HEYDƏR ƏLIYEV ideyaları əbədiyaşardır

11:32 / 09.12.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və
bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan böyük azərbaycanlıdır. Bu unikal xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur.
Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. O, Azərbaycanda siyasi
plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci
ildə bir müxalifət partiyası kimi yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla
gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq
nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq,
bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və
demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır. Bu reallıq fonunda dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də keçirilən
prezident seçkilərində tarixi qələbəsinin 26-cı ildönümü ilə bağlı həmin uğur strategiyasının
bəzi məqamlarını və onu doğuran amilləri qədirbilən oxucularımızla bölüşmək istərdik.

Heç kəsə sirr deyil ki, ulu öndər 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri öncəsi seçkiqabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq. Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28- də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı mürəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi. Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji stereotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an belə yaddan çıxarmaq olmaz. “Ağı ağ, qaranı qara” yazmaq lazımdır. Ümummilli lider xüsusi olaraq vurğuladı ki, 1920-ci ildən başlayaraq müstəqililik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçib. Azərbaycanda boyük elm, mədəniyyət yaranıb. Bu dövrü tarixdən silmək olarmı? Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var – 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması: “Bunlar həqiqətdir. Eyni zamanda, o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da...Tarixi təhrif edənlər xalqa xəyanət edirlər. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz”. Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulladığı sınıq gəmi ilə müqayisə etdi: “Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir.” Gənclər qarşısında çıxışında isə ulu öndər ölkənin təhsil və gənclər siyasəti sahəsində həllini gözləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşmalarını ortaya qoydu. İlk növbədə onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı olaraq özümüzdən uzaqlaşdırsaq da, ancaq sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bundan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumları kolleclərə, məktəbləri liseylərə, institutları universitetlərə və akademiyalara çevirməklə işləri düzəltmək olmaz. Ulu öndər hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni zamanda, onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Boyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi. Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev oktyabrın 1-də respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə gorüşdü. Bu görüşün ölkəmizdə ictimai-siyasi sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində ölkə ərazisində yaşayan xalqlar arasında birlik və harmoniya deyil, təfriqə və toqquşma meyilləri güclənmişdi. Xüsusən, azsaylı xalqlara süni şəkildə belə bir ideya təlqin olunurdu ki, siz Azərbaycanın köklü xalqları deyilsiniz, ikinci “sort” xalqlar statusundasınız. Əslində, bu yarıtmaz və xəyanətkar siyasətin müəllifləri ölkənin bütövlüyü və suverenliyi əleyhinə ən qorxulu ssenarilərin formalaşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda ulu öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğuladı ki, prezident seçiləcəyi təqdirdə, o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi pozuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar siyasi əqidəsindən, millətindən, dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacaqlar. Ulu öndərin cəmiyyət tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Nə bu sui-qəsd addımı, nə də sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə digər cəhdlər nəticə verdi. Ulu öndər 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu. Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin perspektiv müstəqilliyini proqnozlaşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxımdan, ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən addımların ölkəmizin Ermənistanın təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq. Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, xüsusilə müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri, bir qayda olaraq, qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi. “Bunları görəndə, düşünürdüm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?” – Bu sözləri Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi. Ulu öndər 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını “əsaslandırmağa” çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı. Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ilin ikinci yarısından sonra nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi. Bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987- ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Bu hadisələr də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”. Bundan savayı, AXC-Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi. Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulmaq təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi. Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə, ölkə miqyasında 600 mindən artıq itki verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmalarının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarıdır. Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan əfv edildi və böyük sayda məhkum bağışlandı, mətbuatda senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi. Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKOnun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, millimənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanım Əliyevanın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva 2018-ci ilin fevralın 28-də Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.” Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin vəfatının 16-cı ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək anır. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir. Sözün həqiqi mənasında, son 16 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürmüşdür. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliymizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalıqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diqtəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır. Dövlətin xarici siyasətinin onun daxili siyasətinin davamı olması da mütləq əksəriyyətin inandığı həqiqətlərdəndir. Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin 16 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir


Etiket:

Strategiya.az

Xəbərlər
28.01.2020

Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı əmr imzaladı

28.01.2020

Prezident İlham Əliyev: Neftin qiymətinin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir

27.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27.01.2020

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi

27.01.2020

AŞ PA-nın yeni sədri seçilib

27.01.2020

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri məlum oldu

27.01.2020

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

26.01.2020

Zəlzələ zonasından təxliyə edilən 105 vətəndaşımızdan 42-i Naxçıvana çatıb

26.01.2020

Zəlzələ zonasından Naxçıvana gətirilən tələbələr təyyarə ilə Bakıya yola salınacaq

25.01.2020

Prezident İlham Əliyev  tapşırıq verdi

25.01.2020

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25.01.2020

Ermənistan Azərbaycanın tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT

25.01.2020

Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var

24.01.2020

Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir

23.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.01.2020

Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb

23.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib

23.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.01.2020

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub

23.01.2020

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib 

22.01.2020

Prezident İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri ilə görüşü olub

22.01.2020

Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb

22.01.2020

Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub

22.01.2020

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub

22.01.2020

Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb

21.01.2020

Azərbaycan Prezidentinin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü olub

21.01.2020

Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

21.01.2020

Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti ilə görüşüb

20.01.2020

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı

20.01.2020

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

20.01.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib (FOTO)

20.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub (FOTO)

20.01.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

19.01.2020

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı Icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

19.01.2020

Prezidentin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib - VİDEO

19.01.2020

Elçin Əhmədov: 20 Yanvar Azərbaycan tarixinə müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi kimi yazıldı

19.01.2020

Baş Prokurorluq sayt təsisçisi və baş direktoruna xəbərdarlıq edib

18.01.2020

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

18.01.2020

20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi

17.01.2020

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

17.01.2020

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

16.01.2020

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

16.01.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

16.01.2020

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

16.01.2020

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb

10.01.2020

Ağsu dolaylarında sürüşmə aktivləşdi - VİDEO

10.01.2020

Sabahın havası: Duman, çiskin, yağış

10.01.2020

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır - Tarix açıqlandı

10.01.2020

Nərminin qətlinə görə atasının sinif yoldaşı saxlanılıb - Əmisi danışdı

10.01.2020

KİV: Gürcüstanın Baş Naziri dəyişə bilər