Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri

08:56 / 16.12.2019

Türkiyənin dövlət başçısının Amerikaya səfərindən konkret nəticələr gözləyənlər az deyildi. İki ölkə arasında mövcud olan problemlər də çoxdur. Onların həll edilməsi hər iki ölkəyə faydalı olardı. Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyət qeyri-müəyyənliyini saxlamaqdadır. Türkiyənin Suriya ilə bağlı Amerika və Rusiya ilə razılaşdırdığı məqamların heç də hamısına əməl olunmadı. Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə Ankara diplomatik-siyasi fəallığını artırmalı idi. Bu kontekstdə Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri həm də strateji əhəmiyyət kəsb edirdi. Yayılan informasiyalara görə, tərəflər arasında hansı məsələlərin razılaşdırıldığı haqqında məlumatlar gizli saxlanılır. Bununla yanaşı, Donald Trampın Ərdoğana "mən sizin heyranınızam" deməsi daha çox müzakirə edilir. Bütün bunların fonunda səfərin geosiyasi aspektdə təhlilinə ciddi ehtiyacın olduğunu düşünürük.

Problemlər: terror, Suriya böhranı, S-400 sistemləri və F-35 qırıcıları...

Bir sıra ekspertlər Türkiyə Prezidentinin Birləşmiş Ştatlara səfərini dünyanın mühüm siyasi hadisəsi kimi təqdim edirdi. Müzakirələrin faktiki olaraq Yaxın Şərqin geosiyasi mənzərəsini müəyyən edəcəyini proqnozlaşdırırdılar. Buna səbəb hər iki tərəfin səfər ərəfəsi aktual hesab etdikləri məsələləri açıq deməsi ilə bağlı idi. Həmin məsələlər isə doğrudan da olduqca əhəmiyyətli məqamlarla bağlıdır.

Türkiyəni maraqlandıran başlıca mövzu terrorla mübarizə və FETÖ-nün ABŞ-dakı mövcudluğuna son qoyulması idi. Amerika və Rusiyanın verdikləri vədlərə baxmayaraq, YPG/PKK qruplaşması Suriyada yaradılması nəzərdə tutulan təhlükəsizlik zonasından kənara çıxarılmayıb. Terrorçular oradan Suriya Milli Ordusuna və Türkiyə əsgərlərinə hücumlar edirlər. Daha pisi isə odur ki, dinc insanlara qarşı terror törətməkdə davam edirlər. Bunun nəticəsində çox sayda vətəndaş həyatını itirib. Tel Abyadda, Rasulaynda və Qamışlıda törədilən terror aktları buna misaldır.

Bunlardan başqa, Türkiyə İŞİD-lə mübarizdə əldə etdiyi nailiyyətləri Amerika rəhbərliyinə konkret dosyelər şəklində təqdim etməyi nəzərdə tutmuşdu. Onların sırasında Suriyadakı YPG/PKK-nın liderlərindən olan Mazlum Kobani ilə bağlı ABŞ kəşfiyyatının hazırladığı dosye də vardır. Maraqlıdır ki, Türkiyə Amerikaya onun öz kəşfiyyatının hazırladığı dosyeni verib.

Nəhayət, Türkiyə Prezidenti D.Trampdan ABŞ-da mühacirət həyatı yaşayan və 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin ekstradisiya edilməsini istəyəcəkdi. FETÖ məsələsi də Ankara üçün çox önəmlidir. Ölkəni hələ də onlardan tam təmizləmək mümkün olmayıb. FETÖ-nün yeni planlarının qarşısını almaq üçün onu tamamilə zərərsizləşdirmək lazımdır.

Amerika tərəfi isə səfər öncəsi yaydığı informasiyalarda S-400-lər və F-35-lər mövzusunun öndə olduğuna vurğu etmişdi. Hətta bir ABŞ rəsmisi deyib ki, S-400-lər həll olunsa digər məsələlər sürətlə həllini tapacaq. Buraya "erməni soyqırımı" sənədinin geri çəkilməsini, 100 milyard dollarlıq ticari sazişin imzalanmasını və F-35-ləri aid etmək olar. Təbii ki, Suriyada terrorla mübarizə də əhəmiyyətli mövzulardan biri kimi qəbul edilirdi.

Bəs müzakirələr necə keçib və hansı razılıqlar əldə edilib? KİV-ə sızan məlumatlar göstərir ki, tərəflər konkret razılıqdan bəhs etmirlər. Onların hər biri sanki öz mövqelərini qoruyurlar. Bununla yanaşı, bir-birinin geosiyasi dəyərini və əməkdaşlıq zərurətini tam dərk edirlər. Məsələn, D.Tramp R.T.Ərdoğanla görüşdən sonra keçirdikləri brifinqdə açıq deyib ki, Türkiyə çox önəmli müttəfiq və NATO-da tərəfdaşdır. Türkiyə Prezidentinə də böyük hörməti var. Hətta türk ordusunun hazırlıq və təchizat baxımından dünyanın ən güclüsü olduğunu ifadə edib. Doğrudur, bunu da ona bağlayıb ki, bu ordunun təchizatını Amerika edir. Belə çıxır ki, D.Tramp dolayısı ilə çatdırıb ki, Rusiya silahları Amerikanın silahları ilə rəqabətə girə bilməz. Bu səbəbdən Türkiyə Vaşinqtonla münasibətlərini korlamasa yaxşıdır.

D.Tramp S-400-lərlə bağlı verilən suala cavabında konkret fikir bildirməyib. Sadəcə deyib ki, razılığın əldə olunacağına ümidlidir. Ticarətin 100 milyard dollar həcminə çatdırılmasını isə hər iki tərəfin arzuladığını dilə gətirib. Ancaq D.Trampın ən çaşdırıcı cavabı SDQ komandanı M.Kobani ilə bağlı olub. Türk jurnalist Ankaranın başına 4 milyon pul qoyduğu bu terrorçu ilə əlaqə saxlamaqda davam edib-etmədiklərini soruşanda, ABŞ Prezidenti son olaraq R.T.Ərdoğanla görüş olan gün onunla danışdığını deyib və əlavə edib ki, o, Türkiyə Prezidenti ilə də işləyir. Bununla Amerika Prezidenti növbəti dəfə siyasi səhvə yol verib: o, müttəfiq dediyi bir ölkənin başçısı ilə terror təşkilatına rəhbərlik edənlərdən birini bərabər tutub. Təbii ki, Türkiyə bununla razılaşmaz, lakin o da məlumdur ki, Vaşinqtonun nə edəcəyi bəlli deyil.

Türkiyə Prezidenti də maraqlı fikirlər səsləndirib. O, D.Trampın yanında deyib ki, yazdığı iki məktubu özünə qaytarıb. Bu o deməkdir ki, Ankara rəsmi olaraq həmin məktubları qəbul etmir və onun üçün əhəmiyyəti yoxdur. Bundan başqa, Türkiyə İŞİD-lə mübarizə apardığı kimi, YPG/PKK ilə də mübarizəsini davam etdirməkdə qərarlıdır. Həmin kontekstdə maraqlıdır ki, D.Tramp deyib ki, Türkiyə "etdiklərini etməyə davam edəcək".

Fikir ayrılıqları: qeyri-müəyyənlik qalmaqdadır

Bunlardan əlavə olaraq, Türkiyə İŞİD-çiləri vətəndaşları olduqları ölkələrə göndərməkdə davam edəcək. D.Tramp da bunu dəstəkləyib və deyib ki, Ankara miqrantlarla bağlı 40 milyard dollar xərcləyib ki, bu da çox böyük rəqəmdir. Avropa isə 3 milyard avroya söz verib, ancaq real nəticə yoxdur. Bu səbəbdən Türkiyənin həmin mövzuda narahatlığı başa düşülməlidir.

FETÖ ilə də bağlı R.T.Ərdoğan bu təşkilatın rəhbərinin Ankaraya təslim edilməsini gündəmə gətirdiyini bəyan edib. Ancaq Vaşinqtondan konkret cavab yoxdur. Görünür, Vaşinqton bu məsələdə güzəştə getmək istəmir. Əvəzində, respublikaçı senator Lindsi Qrem qondarma "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul edilməsinin əleyhinə olduğunu bildirib. L.Qrem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib. O da maraqlıdır ki, antitürkiyə mövqeyi ilə tanınan L.Qrem səbəb kimi onu göstərib ki, bu məsələ senatorların işi deyil, tarixçilərin işidir. Konqres tarix yaratmaqla məşğul olmamalıdır. Bununla həm erməni diasporuna böyük zərbə vurublar və həm də bir daha göstəriblər ki, reallıqda "soyqırımı" müzakirələri siyasi məqsədlər üçün istifadə edilən bir oyundur. Onu gah bu, gah da digər istiqamətdə istifadə etmək olar.

Vurğulanan məqamlar R.T.Ərdoğanın Amerika səfərinin geosiyasi aspektdən nə qədər əhəmiyyətli olduğunu göstərir. Tərəflərin konkret razılıqlardan danışmaması isə təsdiqləyir ki, hələ ABŞ-Türkiyə münasibətləri müəyyən dərəcədə qeyri-müəyyənliyini saxlayacaq. Bu baxımdan Türkiyə Prezidentinin iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaq istəyi ilə bağlı açıq danışması ekspertlərin marağına səbəb olub. Konkret olaraq, bu istiqamətdə hansısa addım atılıbmı? Məlum deyil. Ancaq aydın görünür ki, hər iki dövlət mövcud vəziyyətdən razı deyil. Onlar arada olan problemləri həll etməkdə qərarlıdırlar. Lakin hələlik ortaq mövqe mövcud deyil.

Bu nöqteyi-nəzərdən Amerika-Türkiyə münasibətlərinin Yaxın Şərqin geosiyasi dinamikasına necə təsir edə biləcəyi barədə konkret proqnoz vermək hələlik çətindir. Deməli, konkret olaraq, Suriya məsələsində Ankara ilə Vaşinqton arasında ziddiyyətlər qalacaq. O cümlədən terrorla mübarizədə fikir ayrılığı davam edir. Yəni Amerika YPG/PKK-ya yardım etməyi kənara qoymur. Əgər Türkiyə yenidən hərbi əməliyyatlara başlasa, bu məsələ tərəflər arasında kəskin narazılığa səbəb ola bilər.

Digər tərəfdən, Amerika üçün Türkiyədən uzaqlaşmaq qətiyyən sərfəli deyil. Geosiyasi, hərbi, təhlükəsizlik, iqtisadi və siyasi baxımdan ABŞ üçün Türkiyə çox önəmlidir. Ayrıca, NATO-nun taleyi indi xeyli dərəcədə Türkiyədən asılıdır. Görünür, burada Avropa İttifaqı-Türkiyə münasibətlərini də nəzərə almaq lazımdır. Həmin kontekstdə Rusiya-Türkiyə əlaqələrinin də əhəmiyyəti danılmazdır.

Ankara-Moskva əlaqələri son zamanlar sürətlə inkişaf edir. O cümlədən hərbi-texniki və nüvə əməkdaşlığı sahəsində irəliləyiş vardır. Ankara bu prosesdən narazı deyil. Moskva üçün də həmin məsələ aktualdır. Rusiyalı ekspertlər hesab edirlər ki, Türkiyə geosiyasi aspektdə Moskvaya çox lazımdır. S-400-lərin türklərə satılması təsadüfi deyil. Bunlara baxmayaraq, bu iki böyük dövlətin Yaxın Şərqdə maraqları bir çox məqamlarda toqquşur. Ekspertlər də həmin məqamı vurğulayırlar. Belə görünür ki, Ankaranın Moskva istiqamətində də çətinlikləri yox deyildir. Xüsusilə Suriya məsələsində terrorçuların təhlükəsizlik zonasından çıxarılmaması Türkiyəni narahat etməkdədir.

Beləliklə, R.T.Ərdoğanın ABŞ-a səfəri bir çox məsələlərə gözlənilən aydınlığı gətirmədi. İki dövlət arasında olan problemlər həllini tapmadı. Yaxın Şərqlə bağlı fikir ayrılığı qalmaqdadır. Ancaq bu da bir nəticədir. Məlum olur ki, ABŞ və Rusiya Suriya oyunlarını davam edirlər. İsrail də açıq bildirir ki, YPG-yə dəstək verə bilər. Türkiyə və İranın öz maraqları olduğu sirr deyil. O halda Suriyada vəziyyətin normallaşması mürəkkəb vəzifə olaraq alır. Bu isə o deməkdir ki, hələlik təxribatlar, silahlı toqquşmalar, riskli davranışlar gözləniləndir. Ayrıca, terror təşkilatları fəaliyyətlərini davam etdirəcəklər. Onları regiondan çıxarmaq asan olmayacaq. Yəni deyə bilərik ki, Yaxın Şərqdə savaş davam edir...

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
07.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb

07.04.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07.04.2020

Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı

07.04.2020

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah

07.04.2020

Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub

07.04.2020

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb

07.04.2020

Dünya Səhiyyə Təşkilatı: dünyada altı milyona yaxın tibb bacısı çatışmır

07.04.2020

Mərkəzi Bank: Bugünkü hərracda tələb 67,2 milyon dollar olub

07.04.2020

Karantin rejimini pozan daha 1499 sürücü cərimələnib

07.04.2020

Azərbaycan neftinin bir barreli 23,48 dollara satılır

07.04.2020

Donald Tramp: OPEC-in ABŞ-dan neft hasilatını azaltmaqla bağlı tələbi olmayıb

07.04.2020

“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər

07.04.2020

Bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər

07.04.2020

Mart ayında ABŞ-da 700 mindən çox iş yeri bağlanıb

07.04.2020

Facebook istifadəçilərin hərəkəti barədə məlumat toplayacaq

06.04.2020

Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb

06.04.2020

Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah

06.04.2020

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.04.2020

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

06.04.2020

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

06.04.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

06.04.2020

Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir

06.04.2020

Covid-19-lu dünya – Sona Vəliyevanın yeni şeirləri

06.04.2020

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

06.04.2020

Dağlıq Qarabağda erməni hərbçisi yaralanıb

06.04.2020

Karantin rejimini pozan 6 nəfər həbs edilib

06.04.2020

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

06.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb

06.04.2020

Zaqatalada kriminal avtoritet həbs edilib

06.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 9 mini ötüb

06.04.2020

Yaponiyada vəziyyət böhran həddinə çatıb

06.04.2020

Tovuzda mağazaya oğurluğa girən 28 yaşlı gənc qətlə yetirildi

06.04.2020

Neftin qiyməti ucuzlaşıb

06.04.2020

Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

05.04.2020

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

05.04.2020

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

05.04.2020

İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib

05.04.2020

Azərbaycanda koronavirusa daha 63 yoluxma faktı qeydə alınıb

05.04.2020

Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

05.04.2020

DSX: Qazaxda hərbi və mülki maşınlar ermənilər tərəfindən atəşə tutulub

05.04.2020

Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

05.04.2020

Bu gün geoloqların peşə bayramıdır

05.04.2020

Fransada 70 minə yaxın insan COVİD-19 virusuna yoluxub

05.04.2020

Azərbaycanda 300 min muzdlu işçiyə 215 milyon manat kompensasiya ayrılıb

05.04.2020

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

04.04.2020

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

04.04.2020

TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

04.04.2020

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

04.04.2020

Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

04.04.2020

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib