gölpinarlı - (12.01.1900-25.10.1982)

10.01.2020

Atəşkəs rejimi 22 dəfə pozulub

10.01.2020

ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski

10.01.2020

DİM doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib

10.01.2020

Yanvarın 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.01.2020

Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

10.01.2020

Kanadanın baş naziri: İran istəmədən Ukrayna təyyarəsini vurub

10.01.2020

Xarici siyasət: Azərbaycan yeni mərhələdə

10.01.2020

Dünya bazarlarında neft ucuzlaşıb

10.01.2020

"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

10.01.2020

 Ramiz Hüseynov işdən qovuldu - VİDEO

10.01.2020

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.2020

"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

10.01.2020

İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

10.01.2020

Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb

10.01.2020

Sabirabadda 2 ədəd əl qumbarası aşkar edilib

10.01.2020

İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

09.01.2020

Rəşadət Babayev işdən çıxarılıb

09.01.2020

Leyla Abdullayeva: Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin

09.01.2020

AMEA-da yeni kadr təyinatları: Zoologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib

09.01.2020

Baş prokuror: Tovuzdakı azyaşlının öldürülməsi dövlət başçısının xüsusi nəzarətindədir

09.01.2020

Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən...

09.01.2020

Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gulalıyev yenidən əməliyyat olunacaq

09.01.2020

Mövlud Çavuşoğlu: Türkiyə İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir