Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

12:24 / 13.12.2019

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul edib.

Bankdan verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib (9.25% və 5.75%).
İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq Mərkəzi Bank 2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir.

Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

İnflyasiyanın dinamikası. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməyib. Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2.6% təşkil edib ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.

Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməyib, 15.4%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46.4%-nin qiymət artımı 2%-dən aşağı olub.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4.8% artıb. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2.7%, ötən ilin eyni dövrünə nəzərən isə 9.5% yüksəlib. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.

Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.

Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.

Monetar şərait. İdarə Heyətinin ötən iclasından keçən müddətdə monetar şərait yumşalmaqda davam edib ki, bu da məcmu tələbin iqtisadiyyatın potensialına uyğun olaraq dəyişməsinə xidmət edir.

Manatla pul bazasının artım tempinin yüksələrək 14%-ə çatması əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır.

Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62.5%-dən noyabr ayında 54.1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54.6%-dən 49.5%-ə enib.

Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16.1% artıb. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11.6% artıb.

İqtisadi aktivlik. İqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir. Rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3.6% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15.7%, kənd təsərrüfatında 7.3% artım müşahidə olunub.

Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6.9% artmışdır ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.

Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib.

Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərib. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64.1 ABŞ dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2.3%, o cümlədən, qeyri-neft ixracı 17.5% artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9% olub.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12.7% və ya 5.7 mlrd. dollar artaraq 50.4 mlrd. dollara çatıb.

İnflyasiya riskləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.

Ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enib. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih edib. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir.

Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaq.

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

Bu qərar 13 dekabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
13.08.2020

Dövlət orqanlarında işçi sayı 50 faizə qədər müəyyən edilib

13.08.2020

“Azeri Light” neftinin bir barreli 45,75 dollara satılır

13.08.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13.08.2020

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

13.08.2020

Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib

13.08.2020

Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.08.2020

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir

13.08.2020

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib 

12.08.2020

DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi

12.08.2020

Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı

12.08.2020

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM

12.08.2020

Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib

12.08.2020

Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb

12.08.2020

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

12.08.2020

İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb

12.08.2020

Ermənistan atəşkəsi 35 dəfə pozdu

12.08.2020

Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri

11.08.2020

Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar

11.08.2020

Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib

11.08.2020

Mövlud Çavuşoğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçərsə, biz onun yanında olacağıq

11.08.2020

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilib

11.08.2020

"Qarabağ" neft yatağının üst modulları hazırlanır

11.08.2020

Rusiyada daha 130 nəfər pandemiyanın qurbanı oldu

11.08.2020

Neboyşa Stefanoviç: Serbiya ilə Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur

10.08.2020

“Bu gün ən böyük problemimiz səriştəli, bacarıqlı müəllimlərimizin çox az olmasıdır” – MÜSAHİBƏ

10.08.2020

Prezident İlham Əliyev: Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı

10.08.2020

Beyrutdakı partlayışların Bakıdakı əks-sədası

10.08.2020

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib

10.08.2020

Gələn həftə Məhərrəm ayı başlayır

10.08.2020

Azərbaycan Ordusunun generalı vəfat edib

10.08.2020

Ermənistan atəşkəsi 35 dəfə pozub

10.08.2020

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

10.08.2020

Azərbaycanda koronavirusla əlaqədar süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb

09.08.2020

Aleksandr Lukaşenko seçkilərdə qalib gəlib

09.08.2020

Belarusda prezident seçkiləri baş tutmuş hesab olunur

09.08.2020

Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü

09.08.2020

Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib

09.08.2020

Koronavirus xəstələrinin olduğu oteldə yanğın baş verib

09.08.2020

Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu

08.08.2020

COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə yox ola bilər

08.08.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb

08.08.2020

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

08.08.2020

“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu

08.08.2020

TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirdi

08.08.2020

Kaspi Abituriyent hazırlığı kursları növbəti tədris ilinə necə hazırlaşır?
Müsahibə

08.08.2020

Prezidentin köməkçisi: Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib

08.08.2020

ELMƏ VƏ TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR

08.08.2020

Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir - Şahmar Mövsümov

08.08.2020

2006-cı ildən etibarən Xəzərin səviyyəsi enir - RƏSMİ

07.08.2020

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib